Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1208/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X10, birinci iş üzrə İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili, həmçinin ikinci iş üzrə iddiaçılar S.Əliyevanın və Ş.Əliyevin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən ikinci iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh Əlquzu oğluna qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair və iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X12, X4, X5, X6, X1 və X7- cavabdeh İddiaçı qarşı torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şükürova X3 rayonu Narlıq kəndində yerləşən 1,875 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Bundan başqa, Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh Əlquzu oğlu, X26, X20, Əkbərova (Əliyeva) Afaq Ərzulla qızı, X21, X13 və Quliyeva (Əliyeva) Aidə Ərzulla qızına məxsusdur. İddiaçı Cavabdeh Əlquzu oğluna qarşı, ona məxsus ağacların kəsilməsi nəticəsində cavabdehdən dəymiş zərərin əvəzində 765 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. (Birinci mülki iş). İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Sabirabad rayonu, Narlıq kəndində onun mülkiyyətində 1,875 ha torpaq sahəsi vardır. Torpaq sahəsini xx.xx.2016-cı il tarixdə X8 rəsmi alqı-satqı yolu ilə almışdır. O, həmin torpaq sahəsində 100 ədəddən artıq tut və gilas ağacları əkmişdir. xx.xx.2022-ci il tarixdə o, torpaq sahəsində 35 ədəd tut və 10 ədəd gilas ağaclarının kəsildiyini müşahidə etmişdir. Cavabdeh onunla tez-tez mübahisə etdiyi üçün o, Ərzulladan şübhələnmiş və Sabirabad RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə bağlı araşdırma aparılan zaman Cavabdeh tərəfindən balta ilə qeyd olunan ağacların kəsilməsi müəyyən edilmişdir. Cavabdeh həmin ağacları xx.xx.2022-ci il tarixdə kəsmişdir. RPŞ-də aparılan araşdırma zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı X31 İnkişaf Mərkəzinə müvafiq sorğu göndərilmiş, bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Sabirabad DAİM-in mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli Kənd İcra X25, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, 35 ədəd tut ağacları və 10 ədəd meyvə ağaclarının kəsilməsi müəyyən edilərək xx.xx.2022-ci il tarixdə bu barədə akt tərtib edilmiş, həmçinin akt əsasında dəymiş ziyanın həcmini müəyyən edən rəy yazılmışdır. Rəy tərtib olunarkən ağacların 6 illik olması müəyyən edilərək, ona cəmi 765 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh tələblərini yerinə yetirməmişdir. Həmçinin, Cavabdeh Əlquzu oğlu, X26, X20, X22, X21, X13 və X23- cavabdeh İddiaçı qarşı onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tirəsinə əkdiyi ağacların cavabdehin hesabına çıxarılması, cavabdeh İddiaçı qanunsuz hərəkətləri, yəni onlara məxsus torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi nəticəsində onların mülkiyyətində olan torpaq sahəsinə və məhsula dəymiş 5000 (beş min) manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi, cavabdeh İddiaçı tərəfindən onlara məxsus torpaq sahəsinə bitişik yerdə qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, onlara dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 80 manat pulun cavabdeh İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. (İkinci mülki iş). İkinci mülki iş üzrə iddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar: Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1-2/1 nömrəli Qərarı ilə Sabirabad rayonu Narlıq kəndi ərazisində yerləşən 2.84 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ailəlikcə onların mülkiyyətinə verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN: 272; KOD 90909038 nömrəli Şəhadətnamə verilmişdir. Torpaq sahəsinin eni 46-51 metr arasında, uzunluğu isə 555 metrə yaxındır. Mülkiyyətlərinə ayrılmış torpaq sahəsində hər il təyinatı üzrə kənd təsərrüfatı məhsulları əkib becərmişlər və dolanışıqlarını həmin torpaq sahəsi ilə təmin edirlər. Torpaq sahələrinin sol tərəfində qonşuluqda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmkəndliləri Mövsüm adlı şəxsə məxsus olmuşdur. 2016-cı ildə Mövsüm öz torpağını Sabirabad rayonu Narlıq kənd sakini Şükürova Mǝhluqǝ Nizam qızına satmışdır. Onlara məxsus torpaq sahəsi ilə cavabdehǝ məxsus torpaq sahəsinin arasında sərhədləri müəyyən edən su arxı keçir. 2016-cı ildə Məhluqǝ torpaq sahəsini Mövsümdən aldıqdan sonra onların torpaq sahəsi ilə sərhəddə, su arxının onların torpağı tərəfdə olan tirəsində tut ağacı və müxtəlif meyvə ağacları əkməyə, həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikməyə başlamışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 7 saylı ərazi şöbəsinin məsləhətçisi X18 tərəfindən Məhluqǝ Şükürovanın pay torpağında fərdi yaşayış evi tikməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərini pozduğuna görə xx.xx.2017ci il tarixli 000434 nömrəli protokol tərtib edilmişdir. O, (Cavabdeh) dəfələrlə Şükürova Məhluqǝyǝ xəbərdarlıq etmişdir ki, onların tirǝsinə ağac əkməsin, sonra həmin ağaclar kötük atıb onların torpaq sahəsinə keçəcək və əkin sahəsi yararsız hala düşəcək. Ancaq cavabdeh onu eşitməmiş və hər il ağacların sayını artırmağa başlamışdır. 2020-ci ilin payız aylarında torpaq sahələrində buğda əkmişlər, lakin cavabdehin əkdiyi ağaclar olan tərəfdə buğda bitməmişdir və məhsuldarlıq aşağı düşmüşdür. 3 tondan çox ziyana düşmüşlər, bunu da buğdanın qiyməti ilə hesablayanda 3300 manat zərər deməkdir. 2021-ci ilin əkin vaxtı o, torpaq sahǝsini şumladarkən, traktorun kotanına tut ağaclarının kötükləri ilişmiş və traktor sürən şumlamanı dayandırmışdır. Bundan başqa, cavabdehin əkdiyi ağaclar böyüdükcə əkinə kölgə salmağa başlamış və məhsullar gün işığından məhrum olmuşdur. O, məcbur olub buğda əkməmiş və yonca əkməyə başlamışdır. Ancaq yoncada da məhsuldarlıq azalmış və onlar yenə zərərə uğramışlar. O, yenə də cavabdehə xəbərdarlıq edərək ağacları yığışdırmasını tələb etmişdir. Lakin cavabdeh, ona məhəl qoymamışdır. O da məcbur olub, ağacların bir neçəsini kəsmişdir. Bundan sonra, Şükürova Məhluqǝ Nizam qızı 2022-ci ilin may ayında onun barəsində DİN-in 102 xidmətinə şikayət etmişdir ki, guya o, Məhluqənin həyətyanı torpaq sahəsində yerləşən ağaclarını kəsmişdir. İş üzrə Sabirabad rayon X27 bölməsində araşdırma başlanmış, o da İddiaçı şikayətçi olmuşdur. İş üzrə X41 Mərkəzi də araşdırmaya cəlb edilmişdir və X28 aqronom- mütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edilmiş rəy və arayışda qeyd edilmişdir ki, İddiaçı qonşu ilə sərhəddə əkdiyi meyvə və əsasən də tut ağacları ətrafındakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbilə məhsuldarlıq xeyli azalır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası və Cavabdeh Əlquzu oğlunun və başqalarının iddiası üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırovun) 02 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin üzərində əkilmiş ağacların kəsilməsi nəticəsində dəymiş zərərin əvəzi 760 (yeddi yüz altmış) manat pul vəsaiti, iddia ərizəsinin tərtib edilməsi ilə əlaqədar ödənilmiş xərcin 49 manat hissəsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi və məhkəmə ekspertizası ilə bağlı ödənilmiş xərcin 131 manat hissəsi, ümumilikdə 970 (doqquz yüz yetmiş) manat pul vəsaiti Cavabdeh Əlquzu oğlundan tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X12, X4, X5, X6, X1 və X7- cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi» barədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi birinci iş üzrə iddianı qismən təmin, ikinci iş üzrə iddianı rədd edərkən Sabirabad Dövlət X28 (DAİM-nin) mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli Kənd İcra X25, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş və Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta, habelə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu X9 xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmışdır. Sonuncu rəyə görə, Cavabdeh məxsus torpaq sahəsinin təxminən 30 sotunda taxıl seyrək olsa da torpağın sahibinə zərərin vurulması müəyyən edilməmişdir. Qətnamədən ikinci iş üzrə iddiaçılar Cavabdeh Əlquzu oğlu, X26, X20, X22, X21, X13 və X23 apellyasiya şikayəti vermişlər. Apellyasiyaşikayətinindəlilləri İddiaçılar Cavabdeh Əlquzu oğlu, X26, X20, X22, X21, X13 və X23 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsi və ikinci iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Şükürova X3 rayonu, Narlıq kəndində torpaq sahəsini 2016-cı ildə almışdır. O, kənd təsərrüfatı təyinatlı əkin sahəsində ev tikməsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhluqə tərəfindən onların torpağı ilə tirədə çoxlu tut ağacları əkilməsi nəticəsində torpaqları əkinə yarasız hala düşmüş, məhsuldarlığa zərər vurulmuşdur. Şikayətə görə, İddiaçı əkdiyi ağacların onlara məxsus əkin sahəsinə kök atması nəticəsində tut ağaclarının kökünün əkin işlərinə, torpağın şumlanmasına maneçilik yaratması öz təsdiqini tapmasına baxmayaraq məhkəmə onların pozulmuş hüquqlarını bərpa etməmişdir. Şikayətçilər göstərmişlər ki, iş üzrə torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspert rəyi məhkəməyə daxil olmamış, məhkəmə mütəxəssis rəyinə əsasən qətnamə qəbul etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Cavabdeh Əlquzu oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında İddiaçı həmin torpaq sahəsini 2016-cı ildə aldığını, torpaq sahəsinin əkin sahəsi olduğunu, həmin əkin sahəsində tikilinin inşa edildiyini, sərhəddə yaxın ərazidə çoxlu ağac əkdiyini, həmin ağacların kölgəsinin onun torpaq sahəsinə düşdüyünü, bununla da onun hüquqlarının pozulduğunu bildirmişdir. Apellyasiya baxışında Cavabdeh nümayəndəsi və vəkili Vəkil çıxışında bildirdi ki, torpaq kənd təsərrüfatı təyinatlıdır. Cavabdeh tərəfin dolanışığı həmin torpaqdandır. Qarşı tərəfin ağaclar əkməsi Cavabdeh torpağının məhsuldarlığına mənfi təsir edir. Apellyasiya baxışında iştirak edən İddiaçı, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, ağaclar böyük deyil, qarşı tərəfə ziyan vurula bilməz. Əsaslandırma - Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni ikinci iş üzrə iddiaçılar- Cavabdeh Əlquzu oğlu, X26, X20, X22, X21, X13 və X23, onların iddiasının təmin edilməyən hissəsində və birinci iş üzrə, yəni İddiaçı iddiasının təmin edilmiş hissəsində mübahisələndirmişlər. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. İş üzrə tərəflər qonşu torpaq sahələrinin mülkiyyətçiləridirlər. İddiaçı Cavabdeh Əlquzu oğlundan, əvvəlinciyə məxsus torpaq sahəsində əkdiyi ağacların kəsilməsi nəticəsində vurulmuş zərəri tələb etmişdir. Cavabdeh Əlquzu oğlu və onun ailə üzvləri, cavabdeh İddiaçı, sonuncunun torpaq sahəsinin sərhədi boyunca əkdiyi ağacların çıxarılmasını və ağacların onlara vurmuş olduğu və gələcəkdə vuracağı zərəri tələb etmişdir. Sabirabad DAİM-nin mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-si Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş və imzaları və Sabirabad rayon Yolçubəyli kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta görə, İddiaçı 1,87 ha torpaq sahəsində əkdiyi 35 ədəd tut ağacı və 10 ədəd meyvə ağaclarının (gilas, əncir və nar) həmkəndlisi Cavabdeh tərəfindən kəsilib məhv edilməsi ilə bağlı şikayəti üzrə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün həmin əraziyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı qonşu ilə sərhəd arasında əkmiş olduğu 35 ədəd tut və 10 ədəd meyvə ağaclarının torpaq səthindən balta ilə kəsilərək atıldığı müəyyən edilmişdir. Sabirabad DAİM-nin aqronom mütəxəssisi X24 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, 35 ədəd tut və 10 ədəd olmaqla - 3 ədəd gilas, 5 ədəd nar, 1 ədəd heyva, 1 ədəd əncir ağaclarının kəsilməsi nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Hər bir ağacın alınmasına, əkilməsinə, nəqliyyat xərclərinə 5 manat, hər ildə isə mühafizəsinə (zərərverici və xəstəliklərə qarşı) sulanmasına və sair aqrotexniki tədbirlərin aparılmasına bir ağac üçün 2 manat vəsait xərcləndiyi nəzərə alınaraq ziyanın məbləği 765 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-cimaddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məcəllənin 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1098.1-ci maddəsinə əsasən, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə, qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdehin tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutlara, o cümlədən Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta, habelə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu X9 xx.xx.2022-ci il tarixli rəyinə istinad edərək İddiaçı iddia tələbini qismən təmin etmişdir. Cavabdeh həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bu hissədə Kollegiya apellyasiya şikayətinin təmin edilməsi üçün əsas tapmır. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır və hesab edir ki, Cavabdeh qonşusu İddiaçı ağaclarını kəsməklə ona birbaşa ziyan vurması, həm izahatlarla, həm də işə əlavə edilmiş akt və rəylə təsdiq olunur, ona görə də həmin ziyan Mülki Məcəllənin 21, 1096-1097-ci maddələrinə əsasən ödənilməlidir. İddiaçı vurulmuş ziyanın miqdarı barədə birinci iş üzrə İddiaçı mübahisə etməmişdir. Vurulmuş ziyanın miqdarı (məbləği) iş üzrə ekspertin rəyi ilə də təsdiq olunur. Kollegiya hesab edir ki, bu hissədə, yəni birinci iddia üzrə vurulmuş ziyanın miqdarının azaldılması üçün də əsas yoxdur. İkinci iş üzrə- iddiaçılar Cavabdeh Əlquzu oğlu, X26, X20, X22, X21, X13 və X7 iddia tələbinin tam olaraq təmin edilməməsinə dair hissədə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiyanın qənaətinə görə, aşağıdakılara əsasən ikinci iş üzrə iddia qismən təmin edilməlidir. Sabirabad DAİM-nin aqronom mütəxəssisi X24 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə görə, Narlıq kənd sakini İddiaçı qonşu ilə sərhəddə əkdiyi meyvə və əsasən tut ağacları ətrafdakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlığın xeyli azalması qeyd edilmişdir. İddiaçıya məxsus əkin sahəsində və ya torpaq sahəsinin sərhədində əkilmiş ağacların qarşı tərəfə hər-hansı əngəlliklər törədib-törətməməsi (qonşu sahəyə kölgə salması, çıxıntılı budaqların olması, kökünün getməsi və s. kimi halların olub-olmaması), ziyan vurulubvurulmaması ilə bağlı müvafiq ekspertiza keçirilmişdir. İş üzrə müvafiq mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq, məhkəmə bioloji və məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Həmin ekspertizanın 29 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1249-9/68xx-xx/6811 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Cavabdeh Əlquzu oğluna və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2.84 ha torpaq sahəsində əkdiyi 20 ha taxıl sahəsində bitki sıxlığının normal olması, lakin Cavabdeh ağacların kölgəsi nəticəsində təxminən 30 sotunda taxıl sahəsində bitkilərin seyrəkliyi, qalan 0.84 ha sahəsində isə yonca bitkisi əkilmiş və həmin yonca sahəsində heç bir ziyan müəyyən edilməmişdir. - ağacların çıxarılması və ya kəsilməsi nəticəsində İddiaçı məxsus əkdiyi 109 ədəd ağacın 45 ədədini dibindən kəsmişdir. - kəsilmiş ağacların gövdəsi 80-90 mm, hündürlüyü isə 4-5 metr olduğu halda onların təzə pöhrəsi 1.5-2 metr, gövdəsinin diametri 20-25 mm təşkil edir. - kəsilmiş ağacların sayı 45 ədəddir. Onlardan 35 ədədi tut olub, hündürlüyü 4-5 metr, diametri 80-90 mm, 1 ədəd əncir, hündürlüyü 2 metr, diametri 50-60 mm, 3 ədədi albalı, hündürlüyü 1.5 metr, diametir 30-40 mm, 6 ədədi nar kolu, hündürlüyü 1.7 metr, diametir 20-30 mm müəyyən olundu. Ekspert rəyində belə nəticəyə gəlinib ki, Sabirabad DAİM-nin aqronom mütəxəssis rəyinə əsasən İddiaçı 1.87 ha torpaq sahəsinin qonşusu ilə sərhədinə, uzunluğu 600 metr olan hissəsinə 5-6 metr ara məsafəsi olmaqla tut və meyvə ağacları əkilmişdir. Ağacların gövdəsinin diametrinə əsasən onların təxminən 6 illik olduğu müəyyən olunub. İddiaçı qonşu ilə sərhəddə əkdiyi meyvə və tut ağacları ətrafdakı əkinlərə ziyan vurur. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlıq xeyli azalır. İş materialalrına olan məluamatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən ağacların çıxarılması və kəsilməsi nəticəsində dəymiş ziyanın ümumi miqdarı təxminən 765 manat müəyyən edilir. O cümlədən: 45 ədəd ağacın alınmasına, əkilməsinə nəqliyyat xərclərinə -225 manat mühafizəsinə, aqrotexniki qulluğa və sair – 90 manat, 6 ilə- 540 manat. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN-272 seriyalı KOD 90909038 nömrəli Dövlət Aktı əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh Əlquzu oğluna və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2.84 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Narlıq kəndində yerləşən 1.875 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Çıxarılması tələb olunan ağacların və kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Yəni həmin ağaclar 1.875 ha torpaq sahəsinin hüdudları daxilindədir. İzahatlardan müəyyən edilir ki, sökülməsi iddia edilən tikili İddiaçı torpaq sahəsində yerləşir. Təqdim edilmiş sübutlar, o cümlədən iş üzrə ekspert rəyi ilə iddiaçı Cavabdeh və ailə üzvlərinə real zərər vurulduğu, eləcə də İddiaçı öz sahəsində tikili inşa etməsi ilə iddiaçıların hüquqlarının pozulması müəyyən edilmir. Bu baxımdan, Kollegiya Cavabdeh və başqalarının torpaq sahəsinə və məhsuldarlığa dəymiş 5000 manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi, cavabdeh İddiaçı tərəfindən onlara məxsus torpaq sahəsinə bitişik yerdə qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair hissədə iddianı əsassız sayır. Odur ki, həmin hissəsdə (real zərərin tutulması hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsini də ləğv etmək və ya dəyişdirmək üçün də əsas yoxdur. Bununla yanaşı, təqdim edilmiş sübutlar, o cümlədən ekspert rəyi ilə İddiaçı torpaq sahəsinin qonşu ilə sərhədboyu hissədə əkdiyi meyvə və tut ağacları ətrafdakı əkinlərə (o cümlədən, qonşu Cavabdeh ailəsinin istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhsuldarlığına) gələcəkdə ziyan vurulması müəyyən edilir. Belə ki, ağacların böyüməsi ilə günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlıq xeyli azalır. Müəyyən edilir ki, iş üzrə tərəflərin istifadəsində olan sözügedən torpaq sahələri kənd təsərrüfatı məhsulları istehsalı təyinatlıdır. Bu baxımdan, mülkiyyətçilərin dolanışığı kənd təsərrüfatı məhsullarının istehsalı üzrə həmin torpaq sahəsində əldə etdikləri məhsuldarlıqdan birbaşa asılıdır. Mülki Məcəllənin 171.1-ci maddəsinin dispozitiv şərtinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu mülkiyyətçinin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinin tələbinə görə də təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Kollegiyanın qənaətinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istehsal edilən məhsul üzrə məhsuldarlığın azalması mülkiyyətçinin hüquqlarının əhəmiyyətsiz dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Üstəlik, İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qonşu ilə həmsərhəd hissəsində tikili inşa etmək, qonşu sahəyə təsir edə bilən iri gövdəli tut və digər ağacların əkilməsi normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilməyən hal da deyildir. Yəni belə ziyan vurulmasının qarşısının alınması mümkündür. Kollegiya hesab edir ki, torpaq sahəsinin sərhədboyu hissəsində tut və digər irigövdəli ağacların əkilməsi ilə qarşı tərəfə gələcəkdə vurula bilən ziyan kifayət qədərdir və bu cür ziyanla sonuncuların hüquqlarının pozulması əhəmiyyətsiz dərəcədə deyildir. Ona görə həmin ziyanın qarşısının alınması zəruridir. Qanunun tələbinə görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər (Mülki Məcəllənin 1098-ci maddəsi). Bu baxımdan, Kollegiya Cavabdeh Əlquzu oğlunun və başqalarının cavabdeh İddiaçı qarşı ziyanın qarşısının alınması hissədə (sərhədboyu hissədə kölgə sala biləcək ağacların çıxarılması hissədə) iddianı əsaslı hesab edərək təmin edilməsini mümkün sayır. Kollegiya hesab edir ki, iddiaçılar Cavabdeh və başqalarının mülkiyyətində olan 2.84 hektar torpaq sahəsi ilə qonşu İddiaçı torpaq sahəsinin sərhədboyu hissəsində əkilən ağaclar, qonşuya zərər vurulması təhlükəsinin qarşısının alınması məqsədilə cavabdehin hesabına çıxarılmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, ikinci iddianın- zərər vurulması təhlükəsinin qarşısının alınması məqsədilə, tərəflərin torpaq sahələrinin sərhədboyu hissədə əkilən ağacların çıxarılmasının təmin edilməməsinə dair hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli və iddia yuxarıda göstərilən əsaslarla qismən təmin edilməlidir. Kollegiya mənəvi ziyanın ödənilməsinə dair hissədə iddianı əsassız sayır. Belə ki, vurulmuz real zərərə dair hissədə iddia əsassız olduğu halda mənəvi ziyanın ödənilməsinə dair tələbin təmin edilməsi üçün də əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh Əlquzu oğlunun və başqalarının cavabdeh İddiaçı qarşı iddiasının (ikinci iddianın) təmin edilməyən hissəsində qismən ləğv edilməli, iddiaçılar Cavabdeh Əlquzu oğlunun, X12, X4, X5, X6, X1 və X7- cavabdeh İddiaçı qarşı torpaq sahəsindən ağacların çıxarılması və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Sabirabad rayonu Narlıq kəndi ərazisində Cavabdeh Əlquzu oğlunun mülkiyyətində olan 2.84 hektar torpaq sahəsi ilə qonşu İddiaçı torpaq sahəsi arasındakı sonuncunun sahəsində sərhədboyu hissədə əkilən ağaclar İddiaçı hesabına çıxarılmalı, Cavabdeh Əlquzu oğlunun və başqalarının cavabdeh İddiaçı qarşı iddiası qalan hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən iddianın və şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı 50 manat alınıb iddiaçılar Cavabdeh Əlquzu oğluna, X19, X14, X15, X16, X2 və X17 ödənilməlidir. Ekspertiza tədqiqatına görə İddiaçı 150 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(056)-20/2023 nömrəli qətnaməsi Cavabdeh Əlquzu oğlunun və başqalarının cavabdeh İddiaçı qarşı iddiasının (ikinci iddianın) təmin edilməyən hissəsində qismən ləğv edilsin. İddiaçılar Cavabdeh Əlquzu oğlunun, X12, X4, X5, X6, X1 və X7- cavabdeh İddiaçı qarşı iddiası torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi hissədə qismən təmin edilsin. Sabirabad rayonu Narlıq kəndi ərazisində Cavabdeh Əlquzu oğlunun mülkiyyətində olan 2.84 hektar torpaq sahəsi ilə qonşu İddiaçı torpaq sahəsi arasındakı sərhədboyu hissədə əkilən ağaclar İddiaçı hesabına çıxarılsın. Cavabdeh Əlquzu oğlunun və başqalarının cavabdeh İddiaçı qarşı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumuna görə İddiaçı 50 manat alınıb iddiaçılar Cavabdeh Əlquzu oğluna, X19, X14, X15, X16, X2 və X17 ödənilsin. Ekspertiza tədqiqatına görə İddiaçı 150 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1208/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1208/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver