Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1228/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tələbi ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən 5 otaqlı 223,8 kv.m ümumi, 115,3 kv.m yaşayış, 108,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 29866,37 (iyirmi doqquz min səkkiz yüz altımış altı dollar otuz yeddi sent) ABŞ dolları əsas kredit borcu, müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə 30030,21 (otuz min üç yüz dollar iyirmi bir sent) ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 1937,17 (bir min doqquz yüz otuz yeddi dollar on yeddi sent) ABŞ dolları faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 62033,75 (altmış iki min otuz üç dollar yetmiş beş sent) ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin 15 (on beş) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 40 manat (10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı) pulun 20 manat hissəsi Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, yuxarıda qeyd olunan müqavilə üzrə tələb olunan pul vəsaitinin xx.xx.2014-cü il tarixli İpoteka (Girov) müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 5 otaqlı 223,8 kv.m ümumi, 115,30 kv.m yaşayış, 108,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin 94000 (doxsan dörd min) manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmeti - Abşeron rayonu Novxanı kəndində yerləşən 5 otaqlı 223,8 kv.m ümumi, 115,30 kv.m yaşayış, 108,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Cavabdehlərin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hərrac keçirilərkən cavabdehlərin heç biri hərracda iştirak etməmişlər. Habelə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə rəsmi qaydada çatdırılmamışdır. Onunla cavabdehlər arasında müqavilə bağlanan kimi müvafiq icra işi ilə tanış olmuş və bu zaman cavabdehlərin borcunun olmasına etiraz etmişdir. 05 mart 2023-cü il tarixdə hərracın nəticələrinə dair protokolun etibarsızlığı haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışlar. Cavabdehlərdən biri işdə olan ünvanda yaşasa da, digəri orada yaşamır. İddiaçının nümayəndəsi X4 iş üzrə 10 oktyabr 2023-cü il və 24 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın satılması ilə əlaqədar hərrac keçirilmişdir. Hazırkı məhkəmə qətnaməsinin cavabdehlərə çatmaması və məlumatlarının olmaması barədə nəzərə alınmalıdır ki, işdə Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsinin cavabdehlərə çatması barədə poçt xəbərnaməsi vardır. İpoteka predmeti olan fərdi yaşayış evi hərracda satılaraq bankın mülkiyyətinə keçmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, onlar məlumatlı olsalar da, məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verməklə işin yubadılmasına nail omaq istəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tələbi ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(106)-1228/2023 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalı və prosessual qanunvericiliyin tələblərinə cavab verməyən apellyasiya şikayətinin qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 8-ci maddəsinin tələblərinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmin prinsip özündə ehtiva edir ki, hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla da istənilən işin nəticəsində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, habelə bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün tam bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Mülki iş materiallarına nəzər saldıqda aşkar olur ki, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsi 18 mart 2022-ci il tarixli məktubla rəsmi qaydada işdə iştirak edən şəxslərə göndərilmiş və işdə olan xəbərnaməyə əsasən cavabdeh X5 çatdırılmışdır (səh. 117). Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra icra sənədi icraya yönəldilmişdir. İcra hərəkətləri, eləcə də hərrac həyata keçirilmiş və ipoteka predmeti olan fərdi yaşayış evi 24 yanvar 2023-cü il tarixdə tələbkar İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdehlər və onların nümayəndəsi Vəkil 12 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən məlumatlı olmadıqlarını və bundan yalnız icra hərəkətləri zamanı xəbərdar olduqlarını bildirərək, qətnamənin onlara verilməsini xahiş etmişlər (səh. 130- 131). Cavabdehlər və onların nümayəndəsi həmin gün - 12 aprel 2023-cü il tarixdə qətnaməni əldə etdikdən sonra 11 may 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişlər və Sabirabad Rayon Məhkəməsi apellyasiya şikayətinə baxılması üçün mülki işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(106)-1228/2023 saylı qərardadı ilə hazırkı - İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tələbi ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmişdir. Kollegiya diqqətə çatdırır ki, 01 mart 2023-cü il tarixli Etibarnamə ilə cavabdehlər Vəkil 01 mart 2028-ci il tarixədək nümayəndə olaraq bütün səlahiyyətlərini həvalə etmişlər (səh. 147). Cavabdehlər və onların nümayəndəsi 05 mart 2023-cü il tarixdə hərracın nəticələrinə dair protokolun etibarsızlığı və digər tələblərlə bağlı Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışlar. Hazırda Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(103)-4486/2023 saylı qərardadı ilə hazırkı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər həmin iş üzrə icraat dayandırılmışdır. Qeyd edilən (protokolun etibarsızlığı və digər tələblər üzrə) iddia ərizəsindən görünür ki, o, 05 mart 2023-cü il tarixdə imzalanmışdır. Orada cavabdehlər adıçəkilən qətnamədən məlumatlarının olmadığını bildirmişlər. Habelə, həmin ərizənin məzmunundan 02 fevral 2023-cü il tarixdə vəkilin işdən məlumatlı olması və müvafiq sorğu ilə İddiaçı ASC-yə müraciət etməsi aşkar olur. Eyni zamanda, qeyd edilməlidir ki, istər protokolun etibarsızlığı və digər tələblərlə bağlı digər iş üzrə iddia ərizəsində, eləcə də hazırkı iş üzrə apellyasiya şikayətində yazışmaların aparılmasının istənildiyi ünvan olaraq ünvan 2 edilməlidir ki, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsi 18 mart 2022-ci il tarixli məktubla rəsmi qaydada cavabdeh X5 (Sabirabad rayonu Moranlı kəndi) çatdırılmış (xəbərnamənin poçta daxil olma və çıxmasının möhür tarixləri 01 iyul və 04 iyul 2022-ci ildir), habelə hazırkı mülki iş üzrə icraya yönəldilmiş icra sənədi üzrə icra hərəkətləri zamanı Əmlak Hərrac Mərkəzinin müvafiq sənədləri cavabdehlərə göndərilmişdir. Belə ki, işə əlavə edilmiş poçt reyestrlərinə əsasən (poçt möhürlərinin tarixi: 17 noyabr 2022-ci il, 06 dekabr 2022-ci il və 23 dekabr 2022-ci il) adıçəkilən sənədlər və məlumatlar cavabdeh X3 Sabirabad rayonu Moranlı kəndinə və eyni zamanda faktiki yaşayış ünvanı Abşeron rayonu Novxanı kəndinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından açıq-aydın görünür ki, Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların nümayəndəsi Vəkil apellyasiya şikayəti vermə müddətini ötürmədiklərini bildirsələr də, bu hal iş materialları ilə tamamilə təkzib edilir. Beləliklə, sadalananlardan görünür ki, apellyasiya şikayəti qanunvericiliyə əsasən müəyyən edilmiş apellyasiya şikayəti vermə müddətinə dair tələblərə uyğun şəkildə verilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, MPM-in 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, hakim apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 384.0.6, 361, 361.1-1, 402.2.5 və 403cü maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tələbi ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(056)-29/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(106)-1228/2023 saylı qərardadı ləğv edilərək apellyasiya qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Prosessual qanunvericiliyin tələblərinə cavab verməyən apellyasiya şikayətinin qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1228/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1228/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver