Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-122/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X19 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X10, X16 və X11 qarşı borc tələbinə dair mülki işi üzrə İmişli Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(036)-102/2019 saylı qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası, Müəyyən etdi: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular X10, X16 və X9 12415,07 ABŞ dolları məbləğində əsas kredit borcu, 1447,72 ABŞ dolları faiz borcu, 1241,51 ABŞ dolları penya borcu, cəmi 15104,30 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli rayon məhkəməsinin 13 avqust 2015-ci il tarixli 2(036)-3257/2015 saylı məhkəmə əmrinə əsasən borclu X10 ilə "xxxx" ASC-nin İmişli filialı arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 15035-/163269 saylı kredit müqaviləsi ləğv edilməsi, borclular İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 10-da yaşayan X10, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 49da yaşayan X16 və İmişli şəhəri, İ.Bayramov küçəsi, ev 2-də yaşayan X9 müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 12415,07 ABŞ dolları məbləğində əsas kredit borcu, 1447,72 ABŞ dolları faiz borcu, 1241,51 ABŞ dolları penya borcu, cəmi 15104,30 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İmişli rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(036)-3257/2015 saylı qərardadı ilə X12 etirazına əsasən İmişli rayon məhkəməsinin 13 avqust 2015-ci il tarixli 2(036)-3257/2015 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki iş 2018-ci ilə qalıq kimi keçdiyindən, işə yeni 2(036)-3317/2018 və daha sonra 2019-cu ilə qalıq keçdiyindən 2(036)-102/2019 qeydiyyat nömrələri verilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin olunaraq, cavabdehlər X10, X16 və X9 müştərək qaydada 12415.07 ABŞ dolları əsas borc, 1447.72 ABŞ dolları faiz borcu, 1241.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104.30 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx"ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X10 apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X10 apellyasiya şikayəti verərək, bankın məsul işçiləri kredit müqaviləsini onun adana rəsmiləşdirərək, pulu mənimsəmişlər. Həmin puldan xəbəri olmamış, ona pul verilməmişdir. Bankın rəhbər işçiləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(106)-2253/2019 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2(036)-102/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X10, X16 və X11 qarşı borc tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(106)-2253/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(102)-259/2020 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(106)-2253/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli, 2(106)-1155/2020 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayətinin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2(036)-102/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının ona qarşı iddiasının tam həcmdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qərardadı ilə cavabdeh X1 şikayəti geri qaytarılmışdır. Cavabdeh X12 nümayəndəsi və vəkili X5 Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş, həmin qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddət cavabdeh X14 münasibətdə bərpa edilməsi qərara alınmışdır. Mülki iş üzrə cavabdeh X10 xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti üzürlü hesab edərək, kassasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(106)-1155/2020 saylı qərardadı ilə cavabdeh X3 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)- 1155/2020 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi üzrlü hesab edilməklə bərpa edilməsi və cavabdehin kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş üzrə cavabdeh X12 nümayəndəsi və vəkili X17 iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh X3 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayətinə mahyyəti üzrə baxılana qədər, İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraatın dayandırılması dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(106)-2210/2020 saylı qərardadı ilə vəsatət təmin edilərək, iş üzrə icraat cavabdeh X3 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayətinə mahyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(102)-1028/2023 saylı qərarı ilə cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X10, X16 və X11 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X8 iş üzrə müvafiq qərar qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(102)-1028/2023 saylı qərarı ilə cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2020-ci il tarixli 2(106)-1155/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X10, X16 və X11 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işə baxaraq bankın cavabdehlərə qarşı olan iddiasını rədd etmişdir. Belə olan halda məhkəmə cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını lüzumsuz hesab edir və hesab edir ki, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İmişli Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-122/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-122/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver