Məhkəmə qərarları › İş №2(106)-1176/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1176/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1176/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə Y.Hüseyovun iddiası təmin edilmiş, Cavabdeh avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 6116 (altı min yüz on altı) manat, müstəqil ekspertə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 83,16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6399,16 (altı min üç yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurulmuş maddi ziyanın əvəzi olaraq 6116 (altı min yüz on altı) manat, müstəqil ekspertə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 83,16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6399,16 (altı min üç yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, mülkiyyətində olan “X17” markalı, **- TD-*** dövlət qeydiyyat avtomaşını etibarnamə əsasında idarə etmək üçün X7 vermişdir. 15 avqust 2022-ci il tarixdə saat 06:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu Xıdırlı kənd ərazisindən keçən 21.5-ci kilometrində Cəlilabad rayonu Pərdi kəndində yaşayan Cavabdeh idarə etdiyi “Kamaz 55111” yük markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km/saat sürətlə Astara istiqamətində hərəkətdə olarkən avtomobil yoldan çıxaraq yolun sağ kənarında dayanmış vəziyyətdə mülkiyyətində olan və X10 tərəfindən idarə olunan “X17” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və maşını tamamilə yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar X8 dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılmış, Cavabdeh barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs Cavabdeh ilə xəsarət almış şəxslər X2 və X1 barışdıqlarına görə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində “Yol hərəkəti haqqında” AR qanunun 36-cı maddəsinin 1-ci hissəsi və AR İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Baş Dövlət Yol Polis İdarəsinin YPXA-na göndərilmişdir. Yol Patrul Xidməti inspektoru polis kapitanı X11 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə nəticəsinə onun mülkiyyətində olan “X17” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, BA- 1411/ME-3/2022 nömrəli ekspert rəyinə görə avtomaşınına dəymiş ziyanın məbləği 12000 manat müəyyən edilmişdir. Mülkiyyətində olan maşına vurulmuş ziyana görə sığorta şirkətindən 4384 manat pul almışdır. Avtomaşını tam yararsız olduğuna görə 1500 manata satmışdır. Hadisə baş verəndən sonra Cavabdeh mülkiyyətində olan avtomaşına vurulmuş ziyanı ödəyəcəyini bildirsə də, sonradan ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh təqsirli hesab edilməsinə baxmayaraq indiyə kimi ona vurduğu zərəri ödəməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı məhkəmədə ona qarşı olan 6399,16 (altı min üç yüz doxan doqquz manat on altı qəpik) manat məbləğində vurulmuş maddi ziyanın tələbinə dair iddia ilə tanışdır və iddianı etiraf edir. Maddi imkanı zəifdir. Həmin borcu ayda 5 ya da 10 manat olmaqla ödəyə bilər. Məhkəmədən maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2, 1108.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə onun tələbi təmin edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, əgər iddiaçını sığorta ödənişi tələbi təmin etməyibsə o zaman sığorta şirkətinə müraciət etməli və yaxud sığorta ödəyəni məhkəməyə verməlidir. Onun idarə etdiyi avtomobil icbari sığorta olmuş və zərərçəkənə icbari sığorta haqqı ödənilmişdir. İcbari sığorta haqqında qanuna əsasən zərərçəkmiş şəxs və ya şəxslərə sığorta şirkəti tərəfindən dəymiş ziyan müəyyən edildikdən sonra müəyyən edilmiş məbləğ onlara tam şəkildə ödənilir. Lakin iddiaçı bu vəziyyətlə razılaşdıqdan sonra hansı səbəblərdən yenidən onda pul tələb etməsinin səbəbləri ona məlum deyil. İddiaçının ondan əlavə pul tələb etməsi Qanuna ziddir və ona görə də onun iddia tələbi məhkəmə tərəfindən baxılmadan rədd edilməlidir. Prosessualməsələlər İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Cavabdeh 15 avqust 2022-ci il tarixdə saat 06:30-da “Kamaz 55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu barədə onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh “Kamaz 55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 (qırx) manat məbləğində cərimə edilmişdir. 11 oktyabr 2022-ci il tarixli, İAS222856 nömrəli Sığorta ödənişi aktından görünür ki, hadisə nəticəsində dəymiş zərərin ümumi məbləği 12545,60 (on iki min beş yüz qırx beş manat altmış qəpik) manat hesablanmış, dəymiş ziyana görə 4384 (dörd min üç yüz səksən dörd) manat sığorta ödənişi verilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə sürücü Cavabdeh xəsarət almış X2 və X1 bir-biri ilə barışdığına görə cinayət işinin başlanması rədd edilmişdir. Müstəqil qiymətləndirici X3 14 noyabr 2022-ci il tarixli ZA-1411/ME-2 nömrəli qiymətləndirməyə dair hesabatına görə, “X17” minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərər dəyəri 12075 (on iki min yetmiş beş) manat, bazar dəyəri 12000 (on iki min) manat qalıq dəyəri 2300 (iki min üç yüz) manat təşkil edir. Hazırki tələbində iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş ziyanı təqsirli şəxsdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən edilir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Kollegiya hesab edir ki, iddiaçı vurulmuş ziyana görə kompensasiya tələb etməkdə haqlıdır. Vurulmuş ziyanın məbləği ilə bağlı iddiaçı müvafiq sübutları təqdim etmişdir. Vurulmuş ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. MPM-in 52.2-ci maddəsinin tələbinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qanunun tələbinə görə cavabdeh iddiaçının istinad etdiyi faktı da etiraf edə bilər. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı etiraf etmiş, maddi imkanı zəif olduğunu, həmin borcu ayda 5 ya da 10 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində məbləği mübahisələndirməmiş, iddiaçının ziyanı sığorta şirkətindən tələb etməli olduğunu bildirmişdir. Lakin müəyyən edilir ki, sığorta şirkəti tərəfindən müvafiq ödəniş həyata keçirilmişdir. İddiaçı cavabdehdən qalan məbləğin ödənilməsini tələb etmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(073)-362/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar