Məhkəmə qərarları › İş №2(106)-1229/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1229/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1229/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin e-2(048)-241/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(048)-241/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək, Cavabdeh 5000 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 177 manat pulun alınaraq iddiaçı X2 verilməsi, əlavə olaraq iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pulun Cavabdeh alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X3 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(106)- 1229/2024 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin e-2(048)-241/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Lerik Rayon Məhkəməsindən Şirvan Apellyasiya Məhkəməsinə 08 avqust 2024-cü il tarixdə həmin tarixli məktub daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin e-2(048)-241/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Cavabdeh həmin qətnamədən 07 avqust 2024-cü il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti vermişdir. Məktubda sözügedən apellyasiya şikayətinin mülki işə əlavə edilib müzakirə olunmasından ötrü həmin mülki işin Lerik Rayon Məhkəməsinə geri qaytarılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Lerik Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli məktubundan da göründüyü kimi, Lerik Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-2(048)-241/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra, cavabdeh də apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Lerik Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş məktubunu nəzərə alaraq hesab edir ki, Lerik Rayon Məhkəməsinin e-2(048)-241/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(106)-1229/2024 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin e-2(048)-241/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2(106)-1229/2024 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar