Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1208/2024 24.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X7 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, cavabdehlərin evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin e-2(032)-197/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 18 mart 2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Şirvan şəhəri, Nəsimi küçəsində ümumi sahəsi 256 kv.m olan 35 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSCyə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında 18 mart 2022-ci il tarixində AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Şirvan şəhəri Nəsimi küçəsində ümumi sahəsi 256 kv.m olan 35 saylı fərdi yaşayış evinin alıcı Cavabdeh2 12000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5ci bəndinə əsasən, alıcı Cavabdeh2 ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2 qalan 10000 manat məbləği 36 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək hər 3 ayda bir dəfə 833,34 manat olmaqla, notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh2 nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh2 nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğısatqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Aydan Məmmədli) iddia təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış ünvan 1anında yerləşən fərdi yaşayış evinin 18 mart 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus əmlaklar boşaldılaraq cavabdehlərin ünvan 1anında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, ünvan 1anında yerləşən fərdi yaşayış evinin mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni qanunsuz və əsassız hesab edir və qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Onunla iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 22L000000251 saylı kredit razılaşması olmuş və bank ona aylıq faiz dərəcəsi 1,6667% olmaqla 36 ay müddətinə 25000 ABŞ dolları kredit verməyi, borc alan isə vaxtı-vaxtında təqdim edilmiş cədvəl üzrə borcu və faizləri ödəməyi öhdəsinə götürmüş, lakin icra edə bilməmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X4 və X2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, 37R000000853 saylı kredit müqaviləsi üzrə 42281,51 ABŞ dolları məbləğində əsas borc, 7966,55 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 51248,06 ABŞ dollarının manat hesabı ilə, xx.xx.2014-cü il tarixli, 37R000002659 saylı kredit müqaviləsi üzrə 20687,41 ABŞ dolları məbləğində əsas borc, 3666,27 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 25353,68 ABŞ dollarının manat hesabı ilə, xx.xx.2013-cü il tarixli, 01KK000000005 saylı kredit müqaviləsi üzrə 802,66 ABŞ dolları məbləğində əsas borc və 1933,79 ABŞ dolları cərimə olmaqla, cəmi 2736,45 ABŞ dolları olmaqla, cəmi 79338,19 ABŞ dollarının manat hesabı ilə müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, ipoteka ilə yüklü olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi, X5 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, 28 may küçəsindəki 1 saylı evinin 57 saylı mənzil, X3 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evi və Cavabdeh1 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, L-nt. İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 17464,74 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, 28 may küçəsindəki 1 saylı evinin 57 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 17415,90 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 28234,80 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, L-nt. İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin 6276 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəsimi küçəsi, ev 35 saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ünvan 1anında yerləşən iki otaqlı, ümumi sahəsi 256 kv.m olan yaşayış evini Cavabdeh2 12000 manat qiymətinə satmışdır. Alıcı Cavabdeh2 ilkin olaraq 2000 manat məbləğində pul vəsaitini satıcı İddiaçı QSC-yə notariusun dövlət rüsumunun ödənilməsi üçün bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, bundan əlavə 10000 manat məbləği 36 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək hər 3 ayda bir dəfə 833,34 manat olmaqla notariusun bankda açılan depozit hesabına ödəmə öhdəliyi olmuş və öhdəliyi icra edərək hər üç ayda 833,34 manat ödəmiş, ümumi olaraq satıcıya 2500 manat pul ödənilmişdir. Bundan sonra, Cavabdeh2 İddiaçı QSC-yə gedərək pulun ödənilməsinə 6 ay möhlət verilməsini xahiş etmiş və İddiaçı QSC alıcının xahişini qəbul etmişdir. İddiaçı QSC alıcı Cavabdeh2 pulun ödənilməsinə möhlət versə də, alıcıya pulun ödənilməsi üçün pretenziya məktubu göndərmədən, birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhkəmədən kənar pretenziya qaydalarına əməl olunmadan verilmiş iddia ərizəsi üzrə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə pretenziya qaydalarına riayət etməməklə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ bəndinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi MPM-in 150.1.6-cı maddəsinə əməl etməmişdir. Qeyd edilən halı nəzərə almadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi MPM-in 152.1-ci maddəsini tətbiq etməli və MPM-in 150.1.6-cı maddəsində göstərilən əsas ilə iddia ərizəsini geri qaytarmalı idi. Məhkəmə iddiaçının məhkəmədən kənar mübahisənin nizamlanması qaydalarına əməl edibetməməsi hallarını araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə möhlət verdikdən sonra məhkəməyə müraciət etməsi hallarını araşdırmamışdır. Bununla da səhv nəticəyə gəlmişdir. İddiaçı QSC 23 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ərizəsi vermişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Şikayətin dəlilləri formal xarakter daşıyır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də hesab edir ki apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən 24 iyul 2024-cü il tarixinə, saat 10:15-ə təyin edilmiş məhkəmə iclasının İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 çıxış edərək xahiş etdi ki, daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi üzrə ödənişlərin icra edilməsi üçün onlara bir qədər möhlət verilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə xahişini də nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Şirvan Şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli, 2(032)- 1312/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X4 və X2 müştərək qaydada xx.xx.2011-ci il tarixli, 37R000000853 saylı kredit müqaviləsi üzrə 42281,51 ABŞ dolları məbləğində əsas borc, 7966,55 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 51248,06 ABŞ dolları manat hesabı ilə, xx.xx.2014-cü il tarixli, 37R000002659 saylı kredit müqaviləsi üzrə 20687,41 ABŞ dolları məbləğində əsas borc, 3666,27 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 25353,68 ABŞ dolları manat hesabı ilə, xx.xx.2013-cü il tarixli, 01KK000000005 saylı kredit müqaviləsi üzrə 802,66 ABŞ dolları məbləğində əsas borc və 1933,79 ABŞ dolları cərimə olmaqla, cəmi 2736,45 ABŞ dolları olmaqla, cəmi 79338,19 ABŞ dollarının manat hesabı ilə müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, ipoteka ilə yüklü olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi, X5 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, 28 May küçəsindəki 1 saylı evinin 57 saylı mənzil, X3 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evi və Cavabdeh1 xüsusi mülkiyyətində olan Şirvan şəhəri, L-nt. İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 17464,74 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, 28 May küçəsindəki 1 saylı evinin 57 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 17415,90 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 28234,80 manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, L-nt. İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin 6276 manat müəyyən edilməsi, iddia təmin olunduğundan iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh2, X1, X4 və X2 alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(106)-201/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1312/2016 saylı, 11 may 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cavabdehlərdən xx.xx.2013-cü il tarixli, 01KK000000005 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X4 və X2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 01KK000000005 saylı kredit müqaviləsi üzrə 802 ABŞ dolları məbləğində əsas borc və 80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 882 ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatının ABŞ dolları ifadəsində alınaraq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə xərci olan 200 manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(102)-4913/2019 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1anında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə surəti olan satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 18 mart 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış evini alıcının mülkiyyətinə verir, satıcı daşınmaz əmlakı 12000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 5-ci bəndinə görə, alıcı Cavabdeh2 ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 10000 manat məbləği isə 36 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək hər 3 ayda bir dəfə 833,34 manat olmaqla notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Müqavilənin 17-ci bəndinə görə, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi əvvəllər Cavabdeh2 mülkiyyətində olsa da, həmin ev digər Cavabdeh1 İddiaçı QSC qarşısındakı kredit öhdəliyi üzrə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 isə kredit öhdəliyini icra edə bilmədiyindən, Şirvan Şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli, 2(032)-1312/2016 saylı qətnaməsi ilə kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə, eləcə də, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı gəlinən nəticə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Şirvan şəhəri, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 256 kv.m olan 35 saylı fərdi yaşayış evi üzərində 09 dekabr 2020-ci ildə İddiaçı QSC-nin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bank 18 mart 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini hazırda cavabdeh olan Cavabdeh2 satmışdır. Lakin həmin müqavilə məzmunu etibarı ilə daşınmaz əmlakın hissə-hissə ödəmə şərti ilə nisyə alğı-satqısı müqaviləsidir. İddiaçı qəbul edir ki, Cavabdeh2 alğı-satqı müqaviləsi üzrə ilkin ödəniş kimi 2000 manat ödəmiş, lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ tam şəkildə ödənilməmişdir. Cavabdeh1 da həmin müqavilə üzrə ümumi olaraq 2500 manat məbləğində ödəniş edildiyini qeyd edir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsi zamanı MPM-in tələblərinə riayət edilməməsi ilə bağlı dəlilinə münasibət bildirməyi zəruri sayır. Cavabdeh1 qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə məhkəmədən kənar pretenziya qaydasına əməl edilməməsini nəzərə almamış, MPM-in 150.1.6-cı maddəsini tətbiq etməmişdir. MPM-in 150.1.6-cı maddəsinə görə, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırda iş materialları ilə apellyasiya şikayətinin qeyd edilən dəlilinin əsassız olduğu müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 müqavilənin ləğvinə dair göndərilən 13 sentyabr 2023-cü il tarixli təklif və həmin təklifin çatdırılmasını təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarının 19-cu vərəqində olan İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış müqavilənin ləğvinə dair 13 sentyabr 2023-cü il tarixli, 018714 nömrəli təklifin surətindən görünür ki, sonuncuya müqavilədə nəzərdə tutulmuş tarixlərdə 7500 manatı ödəmədiyi bildirilmiş, onunla bank arasında bağlanmış 18 mart 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, bu təklifə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarının 11-ci vərəqində olan qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış müqavilənin ləğvinə dair təklif 13 sentyabr 2023-cü il tarixində imzalanmaqla qəbul edilmişdir. Qeyd edilənlər isə onu göstərir ki, iddiaçı tərəfindən məhkəmədən kənar pretenziya qaydasına riayət olunmuş, müqavilənin 17-ci bəndinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün tərəflərin razılığının əldə olunması üçün ilk öncə Cavabdeh2 təklif göndərilmiş, lakin təklifə hər hansı cavab verilməmiş, bundan sonra iddiaçı 07 dekabr 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 apellyasiya şikayətində bank tərəfindən onlara 6 ay möhlət verildiyini, lakin bu möhlətə məhəl qoyulmadan, alıcıya pretenziya məktubu göndərilmədən məhkəməyə müraciət edildiyini bildirir. Lakin yuxarıda qeyd edilənlər də göstərir ki, iddiaçı tərəfindən alıcı Cavabdeh2 pretenziya məktubu göndərilmişdir. Bundan başqa, Cavabdeh1 bank tərəfindən müqavilənin icrasına 6 ay möhlət verilməsinə dair hər hansı təsdiqedici sənəd təqdim etməmiş, sadəcə formal mülahizələr səsləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-in 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia tələblərinin hüquqi əsası kimi MM-in 421.2-ci və 600.4-cü maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırda ləğv edilməsi tələb edilən alğı-satqı müqaviləsi üzrə satıcı kimi İddiaçı QSC-nin, alıcı kimi isə Cavabdeh2 çıxış etməsi və alıcının satıcı qarşısında öhdəliklərini icra etməməsi işin mübahisəsiz hallarıdır. Alıcının öhdəliklərini icra etməməsini də nəzərə alan birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə çıxış edə bilmək üçün subyektiv hüququnun olmasına istinad edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyator Cavabdeh1 18 mart 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmamasını nəzərə alaraq bildirir ki, onun həmin müqavilənin ləğv edilməsini mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil və bu səbəbdən həmin müqavilə üzrə öhdəliklərin icrasına möhlət verilməsini də xahiş etmək hüququna malik deyil. Ümumiyyətlə, Cavabdeh1 məhkəmə iclasında qətnamənin ləğv edilməsi üçün hər hansı dəlil göstərmədən sadəcə müqavilə öhdəliyinin icrasına möhlət verilməsini xahiş etməsi onu göstərir ki, apellyasiya şikayəti qətnamənin icrasını yubatmaq və vaxt qazanmaq üçün verilmişdir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)- 197/2024 saylı qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(032)-197/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1208/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1208/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver