Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1210/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Həziyev X2 Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-429/2022 saylı hökmü ilə (hakim X7) Cavabdeh 22 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran rayonu Şağlaser kəndində yaşadığı evin həyət qapısının qarşısında ona yaşadığı evin həyət qapısının yanında olan ona məxsus metal borunun yerinin dəyişdirilməsinə görə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yerdən götürdüyü daş parçası ilə onun kürək nahiyəsinə zərbə vuraraq yerə yıxması nəticəsində sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi-hematoması, boyun nahiyəsində sıyrıq, sağ kürək nahiyəsində qançırdan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurduğundan CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh törətmiş olduğu hadisədən peşman olmamaqla ona vurduğu ziyanı ödəməmişdir. Onun cinayət əməli nəticəsində səhhətinə dəymiş zərər görə 2000 manata yaxın vəsait xərcləmiş və olduqca ciddi mənəvi sarsıntı keçirmişdir. Bundan başqa, cavabdeh qərəzli olaraq ona oğurluq törətməyinə dair böhtan da atmışdır. Belə ki, cavabdeh məhkəmənin ona təyin etdiyi əsassız yüngül cəzadan islah olmaq və ondan üzr istəmək əvəzinə, onun cinayət əməlindən şikayətçi olduğu üçün ondan heyif çıxmaqdan ötrü, 15 dekabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-yə şikayət edib qərəzli olaraq ona böhtan atmış, yalan məlumatlarla əsaslandırdığı şikayətində guya ona məxsus dəmir boru və avtomobilinin kardanını oğurladığını bildirmişdir. Halbuki, cavabdehin həmin şikayətində qeyd etdikləri tamamilə yalandır. O, qabaqcadan bunu planlaşdırılmaqla ondan heyif çıxmaq istəsə də, bu planı baş tutmamışdır. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısının 25 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da cavabdehin şikayətində qeyd etdiklərinin tamamilə yalan olduğu bir daha öz təsdiqini tapmışdır. O, cavabdehin bu yalan məlumatlarla dolu şikayəti nəticəsində ağır xəstə vəziyyətdə polis şöbəsinə gedib vaxt itirmiş və bədənində onun cinayətinə görə aldığı xəsarətlər səbəbindən ağrılar ola-ola əlavə izahatlar vermək məcburiyyətində qalmışdır. Cavabdehin aldığı cəza onun islah olmasına kifayət etmir. O, azadlıqda qalıb onun həyatını dözülməz həddə çatdırıb. Bütün qohumlarına və kənd sakinlərinə deyir ki, törətdiyi əməldən peşman deyil və heç vaxt da olmayacaqdır. Ondan şikayətçi olduğu üçün ona kin bəsləyir. Mütləq ondan əvəz çıxacağını hər yerdə səsləndirir. Cavabdehin əməllərinə görə hər gün mənəvi iztirablar yaşayır. İnanır ki, məhkəmə cavabdehin əməllərini, törətdiyi cinayətdən peşman olmamasını, aldığı cəzanın onun islah olunmasına kifayət etməməsinin təsdiqləndiyini, ona qərəzli olaraq böhtan ataraq oğru adlandırmasını nəzərə alacaq, cavabdehdən mənəvi ziyana görə pul məbləğinin ona ödənilməli olması nəticəsinə gələcəkdir.Tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-429/2022 saylı hökmü, ödəniş qəbzləri, xəstəlik sənədləri, Lənkəran ŞRPŞ-nin TBnin təhqiqatçısı X4 25 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında qərarıdır. İddia tələbinin qanuni əsası aşağıdakılardır: Cavabdeh ona dəymiş ziyanı ödəməyib, törətdiyi əməldən peşman olmadığı və ondan üzr istəmədiyi, aldığı cəza ilə islah olmayaraq qərəzli şəkildə ona böhtan ataraq oğru adlandırdığı üçün onun əməlləri onun şüurunda mənfi reaksiyaya səbəb olmuş, cavabdehin hərəkətləri nəticəsində dözülməz mənəvi sarsıntı keçirmiş və iztirablar çəkmişdir. Məhkəmə cavabdehdən xeyrinə tutulacaq mənəvi zərərin məbləğini 13000 manat müəyyən etməli, belə bir nəticəyə gələrkən isə bilavasitə cavabdehin təqsiri üzündən keçirdiyi mənəvi və fiziki iztirabların xarakterini, dərəcəsini, cavabdehin qəsdlə ifadə olunan təqsirini, onun əmlak vəziyyətini və sair işin vacib hallarını nəzərə almalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına görə qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1 (049)-429/2022 saylı hökmlə cavabdeh ona qarşı törətmiş olduğu cinayət əməlinə görə CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunub ki, onun bədəni üzərində sağ bazu oynağının toxumalarının yumşaq hematoması, boyun nahiyəsində sıyrıq, sağ kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir. Müayinədən bir gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bundan başqa, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısının 25 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında qərarla cavabdehin barəsində etdiyi şikayətdə qeyd olunanların böhtan olduğu öz təsdiqini tapmışdır. Göründüyü kimi, onun bilavasitə cavabdehin törətmiş olduğu cinayət hadisəsi nəticəsində xəsarət almağı, həmin cinayət hadisəsi nəticəsində və cavabdehin ona böhtan atması nəticəsində ona dəymiş mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə təsdiq edilir və işin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü və Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da təsdiq olunur. Cavabdehin özü də bu faktı inkar etməmişdir. Bu baxımdan, onun cavabdeh tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində xəsarət almağı və ona böhtan atmasının onun üçün ağır mənəvi məhrumiyyətlərə səbəb olması açıq-aşkardır. Beləliklə, cavabdehin təqsiri üzündən ona dəymiş mənəvi zərərin bütövlükdə 13000 manat məbləğində qiymətləndirilməsi onun keçirdiyi mənəvi və fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hislərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Onun cinayət əməli nəticəsində xəsarət almağı işin mübahisə edilməyən halı olduğu kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməyi, yəni mənəvi ziyan çəkməyi də mübahisə doğurmur. Birinci instansiya məhkəməsi onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, məhkəmə hökmünü, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq tələb etdiyi həddə mənəvi zərərin tutulmasını təmin etməli olduğu halda qətnaməni absurd arqumentlərlə əsaslandıraraq iddianı rədd etməklə hüquq normalarının tələblərini pozmuşdur. Məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli resept blankları, xx.xx.2022-ci il tarixli 80665 saylı qəbzdən, xx.xx.2022-ci il tarixli DR.Mirze tərəfindən keçirilmiş müayinə arayışından, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən (31,22 AZN, 55 AZN), həmin aptekin xx.xx.2023-cü il tarixli qəbzindən (45,80 AZN), həmin aptekin xx.xx.2022-ci il tarixli qəbzlərindən (13,50 AZN, 54 AZN, 68 AZN), “Rəvan” aptekin xx.xx.2023-cü il tarixli qəbzlərindən (10,48AZN, 15,80 AZN), "xxxx" Klinikası MMC-nin xx.xx.2022-ci il tarixli qəbzlərindən (70 AZN, 35 AZN) X1 şöbəsinin xəstənin ambulator çıxarışı, Lənkəran Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2023cü il tarixli PHŞ-6-58/3-672/2023-cü il tarixli arayışı, Lənkəran rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 107 saylı arayışlarından da görünür ki, cavabdehin cinayət əməlindən sonra sağlamlığının bərpası üçün əlavə xərclər çəkmiş və cinayət hadisəsindən sonra mənəvi, psixioloji sarsıntı keçirmişdir. Yəni sağlamlığımın bərpası üçün çəkdiyi xərclərin hadisə nəticəsində yaranması ilə bağlı səbəbli əlaqə vardır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmədə iddia etmişdir ki, sağlamlığının bərpası üçün çəkilmiş həmin xərclər guya şəkər xəstəliyi üçün olub. Halbuki, cavabdehin nümayəndəsi bu dəlili ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, dəlillərini yalnız mülahizə xarakterli fikirlərlə əsaslandırmışdır. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin nümayəndəsi xüsusi biliyə malik mütəxəssis və ya həkim deyil ki, heç bir elmi və tibbi əsası olmadan hansısa xəstəliklə bağlı rəy versin. O, məhkəməyə təqdim etdiyi bütün sənədlərlə iddianın tam əsaslı olmasını sübuta yetirmişdir. Məhkəmə qətnamədə qeyd olunan xərclərin hadisə ilə səbəbli əlaqəsinin olmadığını qeyd etsə də, hansı sübut əsasında bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq tələb etdiyi həddə mənəvi zərərin tutulmasını təmin etməli olduğu halda qətnaməni absurd arqumentlərlə əsaslandıraraq iddianı rədd etməklə sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, sağlamlığının bərpası üçün xərc çəkməmiş və ona mənəvi zərər dəyməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş hökmlə mənəvi zərərə uğramağım halını yenidən sübut etməli deyildir. Sağlamlığına dəymiş zərərə görə xərc çəkdiyi halı da işin hamıya bəlli olan halıdır. Həmin xəsarətlər özü-özlüyündə sağalmamış, bunun üçün vaxt və pul xərcləmişdir. Ödəniş qəbzlərini də məhkəməyə təqdim etmişdir. Cavabdeh də ona heç bir maddi yardım etməmişdir ki, bu fakt işin mübahisəsiz halıdır. Məhkəmənin müəyyən etdiyi bu hal sübut edilməmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında həmçinin bildirmişdir ki, Cavabdeh tərəfindən hazırkı vaxta kimi ona vurduğu zərərə görə heç bir köməklik edilməmişdir. Bütün həkim müayinəsi, müalicəsinə görə xərcləri təkbaşına çəkmiş, əksinə cavabdeh ona qarşı yenə də düşmən münasibətini davam etdirir. Onun maddi imkanı olmadığına görə vaxtında lazımi müalicələri davam etdirə bilmədiyi üçün sağlamlığında müxtəlif ciddi problemlər meydana gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan 08 oktyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən müalicəsi üçün dərmanların alınması məqsədi ilə "xxxx" MMC-yə 13,50 manat, 68 manat və 54,60 manat məbləğlərdə ödəniş edilmişdir. İşdə olan 09 oktyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən müalicəsi üçün dərmanların alınması məqsədi ilə "xxxx" MMC-yə 55 manat və 31,22 manat məbləğlərdə ödəniş edilmişdir. İşdə olan 10 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən müalicəsi üçün dərmanların alınması məqsədi ilə "xxxx" MMC-yə 45,80 manat məbləğdə ödəniş edilmişdir. İşdə olan 07 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən müalicəsi üçün dərmanların alınması məqsədi ilə "xxxx" MMC-yə 35 manat məbləğdə ödəniş edilmişdir. İşdə olan "xxxx" MMC-nin 16 avqust 2023-cü il tarixli ödəniş çekindən görünür ki, İddiaçı müayinə məqsədi ilə MMC-yə ümumilikdə 79 manat məbləğdə ödəniş edilmişdir. İşdə olan "xxxx" MMC-nin 21 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müayinə məqsədi ilə müxtəlif tarixlərdə MMC-yə ümumilikdə 85 manat məbləğdə ödəniş etmişdir. Kollegiya qeyd edir ki, hazırkı işdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(049)-429/2022 saylı hökmü ilə müəyyən edildiyi kimi Cavabdeh 22 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran rayonu Şağlaser kəndində İddiaçı qəsdən sağlamlığa yüngül zərər vurduğu üçün CM-in 128-ci maddəsinə əsasən 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bununla da, İddiaçı zərər vurulmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi baxımından məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Beləliklə, kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş və iş materiallarından olan müxtəlif tarixli qəbzlərdən də göründüyü kimi, İddiaçı tərəfindən özünün müalicəsi üçün dərmanların alınması məqsədi ilə "xxxx" MMC-yə ümumilikdə 303,12 manat, müayinəsi məqsədi ilə "xxxx" MMC-yə ümumilikdə 79 manat, "xxxx" MMC-yə isə ümumilikdə 85 manat məbləğdə ödənişlər edilmişdir. Bununla da, işdə olan sübutlarla İddiaçı Cavabdeh tərəfindən onun sağlamlığa vurulmuş zərərə görə müayinə və müalicə üçün cəmi 467 manat 12 qəpik məbləğdə pul vəsaiti xərcləməsi təsdiqini tapmışdır. Bununla yanaşı, kollegiya diqqətə çatdırır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarında isə göstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyil. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Məhkəmə kollegiyası İddiaçı vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən onun sağlamlığına xəsarət yetirilməsi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi məhrumiyyətlərə məruz qoymasın, iddiaçını isə hədsiz varlandırmasın. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin iştirakını təmin edərək çəkişmə əsasında hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticə etibarı ilə iş üzrə zəruri sübutların əldə edilməsini tərəflərə təklif etməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Bundan başqa, kollegiya nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Habelə, MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı iddianın qalan hissədə təmin edilməsi üçün İddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(049)-858/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi qismində 467 (dörd yüz altmış yeddi) manat 12 (on iki) qəpik və mənəvi zərərin əvəzi qismində 3000 (üç min) manat, cəmi 3467 (üç min dörd yüz altmış yeddi) manat 12 (on iki) qəpik məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1210/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1210/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver