Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1211/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və X7 ibarət məhkəmə tərkibində, Savalanlı Aysel Əbdül qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşağın saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 100 faizi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdehlə faktiki nikah münasibətlərinə girməklə 12 aprel 2015-ci il tarixdə ailə qurmuş, nikahları qeydə alınmamışdır. Cavabdeh ilə olan faktiki nikahlarından xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 adlı uşaqları anadan olmuş, həmin vaxt onların nikahları olmadığına görə uşaqların doğum haqqında şəhadətnaməsində soyadı ananın soyadı ilə yazılmışdır. Hazırda cavabdehlə bir yerdə yaşamır, uşaqlar onun yanında qalır. Bu günə kimi uşağın saxlanmasında cavabdeh heç bir maddi köməklik göstərməmişdir. Ona görə də xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 100 faizi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Cavabdeh və İddiaçı yaxından tanıyır. Eyni zamanda, Sevinc onun qaynı qızıdır. Onların toyunda iştirak etmiş, bir qohum kimi birbirinin məclislərində iştirak etmişlər. Cavabdeh İddiaçı ilə 2015-ci ildə el adətinə uyğun olaraq evlənib, qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların qeyri-rəsmi nikahlarından xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 adlı uşaqları doğulmuş, sonradan onların ər-arvad münasibətləri pozulmuş, hazırda tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. Uşaqların hər iksi analarının yanında qalır. Məhkəmə iclasında şahidlər X5 və X4 şahid X1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan AZ-İV 713652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Uşağın atası qrafasında X11, anası qrafasında İddiaçı kimi yazılmışdır. İş materiallarında olan AZ-İV 538974 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın atası qrafasında X11, anası qrafasında İddiaçı kimi yazılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsi ilə (Hakim: Etibar Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2025-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, işə baxan məhkəmə onu məhkəməyə dəvət etmədən işi birtərəfli araşdıraraq yanlış nəticəyə gəlmişdir. Bildirir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 onun övladı olmasından şübhələnir. Belə ki, işi aparan məhkəmə onu dəvət etmədən məhkəmə keçirmiş və iddiaçı yenidən nikaha daxil olmuş və hal-hazırda ailəlidir. İşə baxan məhkəmə isə yalnız və yalnız şahid ifadələrinə əsaslanaraq əlavə heç bir araşdırma aparmadan məhkəmə qətnaməsi qəbul etmişdir. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməli və xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 adlı uşağın onun övladı olub-olmamasının araşdırılması üçün ekspertiza təyin edilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh ərizəyə ünvanlayaraq səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)- 1194/2025 saylı qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində iddianın təmin olunan hissəsində qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı məhkəmə qaydasında müəyyən edilir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, işə baxan məhkəmə onu məhkəməyə dəvət etmədən işi birtərəfli araşdıraraq yanlış nəticəyə gəlmişdir. Bildirir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 onun övladı olmasından şübhələnir. Belə ki, işi aparan məhkəmə onu dəvət etmədən məhkəmə keçirmiş və yalnız şahid ifadələrinə əsaslanaraq əlavə heç bir araşdırma aparmadan məhkəmə qətnaməsi qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 adlı uşağın onun övladı olubolmamasının araşdırılması üçün ekspertiza təyin edilməmişdir. İş materiallarında olan məhkəmə bildirişindən və sms məlumatlarından görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 tapşırılması qərara alınmışdır. Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 tərəfindən iki dəfə məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsi üçün vaxt təyin olunmuş, lakin cavabdeh ekspertizanın keçirilməsi üçün təyin olunmuş hər iki vaxtda şöbəyə getməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, cavabdeh iddianı qəbul etmədiyindən məhkəmənin qərardadı ilə məhkəmə tibbi-genetik ekspertizası təyin olunaraq icraya yönəldilməsinə, cavabdehə ekspertiza müayinəsinin yeri və vaxtı barədə xəbər verilərək Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin tələblərinin izah edilməsinə baxmayaraq, cavabdeh ekspertiza müayinəsindən keçməmişdir. Cavabdehin məhkəmə tibbi-genetik ekspertiza müayinəsinin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, müayinədən imtina etməsi iş materialları ilə bir daha təsdiq olunur. Kollegiya diqqətə çatdırır ki, uşaqla bağlı atalığın müəyyən edilməsinin yeganə dəqiq metodu məhkəmə tibbi-genetik ekspertiza olsa da, cavabdehin təqsiri ucbatından məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsinin mümkün olmaması işdə olan digər mötəbər sübutlar əsasında mübahisənin həllini istisna etmir. Əksi isə iddiaçının və uşağın qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya iddiaçının ekspertiza müayinəsindən keçməkdən imtina etməsini iddianın əsaslılığını təsdiq edən dolayı sübut kimi qəbul edir və cavabdehin niyyətinin tələbdən yayınma halı olması qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(017)-1194/2025 saylı qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1211/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1211/2025
18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver