Məhkəmə qərarları › İş №2(106)-114/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-114/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-114/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X3 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1934/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zamin2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Zamin4, Zamin3, X1 və Zamin2 müştərək qaydada 28R000005437 saylı kredit razılaşması üzrə 1747,01 manat məbləğində kredit borcu, 747,36 manat məbləğində faiz borcu və 174,7 manat məbləğində cərimə borcu olmaqla, 028R********** saylı kredit razılaşması üzrə 3834,19 manat məbləğində kredit borcu, 1526,85 manat məbləğində faiz borcu və 383,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8413,52 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-9495/2016 saylı, 09 dekabr 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin olunmuş, borclular Cavabdeh, Zamin4, Zamin3, X1 və Zamin2 müştərək qaydada 28R000005437 saylı kredit razılaşması üzrə 1747,01 manat kredit borcu, 747,36 manat faiz borcu, 174,70 manat cərimə borcu olmaqla, 028R********** saylı kredit razılaşması üzrə 3834,19 manat kredit borcu, 1526,85 manat faiz borcu, 383,41 manat cərimə borcu olmaqla, ümumilikdə 8413,52 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulub tələbkar İddiaçı QSC-nin hesabına keçirilməsi qərara alınmışdır. Zamin2 İmişli Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(036)-9495/2016 saylı məhkəmə əmrinə etiraz edərək, həmin əmrin ləğv edilməsi və mülki işin iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(036)-9495/2016 saylı qərardadı ilə etiraz təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(036)-9495/2016 saylı məhkəmə əmri ləğv edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması üçün məhkəmə hazırlıq iclası 24 iyun 2021-ci il tarixə təyin edilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1934/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X6 və Zamin2 müştərək qaydada 16 may 2014cü il tarixli, 28R000005437 nömrəli kredit razılaşmasına əsasən 1747,01 manat əsas borc, 747,36 manat faiz borcu, 10 manat cərimə borcu və 24 oktyabr 2014-cü il tarixli, 028R********** nömrəli kredit razılaşmasına əsasən 3834,19 manat əsas borc, 1526,85 manat faiz borcu, 30 manat cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 7915,41 manatın tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1934/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Zamin2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin Zamin2 müştərək qaydada ümumilikdə 7915,14 manat borcun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilməsi və Zamin2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 02S000007452 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Zamin2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən zaminlik müqaviləsinin, həqiqətən də, onun tərəfindən imzalanıb-imzalanmaması müəyyən edilməmişdir. Həmçinin, o, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, işin faktiki hallarından aydın göründüyü kimi, kredit xətti ilə başladılmış razılaşmalarda sonradan əlavə sazişlər imzalanmış, bununla da zaminin xəbəri olmadan borclunun öhdəliklərində dəyişikliklər olmuşdur. Bundan əlavə, cavabdeh Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 məhkəmə kollegiyasına İddiaçı QSC-nin İdarə Heyətinin sədri Davit Tsiklauri tərəfindən imzalanmış yazılı ərizə təqdim edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X3 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiasından imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdehlər iddia ərizəsində göstərilən hər iki kredit razılaşması üzrə İddiaçı QSC qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı QSC-nin iddiadan imtina barədə ərizəsinin dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X3 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiasından imtinası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinin tələblərinə uyğun olduğundan iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası İddiaçı QSC-nin iddiadan imtina barədə ərizəsinin dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X3 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1934/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, işdəki məhkəmə-xətşünaslıq ekspertizasının 4/1667 saylı, 13 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Zamin2 arasında bağlanmış 14 may 2009-cu il tarixli, 02S000007452 nömrəli zaminlik müqaviləsinin ikinci səhifəsində “Zamin2” qrafasındakı imza Zamin2 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə 4/1667 saylı, 13 dekabr 2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti cavabdeh Zamin2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Hazırkı iş üzrə zaminlik müqaviləsindəki imzanın kim tərəfindən icra edilməsinin müəyyənləşdirilməsini 02 noyabr 2022-ci il tarixində keçirilmiş apellyasiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh Zamin2 xahiş etdiyindən, eləcə də 4/1667 saylı, 13 dekabr 2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə İddiaçı QSC ilə Zamin2 arasında bağlanmış 14 may 2009-cu il tarixli, 02S000007452 nömrəli zaminlik müqaviləsinin ikinci səhifəsində “Zamin2” qrafasındakı imzanın cavabdeh Zamin2 tərəfindən icra edildiyi öz təsdiqini tapdığından, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri də məhz cavabdeh Zamin2 tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263, 264, 370 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1934/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin4, Zamin3, X3 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. 4/1667 saylı, 13 dekabr 2022-ci il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 126 manat məbləğində ekspertiza xərci cavabdeh Zamin2 tutularaq, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar