Məhkəmə qərarları › İş №2(106)-1185/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1185/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1185/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi zərərə görə pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 119/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən və Cavabdeh2 maddi zərərə görə 5000 (beş min) manat, 70 (yetmiş) manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 200 manat vəsaitin, cəmi 5270 manat pulun alnıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh2 barəsində olan cinayət işində Cavabdeh2 və "xxxx" ASC-yə qarşı 5000 manat maddi, 195.000 manat mənəvi zərərə görə, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 490 manatın "xxxx" ASCdən və Cavabdeh2 alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-108/2022 saylı 16 iyun 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 7000 manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 manatın tutularaq ona (mülki İddiaçı) verilməsi hökmdə qeyd edilmiş, mülki iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-726/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh2 və zərərkəmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kolllegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilmiş, tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilmiş və Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin həmin qərarının təsviri əsaslandırıcı hissəsində qeyd olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin qismən təmin edilməsi barədə qərarını qanunun tələblərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il 7 №-li qərarında verilmiş izahlara və işin hallarına uyğun olduğundan əsaslı və qanuni hesab etmişdir. Lakin məhkəmələrin zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının maddi zərərə aid olan hissəsi ilə əlaqədar mövqeyini əsaslı hesab etməmiş və buna görə də, mülki iddianın maddi ziyan tələbinə dair hissəsi baxılmamış saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(073)- 108/2022 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddianın maddi zərərə aid hissəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarlarına əsasən mülki iddianın maddi zərər tələbi ilə əlaqədar yenidən məhkəmədə iddia qaldırmağa zərurət yaranmışdır. Beləlikə, uşağının yas məclisinin yola verilməsi (hazırlanan yeməklərə, mərasim evinə, mollaya verilən pul vəsaitləri) qəbirüstü abidənin qoyulmasına 5000 manat xərc çəkilmişdir. Belə ki, Cəlilabad rayon Qarazəncir bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 79 nömrəli arayışla təsdiq olunur ki, mərhum X1 qəbrstanlığında dəfn edilmişdir. Onun (iddiaçının) tərəfindən hüzür məclisinin yola verilməsi, qəbirüstü abidənin qoyulması və s. 5000 manat pul sərf etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-119/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 maddi zərərə görə 5000 (beş min) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və 70 (yetmiş) manat dövlət rüsumu, cəmi 5270 (beş min iki yüz yetmiş) manat pulun alnıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianın etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsində baxılan 1(073)- 108/2022 saylı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia əsasında iddiaçı ilə "xxxx" ASC arasında eyni predmet barəsində və eyni əsasla işə baxılmış və mülki iddia qismən təmin edilərək mənəvi zərərə aid hissədə 7000 manat həddində təmin edilmiş, maddi ziyan hissəsində isə təmin edilməmişdir. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-425/2023 saylı qərarı ilə hökm məhkuma təyin edillmiş cəza hissəsində dəyişdirilmiş, mülki iddianın maddi zərərə aid hissəsi isə baxılmamış saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-585/2023 saylı qərarı ilə həmin cinayət işinin mülki iddianın maddi zərərə aid hissəsinin məhkəmələr tərəfindən təmin edilməməsinə hüquqi qiymət verilmiş, həmin tələbin CPM-in 354.1.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmasının qanunun tələblərinə uyğun gəldiyi, həmçinin CPM-in 180.1-ci maddəsinə uyğun olaraq “mülki iddianın maddi zərərə aid hissədə təmin edilməməsinin zərərçəkmiş şəxsin hüquqi varisinin bu barədə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququndan məhrum edildiyi qeyd edilmişdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə tərəfindən verilmiş vəsatət Cəlilabad Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən vurulmuş maddi ziyanla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, hazırkı iddianı nümayəndəsi olduğu cəmiyyətə qarşı hissədə əsassız hesab edir. İşdə olan: Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(073)-108/2022 saylı hökmünə əsasən Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh2 üzərnə Cəlilabad rayon icra və probasiya şöbəsinə məlumaı vermədən saat 23:00-dan saat 06:00-dək yaşadığı Cəlilabad rayonu Ocaqlı kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanm icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Cəlilabad rayon icra və probasiya şöbəsinə tapşırılması, iş üzrə mülki iddianın qismən təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 7000 (yeddi min) manat pulun və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-726/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 və zərərkəmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cəlilabad rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(073)- 108/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-585/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti isə qismən təmin edilərək, Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-425/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(073)-108/2022 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh2 CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia maddi zərərə aid hissəsi baxılmamış saxlanılmışdır. Cəlilabad rayon Qarazəncir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Qarazəncir kəndində vəfat etmiş oğlu X3 dəfn mərasimi və qəbirüstü abidənin düzəldilməsi üçün təxminən 5000 (beş min) manat vəsait xərcləmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar Biləsuvar rayon Vəkil Bürosunun hesabına 200 manat vəsait ödənilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasıdır. Belə ki, Cəlilabad Rayon Məhkəməsində baxılan 1(073)-108/2022 saylı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi və mülki İddiaçı tərəfindən verilmiş mülki iddia əsasında onunla işə baxılmış və mülki iddia qismən təmin edilərək mənəvi zərərə aid hissədə 7000 manat həddində təmin edilmiş, maddi ziyan hissəsində isə təmin edilməmişdir. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-425/2023 saylı qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 1(073)-108/2022 saylı hökmü məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, mülki iddianın maddi zərərə aid hissəsi isə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 585/2023 saylı qərarı ilə həmin cinayət işinin mülki iddianın maddi zərərə aid hissəsinin məhkəmələr tərəfindən təmin edilməməsinə hüquqi qiymət verilmiş, həmin tələbin CPM-in 354.1.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmasının qanunun tələblərinə uyğun gəldiyi, həmçinin CPM-in 180.1-ci maddəsinə uyğun olaraq mülki iddianın maddi zərərə aid hissədə təmin edilməməsinin zərərçəkmiş şəxsin hüquqi varisinin bu barədə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququndan məhrum edildiyi qeyd edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iddiaçının tələb etdiyi 5270 manat ziyanın məbləğini müəyyən edərkən mötəbər subutlara istinad etmədən, yalnız kənd icra nümayəndəliyinin heç bir konkret mənbəyə istinad olunmayan arayışında qeyd etdiyi məbləği əsas götürmüş bununla da MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı tələb etdiyi 5270 manat məbləğində xərc çəkməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya 3000 manat məbləğində pul ödənilmişdir. Bununla bağlı şahid olsa da, birinci instansiya məhkəməsində üzrlü səbəbdən iştirak edə bilməmişdir. Bundan başqa, iddiaçı 5000 manat məbləğində xərcin çəkilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya dəymiş ziyanla bağlı ona mənəvi zərər qismində 7000 manat vəsait ödənilmişdir. İş üzrə mənəvi ziyanın ödənilməsi qismində iddia tələbi təmin edilsə də, maddi zərər hissəsində təmin edilməmişdir. Əlavə olaraq, iddiaçıya maddi dəstək olaraq 3000 manat ödəniş edilmişdir. Belə ki, Cəlilabad rayon Günəşli kəndində yaşayan Mirmahmudağa adlı şəxs tərəfindən iddiaçıya 3000 manat məbləğində pul ödənilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə başqa sübut mövcud deyil və çəkilmiş xərclər yalnız bələdiyyə arayışı ilə təsdiq edilir. Mirmahmudağa adlı şəxs tərəfindən iddiaçının bələdiyyədə işləyən və onun arvadının qohumu olan Faiq adlı şəxsə iddiaçıya çatdırılması üçün verilmiş 3000 manat məbləğində pul vəsaitinin ümumi iddia məbləğindən çıxılaraq qalan 2000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cəlilabad rayonu Günəşli kəndində yaşayan Mirmahmudağa adlı şəxs onun arvadının qohumu olan və bələdiyyədə işləyən Faiq adlı şəxsə ona çatdırılması üçün 3000 manat məbləğində pul vermişdir. Faiq adlı şəxs həmin pulu onun qardaşına və qaynına vermişdir. Həmin pulun verilməsi barədə daha çox iztirab keçirməməsi üçün ona xəbər verməmişlər. Ona dəymiş ziyanın ödənilməsi məqsədilə qohumuna verilən 3000 manat məbləğində pul vəsaitini ona verilən kimi qəbul edir. Həmin 3000 manat məbləğində pul vəsaitini dəymiş maddi ziyanın əvəzi kimi ödənilməsini qəbul edir və dəymiş maddi ziyanın əvəzi qismində 2000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tətəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-119/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi tutulan maddi zərərin məbləği hissədə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 119/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi "xxxx" ASC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi qismində 5000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilməli və maddi ziyanın məbləği 2000 manat məbləğində müəyyən edilməlidir. Bununla bərabər, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-119/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin ləğvi yaxud qalan hissədə dəyişdirilməsi üçün əsaslar yoxdur. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-119/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi qismində 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilsin və maddi ziyanın məbləği 2000 (iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar