Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1157/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X15 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(032)-4/2024 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh şəy qızına qarşı Şirvan şəhəri ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı zamanı cavabdehə verdikləri 16000 manat pulun, evin tikinti materiallarının, qapıpəncərəsinin alınması üçün ödənilmiş 17324 manat pulun, ustaların zəhmət haqqısı kim ödənilmiş 3500 manat pulun ümumilikdə 16000+17324+3500=36824 manat məbləğində pulun və eləcə də, dövlət rüsumu kimi ödənilmiş 203 manat məbləğində pulun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 1985-ci il təvəllüdlü Cavabdeh onun qızı, İddiaçı2 isə bacısıdır. Cavabdeh 2010-cu il tarixdə Tərlan Fərzəliyev ilə ailə qurmuş, birgə nikahlarından 2010-cu il təvəllüdlü Zilan və 2011-ci il təvəllüdlü Elbəy adlı iki uşaqları doğulmuş, qayınatası Vidadi Fərzəliyevə məxsus Şirvan şəhəri 1 may küçəsindəki evə gəlin köçmüş, 04 ay orada yaşamış, nikahları pozulmuş və Cavabdeh 2010-cu il tarixdən iki uşağıyla birlikdə onlarla bir yerdə yaşamışdır. 2020-ci ilin iyun ayının 1 yaxud 2-si Şirvan şəhəri ünvan 1 ünvanda 06 sot torpaq Sahəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi Şirvan şəhər Notariat orqanında alqı-satqı yolu ilə 32000 manata aldılar. Həmin pulun 16000 manatı Günelin yığdığı pullar idi, 16000 manat isə onun və oğlu Asifin birgə yığdıqları pullar idi. Alqı-satqı müqaviləsini Cavabdeh adına sənədləşdirməyi qərara aldılar ona görə ki, həm boşanarq yanında iki uşağı olduğuna, həm ağır şəkər xəstəsi olduğuna görə onun adına sənədləşdirdilər. Ancaq həmin evi bütün ailə adından almışdılar ki, orada o, oğlu Asif və cavabdeh iki uşağıyla bir yerdə mehriban yaşasınlar. Evi alandan sonra evin 3 daş üstündə olduğu üçün qərara gəldilər ki, evi söküb yerində yeni iki mərtəbəli ev tiksinlər. Bu fikirlə cavabdeh də razılaşdı və evin sökülməsi, betonun atılması və digər işləri şəxsən Asif özü etmişdir. Bundan başqa, o və Asif tikinti materiallarının alınmasına 17324 manat pul xərcləmişdir. Evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta ünvan 3 ünvanda yaşayan Şahid1 (Telefon: ***-***-**-**) 2500 manat məbləğində pul vermişdir. Evin üstünün bağlanmasını usta ünvan 4 ünvanda (X6) yaşayan, X7 (Telefon: 0262-50-62) icra etmiş və ona 1000 manat məbləğində pul vermişdir. Bu şəxslər bu halları məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Evin alqısatqısı zamanı 16000 manat pul vermişlər. Evin tikintisi üçün tikinti materiallarının, qapıpəncərələrin alınmasına və usta pulu xərclərinə cəmi 17.324+3500=20.824 manat pul xərcləmişlər. Cəmi-16.000+20.824=36.824 manat. Evi iki ilə tikib qurtarmışlar. Həmin ev hal-hazırda iki mərtəbə olmasına baxmayaraq, evin çıxarışında ev təmirdən əvvəlki vəziyyətində yəni, bir mərtəbə ev kimi göstərilmişdir. 2021-ci ilin axırlarından Cavabdeh Şahid2 ilə qeyri-rəsmi ailə münasibəti quraraq, 26 dekabr 2021-ci il tarixdən onunla birlikdə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzildə yaşamağa başladılar. Bir valideyn, bir ailə olaraq bu münasibətə qarşı oldular ona görə ki, Şahid2 bir neçə dəfə ailə qurub boşanmış, 1-ci nikahından iki övladı vardır. Hazırkı münasibəti də, qızı ilə olan ailə münasibətlərini də maddi marağa görə qurmuşdur. Elə buna bir sübut odur ki, gedib kirayə tutub yaşamaq əvəzinə yaxud, ailə qurduğu şəxsi bir kişi olaraq öz evlərinə aparmaq əvəzinə gəlib onların qeydiyyatda olduqları mənzildə yaşayır və onları da həmin mənzilə buraxmır. Yeni tikilən evdə də gözü var. Şahid2lə bir yerdə yaşayan gündən Cavabdeh onlarla dava dalaş etdi, onları qeydiyyatda olduqları evlərinə buraxmadı, anasını və qardaşını qeyri-rəsmi yaşadığı Şahid2 üstün tutdu. Şirvan şəhəri ünvan 1 ünvanda 6 sot torpaq sahəsində yeni tikdikləri evə münasibətdə isə bildirdi ki, "həmin evdə sizin heç bir hüququnuz yoxdur”, qapının açarlarını dəyişib qapını bağlayaraq, onların həmin evə girişlərini qadağan etdi və bildirdi ki, “ev mənim adımadır və mən sizə evin alınması zamanı verdiyiniz 16000 manat puldan və evn tikintisinə xərclədiyiniz 20824 manat puldan heç bir qəpik də ödəməyəcəyəm”. Halbuki, cavabdeh söz vermişdi ki, “evi tikib verin mənə, mən hər ay sizə 500 manat verib, sizə olan borcumu ödəyəcəyəm”. Evin alınmasına və təmirinə çəkdikləri 36824 manat pulu uzun illər alver edərək qazanmış və oğlu İddiaçı2 də saxladığı xırdabuynuzlu heyvanları sataraq və müəllim kimi işləyib aldığı əmək haqqlarını yığaraq topladığı pullar hesabına olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 2010-cu il tarixində X3 ilə rəsmi ailə qurmuş, 2015-ci il rəsmi qaydada ayrılmışdır. Bu nikahdan 2 övladı vardır, 2021-ci il tarixində Şahid2 ilə ailə həyatı qurmuşdur. Bu nikahı isə xx.xx.2022-ci il tarixində qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçılar bildiriblər ki, “biz bu nikaha razı olmamışıq bunu məhkəməyə təqdim edirik”. Ailələrinin xeyir dua vermələrindən və razılıqlarını bildirmələrindən sonra ailə həyatı qurmuşlar. Lakin nikahlarının dövlət qeydiyyatında gec baş tutmasına səbəb həyat yoldaşının anası cavabdeh İddiaçı1 olmuşdur. Anası və qardaşı daim mənəm-mənəmlikləri ilə ailə işinə qarışmış, onu rahat yaşamağa qoymamışlar. X3 ilə 2015-ci ildə rəsmi qaydada ayrılmışlar. O və 2 övladı atasının evində Tofiq İsmayılov 11a ev 31-də yaşamışlar. Tərlan dəfələrlə gəlib barışmaq istəsə də, anası Şəlalə onlarla yaşamaq istəməsinə qarşı onu evə qoymamışdır. Uzun sürən dava-dalaş və ağır streslərdən sonra 2012-ci ildə 1-ci tip şəkərli diabet dianozu ilə Bakı şəhər Mirqasımov adına Respublika xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. 3 gün komada, 20 gün palatada qaldı. Lakin o, bu cür ağır xəstəliyə tutulub insulin istifadəçisinə çevrilmişdir. Nə anası, nə Tərlan ona rəhm etməyərək, hər ikisi yalnız öz mənafeylərini düşünürdülər. Anası Tərlanı evə qoymadığı və aliment kəsdirdiyi üçün 2015-ci ildə onsuzda bir ailə kimi bir yerdə yaşamadıqları üçün boşandılar. Buna hər ikisi çox sevindi, çünki bilirdilər ki, o, heç zaman özü ərizə verib boşanmayacaq. 2005-ci ildən Sabirabad rayon Xankeçən kəndində ibtidai sinif müəlliməsi işləyir. Artıq 17 ildir ki, bu vəzifədə çalışır. 2011-ci il dekabr ayından 1 uşağa görə 6 ay müddətində 50 manat “cəmi 800 manat, 10 ildir hər ay iki uşağa görə 220 manat aliment məbləği almışdır. Dediklərinin doğruluğu Probasiya şöbəsində öz əksini tapmışdır. 10 il ərzində heç vaxt övladlarına aid olan pulu xərcləməmişdir. Çünki ağır 1-ci tip şəkərli diabet xəstəsi olduğu üçün fikirləşmişdir ki, heç olmasa övladları üçün bir ev alsın. Həmişə tam sinfə dərs keçmişdir. Dərs yükü həmişə 20 saatdan çox olmuşdur. 2021-2022-ci tədris ilində isə 33 saat dərs yükü olmuşdur. Məktəbdə savadlı, sevilən müəllimə olmuşdur. Dərs saatlarından başqa məktəbdə dərs dediyi şagirdlərə valideynlərinin xahişi ilə ödənişli dərslər də keçmişdir. 17 il ərzində dövlətdən aldığı əməkhaqqı qanuni olaraq, almaqla əmək kitabçasında iş stajı qanuni göstərilmişdir. Daim övladlarını düşünərək aliment pulundan başqa hər ay maaşının yarıdan çox hissəsini balaları üçün aliment pulunun üstünə yığaraq ev almaq üçün çalışmışdır. 2020-ci ildə “tap.az” saytında ünvan 1 ünvanındakı ev elanını gördü. Elanın sahibi ilə danışdıqdan sonra 01 iyun 2020-ci ildə evi alqı-satqı müqaviləsi əsasında 32000 manat pul ödəyərək aldı. Bu proseslər baş tutan zaman iddiaçılar hər ikisi onun yanında olublar. Ona bildirdilər ki, 10 ildən çoxdur ki, ev almaq üçün pul yığır. Həmişə cavabdehləri böyük kimi saymışdır. Anası və qardaşı evi alandan sonra evin divarları təkqat olduğu üçün qərara gəldilər ki, söksünlər və yenidən inşa etsinlər. Qardaşı və anası bildirdi ki, bu çətin olacaq. Müəllimə maaşı ilə bu evi neçə ilə tikib qurtaracaq deyə etiraz etdi. İddiaçıların hər ikisi “biz sənə kömək edərik, usta pulu verməyəcəksən” dedilər, qardaşı ona bildirdi ki, “bütün ustalara aid işləri mən görəcəm”, anası da yemək və içməklərinə kömək edəcəyini bildirdi. Bildirdilər ki, “öz daşı, taxtası var, hördürüb üstünü vurdurarsan, qalanını da onsuzda oğlunun 7 yaşı var, sən hələ 7-8 ilə bura gələcəksən, oğlun da böyüyər sonra, oturmusan da atanın evində tələsmə”, o da razılaşdı, ev söküləndən sonra iddiaçıların onu aldatdıqlarını gördü. Anası “mən qocalmışam, heç nəyə gücüm çatmır”, qardaşı da “yoruluram, çatdıra bilmirəm" kimi bəhanələr gətirdilər. Qardaşı artıq evdə gördüyü işlərin usta pulunu hesablamağa, anası da yedikləri tikələri saymağa başladı, yenə də dost-düşmən var deyə səs etmirdi. Yalandan anasını və qardaşını tərifləyirdi. Onların şahid kimi yazdıqları usta Cəmil və usta Cavid onu tanıyırlar. Usta Cavid görüb ki, qardaşı ola-ola ora dəfələrlə sement gətizdirmişdir. Bunu görən usta Cəmil dayı “qızım sən etmə elə olanda mənə de mən gətizdirim” deyə tapşırıq vermişdir. Qardaşının harda olduğunu soruşanda, yalandan onun Lerikə işləməyə getdiyini bildirmişdir. Halbuki, 2020-ci il mart ayının 3-dən Azərbaycanda “COVİD” virusu ilə əlaqədar karantin elan olunub. 2021-ci ilin iyul ayına qədər Fiziki tərbiyə müəllimlərinin dərslərdə iştirakına qadağa olunmuşdur. Cavid usta xx.xx.2021-ci il tarixdə evin üstünü vurmağa gəlib. Qardaşı həmin vaxt onunla danışmırdı. Evin üstünün atmalığı və digər taxtalar Cavid usta tərəfindən alınıb. O da Asifi soruşanda Cəmil ustaya dediyi yalanlardan Cavidə də demişdir. Bu yalanları ona görə demişdir ki, ayıbdır qoy ustalar qardaşı haqqında pis fikirləşməsinlər. Usta Cavidə evin üstü vurulanda 1000 manat zəhmət haqqı verəcəyi haqqında əvvəlcədən anası və qardaşı ona bildirmişdir. Tikinti materialları alınan zaman usta pulunun 500 manatı xərcləndi. Cavidə bildirdi ki, pulun yarı hissəsini gələn ay maaşda verəcək. Əgər razıdırsa işləsin, deyilsə də gələn ay gələr. Lakin Cavid usta razılaşdı və işini gördü. Hər iki ustaya pulu onun vasitəsi ilə qardaşı verib. İddiaçılar ona həmişə tapşırıblar ki, “tənha qadınsan, heç yerdə demə evi tək tikdirməyini”. Onların iddiası əsassızdır. Asif heç yerdə işləməyib. Müntəzəm gəliri olmayıb. 2019-cu ildə imtahan verərək 89 bal toplayıb. Bir müddət Lerik rayonunda işlədi. Aldığı 240 manat əmək haqqını özü üçün xərcləyib. Onların yetərincə heyvanları olmayıb, heyvanları da (25 keçi) iddiaçı 2022-ci ildə əməliyyat olunduğundan özünə görə satıb. Anası Şəlalənin 64 yaşı var və 130 manat təqaüd alır. Ona 2000 manat pul verməsi əsassızdır. O qədər pulu versəydilər, ən azından heç olmasa notarial qaydada təsdiq elətdirərdilər. Qardaşı Asiflə münaqişəsi xx.xx.2022-ci ildə qeyri-qanuni doğulan oğlundan sonra baş verib. İddiaçı2 ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin verdiyi etiraz ərizəsində mübahisəli ev alınarkən evin divarlarının tək daş olduğundan evi söküb yenidən keyfiyyətli inşa etmək qərarına gəldiyini bildirir. Buna razılığının olduğunu ifadə edir. Birdə elə özü ərizədə etiraf edir ki, ev sökülüb təmir olunarkən onun vəsaiti olmayıb. Bu barədə anası və qardaşına bildirəndə onlar ona bildirmişlər ki, evin sökülməsini və usta işlərini qardaşı görəcək, yemək-içmək də anasının hesabına olacaq və evin təmiri zamanı heç bir çətinlik olmayacaq. Cavabdeh etiraf edir ki, onun təmir zamanı pulu olmayıb və bu təmir işində ona maddi köməkliyi anası və qardaşı edib. Ev 2020-ci ilin iyun ayında alınıb. Söküntü və təmir işləri iyul-avqust aylarında 2 ay müddətində olub. Bir neçə ay fasilə olub və evin üstünün örtülməsi və digər yekun işlər isə 2021-ci ilin yanvar-fevral aylarında təmir olunub başa çatıb. Bu qısa müddət ərzində evin bütün təmir xərclərini özləri etmişlər, evdə çox usta işlərini özü etmişdir, bunun qarşılığında özünə hər hansı pul tələbi iddia ərizəsində qeyd etməmiş, yalnız evin üstünün örtülməsi, evin və hasarın daş hörgüsünə ustaya pul vermişlər ki, həmin pulları da özləri vermişdir. Cavabdehin yalanı həm də onun “Whatsapp” proqramı vasitəsilə səs yazısında sübut olunur ki, həmin səs yazısını audio diskə köçürüb ərizəyə əlavə etmişdir. Bu diski məcburiyyət qarşısında ərizəyə əlavə edir, ona görə ki, cavabdeh həqiqəti təhrif etdiyi, yalan danışdığı üçün bunu sübut etmək üçün səs yazısını məhkəməyə təqdim edir. Səs yazısında cavabdeh bir qadına, müəlliməyə yaraşmayan tərbiyəsiz, ağır söyüşlər, nalayiq söyüşlər olan səs yazısını təqdim edir. Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(032)-4/2024 saylı qətnaməsi ilə (Səidə Məmmədova) iddia qismən təmin edilərək Cavabdeh Şirvan şəhəri ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustaların zəhmət haqqısı kimi ödənilmiş 3500 (üç min beş yüz) manat, evə alınmış pəncərə üçün ödənilmiş 1620 (min altı yüz iyirmi) manat pul və 71 (yetmiş bir) manat 20 (iyirmi) qəpik rüsumunun alınaraq İddiaçı1 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsaslı olmasına dair kifayət qədər sübutlar olmasına (evin təmiri üçün alınmış tikinti materiallarının qaimə-çekləri, audio diskdə cavabdehin səs yazısı, cavabdehin etiraz ərizəsində etirafedici cümlələri və eləcə də, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında iddiada qeyd edilən 17324 manat tikintiyə çəkilən xərcdən 15000 manatını etiraf etməsini) baxmayaraq iddia tələbini tam şəkildə təmin etməmişdir. Sübutları düzgün hüquqi qiymətləndirməmiş, iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, ekspertin iş üzrə rəy verməsini təmin etməmişdir. 2 dəfə ekspertiza olub. Hər iki dəfə cavabdeh və iddiaçılar iştirak edib. 1-ci dəfə cavabdeh evə girməyə şərait yaratmamış, 2ci dəfə isə özü ekspertlə evə baxıb, evin fotoşəkilləri çəkildi, ekspert iddiaçıdan evdə hansı təmir – yenidənqurma işlərinin aparılmasını, dəyəri barədə soruşub dəftərçəsinə qeyd etsə də, sonda 3 aydan sonra yalan məlumat verərək guya iddiaçının baxış zamanı iştirak etməməsi bəhanəsilə rəy verməmişdir. Halbuki, məhkəmə katibi, qarşı tərəfin vəkili də onların orda iştiraklarını görüblər. Ekspertin yalan məlumatı barədə məhkəməyə etiraz ərizəsi də təqdim edib bu məsələyə aydınlıq gətirməsi, hansı səbəbdən rəy verməməsinə aydınlıq gətirmək üçün məhkəmə iclas zalına ekspertin dəvət edilib dindirilməsi barədə qeyd etsə də, ekspertə “gözün üstə qaşın var” deyən olmadı. Elə yalan məlumatı əsasında iş üzrə rəy verilmədi. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən evin alınması və təmiri ilə bağlı heç bir pul xərclənməmişdir. İddiaçılar onun qardaşı və anasıdır. Evi təmir elətdirdiyi vaxtlarda tək olduğu və Şirvan şəhərindən kənarda işlədiyi üçün ustalara, eləcə də tikinti materiallarına veriləcək pulları anasına və qardaşına vermişdir ki, onlar ödəsinlər. Əlavə olaraq, iş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində gördüyü işlərə görə təxminən 2000-2500 manat aralığında pul aldığını (audio və video yazıya qulaq asılsa bu aşkar edilər) bildirsə də, qətnamədə şahidə guya gördüyü işlərə görə 3500 manat pul ödənilmişdir. Şahid1 tərəfindən 1716 manat pul ödənilmiş və ödənilən 1716 manat pul tərəfindən anası İddiaçı1 verilmiş və həmin pul İddiaçı1 tərəfindən Şahid1 ödənilmişdir. Bundan əlavə, evin pəncərələrinə görə ödənilən 1600 manat pul onun tərəfindən ödənilmişdir. Belə ki, qardaşı İddiaçı2 onu və həyat yoldaşı Şahid2 pəncərə düzəldən Sadiq adlı şəxsi yanına apararaq orada özünü usta kimi təqdim etdi ki, pəncərə düzəldən şəxsdən müştəri apardığı üçün 50 manat “şirinlik” alsın. Pəncərələr hazır olduqdan sonra usta pəncərələri evə gətirərək pəncərələri yerləşdirdikdən sonra o 1600 manat pulu qardaşı İddiaçı2 vermiş və o da həmin pulu pəncərə düzəldən Sadiq adlı şəxsə vermişdir. Əlavə olaraq, bildirmək istəyir ki, qardaşı İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən pəncərə ustası Sadiq adlı şəxsi aldadaraq guya ev sahibəsinin, yəni onun pəncərələrə görə ödənilən 1600 manat pula görə qəbz tələb edir və bu səbəbdən də Sadiq adlı şəxs heç bir möhürü olmayan və sübut qüvvəsi olmayan 1600 manat məbləğində pula dair qəbzi İddiaçı2 təqdim etmişdir. Ümumiyyətlə, qeyd etmək istəyir ki, məhkəmə iclaslarının gedişində o uzun illər ərzində əldə etdiyi əmək haqqları və aliment ödənişləri ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. İddiaçılar öz gəlirləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçıların nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, İddiaçı1 İddiaçı2 və Cavabdeh anasıdır. Asif və Günel bacı-qardaşdırlar. Cavabdeh boşandıqdan sonra onların yanında, Şirvan şəhərində yerləşən həyət evində yaşamağa başlamışdır. Şirvan şəhərindəki mənzil boş idi və oraya arada gedib-gəlirdilər. Məsələ burasındadır ki, İddiaçı1 və İddiaçı2 pul yığmağa başlamışlar. Asif və Günel müəllimdirlər. Asif Salyan rayonundakı orta məktəbdə, Günel isə Sabirabad rayonunda orta məktəbdə müəllim işləyirlər. İddiaçılar 16000 manat, cavabdeh 16000 manat məbləğində pul vəsaiti qoyaraq 32000 manata cavabdeh üçün həyət evi almışlar, notariusda 31800 manata onu rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi cavabdehin adınadır. İddiaçıların 16000 manat pul qoyduğunu cavabdeh etiraf etmir. Onların da bunu təsdiq edəcək sübutları yoxdur. Məsələ vicdan məsələsidir. Ev 2020-ci ilin iyun ayında alınmışdır. Evin divarları təkqatlıdır, nəmişlik və sair səbəblərdən görünür ki, ev keyfiyyətli tikilməmişdir. Evi söküb yenidən tikməyə başlayırlar. Asif və Günelin qardaşı ustadır. Birinci instansiya məhkəməsi zamanı izahat da vermişdir. Qardaşı özü evi söküb, halbuki, digər ustalar bunu 7000 manata edir. Cavabdeh deyib ki, pulu yoxdur, iddiaçılar da bildirib ki, sonra verər. Avqust ayında evin inşasına başlanılmış, tikinti materialları 17324 manata alınmışdır. Bundan sonra cavabdeh yenidən ailə qurmuşdur. Ailə qurduğu şəxsin məsləhətli biri olmaması səbəbindən tərəflər arasında ailədaxili mübahisələr başlamış, cavabdeh yoldaşı ilə bina evinə köçmüşdür. Tərəflər arasında söz-söhbət, dava dalaş, məhkəmə mübahisəsi olmuş, izahatlar alınmışdır. Məhkəmə mübahisəsi zamanı cavabdeh pulu orada etiraf edib. Onlar 17000 manat təmirə çəkilən xərc, 16000 manat verilən pul, 3500 manat usta xərcləri ilə bağlı iddia qaldırıblar. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Həmin etiraz ərizəsində cavabdeh qeyd edir ki, evin sökülüb yenidən təmir edilməsini anası və qardaşı ilə qərara alıb. Qardaşına müəllim maaşı ilə bu evi necə söküb təmir edəcəyini bildirib, onlar da deyiblər ki, “biz sənə kömək edərik tikərsən”. Qardaşı da ona bildirib ki, usta işlərini özü görəcək. Yəni buradan da müəyyən edilir ki, cavabdeh dolayı yolla iddiaçıların ona kömək etdiyini etiraf edir. Digər tərəfdən cavabdehin birinci instansiya məhkəməsi zamanı təqdim edilən səs yazıları var. Orada “mənə 30000 manatdan çox borc yükləmisiniz, ayda 100 manat verəcəm” deyir. Birinci instansiya məhkəməsi zamanı cavabdeh xx.xx.2023-cü il tarixli iclas zamanı bildirir ki, aylıq əməkhaqqı alır, əlavə uşaq hazırlayır və aliment alır. Atasının iki evi var. Qardaşı ilə tikinti materialları alıb. Qardaşı ustadır, ustaların pulunu o verib. 1400 manat hörgüyə, 1000 manat dama, 2300 manat taxtaya pul xərcləyib. May ayındakı iclasında cavabdeh bildirir ki, avqustda təmir başlayıb. “Əkbər inşaat”dan onun pulu ilə material alınıb. 15000 manata yaxın özü verib. Lakin həmin pulların verilməsini sübut edə bilmir. Birinci instansiya məhkəməsi zamanı usta da bildirib ki, pulu iddiaçılar ona verib. 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər təmir davam edib. Evin üstü vurulub. Dəlillər səs yazıları, izahatlar, qaimə, etirafdan ibarətdir. Birinci instansiya məhkəməsi buna qiymət verməmişdir. Qaimələr 17000 manatı iddiaçıların adınadır. Şirvan Şəhər Məhkəməsində iddiaçılar cavabdeh Şahid2 qarşı mənzildən çıxarma və mənzilə köçürmə barədə iddia qaldırmışlar. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsində hakim tikinti materiallarına nə qədər xərc çəkilməsi ilə bağlı cavabdehə sual vermiş, cavabdeh 15000 manat xərc çəkildiyini, həmin tikinti materiallarının onun pulu ilə alındığını qeyd etmişdir. Cavabdeh bildirmişdir ki, həmin tikinti materiallarının pulunu qardaşına vermiş, həmin pula da qardaşı materialları almışdır. Hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Sonuncu məsələdə sübutetmə yükü cavabdehindir. Cavabdeh həmin iclasda daşın pulunun anasının verdiyini bildirmişdir. Səs yazılarında cavabdeh bildirir ki, 500 manat Kərbəla ziyarətinin pulunu, onlara hər ay 100 manat olmaqla qaytaracaqdır. Burdan da aydın olur ki, iddiaçılar cavabdehə maddi köməklik göstərmişlər. Sorğu verib cavabdehin maaşı barədə məlumat alıblar, həmin məlumatlardan müəyyən edilir ki, cavabdeh aylıq 600 manat maaş alır. Evdə işləyən ustalardan Cəmilə 2500, Cavidə isə 1000 manat pul verilib. Cavabdeh bildirib ki, evin dam örtüyünü təmir etdirmək üçün 100 manat pulu Cavidə qardaşı verib, sadəcə mentalitet baxımından qadın usta ilə hesablaşmır deyə həmin pulu qardaşı ustaya vermişdir. Şahid Cəmil bildirib ki, 2300 manat ona pul verilib. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, hazırda yoldaşı ilə bina evində yaşayırlar. Ailəsi ilə mübahisənin əsas səbəbi evliliyidir. Evin tikintisinə çəkilən xərclərin hamısını özü qarşılamışdır. İddiaçılar ona yalnız fiziki olaraq köməklik etmişlər. Evi sökmək üçün usta olan qardaşı köməklik edib. Birinci evliliyi sonlanan zaman iki övladı ilə birlikdə ailəsinin yanına gəlmişdir. Bina evində yaşamışdır. Anası və qardaşı isə həyət evində yaşayırdılar. Anasının məqsədi həmişə onu öz hakimiyyəti altına almaq olub. Ailə qurduğu insan iş yoldaşıdır. Bunu ailəsinə demiş, hətta razılıq da almışdır. Məsələnin əsas səbəbi bundan ibarətdir ki, qardaşı Asif ailə qurduqdan bir müddət sonra boşanmışdır. Gəlinləri anasına qarşı Kürdəmir Rayon Məhkəməsində qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə iddia qaldırmışdır. Anasıgil ondan xahiş edilər ki, məhkəməyə gəlsin və orada qızılların onun olduğunu desin. O isə bunun günah olduğunu deyib razılaşmamışdır. Bundan sonra aralarında konflikt yarandı və ona qarşı iddia qaldırdılar. Qardaşı Asif yoldaşı Anara zəng vurub “evimizdən çıxın. Evin kirayə pulu 100 manatdır” deyə bildirmişdir. O isə qardaşına atasının iki evi olduğunu, birinin ona, birinin özün məxsus olduğunu bildirmiş, niyə kirayə pulu verməli olduğunu soruşmuşdur. Onlar Şirvan Şəhər Məhkəməsində yoldaşı Anara qarşı mənzildən çıxarma tələbi barədə də iddia qaldırmışlar. Birinci instansiya məhkəməsi onların iddiasını rədd etmişdir. İddiaçılar evin tikintisə heç bir xərc çəkməmişlər. Qaimələr saxtadır. VÖEN-ləri olmayan saxta qaimələri məhkəməyə təqdim edirlər. Materialların pulunu iddiaçılar verməmişdir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, səs yazısında həmin zaman emosional vəziyyətə olduğuna görə sadəcə ona o qiymətə ev aldırdıqlarını bildirmiş, onun sadəcə anasının Kərbəlaya getmək üçün yığdığı 1000 manat puldan aldığı 500 manat borc vardır. Evə 15000 manata yaxın xərc çəkib, iddiaçılar maddi cəhətdən ona heç bir köməklik göstərməyiblər. Ailəsi yalnız ustaların işlərində və onların yeməklərinin təmin edilməsində köməklik gösətrmişdir. Onlar özləri evin sökülməsində kömək edəcəklərini bildirmişdirlər. Evin sökülməsində o da qardaşı ilə bir işləmişdir. Təkcə material almaqla ev tikmək olmur. Aldığı aliment pulunu iddiaçılar ondan tələb edir, onun üstündə idarəçiliyi həyata keçirmək üçün hər zaman səy göstərmiş və qeyd etdiyi müəyyən səbəblərə görə ondan sadəcə qisas almaq istəmişlər. Ona görə də, bu iddianı qaldırıblar. Cavidə qardaşı vasitəsi ilə 1000 manat, Cəmilə isə anası vasitəsi ilə 1750 manat məbləğində pul vermişdir. Cəmil birinci instansiyada bildirib ki, Şəlalə xanımdan 2500 manata qədər pul almış, 30 qəpikdən olmaqla 4500 manata qədər daş qoymuşdur. İddiaçı onları öyrətmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı2 məhkəmə iclasında bildirmişdir ki, pulu cavabdehə borc kimi vermişdir. Qaimələri Hacıqabuldan və başqa yerlərdən almışdır. Qaimələrə eyni adam imza atmışdır. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, Anası Kərbəla ziyarəti üçün 1000 manat pul toplamış, lakin bacısı xahiş etdikdən sonra 500 manat cavabdehə verilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, cavabdehlə olan razılığa əsasən ona maddi köməklik ediləcək, sonra isə o pulları ödəyəcəkdir. Qızına pulu borc kimi vermişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(032)-4/2024 saylı qətnaməsi Şirvan şəhəri ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustalara ödənilmiş zəhmət haqqının məbləği hissədə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 6 ünvanda yerləşən bağ evi üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin AN-İ nömrəli ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Şirvan şəhəri ünvan 7 ünvanda yerləşən bağ evini X2 31800 manat pul ödəməklə alqı-satqı müqaviləsi əsasında almışdır. İşdə olan müxtəlif inşaat materiallarının adı və qarşısında qiymətləri İddiaçı1 və İddiaçı2 adı yazılmış qeyd vərəqlərində xx.xx.2020-ci il tarixdə 1165 manat, xx.xx.2020-ci il tarixdə 366 manat, xx.xx.2020-ci il tarixdə 2041 manat, xx.xx.2020-ci il tarixdə 355 manat, xx.xx.2021-ci il tarixdə 4360 manat, xx.xx.2021-ci il tarixdə 4476 manat, xx.xx.2021-ci il tarixdə 542 manat, xx.xx.2021-ci il tarixdə 169 manat, xx.xx.2021-ci il tarixdə 2230 manat yazıları qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturasında X11 Əliyevaya pəncərə 8 ədəd -1440 manat, nəfəslik böyük 1 ədəd 120 manat, nəfəslik balaca 60 manat, cəmi 1620 manat nəğd qeyd edilmiş, təhvil alan və təhvil verən imza etmişlər. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 ilə Cavabdeh arasında nikah Şirvan şəhər qeydiyyat şöbəsində xx.xx.2022-ci ildə 214 nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 349 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək Sabirabad rayon Xankeçən kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir, 2021-2022-ci tədris ili üzrə cəmi 12176 manat 22 qəpik manat əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 175705 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1682/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X1 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 29 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda Cavabdeh 2020-ci ilin 01 iyun tarixindən 01 sentyabr 2021-ci il tarixədək əmək haqqısı 2020-ci il: iyun ayı 611,67 manat, iyul ayı 601,42 manat, avqust ayı 601,42 manat, sentyabr ayı 626,51 manat, oktyabr ayı 638,89 manat, noyabr ayı 666,11 manat, dekabr ayı 666,11 manat, cəmi 4412,13 manat; 2021-ci il: yanvar ayından iyun ayınadək 666,11 manat, iyul və avqust ayları isə 631,87 manat təşkil edir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Evlərində usta işləmişdir. Şəlalə xanım o evdə iş görməyə onu çağırmış, onu küçədə tək qarşılamış, tikiləsi evə getmişlər. Şəlalə xanımdan 1500 manat daşa görə almışdır. 54 metr beton tökmüş, 432 manatda beton üçün almışdır. Yanında 2 nəfər əlavə işçisi olmuşdur, olar pul istəyəndə 200, 300 manat pul alanda qeyd edirdi. Pul lazım olanda Şəlalə xanımın özünə deyirdi. Pulu hissə-hissə almışdır. Şəlalə xanımın yanında oğlu və qızı olurdu. Onlar da işin gedişatına baxırdılar. Şəlalə ustalara yeməklərini verirdi. Günel anasından pul alıb onlara verməyib. Evin tikintisində istifadə olunmuş materialı kimin aldığını bilmir. Ümumilikdə Şəlalə xanım ona evdə gördüyü işə görə 3500 manat pul vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Günellə evlənəndə ev tikilmişdi. Tikinti vaxtı orda olmamışdır. Ustanın pulunu Günel ya Asifə, ya da Şəlaləyə verirdi. Pəncərənin pulunu Günel vermişdi, ustaya sifariş vermişdilər, gəlib ölçü götürmüşdülər. Ev yiyəsi kimi ustalar onu və Güneli bilirlər. Pəncərə qurulan vaxt 1600 manat pul verdilər. Özü də orda olmuşdur. Pulu Günel anasına vermişdir. İşdə olan “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda İddiaçı2 izahatından görünür ki, bacısı Günel onlarla ata evi olan Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən ünvanlarında övladları ilə birlikdə yaşayır, Günel ailəsindən ayrılmışdır. Anası Şəlalə bir ildən artıq müddətdir ki, bacısı Günelə evinin təmiri üçün 32000 manat borc pul vermişdir. Həmçinin İddiaçı2 və İddiaçı1 Qaraoğlan qızı cavabdeh Şahid2 qarşı məzildən çıxarılma və evə köçürülmə tələbinə dair iddia qaldırmış, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərmişlər ki, X9 2020-ci ilin iyun ayında alqı-satqı müqaviləsi ilə aldığı ayrıca Şirvan şəhəri ünvan 9 ünvanında 06 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, iddiaçı tərəf mübahisəli evin alqı-satqısında ödənilən məbləğin təxminən yarısını verdiyini iddia edir, lakin bunu təsdiq edən hər hansı yazılı və əsaslı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh evi özünün yığdığı pul vəsaiti hesabına aldığını bildirir və buna dair aylıq məvacibini göstərən arayışı, keçmiş ərindən hər iki uşağı üçün verilən alimentin müəyyən edilməsi dair qətnaməni təqdim etməklə, evin alınmasına kifayət edən qədər maddi ehtiyata malik olduğunu bildirir. Məhkəmə mübahisəli evin alınmasını təsdiq edən müqaviləni, mülkiyyətə verilməsinə dair çıxarışı, tərəflərin izahatlarını tədqiq edərək hesab edir ki, evin həqiqi alıcısının və real olaraq alqı-satqı zamanı verilən məbləğin tərəflər arasında şərikli olaraq verilməsinin iddiaçı tərəfindən mübahisələndirilməsinin heç bir tutarlı əsasa söykənmədiyi səbəbindən cavabdehin evin tam hüquqlu alıcısı və nəticədə mülkiyyətçisi olması təsdiq edilir. Cavabdeh özü də izahatlarında sözügedən evin tikilməsi zamanı iddiaçıların böyük kömək və dəstək göstərdiyini, evin bir çox tikinti işlərinin qardaşı Asif tərəfindən edildiyini bildirir, boşanmış və tək qadın olduğundan ustalarla əlaqədə, o cümlədən də tikinti materiallarının alışı zamanı anasının və qardaşının iştirak etməsini etiraf edir. Lakin yenə də xərclənən pul vəsaitinin məhz ona məxsus olmasını, iddiaçıların vasitəsilə müvafiq şəxslərə verilməsini bildirir. İddiaçıların vəsatəti ilə dindirilmiş Şahid1 usta kimi evin tikintisində iştirak etməsini, ona 3500 manat xidmət haqqı verilməsini hər iki tərəf təsdiq edir, şahid pulun ona İddiaçı1 verdiyini bildirir, cavabdeh isə pulun özünə məxsus olmasını və anası vasitəsilə ustaya verilməsini bildirsə də, bunu təsdiq edə bilən heç bir sübutu göstərə bilmir. Bu səbəbdən də, tələbin ustalara ödənilmiş 3500 manat hissəsi sübutetmə yükünün düzgün bölüşdürülməsi və hər bir tərəf öz tələb və etirazlarını sübuta yetirməli olması prinsipindən dolayı əsaslı hesab edilməlidir. Bu hissədə iddiaçı tərəfi öz tələbini sübuta yetirilməsi üçün bir neçə sayda qaimə faktura adlandırdığı, müxtəlif tikinti materialları və qiymətləri göstərilən qeyd vərəqələrini ödəniş qəbzləri kimi təqdim etmiş, sübut qismində qəbul edilməsini xahiş etmişdir. Göstərilən qəbzlər adi gözlə görünən səviyyədə eyni şəxs tərəfindən yazılması müəyyən olunmuş, ən əsası da qəbzlərin heç birində alınan mağazanın rəsmi rekvizitləri, satıcının möhürü, qaimə faktura kimi qəbul edilməsi üçün tarix və nömrəsi olmamışdır. Cavabdeh göstərilən qəbzləri qəbul etməmiş, iddiaçıların özləri tərəfindən yazıldığını və saxta olmasını bildirmişdır. Göstərilənlərə artıq yuxarıda qeyd olunan hər bir tərəf irəli sürdüyü tələbini sübuta yetirməlidir prinsipindən yanaşaraq iddiaçının bu hissədə tələbinin sübuta yetirilməməsi səbəbindən təmin olunmasını məqbul hesab etmir. Lakin tədqiq edilən qəbzlərdən “pəncərənin alınması” ilə əlaqədar 1620 manat pulun ödənilməsinə dair qaimə fakturanın mövcudluğunu cavabdeh qəbul etmiş, həmin məbləğdə pəncərə alınmasını etiraf etmiş, lakin pulun öz vəsaiti hesabına ödənildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etdiyi etirazını təsdiqləyəcək əsasları göstərə bilməməsinə nəzərən tələbi bu hissədə təsdiq edilən hesab edir. O ki, qaldı cavabdehin vəsatəti ilə dindirilmiş Şahid2 pəncərəyə verilən pulun Cavabdeh tərəfindən ödənilməsinə dair şahid ifadəsinə - məhkəmə cavabdeh və şahidin rəsmi ər-arvad, ailə münasibətində olmasını diqqətə alaraq həmin ifadənin nə dərəcədə həqiqəti əks etdirməsinə skeptik yanaşır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların mübahisəli evin alınmasında şərikli olaraq cavabdehlə bərabər məbləğdə pul vəsaiti qoymaları təsdiq edilməsə də, İddiaçı1 sözügedən evin tikintisində qızı Cavabdeh müəyyən qədər maddi cəhətdən kömək etməsi təsdiq olunur. Məhkəmə həmçinin evin alınması, yenidən əsaslı təmiri zamanı tərəflərin mehriban ailə münasibətində olmalarını, cavabdehə tək uşaqlı ana kimi şəxsi evə sahib olmağında iddiaçıların dəstək olmasının böyük ehtimalının mümkünlüyünü diqqətdən qaçırmır və iddiaçıların ailə üzvü kimi birinin qızı, o birinin bacısı hesab edilən cavabdehə məhz İddiaçı1 tərəfindən edilən və sübuta yetirilən maddi köməkliklərin, yəni xərclənən pulların cavabdehin əsassız varlanması kimi qiymətləndirərək ondan sonuncunun xeyrinə tutulmasını mümkün hesab edir. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Kollegiya ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. İddiaçının məhkəmə iddia tələbinin əsaslı olmasına dair - evin təmiri üçün alınmış tikinti materiallarının qaimə-çekləri, audio diskdə cavabdehin səs yazısı, cavabdehin etiraz ərizəsində etirafedici cümlələri və eləcə də, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatında iddiada qeyd edilən 17324 manat tikintiyə çəkilən xərcdən 15000 manatını etiraf etməsi kimi kifayət qədər sübutlar olması barədə dəlil üzrə qeyd edir ki, həmin dəlillər formal olmaqla mötəbər sübut əsasları mövcud deyildir. Belə ki, iddiaçı tərəf özü də, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıların alqı-satqı müqaviləsi zamanı cavabdehə 16000 manat məbləğdə pul vəsaiti verməsinə dair sübut olmadığını göstərmiş və bunun “vicdan məsələsi” olduğunu qeyd etmişdir. Digər sübutlara gəldikdə isə, kollegiya qaimə-çekləri mötəbər hesab etmir. Belə ki, İddiaçı2 qaimələrin Hacıqabuldan və başqa yerlərdən alındığını bildirsə də, oradakı imzaların eyni şəxs tərəfindən icra edildiyinin aşkar görünməsi və eyni dəftərə aid (“X19”, “927” qeydləri və s.) vərəqlər olması onların mötəbərliyini şübhə altına alır və həmin sübutların əldə edilməsi ağlabatan sayılmamalıdır. İddiaçı tərəf cavabdehin səs yazılarında “mənə 30000 manatdan çox borc yükləmisiniz, ayda 100 manat verəcəm” deməsini borcu etirafı kimi qəbul edilməsini xahiş etsə də, həmin səs yazısının məzmunundakı informasiya təhlil edilərkən orada iddianın yaxud iş üçün hər hansı əhəmiyyət kəsb edən faktın etirafının öz əksini tapmadığı aşkar olur. Bununla əlaqədar caavbdeh məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, səs yazısında iddiaçıların ona həmin qiymətə ev aldırdıqları, anasının Kərbəlaya getmək üçün yığdığı 1000 manat puldan aldığı 500 manat borcu vardır. Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində gördüyü işlərə görə təxminən 2000-2500 manat aralığında pul aldığını bildirsə də, qətnaməyə əsasən şahidə - ustaya gördüyü işlərə görə 3500 manat pul ödənilməsi göstərilmişdir. Habelə iddiaçı öz ərizəsində də evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta Şahid1 2500 manat məbləğində pul vermişdir. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehdən mübahisəli fərdi yaşayış evinin inşası zamanı zəhmət haqqı kimi ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissədə qətnamə dəyişdirilərək həmin məbləğ 2500 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin digər hissələrdə dəyişdirilməsi və ya ləğvi üçün əsaslar müəyyən edilmir. Bundan başqa, İddiaçı2 və İddiaçı1 Qaraoğlan qızı cavabdeh Şahid2 qarşı məzildən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsində Cavabdeh 2020-ci ilin iyun ayında alqı-satqı müqaviləsi ilə aldığı ayrıca Şirvan şəhəri ünvan 9 ünvanında 06 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin olması göstərilir. Həmin iş materiallarında “Cavabdeh aldığı ayrıca” ifadəsi işlədilmiş, lakin həmin evin pulunun yarısının (yaxud hər hansı hissəsinin) onlar tərəfindən verilməsi qeyd edilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan olan mötəbər sübutların müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(032)-4/2024 saylı qətnaməsi qismən - Cavabdeh Şirvan şəhəri ünvan 1 ünvanda 6 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustalara zəhmət haqqı kimi ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi hissədə dəyişdirilərək evin inşası zamanı ustalar üçün ödənilmiş zəhmət haqqının məbləği 2500 manat məbləğində müəyyən edilməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(032)-4/2024 saylı qətnaməsi qismən - Cavabdeh Şirvan şəhəri ünvan 1 ünvanda 6 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustalara zəhmət haqqı kimi ödənilmiş 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi hissədə dəyişdirilsin və evin inşası zamanı ustalar üçün ödənilmiş zəhmət haqqının məbləği 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1157/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1157/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver