Məhkəmə qərarları › İş №2(106)-117/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-117/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-117/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı- ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12 fevral 2014-cü il tarixli, 7709 saylı kredit müqaviləsi üzrə 27.851 manat 38 qəpik məbləğində əsas borc, 4.324 manat 82 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 32.176 manat 20 qəpik məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki ilkin satış qiyməti 36.000 manat olan ünvan 1 ünvanda 0.0092 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 18.6 kv.m və ümumi sahəsi 42.6 kv.m-dən ibarət olan bir otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. İşinhalları 12 fevral 2014-cü il tarixli, 1109 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 24 faizlə, 24 ay müddətinə ödənilməsi şərtilə, 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə, 12 fevral 2014-cü il tarixli, 7709 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus, ünvan 1 ünvanda 0,0092 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, ümumi sahəsi 42.6 kv.m, yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 18.6 kv.m-dən ibarət olan fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 27851 manat 38 qəpik məbləğində əsas kredit borcu, 4324 manat 82 qəpik məbləğində faiz borcu və Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 4880 manat 07 qəpik məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonrakı cərimə borcu olmaqla, cəmi 37056 manat 27 qəpik məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanda 0,0092 ha torpaq sahəsində yerləşən bir otaqlı, ümumi sahəsi 42,6 kv.m, yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 18,6 kv.m-dən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulmasına yönəldilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə şərtlərə əməl etməmiş, borcunu ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, iş üzrə sübutlara, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 442, 443.1, 445.1, 448.1ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1, 36.2, 36.3, 36.4, 39.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətlərinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismənkredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin edilməsi, ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, ipoteka predmetinin qiyməti birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real qiyməti nəzərə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi əsassız olaraq, müqavilə müddətindən sonrakı müddət üçün hesablanan borcun tutulmasına dair hissədə iddianı təmin etməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin edilməsini və ilkin satış qiymətinin "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iddiaçı tərəf, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsini kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulmasının təmin edilməməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, işə apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı Bankın ləğvedicisi kredit müqaviləsi üzrə borcu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə görə iddiaçı borcunu tələb etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 avqust 2019-cu il tarixə banka 27851,38 manat əsas borcu, 4324,82 manat müqavilə müddətinə faiz borcu, 4880,07 manat müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faizlə hesablanan faiz borcu, cəmi 37056,27 manat borcu vardır. Cavabdehin müqavilə şərtlərini pozması, borcun gecikdirilməsi şəksizdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsi müddətinin bitməsindən sonra gecikdirilmiş vaxta görə 5 faiz məbləğin hesablanaraq ödənilməsi tələbini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan faiz borcunun hansı qaydada hesablanması barədə məhkəməyə heç bir sübut əlavə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını pozmuşdur, ona görə həmin hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən əsas müqavilə müddəti başa çatandan sonrakı müddət üzrə hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdır. Ona görə həmin hissədə apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Bundan başqa, ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qətnamə mübahisələndirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirici təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 01 fevral 2023-cü il tarixli qiymətləndirmə rəyinə görə Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 42.6 kv.m-dən ibarət olan bir otaqlı fərdi yaşayış evinin bazar dəyəri 15000 manat, likvid dəyəri 13500 manat müəyyən edilmişdir. Kollegiya, ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə "xxxx" MMC-nin qiymətləndirmə rəyində göstərilən dəyərin, ipoteka predmetinin ilkin satış qiyməti kimi əsas götürülməsini məqsədəuyğun hesab edir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismənkredit müqaviləsi müddətinin bitməsindən sonra gecikdirilmiş vaxta görə 5 faiz məbləğin hesablanaraq ödənilməsi tələbinin təmin edilməməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməli, kredit müqaviləsi müddətinin bitməsindən sonra kredit ödənişinin gecikdirilməsinə görə (illik 5 faizlə) Cavabdeh 4880,07 manat alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməli, Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanda, 0.0092 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 18.6 kv.m və ümumi sahəsi 42.6 kv.m-dən ibarət olan bir otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 13500 (on üç min beş yüz) manat müəyyən edilməlidir. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Qiymətləndirmə hesabatının alınması ilə bağlı Cavabdeh 200 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(017)-8/2022 saylı qətnaməsi qismən- kredit müqaviləsi müddətinin bitməsindən sonra gecikdirilmiş vaxta görə illik 5 faiz məbləğin hesablanaraq ödənilməsi tələbinin təmin edilməməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilsin. Kredit müqaviləsi müddətinin bitməsindən sonra kredit ödənişinin gecikdirilməsinə görə (illik 5 faizlə) Cavabdeh 4880,07 (dörd min səkkiz yüz səksən manat yeddi qəpik) manat alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülsün. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda, 0.0092 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 18.6 kv.m və ümumi sahəsi 42.6 kv.m-dən ibarət olan bir otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 13500 (on üç min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Qiymətləndirmə hesabatının alınması ilə bağlı Cavabdeh 200 (iki yüz) manat tutulub "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar