Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1212/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)- 1442/2023 saylı qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1442/2023 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Zamin apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 14 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və xx.xx.2024-cü il tarixli 2(106)-1212/2024 saylı qərardadla mülki iş üzrə məhkəmə iclası yazılı icraat qaydasında xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1212/2024 saylı qərardadı ilə işə şifahi icraat qaydasında baxılması və məhkəmə iclasının xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin edilməsi qərara alınmış, daha sonra həmin tarixdə tərəflərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün məhkəmə iclası 23 avqust 2024-cü il tarixə saat 09:40-a təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən məktub daxil olmuşdur. Məktubda Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1442/2023 saylı qətnaməsindəki texniki səhv olaraq nəticə hissəsində əsas məbləğdə olan yanlışlıqla bağlı həmin mülki işin yanlışlığın aradan qaldırılması üçün geri qaytarılması xahiş edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hazırda qətnamədəki yanlışlığın aradan qaldırılması üçün mülki işin geri qaytarılması zərurəti yaranmışdır. Kollegiya hesab edir ki, hazırkı halda mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı həmin məhkəmə tərəfindən müvafiq müraciət olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli 2(106)- 1212/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla Cəlilabad Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli 2(106)-1212/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(073)-1442/2023 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün mülki iş materialları Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1212/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1212/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver