Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1143/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, X17 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-205/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4321 manat pul və ödədiyi 63 manat dövlət rüsumu, ümumilikdə 4384 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-205/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonunun Xəlilli kəndində yaşayır, Cavabdeh onun qudasıdır. 2020-ci ilin sentyabrında oğlu X12 qudası Anaxanımın qızı X9 ilə nişanlanıblar. Cavabdehlə heç bir ədavəti düşmənçiliyi yoxdur, münasibətləri normal olub. Cavabdeh ona Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Şuşa qaçqınları şəhərciyində bacısının 4 sot torpaq sahəsi olduğunu bildirmişdir. O, isə Anaxanıma orada ev tikməyin çətin olduğunu bildirib “Nasosnu”dan torpaq sahəsi almasını bildirmiş, 2021-ci ilin avqust ayında Kürdəmir rayonu Şahsevən kəndində yerləşən Anaxanıma məxsus olan evdə Anaxanıma torpaq sahəsi almaq üçün 3400 manat məbləğdə pul vermişdir. Bundan sonra isə 921 manat pulu poçt vasitəsi ilə Anaxanıma göndərmişdir. Hər dəfə Anaxanımla danışanda ondan torpağı alıb-almadığı barədə soruşanda Anaxanım ona “darıxma torpaq bacıma məxsusdur o, aldatmaz” deyib bildirmişdir. 2022-ci ilin mart ayının 27-də Kürdəmir rayonu Şahsevən kəndində Anaxanıma məxsus olan evdə qız toyu olmuş və Anaxanım onun oğlundan toy etmək üçün 1000 manat məbləğdə pul vəsaiti almışdır. Toydan sonra oğlu Nəsib və gəlini Ayşə ilə nikah olmadan 4 ay bir yerdə yaşamışlar. Sonradan oğlu Nəsibdən Anaxanımın torpağı alıb-almaması barədə soruşmuş torpağı 1 ildən çoxdur ki, Ayşənin adına keçirildiyini bildirmişlər. Lakin gəlini Ayşənin adına heç bir torpağın keçirilmədiyini öyrənmişdir. O, Anaxanıma pul verməzdən əvvəl oğlu Nəsibi Anaxanımın tapdığı və torpaq sahəsini satan İsmayıllı sakini Mehdi Allahverdiyev ilə torpaq sahəsinə baxmasına göndərmişdir. O, ümumilikdə Anaxanıma 5000 manatdan çox pul versə də, o, torpaq sahəsi almaq üçün Anaxanıma verdiyi 4321 manat pulu tələb edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında oğlu X10 Kürdəmir rayonunun Şahsevən kəndində yaşayan Cavabdeh qızı X3 nişanlayıb. Cavabdehin özü və onun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmayıb və hazırda da yoxdur. Oğlu Nəsiblə cavabdehin qızı Ayşə nişanlanandan sonra Cavabdeh Bakı şəhərində Ramana qəsəbəsində yerləşən Şuşa qaçqınları şəhərciyində bacısının 4 sot torpaq sahəsinin olduğunu və həmin torpağı satmaq istədiyini bildirib, həmin torpaq sahəsini uşaqlara alıb orada onlara birlikdə köməkləşib ev tikməyimizi təklif etdi. O cavabdehə Ramana qəsəbəsində ev tikməyin çətin olacağını bilirib ona həm torpaq sahəsi alıb, həm də ev tikməyin ucuz başa gəlməsi üçün “Nasosnu”dan torpaq sahəsi alıb orada ev tikməyi təklif etdi. Cavabdeh onun təklifini qəbul etmədi və ondan qohumluqlarını (quda olmağını) nəzərə alıb onun təklifini qəbul etməli oldu. Bundan sonra 2021-ci ilin avqust ayında Cavabdeh Kürdəmir rayonunun Şahsevən kəndində yerləşən evinə gəlib, orada cavabdehə uşaqlarına Ramana qəsəbəsində torpaq sahəsinin alınmasına görə 3400 manat məbləğində nağd pul verdi. Həmin vaxt qohumluğunu nəzərə alıb pulu cavabdehə verməyilə bağlı ondan heç bir sənəd tələb etmədi. Bundan sonra isə torpaq sahəsinin alınmasına görə əlavə olaraq 921 manat məbləğində pulu cavabdehə poçt vasitəsi ilə göndərdi. Hər dəfə cavabdehdən torpaq sahəsini alıb-almadığını soruşanda o, hər dəfə ona deyirdi ki, “darıxma torpaq bacıma məxsusdur o, bizi aldatmaz”. xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus evdə uşaqlarının qız toyu oldu və toyu etmək üçün cavabdeh oğlundan 1000 manat toy pulu alıb. Bundan əlavə, oğlu Nəsib cavabdehin qızı Ayşə ilə nişanlı olduğu müddətdə poçt vasitəsi ilə Ayşəyə xeyli miqdarda pul göndərmişdir. X22 evlənib nikahlarını qeyd etdirmədən ər-arvad bir müddət bir yerdə yaşadıqları müddətdə oğlundan torpaq sahəsinin alınıb-alınmaması ilə bağlı soruşanda həmin torpağın 1 ildən çoxdur ki, Ayşənin adına rəsmiləşdirildiyini bildirmişdir. Lakin sonradan o, gəlinin adına heç bir torpaq sahəsinin keçirilmədiyini öyrənmişdir. Cavabdeh qohumluqlarından sui-istifadə edərək onu aldatdığını və 4321 manat pulunu dələduzluq edib ələ keçirdiyini biləndən sonra cavabdehə verdiyi pulları tələb etsə də, cavabdeh ona pulu verməmişdir. Bununla da, cavabdeh uşaqlara torpaq sahəsi almaqla bağlı öz üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iştirakının olmadan məhkəmə iclasına baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı Əlhüseyn qızı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə dünən Ağsu Rayon Məhkəməsində olmuşlar. Cavabdehin teleqramda qeyd etdiyi kimi hər hansı xəstəliyi yoxdur. Pulu cavabdehə etibar etdiyindən əlbəəl vermişdir. 20 ədəd yüzlük, 8 ədəd əllilik manatı cavabdehə vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-205/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X4 İddiaçı məlumatı və ərizəsi əsasında toplanmış HK-1- 29 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı iddiası mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X6 Bakı Metropolitenində Polis İdarəsindən Kürdəmir RPŞ-yə daxil olmuş və X7 xx.xx.2024- cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub Kürdəmir RPŞ tərəfindən onunla əlaqə saxlanılmadığı üçün özünü metronun Xalqlar Dostluğu stansiyasında qatarın altına atması ilə əlaqədar toplanmış HK-1-406 nömrəli material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X4 İddiaçı məlumatı və ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli HK-1-29 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı DİN-in 102 xidmətinə və Kürdəmir RPŞ-yə etdiyi etdiyi müraciətlə tanış olduğunu, İddiaçı tanıdığını, qudası olduğunu, 2020-ci ilin avqus ayında qızı X8 ilə Nəsibənin oğlu X7 nişanlandıqlarını, təxribən onların 1 il 7 ay nişanlı olduqlarını, 2022-ci il tarixdə mart ayının 27-də Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evində qızı Ayşəyə qız toyu etdiyini və Nəsibənin oğlu Nəsib ilə Ayşənin aralarında nikah olmadan 7 ay Bakı şəhərində bir yerdə yaşadıqlarını, bacısı X1 əri Mehdi Allahyarova məxsus uzun müddətdir ki, Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Şuşa qaçqınları şəhərciyində torpaq sahəsinin olduğunu, 2022-ci ildə həmin torpaq sahəsini etibarnamə əsasında aldığını özünə məxsus ev tikdiyini, 0.02 ha torpaq sahəsini isə etibarnamə əsasında qızı X2 adına keçirdiyini, qızı Ayşənin evində problemlər olduğu üçün onun 2022-ci ilin oktyabr ayının 25-dən onun yanında qaldığını, Nəsibədən torpaq sahəsi almaq üçün 3400 manat pul almadığını, torpaq sahəsini əvvəlcədən aldığını sadəcə olaraq 2022-ci ilin fevral ayından torpağı qızının adına keçirtdiyini, Nəsibənin ona 2000 manat toy etmək üçün pul verdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh Kürdəmir Rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirir ki, o Nəsibədən torpaq sahəsi almaq üçün pul almamışdır. O torpaq sahəsini əvvəldən almış sadəcə 2022-ci ilin fevral ayından torpağı qızının adına keçirtmişdir. Nəsibə ona toy etmək üçün 2000 manat məbləğində pul vermişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: MM-in 21-ci maddəsinə görə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmini istiqamətində iddiaçı tərəfindən məhkəməyə müvafiq sübutlar (polis orqanında araşdırma materialı və s.) təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin sübutları ümumiyyətlə araşdırmamış və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməyə cəhd belə göstərməmişdir. Belə ki, Kürdəmir rayon polis şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli HK-1-29 nömrəli material üzrə Cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli izahatına əsasən o, İddiaçı 2000 manat məbləğində pul vəsaiti almışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı yalnız 2000 manat məbləğində pul vəsaitini alması faktını etiraf etmişdir. Cavabdeh həmin pulun digər məqsədlərlə ona verilməsi barədə etirazını bildirməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, kollegiya iddiaçının poçt vasitəsilə verilən pullara dair iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlil üzrə qeyd edir ki, şikayətdə də göstərildiyi kimi pul vəsaitləri poçt vasitəsilə iddiaçının oğlu Nəsib tərəfindən cavabdehin qızı Ayşəyə göndərilmişdir. Bu hal işdə olan qəbzlərdən də aydın şəkildə müəyyən edilir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-205/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə çəkilmiş xərclər tərəflərin özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(041)-205/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1143/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1143/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver