Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-114/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı ##.##.2007-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır.
2. Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**/*-*-***/**** nömrəli arayışdan görünür ki, İddiaçı Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayır.
3. X6 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, AZ-IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2024-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Yusubov Bəyzadə Mehman oğlu qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2024-cü ilin, 03-cü ayının, 15-ci günündə 44№ ilə qeyd edilmişdir.
4. Samux * saylı Mediasiya Təşkilatının ##.##.2024-cü il tarixli, MŞG/*/****-***** nömrəli “İlkin Mediasiya Sessiyasında İştirak Edilməməsi Barədə” arayışın surətindən görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment” tələbinə dair mübahisə üzrə ##.##.2024-cü ildə, saat 10:00-da keçrilmiş mediasiya prosesində cavabdeh Cavabdeh iştirak etməmiş, mediasiya prosesində iştirak edən İddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərcini tam ödəmişdir.
5. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarında İddiaçı gəliri barədə sübut aşkar edilməmişdir.
6. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh 400.0 manat və ƏG - 2-ci qrup 1370.58 manat pensiya alır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2024-cü il tarixli, ***/****-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X1 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur.
8. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X7 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1.ci maddəsinə əsasən, İddiaçı zərərçəkmiş olduğu cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh qarşı irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmama əsası ilə imtina etməsi qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində hazırki cinayət işi üzrə icraat (cinayət təqibinə) bəraətverici əsaslarla xitam verilməsi qərara alınmışdır.
9. ##.##.2024-cü il tarixli, №**** nömrəli Həkim Psixatr Komissiyasının rəyindən görünür ki, vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun Cavabdeh Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Psixiatr tərəfində müayinə olunaraq, üzvi (ll Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, psixotik epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0 diaqnozu qoyulmuşdur.
10. Göygöl Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, **-*-**/*-***/**** saylı arayışdan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə Göygöl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Təcili yardm bölməsində intihara cəhdi edərək, “ Asma, ilgəklə boğma və boğulma yolları ilə qəsdən özünü zədələmə” diaqnozu ilə müraciət etmiş və lazimi tibbi yardım göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh atalıq hüququnun müəyyən olunması və birgə yaşadıqları dövrdə dünyaya gəlmiş övladları ##.##.2024-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması üçün yetkinlik yaşına çatanadək cavabdehdən əmək haqqının ¼ hissəsi qədər aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Samux * saylı Mediasiya Təşkilatına atalığın müəyyən olunması və aliment tələbi ilə müraciət etmiş, mediasiya reyestrində 0038976 nömrə ilə qeydiyyatdan keçmiş, ilkin Mediasiya Sessiyasında cavabdeh Cavabdeh iştirak etmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh Cavabdeh ilə qeyrirəsmi nikahlarından ##.##.2024-cü il tarixdə Uğur adlı övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmaq qərarına gəlmişlər. Odur ki, cavabdeh Cavabdeh atalıq hüququnun müəyyən olunması və övladları X1 yetkin yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh əmək haqqının ¼ qədər hissəsi qədər aliment tulularaq onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırır.
13. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddianın təmin edilməsi, ##.##.2024-cü il təvəllüdlü X1 (Fin:YLWADY4) adlı uşağın atasının- ##.##.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı (Fin:*******) Cavabdeh olmasının müəyyən edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsində alimentin tutulub uşağın anası İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, qətnamədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında ##.##.2024-cü il təvəllüdlü Uğur adlı uşağın atası kimi Cavabdeh qeyd edilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2024-cü il tarixli, ***/****-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X1 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyin iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki ər arvad münasibətlərindən ##.##.2024-cü il təvəllüdlü Uğur adlı uşağın doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlar və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2024-cü il tarixli, ***/****-MTBŞ nömrəli rəyi ilə təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında ##.##.2024-cü il təvəllüdlü Uğur adlı uşağın atası kimi Cavabdeh qeyd edilməlidir.
15. Məhkəmə öz mövqeyini, Ailə Məcəlləsinin 45.1, 46.3, 56.1, 75.1, 75.4, 76, 76.1.1, 76.1.2, 76.1.3, 76.2, 78.1, 78.2, 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə razı deyildir. Çünki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, mövcud sübutlara birtərəfli qiymət verməklə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən yalnız bir dəfə keçirilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” PHŞ-nin ##.##.2024-cü il tarxili, ***/****-MTBŞ nömrəli rəyi əsasında cavabdehin uşağın atası olduğu qənaətinə gəlmişdir. Həmin ekspertiza üçün nümunələrin götürülmə və saxlanma qaydaları iddiaçı tərəfindən nəzarət olunmamışdır. Həmçinin, uşağın dünyaya gəldiyi dövrdə və ondan əvvəlki dövrə iddiaçı ilə cavabdeh faktiki birgə yaşamalarına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. İşə baxan məhkəmə yalnız iddiaçının ifadəsi əsasında faktiki birgə yaşadıqları qənaətinə gəlmişdir. Beləliklə, cavabdeh Cavabdeh ##.##.2024-cü il təvəllüdlü Uğur adlı övladın atası olmadığı halda, həm əsassız olaraq atası kimi tanınımış, həm də qanunsuz olaraq aliment təyin edilmişdir. Bununla da, cavabdehin hüquq və mənafeləri pozulmuşdur. İddiaçı İddiaçı iddiasında göstərmişdir ki, guya X2 Ağammədovun övladıdır. Məhkəmə prosessində tam müəyyən edilmişdir ki, Uğur Bəyzadənin övladı deyildir. Uğur Yusubovun Cavabdeh övladı olması heç bir mötəbər sübutla sübut olmamışdır. Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Uğur Yusubov Cavabdeh övladı olmamışdır. Ata-övlad olma faktını təsdiq edəcək heç bir sübut olmamağına baxmayaraq nəticə etibarı ilə məhkəmə hesab etmişdir ki, Uğur Bəyzadənin övladıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirirərək təmin edilməməsini xahiş etmişdir.
20. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) vəkil2 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ##.##.2026cı il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan işə baxıb yekun məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
22. Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur;
23. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
24. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
25. Maddə 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
27. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
28. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
29. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
30. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
45. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı ər arvad münasibətlərindən ##.##.2024-cü il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamədən görünür ki, X1 ##.##.2024-cü il tarixində Göygöl rayonunda doğulmuşdur, Bu barədə doğum haqqında qeydlər kitabında ##.##.2024-cü il tarixində 44 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə həmin uşağın anası “İddiaçı”, atası isə “Yusubov Bəyzadə Mehman oğlu” kimi yazılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin ##.##.2024-cü il tarixli, ***/****-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdimolunmuş X1 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi isə həmin hala istinad edərək iddia tələbini təmin etmişdir.
46. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin ##.##.2024-cü il tarixli, ***/****-MTBŞ nömrəli rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdimolunmuş X1 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
47. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə faktiki nikah münasibətlərinə girməsini inkar etmiş, uşağın atası ola bilməyəciyini bildirmişdir. Lakin, cavabdeh ata ola bilməyəciyini təsdiqləyəcək və uşağın atası olması halını təkzib edən mötəbər sübut növləri təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyasının iclasında həmçinin, müəyyən edildi ki, azyaşlı Uğur hazırda anası olan iddiaçının himayəsindədir və cavabdeh Cavabdeh ata kimi uşağın saxlanması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də, birinci instansiya məhkəməsi ##.##.2024cü il təvəllüdlü Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aylıq qazancının ¼ hissəsində alimentin iddiaçının xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni idda tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamənin “atalığın müəyyən edilməsi” hissəsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.