Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1178/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manatın və 1290 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış 136000 (yüz otuz altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426 manat pulun tutulması qət edilmişdir. Qətnamə ilə razı olmayan tərəf İddiaçı xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə şikayət verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadının ləğv edilməsi, həmin iş üzrə buraxılmış prossesual müddətin ötürülmədiyi nəzərə alınaraq apellyasiya şikayəti üzrə sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində qeydiyyatdan keçməmişdir, belə olan halda məhkəmə qətnamə barədə məlumatı onun telefon nömrəsinə göndərməli idi ki, bunu da etməmişdir. Əvəzində qətnaməni poçt vasitəsi ilə göndərmiş, qətnamə xx.xx.2025-ci il tarixində iddiaçının poçtuna daxil olmuş, xx.xx.2025ci il bazar gününə təsadüf etdiyindən, xx.xx.2025-ci il tarixində ona təqdim edilmişdir. Məhkəmə isə zərfin üzərindəki sonuncu “xx.xx.2025” tarixi göstərən poçt ştampını əsas götürməklə səhvə yol vermişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 47/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilən xx.xx.2025-ci il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 47/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qətnaməsi İddiaçı xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, apellyasiya şikayəti isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş, bununla da 1 aylıq müddət ötürülmüşdür. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni hazırkı əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası iş materiallarına baxaraq müəyyən etmişdir ki, işdə olan poçt xəbərnaməsində iddiaçının Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 47/2025 saylı qətnaməsini xx.xx.2025-ci il tarixdə poçt qəbzinə imza atmaqla aldığı qeyd edilsə də, şikayət ərizəsinə əlavə edilmiş “Azərpoçt” göndərişlərin izlənməsi səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçıya sözügedən qətnamənin çatdırılma vaxtı xx.xx.2025-ci il tarixində qeydə alınmışdır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Burada əsas məsələ rəsmi qaydada verilmə tarixidir. Bu tarix müddətin başlanğıc nöqtəsidir. İş materiallarında iki fərqli tarix var: poçt xəbərnaməsində - xx.xx.2025-ci il, “Azərpoçt” sistemindən çıxarışda - xx.xx.2025-ci il. Məhkəmə və tərəflər üçün əhəmiyyətli olan bu prosessual müddətin düzgün müəyyənləşdirilməsi vacibdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Beləliklə, məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadı ləğv edilməli, qətnamənin təqdimetmə tarixi ilə bağlı bütün uyğunsuzluqlar və ziddiyyətlərin ətraflı araşdırılması üçün mülki iş Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-47/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş materialları yuxarıda qeyd olunanların araşdırılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1178/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1178/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver