Məhkəmə qərarları › İş №2(106)-1150/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1150/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1150/2024 13.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(071)- 122/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, boru xəttinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi olan 18.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus 150 metr uzunluğunda 6 düyümlü metal boru xəttini qanunsuz olaraq kəsmişdir. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə şikayət ərizəsi ilə Hacıqabul RPŞ-nə müraciət edərək onun tərəfindən çəkilmiş və pambıq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş metal boru xəttinin kəsilməsi ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar araşdırma aparılmış və xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “X4” MMC ilə onun arasında xx.xx.2018-ci il tarixli 16 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən o, 35 ha ərazi olan torpaq sahəsində, hər hər hektardan 20 sentner olmaqla yüksək keyfiyyətli pambıq əkib-becərməyi və əldə edilmiş məhsulu müqavilə şərtlərinə uyğun olaraq “X4” MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən pambığın 1 tonunun qiyməti növündən asılı olaraq 500-600 manat arasında müəyyənləşdirilmişdir. O, üzərinə düşən öhdəliklərin yerinə yetirməsinə baxmayaraq pambığın becərilməsinin 1-ci vegetasiya dövründə 10 ha ərazini suvarmış, qalan ərazinin suvarılması cavabdeh tərəfindən suvarma üçün nəzərdə tutulmuş borunun kəsilməsi səbəbindən 35-40 gün gecikmişdir. Lazımi qaydada suvarılmanın aparılmaması nəticəsində məhsuldarlıq 12-13 sentner aşağı düşmüşdür. Bununla əlaqədar onun “X4” MMC-yə (hüquqi varisi P-Aqro MMC) 5000 manat borcu yaranmışdır. Bundan başqa P-Aqro MMC tərəfindən ona ünvanlanmış məktubda onun 4988,37 manat borcu qaldığı qeyd edilmişdir. Qeyd edilən hallarla əlaqədar onun P-Aqro MMC qarşısısnda 4988,37 manat borcu yaranmış, eyni zamanda 18000 manat gəlir əldən çıxmış fayda olmuşdur. Buna görə də cavabdehdən suvarma üçün nəzərdə tutulmuş kəsilmiş metal boru xəttinin əvəzi kimi 1185 manat, boru xəttinin kəsilməsi ilə əlaqədar suvarmanın lazımi qaydada aparılmaması nəticəsində dəymiş 4988,37 manat real zərər və 18000 əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(071)-122/2024 saylı qərardadı (hakim Orxan Bayramov) ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 şikayət verərək, qəbul edilmiş qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(071)-122/2024 saylı qərardadı (hakim Orxan Bayramov) ilə, şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsini, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması ilə əlaqələndirmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan həmin tələbə yenidən baxıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçının nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının səhv tətbiq və təfsir edərək, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də, şikayət təmin edilməklə, gəlinən nəticə ləğv edilməlidir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, boru xəttinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi olan 18.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X5 və Cavabdeh iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 128.500 ABŞ dollarının tutularaq iddiaçılara verilməsi, həmin iddia qalan hissədə, iddiaçı “Ramil” X1 iddiası isə bütövlükdə rədd edilmişdir. Şirvan Apellyasiyasiya Məhkəməsinin 2(106)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Akif Qəmbərov və Cavabdeh apellyasiya şikayəti rədd, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, birinci istansiya məhkəməsinin qətnaməsi iddia təmin olunan hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə iddia rədd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya məhkəməsi mülki kollegiyasının 2(106)-1077/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən-iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublun tutulmasına dair iddianın rədd olunan hissədə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) iddiaçılar Akif Qəmbərov və Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Səfəralı oğlundan 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X3 və Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Akif Qəmbərov və Cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyana görə 239.792- 80.000=159.792 ABŞ dolları, 1.377.152 rus rublu məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) Hacıqabul Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 128.500 ABŞ dolları məbləğdə pulun ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq iddiaçılar Akif Qəmbərov və Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iddiaçı Ədalət Qənbərovun cavabdeh Abduəli Qulamovdan “Ramil” X1 alınması ilə bağlı verdiyi 80.000 ABŞ dolları məbləğdə pulun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2486/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, iddiaçılar X5 və Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” ilə bağlı tələbinə Hacıqabul rayon Məhkəməsi tərəfindən baxılaraq yekun məhkəmə aktı qəbul edilsə də, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməklə həmin hissələrdə yeni qərar qəbul edilmiş, iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbinə dair işin baxılması Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, qərardad qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı “Ramil” X1 cavabdehlər X3 və Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş 2(102)-2017/2022 saylı mülki işdən çıxarışlar edilərək, baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1274/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı (hakim N.Misirzadə) ilə, iddiaçı “Ramil” X1 cavabdehlər X3 və Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı “Ramil”Kəndli-Fermer Təsərrüfatının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən həmin qərardaddan narazı qalaraq şikayət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-97/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, birinci instansiya məhkəməsinin qeyd etdiklərinin əksinə İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş, yalnız Şirvan Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsinin MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Lakin kollegiya onu da nəzərdən qaçırmır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən hazırkı tələbin kommersiya mübahisəsi olması və aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlinməsi, məhkəməni vadar edir ki, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi həll edilərkən məhz hazırkı işin ümumi məhkəmədə və ya kommersiya məhkəməsində baxılması məsələsini də həll etməlidir. Çünki MPM-nin 420-ci maddəsində qeyd olunur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(071)-122/2024 saylı qərardadları ləğv edilməli, İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, boru xəttinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi olan 18.000 manat pulun alınaraq ona ödənilməsinə dair iddia ərizəsinin prosessual qanunvericiliyin tələbləri baxımından icraata qəbul edilib-edilməməsi məsələsinin həlli üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(071)-122/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, boru xəttinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi olan 18.000 manat pulun alınaraq ona ödənilməsinə dair iddia ərizəsinin prosessual qanunvericiliyin tələbləri baxımından icraata qəbul edilib-edilməməsi məsələsinin həlli üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar