Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-218/2026 19.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehun onunla birgə evliliyindən doğulan xx.xx.2026-cı il təvəllüdılü X1 atası olması faktının müəyyən edilməsi, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər 260 manat və yaxud ölkə üzrə müəyyən edilmiş minimim əmək haqqının 0,65 misli həddində alimentin və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun alınıb onun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırrlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəyə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarı ilə yeni redaksiyada verilmiş “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 31 may 2011-ci il rarixli 3№-li qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə görə 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə iddia ərizəsi geri qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün ərizəyə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı “atalığın müəyyən olunması və aliment tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(5-162)-218/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-218/2026
19.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver