Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1226/2024 12.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X11 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 13320 manat məbləğində ziyanın və ödənilmiş 129.96 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən tələbdən əlavə olaraq çəkdiyi xərclər - 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim H.Bəhmənovun baxdığı işlə əlaqədar), 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim Z.Zeynalovun baxdığı işlə əlaqədar), 4 dəfə bir işlə bağlı (hakim C.Quliyevin hazırki baxdığı işlə əlaqədar) gəlib-getmək yol puluna görə 300 manat, torpağın geri qaytarılmasına görə məhkəmədə işə baxılması üçün ödənilmiş 101 manat, bir iş üzrə iddia qaldırmaq üçün ödənilmiş 130 manat dövlət rüsumu, ekspert rəyinin verilməsinə görə 108 manat, cəmi 639 manat pulun da cavadehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Təkdam kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Masallı rayonu, Təkdam kəndində özünə məxsus 1.60 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsininin 1 hektarını Cavabdeh bilə-bilə və qanunsuzca 6 il zəbt etmişdir. Həmçinin, 1.60 hektar torpaq sahəsini isə 1 il boyu zəbt edərək əkilmiş buğdanın hamsını mənimsəmişdir. 1.60 hektardan 5 ton buğda götürmüşdür. Dəfələrlə torpaq sahəsini cavabdehdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bir neçə dəfə cavabdehlə münasibətlərini polis şöbəsində ayırd etmək məcburiyyətində qalmışdır. Sonda o, məcbur qalıb cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 28/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 0.99 hektar torpaq sahəsinin cavabdehdən geri alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilmiş və torpaq sahəsi cavabdehdən alınaraq ona verilmişdir. O, torpaq sahəsindən 6 il ərzində istifadə edə bilməmişdir. Həmin torpaq sahəsində cavabdeh 6 il ərzində buğda əkmiş və ona külli miqdarda ziyan vurmuşdur. Masallı rayonu üzrə buğda üçün orta məhsuldarlıq 2.5-3 ton təşkil edir. 2.5 tonla götürdükdə cavabdeh ona 15 ton buğdanın ziyanını vurmuşdur. 1 kq buğdanın qiyməti 0.60 qəpikdir. Yəni, cavabdeh onun torpaq sahəsindən 9000 manatlıq buğda götürmüş, həmin torpaq sahəsini o, əkmədiyi üçün dövlət tərəfindən subsidiyada almamışdır. Torpaq sahəsini əksəydi dövlət tərəfindən ona 1320 manat subsidiya və digər dərmanlar da veriləcəkdi. Cavabdehin qəsdi nəticəsində o, bütün yardımlardan məhrum olmuşdur. Ümumilikdə cavabdeh onun 20 ton buğdasını mənimsəmişdir. Həmin buğdanın orta bazar qiyməti 12000 manat təşkil edir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə istinad etmişdir. Cavabdeh tərəfindən imzalanmış iddiaya dair etiraz xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı, yəni qardaşı iddia edir ki, o, altı il müddətində ona məxsus olan torpaq sahəsini əkib ona ziyan vurmuşdur. Halbuki, iddiaçıya məxsus olan torpaq sahəsini bacısı Şahid istifadə etmiş, yaxudda boş qalmışdır. Bunu Şövkətin həyat yoldaşı X15 da təsdiq edə bilər. 2017-ci ildən 2022- ci ilədək Xudaverdi niyə hər hansı dövlət orqanlarına müraciət etməmişdir? Bu onu göstərir ki, iddiaçı ona şər-böhtan atır. İddiaçı ilk dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman iddia edirdi ki, o, onun (0.99 ha) 1 hektar torpaq sahəsini əkmişdir, ikinci iddia ərizəsində göstərir ki, 1.60 ha torpaq sahəsini istifadə etmişdir, əgər üçüncü iddiası olsa deyəcək ki, 2.40 torpaq sahəsin əkmişdir. Bacıları qızı X10 bu illər ərzində həm öz yerini, həm də rəhmətə gedən anasının torpaq sahəsini əkmişdir. Aynurə də təsdiq edə bilər ki, bu illər ərzində Xudaverdini əkin sahəsində görməmiş, onun torpaq sahəsini Şövkət əkmiş və yaxud boş qalmışdır. İddiaçının payına 0.40 ha torpaq sahəsi düşür, o, isə 1.60 torpaq sahəsinin iddiasındadır. İddiaçı məhkəmə iclasında bildirdi ki, torpaqdan neçə illərdir ki, istifadə edə bilməmişdir. Bu vaxta kimi cavabdeh ona imkan verməmidir. Cavabdeh torpağı 6 il, yəni 2016-cı ildə atası vəfat etdikdən sonra əkib-becərmiş, qazanc əldə etmişdir. 2.44 ha torpağın 1.60 ha hissəsini iki ildir ki, əkir. Torpaq sahəsinin qalan hissəsi başqa yerdədir. Həmin qalan hissəni Məhərrəm əkir. Dövlət aktında adları olanlardan atası Yasər, anası Xədicə və bacısı Dilavər vəfat etmişlər. Torpağın hamsı onun deyil. Aralarında dava olduqdan sonra torpağı o, əkmişdir. Vəfat etmiş bacısı Dilavərin payı ona düşsə ümumi 2.20 ha torpağı olur. Həmin 2.20 ha torpaq sahəsində digər bacısı Şövkətin də payı var. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, torpağın 0.99 ha hissəsini 1 il əkmişdir. 2021-ci ildə əkib 2022-ci ildə biçmişdir. Biçən vaxtı Xudaverdi gəlib onunla söz-söhbət etmişdir. Məhkəmə qətnaməsi ilə 0.99 ha torpaq sahəsindən çıxarılma barədə qərar qəbul edildikdən sonra iddiaçı iddia qaldırmışdır. O, iddiaçının yerini əkməmişdir. Atası 2016-cı ildə vəfat etdikdən sonra 2022-ci ilə qədər həmin mübahisəli torpaq sahəsini bacısı Şövkət əkmiş və ya torpaq sahəsi boş qalmışdır. O, 1 il həmin yeri bacısı Şövkətlə birlikdə əkmişdir. Şövkət onun yerini, o, isə əvəzində Şövkətin yerinə əkmişdir. O, Şövkətin yerində taxıl əkmişdir. Yerləri dəyişib əkmək barədə Şövkətin əri Həşim ilə razılaşmışlar, razılıqdan sonra əkmişlər. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. 09 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh qardaşlarıdır. Ataları vəfat etdikdən sonra torpaq sahəsini Məhərrəm əkmişdir. Atası sağlığında ona 0.80 ha torpaq vermişdir. O, öz torpağını əkmişdir. 2016-cı ildən, yəni atası vəfat etdikdən sonra 0.80 ha torpağı əkmişdir, son iki ildə isə əkməmişdir. Torpaq barəsində problem olduğundan torpaq sahəsi paylar şəklində bölündüyündən, hazırda onun payına düşən hissənin harada olduğunu bilmir. Bu səbəbdən də əkin əkə bilmir. Bir il Məhərrəmlə yerlərini dəyişmiş, o, Məhərrəmin yerini, Məhərrəm də onun yerini əkmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Quliyev), İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə qədər cavabdehlə torpağını zəbt etdiyi üçün dəfələrlə mübahisəsi olmuş, polis və prokurorluğda cavabdehin barəsində araşdırmalar aparılmışdır. O, həmin sübutlarını da məhkəməyə təqdim etmişdir. Məhkəmə isə ümumiyyətlə araşdırma aparmadan sübutlara düzgün qiymət vermədən əsassız bir qətnamə çıxarmışdır. Bacısı Şahid məhkəmə iclasında açıq şəkildə ifadə etdi ki, onlara məxsus torpaq sahəsini cavabdeh əkmişdir. Məhkəmə isə şahidin ifadəsini qətnaməsində təhrif edərək yazmış, iddia tələbini rədd etmək üçün zəmin yaratmışdır. Həmçinin cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsini o cavabdehdən məhkəmə qətnaməsi əsasında məhkəmə icraçılarının gücü ilə almışdır. Yaxşı onun torpağını cavabdeh əkməmişdirsə onda nəyə görə bir il boyu torpaq üstündə onunla məhkəmə çəkişmələri olmuşdur. Zəbt edilən torpaq barəsində məhkəmə iclaslarında cavabdeh deyirdi ki, əkdiyi torpaq sahəsini uzun müddətdir ki, əkir, torpaq sahəsi İddiaçı məxsusdur. Bu ifadələr cavabdeh tərəfindən məhkəmə iclasında deyilmiş və həmin qətnamədə qanuni qüvvəyə minmiş hazırki məhkəmə üçün preyudisyal əhmiyyət kəsb edir. Yəni hörmətli məhkəmə kollegiyasımən bütün vasitələrdən istifadə edərək, əlimdə olan bütün sübutlarını məhkəməyə təqdim edərək məhkəmə obyekktiv araşdırma aparsın. Cavabdeh dolayısıyla özü etiraf etmişdir ki, mübahisəli torpaq sahəsini özü əkmiş, lakin məhkəmə deyir ki, konkret olaraq kardinat göstər ki, bu torpaq sənindir. O, məhkəmə qaydasında zorla cavabdehin əkdiyi torpaq sahəsini cavabehdən almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0014 Kod 80507048 nömrəli dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə X6, X3, Şahid, X4, X7, İddiaçı 2.44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 28/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Təkdam kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması, Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 1366/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında X6, Abdullayeva (Nurullayeva) Xədicə Nüsrət qızına, Şahid, X4, İddiaçı, X7 verilmiş 2.44 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə pay hüquqları müəyyən edilməsi, 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 və X1 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Şahid və Cavabdeh hər birinin 1/24 hissə, X9 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras paylarının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1366/2023 saylı qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(050)- 1366/2023 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzası “2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində və X1 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Şahid və Cavabdeh hər birinin 1/24 hissə, X9 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras payları müəyyən olunsun.” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə X6, X3, Şahid, X4, X7, İddiaçı 2.44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Göründüyü kimi torpaq sahəsi həm iddiaçının həm də cavabdehin ümumibirgə mülkiyyətində olmuşdur. Daha sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1366/2023 saylı qətnaməsi ilə tərəflərin hər birinin torpaq sahəsi üzərində payları müəyyən edilmişdir. İş materiallarından o da məlumdur ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iddia qaldırmış və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-28/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh iddiaçıya və ailə üzvlərinə məxsus Masallı rayonu, Təkdam kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən çıxarılmışdır. İddiaçının hazırkı iddia tələbi ondan ibarətdir ki, Masallı rayonu, Təkdam kəndində özünə məxsus 1.60 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1 hektarını Cavabdeh bilə-bilə və qanunsuzca 6 il zəbt etmişdir. Həmçinin, 1.60 hektar torpaq sahəsini isə 1 il boyu zəbt edərək əkilmiş buğdanın hamısını mənimsəmişdir. 1.60 hektardan 5 ton buğda götürmüşdür. Dəfələrlə torpaq sahəsini cavabdehdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bir neçə dəfə cavabdehlə münasibətlərini polis şöbəsində ayırd etmək məcburiyyətində qalmışdır. Sonda o, məcbur qalıb cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 28/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 0.99 hektar torpaq sahəsinin cavabdehdən geri alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilmiş və torpaq sahəsi cavabdehdən alınaraq ona verilmişdir. O, torpaq sahəsindən 6 il ərzində istifadə edə bilməmişdir. Həmin torpaq sahəsində cavabdeh 6 il ərzində buğda əkmiş və ona külli miqdarda ziyan vurmuşdur. Masallı rayonu üzrə buğda üçün orta məhsuldarlıq 2.5-3 ton təşkil edir. 2.5 tonla götürdükdə cavabdeh ona 15 ton buğdanın ziyanını vurmuşdur. 1 kq buğdanın qiyməti 0.60 qəpikdir. Yəni, cavabdeh onun torpaq sahəsindən 9000 manatlıq buğda götürmüş, həmin torpaq sahəsini o, əkmədiyi üçün dövlət tərəfindən subsidiyada almamışdır. Torpaq sahəsini əksəydi dövlət tərəfindən ona 1320 manat subsidiya və digər dərmanlar da veriləcəkdi. Cavabdehin qəsdi nəticəsində o, bütün yardımlardan məhrum olmuşdur. Ümumilikdə cavabdeh onun 20 ton buğdasını mənimsəmişdir. Həmin buğdanın orta bazar qiyməti 12000 manat təşkil edir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh olan Cavabdeh da digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə payı müəyyən edilmişdir. Torpaq sahəsi naturada ayrılmamışdır, torpaq sahəsinin hansı hissəsinin payçılardan kimə məxsus olması müəyyən deyil. Belə bir vəziyyətdə iddiaçının ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən əkilməsini iddia etməsi əsaslı deyil. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən əkilmiş torpaq sahəsi məhz ona məxsus torpaq sahəsi olmuşdur. Masallı Rayon Məhkəməsinin icraatında olmuş 2(050)-28/2023 saylı mülki işə baxılarkən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmuş, iddiaçı da ümumi birgə mülkiyyətçilərdən biri kimi iddia qaldırmışdır. Həmin qətnamə ilə müəyyən edilməmişdir ki, cavabdehin çıxarılması qət edilən 0.99 hektar torpaq sahəsi İddiaçıdur. Həmçinin, mübahisə üzrə cavabdehin də digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun olması, digər mülkiyyətçilərin cavabdehə qarşı münasibətləri də (onun torpaq sahəsini əkməsinə etiraz etməmələri) nəzərə alınmalıdır. Bundan başqa iddiaçı iddia tələbində, özünə məxsus 1.60 hektar torpaq sahəsinin 1 hektarının cavabdeh tərəfindən 6 il müddətinə qanunsuz zəbt edildiyini, 1.60 ha isə ümumiyyətli 1 il zəbt edilərək əkildiyini bildirmişdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin torpaq sahəsi ümumiyyətlə tərəflərin birgə mülkiyyətində olmuş, həmin torpaq sahəsinin yalnız şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən cavabdeh çıxarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının tələbi və həmin tələbin əsası kimi istinad etdiyi hallar qeyri-müəyyən olmaqla cavabdeh tərəfindən əvvəllər birgə mülkiyyətdə olmuş torpaq sahəsinin iddiaçıya məxsus hissəsinin əkilib-əkilməməsi, əgər əkilmişdirsə həmin hissədən nə qədər gəlir götürülməsi, bunun müqabilində iddiaçının nə qədər gəlirdən məhrum olması aydın deyildir. Halbuki əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1226/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1226/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver