Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-116/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadı ilə (sədrlik edən M.Məmmədov) İddiaçı Cavabdeh qarşı borc pulun, dövlət rüsumunun və bank uçotu dərəcəsi alınmaqla müəyyən ediləcək zərərin alınıb xeyrinə verilməsi tələbinə dair 2(018)-989/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi X4 tərəfindən verilmiş şikayət Astara Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində aşağıdakılar qeyd edilmişdir: 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 403-1.1 maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. MPM-nin 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından müəyyən edilir ki, Astara Rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadından İddiaçı nümayəndəsi X4 tərəfindən verilmiş şikayət Astara Rayon məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verərək kassasiya instansiyası məhkəməsinə göndərməli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinə göndərmiş və bununla da qanunvericliyin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və qanunvericiliyin tələblərinə riayət edilməsi iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 32.5-ci, 397-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Astara Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(018)-989/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü və 32.5-ci maddələrinin tələblərinə əməl edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-116/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-116/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver