Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1163/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X3 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Accessbank QSC-nin cavabdehlər X2, X1 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Accessbank QSC cavabdehlər X2, X1 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir.. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsi (Hakim: Rafiq Bağırov) ilə, iddia tələbinin qismən təmin olunması, cavabdehlər X2, X1 və Cavabdeh müştərək qaydada ödəniləcək günə manatla məzənnədə 8622,06 ABŞ dolları əsas borc, 1958,71 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 11580,77 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı Accessbank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 24 may 2024-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilərək prosessual müddət bərpa edilmiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. Mülki iş materialları 07 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1163/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 14 iyun 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1163/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 01 iyul 2024-cü il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Kürdəmir Rayon Məhkəməsini tərəfindən göndərilmiş 01 iyul 2024-cü il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə iddiaçı Accessbank QSC-nin nümayəndəsi Nicat Ələkbərov oğlu tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 24 may 2024-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Ona görə də mülki iş materiallarının Kürdəmir Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Accessbank QSC-nin nümayəndəsi Nicat Ələkbərov tərəfindən verilmiş şikayətlə əlaqədar MPM-nin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1163/2024 saylı, 14 iyun 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Kürdəmir Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1163/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1163/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1163/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver