Məhkəmə qərarları › İş №2(106)-1164/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1164/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1164/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X10, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-133/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulması rejimi dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdeh Nəsirova (Qədirova) Gülana İbrahim qızından tutularaq İddiaçı ödənilməsi, ödənilməli dövlət rüsumunun məbləğinin- 38 manatın cavabdeh Nəsirova (Qədirova) Gülana İbrahim qızından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı ilə Qədirova (Nəsirova) Gülana İbrahim qızı xx.xx.2008-ci il tarixdən rəsmi nikahda olmuşdur. Birgə nikahdan 2 uşaq- xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş X7 atasının, X8 isə anasının yanında qalması müəyyən edilmiş, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəsirova (Qədirova) Gülana İbrahim qızının qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün isə İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin Nəsirova (Qədirova) Gülana İbrahim qızının xeyrinə verilməsi qət edilmişdir. Hazırkı tələbində İddiaçı Sumqayıt Şəhər məhkəməsinin 2(060)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsini, cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün İddiaçı verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh X5 xx.xx.2008-ci il təvəllüdlü X2 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, hazırda iddiaçı işləmir, yalnız pensiya alır. Bu isə övladının maddi ehtiyaclarını tam olaraq qarşılamağa imkan vermir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi, eyni zamanda hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, aylıq qazancı və digər gəliri yoxdur. Faktiki olaraq heç bir yerdə işləmir. Məhkəmə isə əsassız olaraq iddianı təmin etmişdir. İlk dəfə aliment təyin edilməsindən sonra onun maddi durumunda hazırda heç bir dəyişiklik baş verməmişdir. Cavabdeh olaraq onun mediasiya prosesindən məlumatı olmamışdır, mediasiya prosesi barədə o, məlumatlandırılmamışdır. Bundan başqa, çox səhvlərə yol verilmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə ərizə göndərərək, himayəsindəki azyaşlı uşağı Nərmin Qədirzadənin səhhətindəki problemlə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və şikayətinin tam təmin edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdehin nikahından 2 uşaq- xx.xx.2008ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, boşanmadan sonra uşaqlardan- X4 atasının, X3 isə anasının yanında qalması müəyyən edilmiş, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəsirova (Qədirova) Gülana İbrahim qızının qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, eləcə də X6 yetkinlik yaşına çatanadək saxlanması üçün isə İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin Nəsirova (Qədirova) Gülana İbrahim qızının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırkı tələbində iddiaçı alimentin məbləğinin artırılması ilə bağlı iddia ilə müraciət etmişdir. Kollegiya iddiaçının tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kollegiya hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin hallarından görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 atasının, xx.xx.2011-ci il təvəllüdlü X3 isə anasının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə İlkanənin saxlanılması üçün Nəsirova Gülanədən ata- İddiaçı xeyrinə, Nərminin saxlanması üçün İddiaçı ana- Nəsirova Gülanənin xeyrinə aliment təyin edilmişdir. İddiaçı tələbində öz yanında yaşayan uşağa görə deyil, anasınan yanında yaşayan Nərminin saxlanması üçün ona təyin edilmiş və Nəsirova Gülanədən tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Halbuki, Nəsirova Gülanədən, qızı Nərminin saxlanılması üçün aliment tutulması müəyyən edilməmişdir. Əvvəlki qətnamə ilə Nərminin saxlanması üçün İddiaçı ana- Nəsirova Gülanənin xeyrinə aliment təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, cavabdehin yanında saxlanılan uşağın saxlanılması üçün, ondan tutulmalı olan alimentin miqdarını artırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Bununla yanaşı, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Azərbaycan Respublikasının MPM-nin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 404-1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(049)-591/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar