Məhkəmə qərarları › İş №2(106)-1189/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1189/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1189/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadından Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Rüstəmov İlkin Elçin oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddiası Şirvan Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 2(032)-1606/2022 saylı qətnaməsinə əsasən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı kredit müqaviləsi üzrə 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulacaq 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat məbləğində borc - xx.xx.2020-ci il tarixli, SVLMB-4273 saylı saxlanc girovu müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan boyunbağı dəsti 1 ədəd, çəkisi 62,5 qram, əyarı 585, boyunbağı dəsti brilyant 1 ədəd,çəkisi 53,6 qram, əyarı 750, cəmi 116,10 qram açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı ASC-nin tələblərindən artıq olduqda, artıq qalan məbləğ Cavabdeh qaytarılması, satışdan əldə olunmuş məbləğ İddiaçı ASC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan hissədə borc məbləği ümumi qaydada Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, dövlət rüsumu kimi ödənilmiş 51,69 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 2(032)-1606/2022 saylı qətnaməsi qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 05 yanvar 2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə 05 noyabr 2022-ci il tarixli 2(032)-1606/2022 saylı icra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 70.4-cü maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Qərarda göstərilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar qızıl-zinət əşyalarının təqdim edilməsi ilə bağlı tələbkar İddiaçı ASC-yə müraciət edilmiş və İddiaçı ASC isə bildirmişdir ki, icra sənədində qeyd olunan girov qoyulmuş qızıl-zinət əşyaları 07 avqust 2020-ci il tarixdə aktla müştəriyə geri qaytarılmış və girovdan imtina edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində qeyd olunan girov qoyulmuş qızıl-zinət əşyalarının tələbkar İddiaçı ASC-də olmadığından, həmin əşyaların açıq hərracda satışı mümkün deyildir. İddiaçı ASC 05 may 2023-cü il tarixdə məhkəməyə şikayət təqdim edərək, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı kredit müqaviləsi üzrə 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulacaq 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat məbləğində borc - xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı saxlanc girovu müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh qızma məxsus olan boyunbağı dəsti 1 ədəd, çəkisi 62,5 qram, əyarı 585, boyunbağı dəsti brilyant 1 ədəd,çəkisi 53,6 qram, əyarı 750, cəmi 116,10 qram açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı ASC-nin tələblərindən artıq olduqda, artıq qalan məbləğ Cavabdeh qaytarılması, satışdan əldə olunmuş məbləğ İddiaçı ASC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan hissədə borc məbləği ümumi qaydada Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, dövlət rüsumu kimi ödənilmiş 51,69 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Tələbkar olaraq girov predmetindən imtina etdiklərini nəzərə alaraq qətnamənin borcun tutulması hissəsində icra edilməsi üçün icra tədbirləri görülməsini xahiş etmişlər. Qızıl-zinət əşyaları satılaraq borc ödənilməmişdir, yaxud əvəzi ödönilərək geri qaytarılmamışdır. Yəni, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli SVLMB- 4273 saylı kredit müqaviləsi üzrə müqaviləsi üzrə 1581,82 manat əsas, 994,22 manat faiz, 592 manat cərimə borcu olmaqla, cəmi 3168,04 manat borcu qalmaqdadır. Qətnamənin nəticə hissəsinin 1-ci, 4-cü və 5-ci abzası tam icra edilməmişdir. İcra məmuru tərəfindən Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş pul məbləğinin cavabdehdən ümumi icra qaydasında tutulması üçün icra tədbirləri görülməmişdir. Bu isə “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə istinadən icra sənədinin icrasının mümkün olmaması səbəbindən icra sənədinin məhkəməyə qaytarılması ilə uyğunsuzluq təşkil edir. Sözügedən icra sənədinin tam icra olunması üçün “İcra haqqında” Qanuna əsasən lazımi icra hərəkətləri edilməmişdir. Hal-hazırda Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh 1581,82 manat əsas, 994,22 manat faiz, 592 manat cərimə borcu olmaqla, cəmi 3168,04 manat pul və ödənilmiş 51,69 manat dövlət rüsumu borcu qalmaqdadır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının mümkün olmaması səbəbindən icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 70.4-ci bəndinə əsasən icra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı İddiaçı ASCyə xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur. Qərardad rəsmi qaydada xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-yə təqdim olunmuş və odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadı ilə (hakim Səidə Məmmədova) şikayət təmin edilərək, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv olunması, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1606/2022 saylı 05 noyabr 2022-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki faktiki vəziyyətdə borclu bank tərəfindən girov qoyulmuş qızılların ona verilməsini mübahisələndirir, ona heç bir əmlakın təhvil verilmədiyini bildirir. Həmçinin Şirvan şəhər Məhkəməsinin 2(032)-1606/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsindən də göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixli SVLMB-4273 saylı kredit müqaviləsi üzrə 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat pul alınaraq İddiaçı ASC-yə verilməsi, daha sonra isə xx.xx.2020-ci il tarixli SVLMB- 4273 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulacaq 1581,82 manat əsas, faiz borcuna görə 994,22 manat, cərimə borcuna görə 592 manat olmaqla, cəmi 3168,04 manat məbləğində borc - xx.xx.2020-ci il tarixli SVLMB- 4273 saylı saxlanc girovu müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus olan kolye dəsti 1 ədəd çəkisi 62,5 qram, əyarı 585, kolye dəsti brilyant 1 ədəd, çəkisi 53,6 qram, əyarı 750, cəmi 116,10 qram açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi müəyyən edilsə də, icra vərəqi üzrə icra hərəkətləri tam həyata keçirilmədən icrası mümkün olmayan kimi məhkəməyə geri qaytarılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Rüstəmov İlkin Elçin oğlu həmin qərardaddan şikayət verərək Şirvan Şəhər Məhkəməsinin 19 may 2023cü il tarixli 2(032)-1606/2022 saylı qərardadının ləğv edilərək, İddiaçı ASC-nin şikayətinin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə əlaqədar bildirir ki, bank tərəfindən girovda olan qızılların onlarda olmadığı və cavabdehə geri qaytarılması rəsmən bildirilmişdir. Bu zaman hərraca hansı qızıl əşyalarının çıxarılaraq satılması sual doğurur. Bundan əlavə məhkəmə iclas zamanı icra sənədinin icrasının mümkünsüz olmasını müəyyən etsə də, əsassız bir qərardad qəbul etmişdir. Halbuki, məhkəmə baxışı zamanı məhkəmə yeni icra vərəqəsi qəbul edərək hansı əsaslarla icra edilməsi üçün göndərə bilərdi. Şirvan Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Rüstəmov İlkin Elçin oğlu tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumareski Ruminyaya qarşı” və digər qərarlarında belə bir hüquqi mövqedən çıxış edərək qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edlilərkən, məhkəmə baxışı hüququnu müəyyən edir. Lakin dövlətin hüquq sistemi məcburi qüvvəyə malik olan məhkəmə qərarının tərəflərədən birinin ziyanına fəaliyyətsiz qalmasına yol verirsə, onda bu hüquq xəyali xarakter daşıyır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində qeyd edilmişdir ki, мəhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3.1-ci maddəsində qeyd edilir ki, мəhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığı üçün şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən, habelə prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadından Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Rüstəmov İlkin Elçin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-1606/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar