Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1195/2023 17.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X4 ibarət tərkibdə, katib X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi Cavabdeh2 iş materiallarında olan ünvanına 14 noyabr 2018-ci il tarixdə göndərilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Cavabdeh2 apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin ona göndərildiyi tarixdən 4 ildən çox vaxtdan sonra məhkəməyə təqdim etmiş, bununla da apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə halda işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1195/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1195/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver