Məhkəmə qərarları › İş №2(106)-1181/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1181/2025

03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1181/2025 03.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 15600 manat pul vəsaitinin, vurulmuş mənəvi zərərə görə isə 35000 manat pul vəsaitinin cəmi, 50600 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Tibb Universitetindən məzun olmuş, Kanadanın "Makmaster" Universitetində rezidentura təhsili almışdır. Həmçinin Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət etmiş və ehtiyatda olan tibb xidməti kapitanıdır. Eyni zamanda, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. X1 və X2 onun barəsində "Gülşən Adışirinovanın sol gözünün düzgün əməliyyat olunmaması nəticəsində sol gözünün görməməsi" barədə Nəsimi Rayon Prokuroruna etdikləri şikayətlər əsasında Nəsimi rayon prokurorunun köməkçisi A.Ramazanlı tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 26 fevral 2024-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, AR SN "Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ 652/KEŞ nömrəli, xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixləri arasında aparılmış G.A.Adışirinovanın məhkəmətibbi ekspertizası üzrə ekspert rəyinə əsasən Gülşən Adışirinovanın aparılmış müayinələri təyin olunmuş diaqnoza uyğun olmuşdur və G.Adışirinovaya cərrahiyyə əməliyyatından sonra aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Həmçinin Komisyon Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-69 saylı rəyində qeyd olunmuşdur ki, Gülşən Adışirinovanın sol gözünün görməsinin aşağı olmasının səbəbi isə buynuz qişanın ditrofivasının olmasıdır, qeyd olunan patologiyanın aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi istisna edilir. Bundan başqa X1 özünün Nəsimi Rayon Prokurorluğuna təqdim etdiyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən də onun G.A.Adışirinovanın həkimi olaraq onun sol gözü ilə əlaqədar düzgün cərrahiyyə əməliyyatı, müayinə və müalicə apardığı görünür. Beləliklə, X1 göz həkimi kimi onun təqsirsiz olduğu və Adışirinovların onun barəsində etdikləri şikayətlərin əsassız olduğu hüquqi baxımdan da sübut olunmuşdur. "xxxx" MMCnin (X12.az) instaqram səhifəsində aşağıdakıları əks etdirən video yazı yayılmışdır və halhazırda da yayılır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar -videolar va yeni kommentlər - Baku fakt az instagram). Həmin video yazı birinci dəfə 28 dekabr 2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin (X12.az) instaqram səhifəsində yayılmaya başlayır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni kommentlər - Baku fakt az instagram yayılması 28 dekabr 2023). Sözügedan video yazıda əvvəldən axıradək ekranda "Növbəti həkim səhlənkarlığı" yazısı qeyd olunur. Həmin video yazıdan görünür ki, L.Adışirinov, F.Adışirinov va G.Adışirinova "Kəpəz Hospital" Klinikasına zorla daxil olaraq Klinikada hay-küy salırlar. X4 ona qarğış edərək belə deyir: "(İddiaçı) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Beniamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi." Bu zaman onun ekranda şəkli görüntülənir. Həmin video yazının sonrakı hissəsində Cavabdeh belə deyir. "Doktor bizə rüşvət verib, pul verib." Daha sonra X5 belə deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1-2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." "TV8" internet kanalında "Kopaz Hospitala basqın" adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar Tv 8 İll video) yayılır. Həmin video yazı ilk dəfə 30 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ videonun yayılması 30 dekabr 2023). Qeyd olunan video yazıdan görünür ki, L.Adışirinov, F.Adişirinov va G.Adışirinova “Kapaz Hospital" Klinikasına gələrək Klinikada hay-küy salırlar. Həmin video yazının əvvəlində Cavabdeh belə deyir: "Hardadı Beniamin doktor, qaçdı, xəstəmizi kor edib". Sözügedən video yazının davamında X4 ona qarğış edirək belə deyir: "(İddiaçı) Əlini vursun balasının üzünə gözünün yaşı axsın. Ay şərəfsiz, eləmisən, de ki, nə edək səhv etmişəm, gəl buynuz qişasını dəyişim. Sən erməniymişsən, Benjamin. 7 aydır ki, məni süründürür, indi də qaçdı, gizləndi. Niyə görə Benjamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı" Həmin video yazının sonrakı hissəsində X3 belə deyir: "Doktor bizə rüşvət verib, pul verib. Qeyd olunan video yazının davamında X5 belə deyir: "Belə doktoru efirə buraxmayın, bunun doktorluqdan xəbəri yoxdu, bütün klinikalarda 1- 2 ay işləyir, qoğlayırlar, burdan da qoğlanacaq." Sözügedən video yazının sonrakı hissəsində X4 onun barəsində belə deyir: "Məni beş dəfə kor eləyib, onun yanına gəlməsinlər, Mehriban xanım (Birinci vitse-prezident) xahiş edirəm belə həkimləri yığışdırın". Qeyd olunan video yazının sonrakı hissəsində Cavabdeh belə deyir: "Benjamini Klinikadan rədd eləyin" Həmin video yazının sonunda Adişirinov, F.Adışirinov və G.X8 Klinikasından çıxaraq Klinikanın qabağına qəlirlər və həmin yerdə X4 onun barəsində belə deyir: "Ay millət, dünya şöhrətli göz həkimi Benjamin Kərimov ananı (Gülşən Adışirinovanı) kor eləyib, 7 aydır ana küçələrdədi." Həmin video yazı yayıldıqdan sonra 30 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar kommentlar 2-İMG. 7415) Cavabdeh ((QQismayladsirin4612 adıyla) belə şərh yazır: "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (İddiaçı). İndi də Zaur Kamalın verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini." Bundan başqa "Kəpəz Hospitala basqın" adlı video yazı "Kanal 13 tv" internet kanalında da (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlər - Tv 811 video) yayılır. Həmin video yazı ilk dəfə 02 vanvar 2024-cü il tarixdən etibarən "Kanal 13 tv” internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlər - Kanal 13 tv video yayılması 02 yanvar 2024). Eyni zamanda, X2 "TV8" internet kanalında video yazısı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər TV 8 ilk video) yayılır. Həmin video yazı ilk dəfə 21 dekabr 2023-cü il tarixdən etibarən "TV8" internet kanalında yayılmaya başlanır (Yayılma tarixi barədə şəklin diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - TV 8 ilk videonun yayılması 21 dekabr 2023). Qeyd olunan video yazıda əvvəldən axıradək ekranda bu yazı qeyd olunur: "Elgizin reklam etdiyi həkim Kəpəz Hospitalda yoldaşımı kor etdi." Qeyd olunan video görüntüdə F.Y.Adışirinov belə deyir: "İnsanları aldadaraq əməliyyata cəlb edirlər, doktor həyat yoldaşımın gözünü tamamilə kor edib, doktor İddiaçı cəlladcasına həyat yoldaşımın gözünün buynuz qişasını zədələyib. Mən hara gedirəmsə əlim boşa çıxır, doktor bu insanlara baxım-görüm edir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi rəy verib. Tibbi rəyi verəndə yazmayıblar ki, bunu kim edib, doktor Benjamin edib”. Bu zaman ekranda göz şəkli və mənim şəklim görüntülənir. Daha sonra F.Y.Adışirinov belə söyləyir: "İndi də deyir ki, yaxşı eləmişəm. Oğlum 44 günlük Vətən müharibəsinin qazisidir, ola bilsin onun (İddiaçı) qohumlarına güllə atıb. Tamamilə kor etdiyi gözü necə əməliyyat edib. Əvvəl (İddiaçı) Dünya Gözdə işləyib belə əməllərinə görə ordan qovulub. Məlhəmdə, Bakı Medical Plazada işlədi. Hara gedir camaatı bədbəxt edir, ona görə də direktorlar işdən qovurlur. Televiziya kanallarımız pul xatirinə bu doktoru reklam edir, camaat da aldatılır. Oğlum (Cavabdeh) İlham Mirzəyevlə canlı efirdə danışır, deyir ki, bu doktor mənim anamı kor edib, sən niyə tərifləyirsən bu doktoru, o (İ.Mirzəyev) da deyir ki, doktor hər dəfə mənim verilişimə çıxanda mənə 500 manat pul verir." Həmin video yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-kommentlər 1-İMG 7138) Cavabdeh ((Gismayladsirin4612 adıyla) belə şərh yazmışdır: "Şərəfsiz Benyamin, neçə nəfər şikayətçidi bu həkimdən, bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu həkimdən. “Qeyd olunan yazı yayıldıqdan sonra 21 dekabr 2023-cü il tarixdə (Diskdə yerləşmə yeri Lazımlı fayllar kommentlar 1 İMG 7140) Cavabdeh ((Gismayladsirin4612 adıyla) digər şərhində belə yazır: "Hə Ləman xanım. Onun (Azər Karimovun) pox işlərini təmizləyən videonu atdım sizə Vhatsappda. Siz də gəldiniz. Hər şey qarşısında cavab verərsiz, elə sən da özün də." Həmin video yayılmağa başladıqdan sonra 21 dekabr 2023-cü il tarixdə İl. Adışirinov (Eismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər VVhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "İnşallah mən gedəsiyəm, getmişdik yalannan dedilər yoxdu burda 6.8 olacaq onu belə buraxmaram onu zəlil edəcəm." Qeyd olunan video görüntü yayılmağa başladıqdan sonra 21 dekabr 2023- cü il tarixdə Cavabdeh (Gismayladsirin4612 adıyla) belə şərh yazmışdır (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər VVhatsApp image 2023-12-29 am 10.11.46 (16)): "Xahiş edirəm siz də gəlin qoşulun bizə bu şərəfsizi (İddiaçı) məhv edəyin. Bəsdir day. sabaha görüşəyin bu gedəyin" VVhatsApp-da yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar va yeni kommentlar - VVhatsApp 2023-12-27 at 14:55:01) Cavabdeh belə deyir: "Hardadı Beniamin doktor, qaçdı, xəstəmizi kor edib VVhatsApp-da yayılan digər video görüntüdə (Diskdə yerləşmə yeri: Lazımlı fayllar - videolar və yeni komrmentlər - VVhatsApp 2023-12-27 at 15:09:05) X4 belə deyir: "Niyə görə Beniamin məni kor eləməlidi, arvadı ilə qucaqlaşıb yatmalıdı". Həmin videonun davamında X5 belə deyir. "Doktor (İddiaçı) prokuror köməkçisi Aytan Ramazanlıya rüşvət verib." Beləliklə, "TV8" internet kanalında "Kəpəz Hospitala basqın” adlı video yazı (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlər - Tv 8 İİİ video) və VVhatsAppda yayılan bir video yazıda (Diskdə yerləşmə yeri: Lazımlı fayllar videolar və yeni kommentlar - VVhatsApp 2023-12-27 at 14:55:01) Cavabdeh "Hardadı Benjamin doktor, qaçdı, xəstəmizi kor edib", yazdığı şərhdə "İndi də Zaur Kamalın verilişinə çıxır. Ondan da xahiş edəcəm ki, yazığı gəlsin bu millətə rədd eləsinlər belələrini" (Diskdə yerləşmə yeri: Lazımlı fayllar kommentlar 2- İMG. 7415), yazdığı şərhdə "bir nəfər kasıb ailəni də bədbəxt etmişdi, heç nə edə bilmədilər, hər kəs şikayət edir bu hakimdən (İddiaçı)" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlar 1 İMG 7138) ifadələri ilə yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətini ləkələyən və məni nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Cavabdeh mənim barəmdə yazdığı aşağıda göstərilən şərhlərdə "Bəli bütün verilişlərə çıxıb. Elgizin, İlham Mirzəyevin. Onlar qovdular bu ermənini (Azər Karimov)" (Diskdə yerləşmə yeri: Lazımılı fayllar kommentlər 2 İMG 7415), “Şərəfsiz Benyamin, neçə nəfər şikayətçidi bu həkimdan" (Diskdə yerləşmə yeri: Lazımı fayllar kommentlər 1 İMG 7138), "Ha Laman xanım. Onun (Azar Karimovun) pox işlərini tamizləyən videonu atdım sizə" (Diskdə yerləşmə yeri: Lazımı fayllar videolar va yeni kommentlar VVhatsApp İmage 2023-12-29 at 10.11.46 (2)): "Xahiş edirem siz də gəlin qoşulun bizə bu şərəfsizi (Azar Karimov) məhv edeyin (Diskdə yerləşmə yeri: Lazımlı fayllar-videolar va yeni kommentlər VVhatsApp İmage 2023-12- 29 at 10.11.46 (16)) deməklə internet informasiya ehtiyatında mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı tərəfindən xüsusi ittiaham qaydasında şikayətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda xüsusi ittiahm qaydasında şikayətə baxılan zaman tərəfindən mülki iddia da verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)- 214/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və 240 saat ictimai işlər cəzasına, həmin məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Cavabdeh qəti olaraq 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilməsi, Cavabdeh üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulması hökm edilmişdir. Vurulmuş maddi zərər 15600 (on beş min altı yüz) manat, 10.000 manat mənəvi zərər, 167 manat dövlət rüsunu, ümumilikdə 25.767 manat pulun təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsi ilə bağlı verilmiş mülki iddiam cinayət mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından baxılmamış saxlanılmışdır. Həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Beləliklə, Cavabdehov Fikrət oğlunun təqsiri sübuta yetirilmişdir. Göründüyü kimi cavabdehin ona maddi və mənəvi zərər vurması öz təsdiqini tapmışdır.Belə ki, "xxxx" MMC-nin (Kapaz Hospitalın) xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən onun əleyhinə sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar əsasında 33 nəfər pasiyent onun müayinə və müalicəsindən imtina etmiş və nəticədə ona 15600 (on beş min altı yüz) manat maddi zərər dəymişdir. O, iş (xidmət) həyatı boyumca işlədiyi (xidmət etdiyi) müəssisələrdə heç vaxt intizam tenbehi almamış, yalnız medallar, fəxri fərmanlar, təşəkkürlər və mükafatlar almışdır. Ən önəmlisi, göz həkimi kimi insanların gözləri üzərində çoxlu sayda uğurlu cərrahiyyə əməliyyatları həyata keçirərək insanlara sevinc bəxş etmişdir. Adışirinovun əməlləri nəticəsində, həmçinin qeyd olunan əməllərin internet informasiya ehtiyatında, o cümlədən "xxxx" MMC-də yayılması nəticəsində onun şərəf, ləyaqət və işgüzar nüfuzunu təhqir olunub, o, sarsıntı, iztirab keçirmiş və bununla da mənəvi təhqirə məruz qalmışdır. Bunun nəticəsində ona dəymiş mənəvi zərəri 35000 (otuz beş min) manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, ona dəymiş mənəvi ziyan məbləğini tələb etdiyini bildirmişdir. Cavabdehin sosial şəbəkədə həkim barəsində böhtan xarakterli məlumatlar yaydığı üçün pasiyentlər həkimdən imtina etdikləri üçün pulları geri qaytarılmış və ya tibb xidmətindən istifadə etməmişlər, nəticədə İddiaçıya və klinikaya ziyan dəymişdir. Mənəvi zərəri isə 35000 manat həcmində qiymətləndirirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır. İddiaçı onun anasının gözünü kor edib. O, bu işin axırına qədər gedəcək. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsi ilə (Hakim: Ənnağı Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 6000 (altı min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 105 (bir yüz beş) manat pul olmaqla, cəmi 8605 (səkkiz min altı yüz beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mənəvi zərər çəkmişdirsə, bunu necə sübut edə bilir və bunla bağlı dəlilləri nələrdir?! Həmçinin mənəvi zərər çəkməsini iddia edirsə, bunun 2500 manat olması necə müəyyən edilir və məbləğin bu qədər yüksək olmasının səbəbi məlum deyil. İddiaçı bununla bağlı heç bir sübut təqdim etmədiyi halda məhkəmə iddiaçının 2500 manat mənəvi ziyan çəkməsini bildirmişdir. Bu isə tamamilə əsassızdır. Məhkəmə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin sosial şəbəkələrdə, internet informasiya sistemində yayılması və bununla da ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verdiyini qeyd etsə də bunu sübuta yetirməmişdir. Əgər iddiaçı mənəvi zərər çəkmişdirsə bunu necə sübut edə bilir və bunla bağlı dəlilləri nələrdir?. Əlavə olaraq məhkəmə tərəfindən 6000 manat iddiaçıya maddi ziyan dəyməsi göstərilsə də, bu da tamamilə əsassızdır. Belə ki, məhkəmə yalnız "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışını əsas götürmüş və bununla da iddiaçıya maddi ziyan dəyməsi qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan və "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında “İddiaçı əleyhinə (Cavabdeh tərəfindən) sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar nəticəsində 23 dekabr 2023-cü il tarixindən bu günə qədər olan dövr ərzində əlavədə siyahısı təqdim olunan pasiyentlər İddiaçı müayinə və müalicəsindən imtina etmişlər. Pasiyentlərin İddiaçı müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 manat məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 manat vəsaitin 15.600 manat hissəsinin oftalmoloq-cərrah İddiaçı ödənilməsi nəzərdə tutulurdu” qeyd edildiyindən məhkəmə yalnız bu sübutla kifayətlənmiş və əlavə araşdırma etməmişdir. Halbuki iddiaçı "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olursa, məlum məsələdir ki, onun istəyinə uyğun məlumatlar qeyd edilərək arayış tərtib ediləcəkdir. Həmin arayış isə tamamilə əsassız və hüquqi nəticə yarada bilməyən sənəddir. Həmin arayışda 33 nəfər pasiyentin imtina etməsi göstərilir ki, məhkəmə həmin şəxslərdən ən azı birini belə çağırmamış, izahatını almamış və onların İddiaçı müalicəsindən doğrudan da imtina edib-etməmələri, etmişlərsə, imtinasının səbəbinin nə olması, onların imtinası arasında səbəbli əlaqə olub-olmamasını və sair halları araşdırmamışdır. Hətta bütün qeyd olunanlardan əlavə pasiyentlərin İddiaçı müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 manat məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 manat vəsaitin 15.600 manat hissəsinin oftalmoloq-cərrah İddiaçı ödənilməsi nəzərdə tutulması qeyd olunsa belə, bunu hansı sübutla təsdiq etmələrini əsaslandırmamışlar. Belə çıxır ki, həkim xəstəxananın qazandığından çox qazanır. Çünki xəstəxana 8400 manat, həkim isə 15600 manat əldə edir. Ümumiyyətlə, iddiaçı və "xxxx" MMC arasında əmək müqaviləsi olub-olmaması, əmək müqaviləsində əmək haqqının nə qədər qeyd edilməsi, əvvələr hər pasiyentə görə həkimə nə qədər pul ayrılması və sair hallar araşdırılmamış və nəticədə tamamilə əsassız qətnamə qəbul edilmişdir. Qeyd edilən hallar yetərincə araşdırılmayaraq nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsini, eyni zamanda, apellyasiya şikayətinin dəlillərinin qanunsuz və əsassız olduğuna görə təmin edilməməsini xahiş etmiş, cavabdehin təqsirinin məhkəmə hökmü ilə müəyyən edildiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mənəvi zərər çəkmişdirsə, bunu necə sübut edə bilir və bunla bağlı dəlilləri nələrdir?! Həmçinin mənəvi zərər çəkməsini iddia edirsə, bunun 2500 manat olması necə müəyyən edilir və məbləğin bu qədər yüksək olmasının səbəbi məlum deyil. İddiaçı bununla bağlı heç bir sübut təqdim etmədiyi halda məhkəmə iddiaçının 2500 manat mənəvi ziyan çəkməsini bildirmişdir. Bu isə tamamilə əsassızdır. Məhkəmə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin sosial şəbəkələrdə, internet informasiya sistemində yayılması və bununla da ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verdiyini qeyd etsə də, bunu sübuta yetirməmişdir. Əgər iddiaçı mənəvi zərər çəkmişdirsə, bunu necə sübut edə bilir və bunla bağlı dəlilləri nələrdir? Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, iztirab həddinə çatmayan neqativ emosional vəziyyətdir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normadan hansı qərarın və hansı hissədə mülki işə baxılarkən məhkəmə üçün məcburi olması dəqiq müəyyən edilib: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü; habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı; hadisənin olub-olmaması; şəxsin həmin hadisəyə aidiyyəti. Nəzərə alınmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Müki hüquqda faktlar dedikdə isə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-214/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına, həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 250 (iki yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatları internet informasiya sistemində, sosial şəbəkələrdə yayılması nəticəsində ididaçıya mənəvi zərər vurması qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunur. Mənəvi zərərə görə müəyyən edilmiş kommpensasiya məbləğinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Ödəniləcək təzminatın həcmi zərərvurana münasibətdə təsirli çəkindirici vasitə olmaqla yanaşı, onun müflisləşməsinə də səbəb olmamalıdır İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi "Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cu il tarixli, 4864/05 nömrəli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə cavabdehdən alınan məbləğin 2500 manat müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə dəyərləndirilməlidir. Mənəvi ziyana görə tutulan kompensasiya məbləği işin hallarına, iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Odur ki, apellyasiya şikayətinin sözügedən dəlili əsassızdır. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərir ki, "xxxx" MMC-nin arayışında 33 nəfər pasiyentin iddiaçının xidmətindən imtina etməsi göstərilir ki, məhkəmə həmin şəxslərdən ən azı birini belə çağırmamış, izahatını almamış və onların İddiaçı müalicəsindən doğrudan da imtina edib-etməmələri, etmişlərsə, imtinasının səbəbinin nə olması, onların imtinası arasında səbəbli əlaqə olub-olmamasını və sair halları araşdırmamışdır. Hətta bütün qeyd olunanlardan əlavə pasiyentlərin İddiaçı müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 manat məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 manat vəsaitin 15.600 manat hissəsinin oftalmoloqcərrah İddiaçı ödənilməsi nəzərdə tutulması qeyd olunsa belə, bunu hansı sübutla təsdiq etmələrini əsaslandırmamışlar. Belə çıxır ki, həkim xəstəxananın qazandığından çox qazanır. Çünki xəstəxana 8400 manat, həkim isə 15600 manat əldə edir. Ümumiyyətlə, iddiaçı və "xxxx" MMC arasında əmək müqaviləsi olub-olmaması, əmək müqaviləsində əmək haqqının nə qədər qeyd edilməsi, əvvələr hər pasiyentə görə həkimə nə qədər pul ayrılması və sair hallar araşdırılmamış və nəticədə tamamilə əsassız qətnamə qəbul edilmişdir. Qeyd edilən hallar yetərincə araşdırılmayaraq nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 23 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı əleyhinə (Cavabdeh tərəfindən) sosial şəbəkələrdə və internet informasiya ehtiyatında yayılmış yanlış, təhqiredici və böhtan məlumatlar nəticəsində 23 dekabr 2023-cü il tarixindən bu günə qədər olan dövr ərzində əlavədə siyahısı təqdim olunan pasiyentlər İddiaçı müayinə və müalicəsindən imtina etmişlər. Pasiyentlərin İddiaçı müayinə və müalicəsindən imtina etmələri nəticəsində klinikanın büdcəsinə 24.000 manat məbləğində pul vəsaiti köçürülməmişdir. 24.000 manat vəsaitin 15.600 manat hissəsinin oftalmoloq-cərrah İddiaçı ödənilməsi nəzərdə tutulurdu. Cavabdeh isə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının mötəbərliyini şübhə altına alan hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyindən məhkəmə kollegiyası hüquqi şəxsin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş arayışı iş üçün mühüm əhəmiyyət kəsb edən mötəbər yazılı sübut hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-524/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar