Məhkəmə qərarları › İş №2(106)-1186/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1186/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1186/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Cahid İmanov Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddianın qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli 2(106)2107/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı arıtırılaraq 03 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınıb anası - İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Saatlı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin alimentin tutulması hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuşlar və birgə nikahlarından 03 noyabr 2016-cı il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(055)-957/2016 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 03 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin olunmuş, lakin həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, qətnamənin aliment hissəsi dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli 2(106)2107/2017 saylı qətnaməsi ilə 03 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin hazırda uşaq böyüdüyü üçün onun məsrəfləri artmışdır və 110 manat aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hal-hazırda övladı Hüseynin 7 yaşı var. Ona verilən aliment uşağın saxlanması üçün kifayət etmir. Övladı Hüseyn böyüdüyü üçün məsrəfi də yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını va ehtiyacını tamamilə o, çəkir. Uşaq böyüdükcə, atasına qarşı ehtiyac va tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Hüseynin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun maddi tələbatını ödəmək tək çox çətindir. Bu səbəbdən də, cavabdehə qarşı aliment məbləğinin artırılması barəda iddia ərizəsi ilə məhkəməyə müraciat etmak məcburiyyətində qalmışdır. Hal-hazırda işsizdir və evim yoxdur. Övladı Hüseyn xəstəliyə meyillidir. O, tez-tez xəstələnir. Aliment övladının heç müalicəsinə çatmır. Çox acınacaqlı vəziyyətdə yaşayır. 2023-cü ildə uşaqlar üçün aylıq ehtiyac meyarı 220 manat məbləğində müəyyən edilib. Lakin məhkəmə bu halı nəzərə almadan cavabdeh X1 cəmi 150 manat sabit pul məbləğində aliment tutulması haqqında qatnamə qəbul edib. Məhkəmə onun və Hüseynin mənafeyini nəzərə almamışdır. Saatli Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsində Cavabdeh aylıq qazancının və digər gəlirlərinin müəyyən edilməsi aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh X4 ev heyvanları saxlayır. O, kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur. Onun sosial durumu yaxşıdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar yoxlanılmamışdır. İddiaçı 08 avqust 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 17 may 2023-ci il tarixli 2(055)-448/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını nizahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(049)-764/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli 2(106)2107/2017 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(055)-957/2016 saylı qətnaməsi alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh bir uşaq üçün ayda 110 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Həsənova (Məmmədova) Gülnar Əvəz qızına verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 noyabr 2016-cı il tarixdə anadan olmuşdur. Uşağın anası Həsənova (Məmmədova) Gülnar Əvəz qızı, atası Cavabdehdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında 16 iyun 2020-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 357 saylı nikah qeydi vardır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 29 noyabr 2012-ci il tarixdə və X8 15 mart 2020-ci il tarixdə anadan olmuşlar. Uşaqların anası X10, atası Cavabdehdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara əsasən müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli 2(106)2107/2017 saylı qətnaməsinə əsasən Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(055)- 957/2016 saylı qətnaməsi alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh bir uşaq üçün ayda 110 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və 110 manat aliment məbləği uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdən cavabdehin hazırda heç bir yerdə işləmədiyi, ikinci dəfə ailə qurduğu, həmin evlilikdən də uşaqları olduğu və həm Cavabdeh saxlanması üçün aliment ödədiyi, həm də yeni evlilikdən olan uşaqlarını saxladığı, buna görə də, tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığı görünür. Buna görə də, cavabdehin yenidən ailə həyatı qurması və uşaqlarının olması hazırki iddia tələbi üzrə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin sonrakı evliliyi və uşaqlarının olması da nəzərə alınmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, Cavabdeh iş yeri və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, habelə iş materiallarına əsasən Cavabdeh himayəsində hazırda arvadı X13 və 2 nəfər uşağı yaşayır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(055)-448/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar