Məhkəmə qərarları › İş №2(106)-1180/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1180/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1180/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı ”Xalq” Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)-1196/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçı ”Xalq” X1 Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, **********21914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 2247.66 (iki min iki yüz qırx yeddi dollar altmış altı sent) ABŞ doları məbləğində əsas borc, 6021.55 (altı min iyirmi bir dollar əlli beş sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş) faiz dərəcəsi ilə hesablanmış 1084.82 (bir min səksən dörd dollar səksən iki sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, həmçinin, xx.xx.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 4286.03 (dörd min iki yüz səksən altı dollar üç sent) ABŞ dolları məbləğində penya, cəmi 13640.06 (on üç min altı yüz qırx dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti və xx.xx.20021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında zərərin əvəzinin, 30 (otuz) manat dövlət rüsumunun və sənədlərinin surətlərinin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)-1196/2021 saylı (Hakim: Qalib Paşayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, **********21914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2247.66 (iki min iki yüz qırx yeddi dollar altmış altı sent) ABŞ dolları əsas borc, 6021.55 (altı min iyirmi bir dollar əlli beş sent) ABŞ dolları faiz borcu, 450 (dörd yüz əlli) ABŞ dolları cərimə, cəmi 8 719.21 (səkkiz min yeddi yüz on doqquz dollar iyirmi bir sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin, 10 (on manat) notariat xərcinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları xx.xx.2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş, 2(106)1180/2024 saylı nömrə verilərək, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 27 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)- 1196/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)- 1196/2021 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. MPM-nin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımından apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, Cavabdeh apelyasiya şikayətinin nəticə hissəsində xahişi qeyri-müəyyəndir. Belə ki, elektron formada verilmiş apelyasiya şikayətinin xahiş etdim hissəsinə nəzər yetirdikdə görünür ki, cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(073)-1286/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)-1196/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, şikayətin dəlillərində həmin qətnaməni mübahisələndirmişdir. Halbuki cavabdeh özünün tələblərini aydın göstərməli, yəni, hansı məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Bundan başqa apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, şikayət MPM-ə əlavə edilmiş 2 saylı Əlavəyə uyğun tərtib etməmiş, şikayətdə Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(073)-1196/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar