Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1142/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Biləsuvar Rayon Мəhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Biləsuvar Rayon Мəhkəməsinin (hakim N.Mirzəyev) 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas borc, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz borcu, 80 (səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 10398 (on min üç yüz doxsan səkkiz) manat 61 (altmış bir) qəpik borcun və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. İşinhalları xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X5 illik 22 faizlə, 36 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı «Yelo Bank” ASC 2022-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 «Yelo Bank” ASC-nin xeyrinə 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz ioyirmi üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Biləsuvar RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 4545 nömrəli arayışına görə, X5 məxsus olmuş ünvan 1 ünvanında olan fərdi yaşayış evində mərhumun ailə üzvləri olan arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 yaşamaqla, bununla da miras əmlaka faktiki olaraq sahiblik etməklə mirası qəbul etmişlər. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, qalıq borc məbləğini ödəmirlər. Birinci instansiya məhkəməsində Cavabdeh3 və cavabdehlərin vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu və iddianın rədd olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 462.1, 467, 1133, 1145, 1146, 1147, 1151.1, 1159.1.1, 1306, 1306.2-ci maddələrinə, "G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli qərarına, "Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, qanunvericiliyin tələbinə əsasən mərhum Əyyub Rəhimоvun mirаsını qəbul etdikləri hаldа, onların həmin mirаs həcmində onun bоrcu üçün məsuliyyət dаşıyırlar. Lаkin onlar mərhum Əyyub Rəhimоvun mirаsını nə nоtаriаl qаydаdа, nə də fаktiki qəbul etməmişlər. Оnun ölümü ilə bаğlı onlara vərəsəlik şəhаdətnаməsi verilməmiş, оnların hər hаnsı mirаsını fаktiki qəbul etmələri ilə bаğlı məhkəmə qətnаməsi mövcud deyildir. Belə оlаn hаldа, mərhumun bоrcu ilə bаğlı üzərlərinə hər hаnsı öhdəlik qоyulа bilməz. Lаkin iddiаçının mirаsı qəbul etməsi ilə bаğlı heç bir sübut оlmаdığı təqdirdə, mərhumun bоrcunu onlardan tələb etməsi, məhkəmənin də bunu təmin etməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151, 1243.2-ci maddələrinin tələblərinə ziddir. Qаnunvericiliyin tələbinə görə, iddiаçı ilə mərhum Əyyub Rəhimоv аrаsındа kredit müqаviləsi bаğlаnsа dа, о, xx.xx.2021-ci il tаriхdə vəfаt etdiyindən həmin tаriхdən sоnrаkı dövr üçün о, heç bir öhdəlik icrа edə bilməz və оnа bоrc hesаblаnа bilməzdi. Lаkin iddiаçı tələbində 25 nоyаbr 2022-ci il tаriхədək оlаn dövr üçün əsаs borc, fаiz borcu və cərimə tələb etmiş, birinci instаnsiyа məhkəməsi cəriməni аzаltsа dа, fаizi аzаltmаmış, həmin fаizin də mərhumun müqаvilədən irəli gələn bоrcu оlmаsını, lаkin vəfаt etdiyi gündən sоnrа оnа fаiz hesаblаnmаmаlı оlmаsını nəzərə аlmаmış, nəticədə mərhumun ölümündən ötmüş 1 il 3 аyа yахın dövr üçün оnа hesаblаnmış fаizi təmin etməklə qeyd оlunаn mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, məhkəmə-mühasibatlıq ekspetizası təyin etməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehlərin atası X5 illik 22 faizlə, 36 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan «Yelo Bank” ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X4 borcu 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 3574 (üç min beş yüz yetmiş dörd) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 13893.28 qəpik təşkil edir. X4 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3574.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 893.67 manat məbləğində tələb olunur. Təqdim edilmiş məlumatlardan müəyyən edilir ki, kredit üzrə ödənişlərin ləngiməsi borcalanın vəfat etdiyi tarixdən sonraya təsadüf edir. İndiki tələbində iddiaçı kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Kollegiya hesab edir ki, əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar atalarından mirası rəsmi və ya faktiki qəbul etməmişlər. Ona görə atalarının kredit borcunu ödəməli deyillər. Kollegiya cavabdehlərin bu mövqeyini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il Qərarında həmin məsələ ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, borclu X4 ölümündən sonra mirası istər formal, istərsə də faktiki qəbul etmiş vərəsələr (hazırkı iş üzrə cavabdehlər) miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı Bank borcalanın uşaqlarından (vərəsələrindən) kredit borcu üzrə əsas borcla yanaşı, faizləri və cərimə borcunu da tələb etmişdir. Kollegiya hesab edir ki, əsas borcun məbləğinə dair hissədə məhkəmə doğru qənaətə gəlmişdir. Lakin faiz borcunun və cərimə məbləğinin tutulması hissədə Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehlər olan vərəsələr borcalanın ölümündən sonra yaranan kredit faizi üzrə cavabdehlik daşımamalıdırlar. Belə ki, müqavilə üzrə tərəfin ölməsi ilə kredit-müqavilə münasibətlərinə xitam verilmişdir. Bu baxımdan borc alanın ölümündən sonra yaranan faiz borcu borc alana hesablanmamalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti (eləcə də məsuliyyət daşımadığı hallar) nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İddia tələbinin digər hissəsi dəbbə pulunun tutulması ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.2-ci maddəsinin tələbinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşin hallarından borc alanın öldüyü vaxtadək onun borc öhdəliyini ödəməsi və ya lazımınca ödəmədiyi müəyyən edilmir. Tələb edilən dəbbə pulu, onun öldüyü vaxtdan sonra yaranan borcla bağlıdır. Belə halda onun vərəslərindən onun öldüyü vaxtdan sonra hesablanmış dəbbə pulunu tələb etmək əsassızdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddia tələbi cavabdehlərdən faiz və cərimə məbləğinin tutulması hissədə əsassızdır; birinci instansiya məhkəməsi faiz və cərimə məbləğinin tutulmasının təmin edilməsi hissədə əsassız nəticəyə gəlmişdir; həmin hissədə məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- cavabdehlərdən 2242 manat 93 qəpik faiz, 80 manat cərimə borcunun tutulmasına dair hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Мəhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(022)-217/23 saylı qətnaməsi qismən- cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 80 (səksən) manat cərimə borcunun tutulmasına dair hissələrdə ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən 2 ay müddətində elektron kabinetə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1142/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1142/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver