Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1205/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi iştirakları ilə, İddiaçı «İdeal Kredit” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə Laçın Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(047)-28/2023 saylı qətnaməsindən (hakim C.İbrahimov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «İdeal Kredit” BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 aprel 2015-ci il tarixdə, 29 aprel 2015-ci il tarixdə və 13 may 2015-ci il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 04/286, 04/289 və 05/303 nömrəli kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh1 iddiaçı tərəfindən ev tikintisi və təmiri üçün 60000 (altmış min) ABŞ dolları, 30000 (otuz min) ABŞ dolları və 36000 (otuz altı min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Cavabdeh hər üç kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində kreditlərin əsas məbləğləri və ona hesablanmış faizləri kredit müqavilələrinin 1 saylı əlavələrindəki qrafiklər üzrə ödəməli idi. Lakin borcalanın müraciəti ilə onun xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsi əsasında birləşdirilərək restrukturizasiya edilmişdir. Həmin xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsinə əsasən borcalan 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində qaytarmalı idi. Həmçinin, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 23 avqust 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2, Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" BOKT MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yenə də mütəmadi olaraq pozaraq heç bir ödəniş etməmişlər. Cavabdehlər xx.xx.2018-ci il tarixdə yenidən müraciət edərək kreditin təkrar restrukturizasiya edilməsini xahiş etmişlər. Bu səbəbdən də tərəflər arasında xx.xx.2018-ci il tarixdə 08/017 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanmışdır. Həmin razılaşma əsasında cavabdehlərin 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində kreditinin qalıq məbləğinin (111000 ABŞ dolları) illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmişdir. Buna baxmayaraq cavabdehlər kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödənişi tamamilə dayandırmışlar. Cavabdehlərin xx.xx.2022-ci il tarixə iddiaçıya əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 732 (yeddi yüz otuz iki) manat məbləğində pulun tutulub «İdeal Kredit” BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı «İdeal Kredit” BOKT MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Laçın Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(047)-28/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 72.118,08 ABŞ dolları, faiz borcu üzrə 29.298,17 ABŞ dolları və cərimə borcu üzrə isə 9000 ABŞ dolları,cəmi 110.416,25 (bir yüz on min dörd yüz on altı ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 477,71 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 254,29 (iki yüz əlli dörd manat iyirmi doqquz qəpik) manatı iddiaçının hesabına aid edilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 50 (əlli) manatı isə "xxxx" BOKT MMC-dən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE ********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. BikCTREAZ 22 saylı hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan bütün sübutlar ətraflı araşdırılmamışdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspert rəyində göstərilənlər borc və hesablanmış faizin ətraflı araşdırılmaması, üzərinə həddən artıq faiz borcunun hesablanması ilə müşayiət edilən qətnamənin qəbul edilməsi heç bir halda qanuni və əsaslı hesab edilə bilməz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İdeal Kredit” BOKT MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etmişdir. Bildirmişdir ki, cavabdehlərə kredit borclarını ödəmələri üçün yetərincə vaxt verilmiş, lakin onlar heç bir ödəniş etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza da keçirilmişdir. Buna görə də cavabdehin faiz borcunun çox hesablanması barədə dəlillərini əsaslı hesab etməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir. Lakin o üzrlü hesab etdiyi hala dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələrindən görünür ki, Cavabdeh1 iddiaçı tərəfindən 24 ay müddətinə müvafiq olaraq 22 və 24 faiz ödəmək şərtilə ev tikintisi və təmiri üçün 60000 (altmış min) ABŞ dolları, 30000 (otuz min) ABŞ dolları və 36000 (otuz altı min) ABŞ dolları məbləğində kreditlər verilmişdir. xx.xx.2016-cı il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri birləşdirilərək restrukturizasiya edilmiş, borcalan Cavabdeh1 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində illik 20 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüş və eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. 08/017 saylı, xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 1 saylı razılaşmadan və ərizədən görünür ki, Cavabdeh1 kreditinin qalıq məbləğinin, yəni 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində pulun illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmiş, həmçinin digər Cavabdeh2 08/017 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi şərtlərinin dəyişdirilməsinə etiraz etmədiyini və eyni zamanda Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında olan öhdəliklərinin tam şəkildə ödənilib bağlanılmasınadək zamin olaraq qalacağını bildirmişdir. Maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 72.118,08 ABŞ dolları və faiz borcu üzrə 29.298,17 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da BOKT tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə borcunun hesablanması nəzərdə tutulmadığından Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçıya 24 ay müddətinə müvafiq olaraq 22 və 24 faiz ödəmək şərtilə ev tikintisi və təmiri üçün 60000 (altmış min) ABŞ dolları, 30000 (otuz min) ABŞ dolları və 36000 (otuz altı min) ABŞ dolları məbləğində kreditlər vermişdir. Cavabdeh hər üç kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində kreditlərin əsas məbləğləri və ona hesablanmış faizləri kredit müqavilələrinin 1 saylı əlavələrindəki qrafiklər üzrə ödəməli idi. Lakin borcalanın müraciəti ilə onun xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsi əsasında birləşdirilərək restrukturizasiya edilmişdir. Həmin xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsinə əsasən borcalan 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində qaytarmalı idi. Həmçinin, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 23 avqust 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2, Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" BOKT MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yenə də mütəmadi olaraq pozaraq heç bir ödəniş etməmişlər. Cavabdehlər xx.xx.2018-ci il tarixdə yenidən müraciət edərək kreditin təkrar restrukturizasiya edilməsini xahiş etmişlər. Bu səbəbdən də tərəflər arasında xx.xx.2018-ci il tarixdə 08/017 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanmışdır. Həmin razılaşma əsasında cavabdehlərin 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində kreditinin qalıq məbləğinin (111000 ABŞ dolları) illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq bu günə qədər heç bir ödəniş etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan çoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(047)-28/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1205/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1205/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver