Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1204/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3 ) qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3 ) qarşı iddia ərizəsi ilə müraciət edərək, X13 oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh4 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat və ödənilmiş 140 (yüz qırx) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, "xxxx" ASC ilə X13 oğlu arasında xx.xx.2022-ci il tarixli CL-EE000047869 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X13 oğluna illik 18.9 %-lə, 60 ay müddətinə 20000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 343315 nömrəli X9 əsasən müəyyən olunmuşdur ki, X13 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat ofisi tərəfindən verilmiş 1097 nömrəli məktubdan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Coşğun qızı, Cavabdeh2 Coşğun qızına Biləsuvar rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X13 oğlunun xx.xx.2023-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcu qalmışdır. Cavabdeh mərhum X13 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-33021/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki,iddiaçının nümayəndəsi X13 oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh4 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə), Cavabdeh2 Coşğun qızından (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat və ödənilmiş 140 (yüz qırx) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsi (Hakim: Nüsrət Mirzəyev) ilə, Cavabdeh3 (Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi Cavabdeh3) 640 (altı yüz qırx) manat 40 (qırx) qəpik borc və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli CL- EE000047869 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş 16942.85 manat əsas və 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcun, ödənilmiş 140.95 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli CL-EE000047869 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş 16942.85 manat əsas və 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcun, ödənilmiş 140.95 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Məhkəmə miras-əmlakla bağlı Biləsuvar Rayon Notariat Ofisinə sorğu vermiş və müəyyən edilmişdir ki, şəhadətnamə ilə verilən miras əmlak- Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 3-17-1/2-104717/2023 nömrəli məktubuna əsasən 640.40 (altı yüz qırx manat 40 qəpik) pul vəsaitindən ibarətdir. Ona görə də birinci instansiya məhkəməsi Cavabdeh3 mərhum əri X13 oğlundan miras qalmış əmlakı bütövlükdə qəbul etməsinə baxmayaraq vərəsəlik haqqında şəhadətnamədə göstərilən 640.40 (altı yüz qırx manat 40 qəpik) pul həddində iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı "xxxx" ASC apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli CL- EE000047869 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş 16942.85 manat əsas və 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcun, ödənilmiş 140.95 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli CL-EE000047869 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X13 oğluna kreditdən istifadəyə görə 60 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla 20000 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan AZ-İİ № 343315 saylı X7 surətindən görünür ki, X13 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 oğlunun vərəsələri: Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2020 Biləsuvar RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t: xx.xx.2013), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh2 Coşğun qızı (AZE ********, xx.xx.2015-Biləsuvar RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.2008), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh4 Coşğun qızı (AZE********, xx.xx.2015-Biləsuvar FİN:xxxxxxx, d/t:xx.xx.2010) və Cavabdeh3dır (AZE14659521,AA******* xx.xx.2014-Biləsuvar RPŞ FİN:xxxxxxx, d\t xx.xx.1989) və onlar miras əmlakdan ¼ hissədə pay almalıdır Şəhadətnamə ilə verilən miras əmlak-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 3-17-1/2-104717/2023 nömrəli məktubuna əsasən 640.40 (altı yüz qırx manat 40 qəpik) pul vəsaitindən ibarətdir. İş materiallarına əlavə edilmiş X6 görünür ki, X13 oğlu ilə Cavabdeh3 nikahları xx.xx.2008ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Ağalıkəndi üzrə icra nümayəndəliyində 40 sayla qeydə alınmışıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələr ilə müəyyən olunur ki, X13 oğlu ilə Cavabdeh3 birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X11, xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Coşğun qızı və xx.xx.2008-ci il tarixdə Cavabdeh2 Coşğun qızı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon X14 Ərazi Dairəsi üzrə nümayəndəliyə və DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş arayışlardan müəyyən edilir ki, Biləsuvar rayon Ağalıkənd ünvanında yerləşən 2009-cu ildə inşa edilmiş, ümumi sahəsi 98.0 kv.m, yaşayış sahəsi 68.0 kv.m olan bir mərtəbəli, çiy kərpicdən tikilmiş, 3 otaqlı ev X13 oğlunun vəfatından sonra ailə üzvlərinin istifadəsindədir. X12 Ərəstun oğlunun ailə üzvlərinin yaşadığı qızı Biləsuvar rayon Ağalıkənd ünvanında yerləşən 2009-cu ildə inşa edilmiş, ümumi sahəsi 98.0 kv.m, yaşayış sahəsi 50.0 kv.m olan bir mərtəbəli, çiy kərpicdən tikilmiş, 3 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi PHŞ-nin 8 saylı Cəlilabad ərazi idarəsində qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-321A, KOD:80802018 saylı şəhadətnamədən görünür ki, X3 ailə üzvləri ilə birlikdə xx.xx.1997-ci il tarixli Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə X2 oğlu-mərhum X13 oğlu da payçıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçı ilə X13 oğlu arasında xx.xx.2022-ci il tarixli CL-EE000047869 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X13 oğluna illik 18.9 %-lə, 60 ay müddətinə 20000 manat nağd kredit verilmişdir. 343315 nömrəli X9 əsasən müəyyən olunmuşdur ki, X13 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat ofisi tərəfindən verilmiş 1097 nömrəli məktubdan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Coşğun qızı, Cavabdeh2 Coşğun qızına Biləsuvar rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X13 oğlunun xx.xx.2023-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 16942.85 manat əsas borc, vəfat etdiyi tarixə 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borcu qalmışdır. Cavabdeh mərhum X13 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-33021/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh3 apellyasiya icraatı zamanı verdiyi izahatından müəyyən edilir ki, o, mərhum əri X13 oğlunun vəfatından sonra Biləsuvar rayon Ağalıkənd ünvanında yerləşən 2009-cu ildə inşa edilmiş, ümumi sahəsi 98.0 kv.m, yaşayış sahəsi 68.0 kv.m olan bir mərtəbəli, çiy kərpicdən tikilmiş, 3 otaqlı evdə yaşayır, həmçinin Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş 0.25 ha torpaq sahəsində mərhum ərinə çatan miras payı faktiki qəbul etsə də rəsmi olaraq notariat qaydada qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almamış, hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Cavabdeh3 həmçinin izahatında göstərmişdir ki, o hal-hazırda 3 az yaşlı uşağı ilə birlikdə yaşayır, onun hazırda mərhum əri X13 oğlunun banka olan borcunu ödəmək imkanı yoxdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edərək həmin tələbi mirasın qəbul edildiyi həddə əsaslı hesab etmişdir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bəs miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi dedikdə nə başa düşülür? Əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, cavabdeh vərəsə Cavabdeh3 birinci növbə vərəsə kimi əri vəfat etdikdən sonra mirasda payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə kollegiyası işin mübahisəsiz halı kimi müəyyən edir ki, mərhum X8 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə kredit borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən X5 illik 18.9 %-lə, 60 ay müddətinə 20000 manat nağd kredit verilmiş, kredit götürülən zaman Cavabdeh3 ilə mərhum Coşqun Mirzəyev rəsmi nikahda olmuşdur. X1 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən banka olan 16942 manat borc ödənilməmiş qalmışdır. Coşqun Mirzəyevin ölümündən sonra Biləsuvar rayon Notariat ofisində Cavabdeh3 və az yaşlı uşaqlarına vərəsəlik işi açılmış, vərəsəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, mərhum X13 oğlundan miras əmlak qismində 640.40 (altı yüz qırx manat 40 qəpik) məbləğdə pul vəsaiti, Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2020 Biləsuvar RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t: xx.xx.2013), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh2 Coşğun qızı (AZE ********, xx.xx.2015-Biləsuvar RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.2008), Biləsuvar rayonu Ağalıkənd kənd ünvanında qeydiyyatda olan Cavabdeh4 Coşğun qızı (AZE********, xx.xx.2015-Biləsuvar FİN:xxxxxxx, d/t:xx.xx.2010) və Cavabdeh3dır (AZE14659521,AA******* xx.xx.2014-Biləsuvar RPŞ FİN:xxxxxxx, d\t xx.xx.1989) və onlar miras əmlakdan ¼ hissədə pay almalıdır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnudigər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçünalınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur və birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumiəmlakını təşkil edir. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. Göründüyü kimi birinci instansiya məhkəməsi sübutetmə yükü ilə əlaqədar yalnız əldə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni əsas götürərək, X13 oğlundan miras əmlak qismində 640.40 (altı yüz qırx manat 40 qəpik) məbləğdə pul vəsaitinin qaldığını və həmin əmlakın vərəsə kimi mərhumun həyat yoldaşı Cavabdeh3 tərəfindən qəbul edildiyini əsas götürüb vərəsələrin kredit qarşısındakı öhdəliyini həmin əmlak həddində müəyyən etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırki işdə də Cavabdeh3 vərəsəlik şəhadətnaməsi açılmaqla 640.40 (altı yüz qırx manat 40 qəpik) məbləğdə pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. Lakin vərəsə kreditor qarşısında həqiqətən qəbul etdiyi miras əmlakın həddi ilə bağlı məsuliyyətini də sübut etməyə borcludur. Vərəsəlik hüququ haqqında şəhadətnamə mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə miras qoyanın digər əmlakları haqqında məlumatın qeyd edilməməsi vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin Cavabdeh3 miras qoyan X13 oğlunun vərəsəsi kimi kredit müqaviləsi üzrə yaranan borcun qəbul etdiyi miras həddindən çox olması barədə hər hansı sübutu nə birinci instansiya nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmiş, yalnız onun hazırda mərhum əri X13 oğlunun banka olan borcunu ödəmək imkanında olmadığını bildirməklə kifayətlənmişdir. Halbuki işdə olan sübutlarla müəyyən edilmişdir ki, mərhum X13 oğlunun vəfatından sonra ondan miras qalmış Biləsuvar rayon Ağalıkənd ünvanında yerləşən 2009-cu ildə inşa edilmiş, ümumi sahəsi 98.0 kv.m, yaşayış sahəsi 68.0 kv.m olan bir mərtəbəli, çiy kərpicdən tikilmiş, 3 otaqlı yaşayış evi, onun yerləşdiyi torpaq sahəsi, həmçinin Biləsuvar rayon Ağalıkənd kəndində mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.25 ha (JN- 321A, kod:********) həyətyanı torpaq sahəsi mövcuddur və həmin ev və torpaq sahələri faktiki olaraq vərəsələrin Cavabdeh3 (həmçinin Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi) istifadəsindədir. Məhkəmə kollegiyası cavabdeh vərəsə Cavabdeh3 əri mərhum X13 oğlunun banka olan borcunu ödəmək imkanında olmadığını bildirməsini onun iş üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olar. Cavabdeh3 vərəsə kimi miras qoyanın miras payından imtina etmədiyindən, vərəsə olaraq universal hüquq varisliyi qaydasında qəbul etdiyi miras payı həddində öhdəliklərini də yerinə yetirməlidir. Vərəsə Cavabdeh3 mərhum əri X4 banka olan borcunu ödəmək imkanında olmadığını bildirməsi iddia tələbinin təmin edilməməsinin qanuni əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mərhum X13 oğlunun yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Yəni qeyd edilən tikili üzərində X13 oğlunun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Bu isə onu göstərir ki, X13 oğlunun ölümündən sonra onun vərəsələri Cavabdeh3 (həmçinin Cavabdeh1, Cavabdeh4 Coşğun qızı və Cavabdeh2 Coşğun qızının qanuni nümayəndəsi) miras əmlakdan imtina etmədiyi üçün həmin yaşayış sahəsinə və torpaq sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaqla əldə edə bilər. Bundan başqa kollegiya onu da diqqətdən qaçırmır ki, Cavabdeh3 mərhum əri Coşqun Mirzəyevdən miras qalan miras payından imtina etmədiyindən mirası qəbul etmiş və vərəsə olaraq universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi vərəsələrin miras əmlakın qəbul edilməsi həddi ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur. Ona görə də kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" ASC-nin Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-255/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilsin. Cavabdeh3 xx.xx.2022-ci il tarixli CL-EE000047869 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş 16942.85 manat əsas və 44.49 manat faiz borcu olmaqla, cəmi 16987.34 manat borc, ödənilmiş 140.95 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1204/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1204/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver