Məhkəmə qərarları › İş №2(106)-122/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-122/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-122/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1018/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Məmmədov Sədrəddin Allahverdi oğluna, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə 17 oktyabr 2019-cu ildə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədov Sədrəddin Allahverdi oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 12493,77 ABŞ dolları məbləğində kredit borcu, 9659,06 ABŞ dolları məbləğində faiz borcu və 9622,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31775,04 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Məmmədov Sədrəddin Allahverdi oğluna İddiaçı QSC ilə bağladığı 18 aprel 2008-ci il tarixli, 10L000000256 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Məmmədov Sədrəddin Allahverdi oğlu İddiaçı QSC ilə bağladığı 12 iyun 2015-ci il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 34 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22 fevral 2016-cı il tarixli, 056R**********S saylı; 19 oktyabr 2016-cı il tarixli, 056R**********SA saylı; 27 dekabr 2016-cı il tarixli, 056R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məmmədov Sədrəddin Allahverdi oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25 iyul 2017-ci il tarixdən banka qaytarmamışdır. Məmmədov Sədrəddin Allahverdi oğlu götürdüyü kredit borcundan 7506,23 ABŞ dolları ödəmiş, onun 12493,77 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Məmmədov Sədrəddin Allahverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11 mart 2019-cu il tarixə hesablanmış faiz borcu 9659,06 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 11 mart 2019-cu il tarixə 594 gün üçün hesablanmış cərimə 9622,57 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Məmmədov Sədrəddin Allahverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Füzuli Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(064)-1694/2019 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Məmmədov Sədrəddin Allahverdi oğluna, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 21 sentyabr 2020-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Füzuli Rayon Məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işin baxılması üçün təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(064)-1694/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Məmmədov Sədrəddin Allahverdi oğluna və digərlərinə qarşı “borc tələbinə dair” mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş, işə yeni 2(064)-1999/2020 nömrəsi verilmişdir. Cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlu 18 noyabr 2020-ci ildə ölmüşdür. Füzuli Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(064)-239/2021 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğluna və digərlərinə qarşı “pul tələbinə dair” mülki iş üzrə icraat cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlunun hüquqi varisləri müəyyən edilənədək dayandırılmışdır. İddiaçı QSC 01 may 2023-cü ildə vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Məmmədov Sədrəddin Allahverdi oğluna və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir. Həmin vəsatətə İddiaçı QSC iddia tələbinin dəyişdirilməsi barədə ərizə əlavə edərək, cavabdeh kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göstərmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 12493,77 ABŞ dolları məbləğində kredit borcu, 9659,06 ABŞ dolları məbləğində faiz borcu və 9622,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31775,04 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin **-BF-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” markalı yük nəqliyyat vasitəsinə yönəldilməsi, tələbin **-BE-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” markalı yük nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 31775,04 ABŞ dolları məbləğində borcun əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, kredit xətti müqaviləsi üzrə Məmmədov Sədrəddin Allahverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – borc alan və ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu ilə Bank arasında bağlanmış 28 fevral 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında **-BF-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük markalı özüboşaldan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA 019969 saylı çıxarışa əsasən Məmmədov Sədrəddin Allahverdi oğluna məxsus olan **-BF-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük nəqliyyat vasitəsinin Məmmədov Sədrəddin Allahverdi oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq 18 oktyabr 2022-ci ildə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə 25 oktyabr 2022-ci ildə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Məmmədov Sədrəddin Allahverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – borc alan və ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu ilə Bank arasında bağlanmış 23 aprel 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında **-BE-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük markalı özüboşaldan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA 019969 saylı çıxarışa əsasən Məmmədov Sədrəddin Allahverdi oğluna məxsus olan **-BE-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük nəqliyyat vasitəsinin Məmmədov Sədrəddin Allahverdi oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq 02 fevral 2023-cü ildə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə 08 fevral 2023-cü ildə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Füzuli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(064)-1018/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin Məmmədov Sədrəddin Allahverdi oğluna və qeyrilərinə qarşı “pul tələbinə dair” mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1018/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, İddiaçı QSC-yə olan 12493,77 ABŞ dolları əsas kredit borcu, 6918,26 ABŞ dolları faiz borcu və 1200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20612,03 ABŞ dolları milli manat ekvivalentində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ödənilməsi üçün tələbin ipoteka predmetləri olan “KAMAZ-5511” markalı, **-BF-*** və “KAMAZ-5511” markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi və həmin avtomobillər açıq hərracdan satılmaqla əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid dəyərinin) “KAMAZ-5511” markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 14500 manat və “KAMAZ- 5511” markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 6604,08 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-1018/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin zaminlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 dair hissədə təmin olunmasını və ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertizalar təyin edilməklə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlu arasında kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşması xx.xx.2015-ci il tarixində imzalanmışdır. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqavilələri də eyni tarixdə bağlanmışdır. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Füzuli Rayon Məhkəməsi AR MM-nin 477.0.1-ci maddəsini və Plenumun müvafiq qərarını tətbiq etməklə səhvə yol vermişdir. Həmçinin Bank tərəfindən xx.xx.2018-ci il tarixdə iddia tələbi ilə Füzuli Rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə tərəfindən 5 il sonra xx.xx.2023-cü il tarixində qətnamə çıxarılaraq Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tətbiq olunması nə hüquqa, nə ağlabatan müddətdə işə baxılma müddətinə, nə də məhkəmə qərarlarının təsirliliyi prinsipinə sığmır və bu hal araşdırılmamışdır. “İpoteka haqqında” Qanunda əmlakın likvid dəyərinin göstərilməli olduğu qeyd olunsa da, məhkəmə tərəfindən ipoteka predmetləri olan əmlakın likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası keçirilməmiş və əmlakın real dəyərinin müəyyən olunması üçün zəruri tədbirlər görülməmişdir. Qətnamə üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş qiymətin necə əldə olunması isə ümumiyyətlə məlum deyildir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2008-ci il tarixli, 10L000009166 saylı kredit xətti müqaviləsi əsasında Məmmədov Sədrəddin Allahverdi oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür və eyni zamanda kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi çıxış edən zaminlik müqaviləsi eyni tarixdə bağlanmışdır. İddiaçı hesab edir ki, belə olan halda zamin istər açılan kredit xəttinin, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı olmuşdur. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Məmmədov Sədrəddin Allahverdi oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilməklə və bu kreditə faiz hesablanmaqla, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 10L000009166 saylı kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (20000 ABŞ dolları) və müddət (120 ay) həddində olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. ... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil ... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır”. xx.xx.2016-cı il tarixli, 056R**********SB saylı sazişdəki faiz məbləği xx.xx.2015-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə faiz dərəcəsindən daha az olduğundan bu razılaşma zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarını tətbiq etməklə səhvə yol vermişdir. Bank tərəfindən xx.xx.2018-ci il tarixdə iddia tələbi ilə Füzuli Rayon Məhkəməsinə müraciət olunsa da məhkəmə tərəfindən 5 il sonra xx.xx.2023-cü il tarixində qətnamə çıxarılaraq Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tətbiq olunması nə hüquqa, nə ağlabatan müddətdə işə baxılma müddətinə, nə də məhkəmə qərarlarının təsirliliyi prinsipinə sığmır və bu hal araşdırılmamışdır. Apellyasiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Apellyasiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, mərhum Məmmədov Sədrəddin Allahverdi oğluna 2008-ci ildə götürdüyü kredit üzrə zamin olmuş, lakin 2010-cu ildə həmin kredit üzrə borc ödənilərək bağlanmışdır. Bundan sonra, o, mərhum Sədrəddin Məmmədovun hər hansı kredit öhdəliyi üzrə zamin olmamışdır. İş materiallarına əlavə edilmiş 29 fevral 2012-ci il tarixli zaminlik müqaviləsindəki imza da ona məxsus deyil. 2010-cu ildə bağlanılmış kreditdən sonra mərhum Sədrəddin Məmmədovun götürdüyü hər hansı kredit barədə onun məlumatı olmamışdır. Həmçinin, o qeyd etmişdir ki, onda olan məlumata görə ipoteka predmeti olan yük maşınları mərhum Sədrəddin Məmmədovun övladlarının sahibliyindədir. Apellyasiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, mərhum Sədrəddin Məmmədovun hər hansı kredit öhdəliyi üzrə zamin olmamışdır. İş materiallarına əlavə edilmiş 30 avqust 2013-cü il tarixli zaminlik müqaviləsindəki imza da ona məxsus deyil. Onun mərhum Sədrəddin Məmmədovun götürdüyü hər hansı kredit barədə məlumatı olmamışdır. Cavabdehlərin izahatları da nəzərə alınaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(106)-1704/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 30 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 4/1934 nömrəli, 17 yanvar 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 18-ci vərəqində olan 29 fevral 2012-ci il tarixli, 10S000006615 nömrəli zaminlik müqaviləsinin arxa tərəfində “5.2 Zamin:” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 16-cı vərəqində olan 30 avqust 2013-cü il tarixli, 10S000010833 nömrəli zaminlik müqaviləsinin arxa tərəfində “5.2 Zamin:” qrafasında olan imza Cavabdeh3 tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(106)-122/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-1018/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 06 mart 2024-cü il tarixə, saat 11:45-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək qeyd etdi ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini həm də ipoteka predmeti olan yük nəqliyyat vasitələrinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirir. Birinci instansiya məhkəməsi həmin nəqliyyat vasitələrinin ilkin satış qiymətini çox aşağı müəyyən etmişdir. Buna görə də həmin nəqliyyat vasitələrinin dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmənin aparılmasını istəyir. Bank tərəfindən məhkəməyə həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə də verilmişdir. O bildirdi ki, mərhum Sədrəddin Məmmədov tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 25 iyul 2017-ci ildə edilmişdir. O, verilmiş suala cavab olaraq bildirdi ki, ipoteka predmeti olan yük maşınlarının hazırda harada olması barədə bankın hər hansı məlumatı yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, mərhum Sədrəddin Məmmədovun kredit xətti müqaviləsinə zamin durmuş, lakin sonradan bağlanmış kredit razılaşmasından, həmin razılaşma üzrə hansı məbləğin neçə faizlə kredit verilməsindən xəbərsiz olmuşdur. Bundan əlavə, mərhum Sədrəddin Məmmədovun övladları var, hesab edir ki, kredit borcu məhz onun övladlarından tutulmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, mərhum Sədrəddin Məmmədovun kredit xətti müqaviləsinə zamin durmuş, lakin sonradan bağlanmış kredit razılaşmasından, həmin razılaşma üzrə hansı məbləğin neçə faizlə kredit verilməsindən xəbərsiz olmuşdur. Bundan əlavə, mərhum Sədrəddin Məmmədovun övladları var, hesab edir ki, kredit borcu məhz onun övladlarından tutulmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin zaminlərə dair hissədə təmin olunmasını və ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertizalar təyin edilməklə qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin zaminlərdən kredit müqaviləsi üzrə borcun tutulmasının rədd edilməsinə dair hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi zaminlərə münasibətdə rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 05 sentyabr 2002-ci il tarixdə 21 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Mikromaliyyələşdirmə X8”nın nizamnaməsində “Azərbaycan Mikromaliyyələşdirmə X8” adı “AccessBank Qapalı Səhmdar Cəmiyyəti” ilə əvəz edilmiş, bu dəyişiklik 03 sentyabr 2008ci ildə dövlət qeydiyyatına alınmışdır. İşdəki 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli kredit xətti müqaviləsindən görünür ki, “Azərbaycan Mikromaliyyələşdirmə” X8 bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Məmmədov Sədrəddin Allahverdi oğluna 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, 18 aprel 2018-ci il tarixindən gec olmayaraq verilməlidir. İşdəki 25 aprel 2008-ci il tarixli, 10S000000370 nömrəli zaminlik müqaviləsindən görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlunun 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli məbləği 20000 ABŞ dolları, müddəti 120 ay olan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh4 “Azərbaycan Mikromaliyyələşdirmə” X7rşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 21 fevral 2011-ci il tarixli, 10S000005091 nömrəli zaminlik müqaviləsindən görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlunun 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli məbləği 20000 ABŞ dolları, müddəti 120 ay olan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 29 fevral 2012-ci il tarixli, 10S000006615 nömrəli zaminlik müqaviləsindən görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlunun 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli məbləği 20000 ABŞ dolları, müddəti 120 ay olan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh1 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 30 avqust 2013-cü il tarixli, 10S000010833 nömrəli zaminlik müqaviləsindən görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlunun 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli məbləği 20000 ABŞ dolları, müddəti 120 ay olan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh3 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki İddiaçı QSC ilə kredit alan Məmmədov Sədrəddin Allahverdi oğlu arasında 18 aprel 2008-ci il tarixli, 10L000000256 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 12 iyun 2015-ci il tarixli, 056R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank məbləği 20000 ABŞ dolları olan krediti illik faiz dərəcəsi 1,8333 faiz olmaqla 34 ay müddətinə kredit alana vermiş, kredit alan krediti və ona hesablanmış faizləri bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdəki 22 fevral 2016-cı il tarixli, 056R**********S saylı; 19 oktyabr 2016-cı il tarixli, 056R**********SA saylı və 27 dekabr 2016-cı il tarixli, 056R**********SB saylı sazişlərdən görünür ki, İddiaçı QSC və Məmmədov Sədrəddin Allahverdi oğlu kredit razılaşmasına və ödəniş planına dəyişikliklər etmişlər. Sonuncu dəyişikliyə əsasən, kredit razılaşması üzrə ödənişin son tarixi 23 mart 2018-ci il müəyyən edilmişdir. İşdəki İddiaçı QSC-nin 11 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Məmmədov Sədrəddin Allahverdi oğlunun 12 iyun 2015-ci il tarixli kredit razılaşması üzrə 11 mart 2019-cu il tarixə olan borcu aşağıdakı kimidir: 12493,77 ABŞ dolları əsas məbləğ üzrə borc, 9659,06 ABŞ dolları faiz üzrə borc, 9622,57 ABŞ dolları cərimə borcu olmaqla, 31775,4 ABŞ dolları cəmi borc. İşdəki Qaradağ rayon Qeydiyyat şöbəsinin 19 may 2021-ci il tarixli, 509/69 nömrəli arayışından görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlu 18 noyabr 2020-ci ildə ölmüşdür. Hazırda apellyasiya şikayətindən göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ödənilməsi qət edilmiş borcun məbləğinə dair hissədə mübahisələndirməmişdir. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi ilk hissə zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit borcunun zaminlərdən tutulması hissəsini rədd edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Bu dəyişikliklər barədə zaminlərə xəbər verilməmiş və onların razılığı alınmadan təmin etdikləri öhdəlik dəyişdirilmişdir (artırılmışdır) ki, bu da onların məsuliyyətlərinin artmasına səbəb olmuşdur. Belə olan halda, cavabdeh-zaminlərlə bağlanmış zaminlik müqavilələri xitam edilmiş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zaminlərə münasibətdə iddia tələbinin rədd edilməsinin əsaslandırılması ilə razılaşmır və bildirir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmin Qərardadda qeyd olunur ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı yalnız həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və ya həmin Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil oluna bilər. Hazırkı işin hallarından göründüyü kimi, kredit xətti müqaviləsinin, kredit razılaşmasının, eləcə də ona dəyişikliklərin edilməsi ilə bağlı sazişlərin və zaminlik müqavilələrinin bağlanması ilə meydana gəlmiş münasibətlər Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarının qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərdir. Bundan başqa, hazırkı mübahisə üzrə iş məhkəmənin icraatına 17 oktyabr 2019-cu ildə, yəni Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 31 may 2018ci il tarixli Qərarının qüvvəyə minməsindən sonra daxil olmuşdur. Belə olan halda isə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarının hazırkı mübahisəyə şamil edilməsi üçün Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019cu il tarixli Qərardadında qeyd edilən əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsi isə 31 may 2018-ci il tarixli Qərarını hazırkı mübahisəyə tətbiq etməklə, Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadının tələblərini nəzərə almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin zaminlərdən kredit müqaviləsi üzrə borcun tutulmasının rədd edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinin kredit müqaviləsi üzrə münasibətlərin yarandığı vaxt qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarına əlavə edilmiş 25 aprel 2008-ci il, 21 fevral 2011-ci il, 29 fevral 2012ci il və 30 avqust 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələrdə zaminliyin verilməsi müddəti göstərilməmiş, yalnız zaminliklə təmin edilmiş öhdəliyin 120 ay müddəti olan 18 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsi olduğu qeyd olunmuşdur. 18 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrası müddəti isə 18 aprel 2018-ci il tarixində başa çatmışdır. Həmçinin, 12 iyun 2015-ci il tarixli kredit razılaşması və ona əlavə edilən sazişlərlə də öhdəliklərin icrası üçün son tarix 23 mart 2018-ci il olaraq müəyyən edilmişdir. Lakin hazırkı işdən göründüyü kimi, iddiaçı zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə yalnız 17 oktyabr 2019-cu ildə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində 18 iyun 2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini qeyd etsə də, bu hal iş materialları ilə təkzib olunur, hətta iddia ərizəsinin üzərində iddiaçının özü tərəfindən qeyd edilmiş tarixin 11 oktyabr 2019-cu il olması müəyyən edilir. Göründüyü kimi, İddiaçı QSC zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbini zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatmasından təxminən 1 il 6 aydan artıq müddət keçdikdən sonra irəli sürmüş, bununla da, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kredit razılaşması üzrə borcun zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini həm də ipoteka predmeti olan nəqliyyat vasitələrinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdəki ipoteka saxlayan “Azərbaycan Mikromaliyyələşdirmə” X8 ilə ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu arasında bağlanmış 23 aprel 2008-ci il tarixli, 10M000000229 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-55111” yük markalı özüboşaldan nəqliyyat vasitəsi məbləği 20000 ABŞ dolları və müddəti 120 ay olan 10L000000256 saylı, 18 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclu Məmmədov Sədrəddin Allahverdi oğlunun öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 14500 manat məbləğində müəyyən edilmişdir. İşdəki ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu arasında bağlanmış 28 fevral 2012-ci il tarixli, 10M000000836 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ-55111” yük markalı özüboşaldan nəqliyyat vasitəsi məbləği 20000 ABŞ dolları və müddəti 120 ay olan 10L000000256 saylı, 18 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclu Məmmədov Sədrəddin Allahverdi oğlunun öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 6604,08 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetlərinə dair hissədə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız onların ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetləri ilə bağlı hissəsinə yalnız onların müəyyən edilmiş ilkin satış qiymətləri ilə əlaqədar hissədə baxılır. Birinci instansiya məhkəməsi ipoteka predmetləri olan nəqliyyat vasitələrinin ilkin satış qiymətinin “KAMAZ-55111” markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 14500 manat və “KAMAZ-55111” markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 6604,08 manat məbləğində müəyyən edilməsi edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qiymətlərə uyğun müəyyən etmişdir. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş qiymətin necə əldə olunmasının ümumiyyətlə məlum olmamasına dair dəlili əsassızdır və ipoteka müqavilələrindən həmin qiymətlərin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edildiyi görünür. İddiaçı tərəf birinci instansiya məhkəməsində aparılan icraat zamanı ipoteka predmeti olan həmin nəqliyyat vasitələrinin müqavilədə nəzərdə tutulmuş ilkin satış qiyməti ilə razılaşmadığına və həmin əmlakların qiymətləndirilməsi üçün ekspertizanın keçirilməsinə dair hər hansı dəlil irəli sürməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:

1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.

2. ipoteka predmetinin təsviri;

3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 01 nömrəli, 20 iyul 2020-ci il tarixli Qərardadının 21-ci bəndində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ipoteka qoyan Sədrəddin Məmmədov vəfat etmiş, ipoteka saxlayan iddiaçı bank isə təqdim etdiyi ipoteka müqavilələrində tərəflərin razılığı ilə müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətindən fərqli həddə satış qiyməti müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsində hər hansı tələb irəli sürməmiş, hətta iddia ərizəsinin dəyişdirilməsi barədə verdiyi ərizədə də müqavilədə nəzərdə tutulmuş qiymətlə razı olmadığına, ilkin satış qiymətinin hansı məbləğdə təyin olunmasını istədiyinə dair hər hansı qeyd etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi ipoteka predmeti olan yük maşınlarının ilkin satış qiymətini ipoteka müqavilələrində tərəflərin razılığı ilə müəyyən edilmiş həddə təyin etməkdə haqlı olmuşdur. Bundan əlavə, hazırda ipoteka predmeti olan nəqliyyat vasitələrinin olduğu yer barəsində də hər hansı məlumat iş materiallarında öz əksini tapmır. İddiaçının nümayəndəsi də apellyasiya məhkəməsinin iclasında həmin nəqliyyat vasitələrinin olduğu yerin banka məlum olmadığını qeyd etmişdir. Belə olan halda isə həmin nəqliyyat vasitələri barədə qiymətləndirmənin keçirilməsi də mümkün deyil və iddiaçı həmin nəqliyyat vasitələrinin olduğu yer barədə hər hansı məlumat təqdim etməməklə də sübutetmə yükünü öz üzərindən atmağa çalışmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan nəqliyyat vasitələrinin müəyyən edilmiş ilkin satış qiymətlərinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin zaminlərdən kredit müqaviləsi üzrə borcun tutulmasının rədd edilməsinə dair hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi zaminlərə münasibətdə rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 irəli sürdüyü dəlil əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində həmin dəlil öz təsdiqini tapmadığından və müvafiq zaminlik müqavilələrini onların özlərinin imzalaması müəyyən edildiyindən, 4/1934 saylı, 17 yanvar 2024-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1018/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin zaminlərdən kredit müqaviləsi üzrə borcun tutulmasının rədd edilməsinə dair hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 4/1934 saylı, 17 yanvar 2024-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar