Məhkəmə qərarları › İş №2(106)-1230/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1230/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1230/2023 22.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.İbrahimov) "xxxx" QSC-nin iddiası qismən təmin edilmiş,

1. cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada əsas borc üzrə 41351,38 (qırx bir min üç yüz əlli bir dollar, otuz səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 8,504,41 ABŞ dolları (səkkiz min beş yüz dörd dollar, qırx bir sent) ABŞ dolları və cərimə borcu olaraq 1000 (bir min) ABŞ dolları, ümumilikdə 50.855,79 (əlli min səkkiz yüz əlli beş dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə), ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 60 (altmış) manat xidmət haqqına görə pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi,

2. cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68.000 (altmış səkkiz min) manat müəyyən edilməsi,

3. Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin (likvid qiymət) 93.500 (doxsan üç min beş yüz) manat müəyyən edilməsi,

4. ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiymətinin (likvid qiymət) 119.000 (yüz on doqquz min) manat müəyyən edilməsi,

5. Ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada alınaraq dövlət büdcəsinə- Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba və mütəxəssis rəyi ilə əlaqədar 300 manat (üç yüz) manat məbləğində xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada alınaraq «X8» MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sahil Filalına **********08 nömrəli hesaba ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə əsassız olduğu üçün təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" QSC və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh9 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişlər. İşə iddiaçı "xxxx" QSC və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-196/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cavid İmanov, Samir Həsənov və Tale Kərimov) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 17.10.22-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaklara yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və əmlakların hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin olunmaması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m ümumi, 219.4 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 01 (bir) ay sonra Cavabdeh3, Cavabdeh4n, Cavabdeh6, Cavabdeh8, X10 və Cavabdeh7 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299,5 (kv.m) ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra həmin qeyri-yaşayış sahəsi boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 2 saylı evin 63 kv.m sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi Cavabdeh9 kredit müqaviləsi üzrə borcun, ekspertiza və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə Cavabdeh6 kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən– “Cavabdeh6 əsas borc üzrə 41.351, 38 ABŞ dolları, faiz borcu üzrə 8.504.41 Abş dolları və cərimə borcu olaraq 1000 Abş dolları pulun alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilmısinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boaldılaraq hərracın nəicələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi, "xxxx" QSC-nin apellyasiya şikayətinin təmin edilməsi hissəsində qismən və Cavabdeh6 aid hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə ləğv edilib yeni baxışa qaytarıldığından hazırki mərhələdə işə "xxxx" QSC və Cavabdeh6 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında və Cavabdeh6 aid hissədə baxılır.

İşinhalları

1. 07.09.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi- Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m² tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. "xxxx" QSC ilə "xxxx" MMC araslnda bağlanmış 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" MMC-yə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

4. "xxxx" QSC ilə "xxxx" MMC araslnda bağlanmış 10 sentyabr 2012-ci il tarixli, 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi əsasında Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyri- yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

6. "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə "xxxx" QSC ilə ipoteka verən Cavabdeh2 arasında bağlanmış 10 sentyabr 2012-ci il tarixli, 08M000000905 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. Kredit öhdəliklərinin təminatı olaraq, "xxxx" QSC ilə Cavabdeh6 arasında 28 sentyabr 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh6 "xxxx" MMC-nin borc öhdəliklərinə zamin durmuşdur.

8. 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017- ci il tarixli 08R000010914SD saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir.

Hazırki tələbində İddiaçı QSC cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 08R000010914 saylı kredit razılaşması üzrə 41351.38 ABŞ Dolları kredit borcu, 29947.87 ABŞ Dolları faiz borcu və 47397.96 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 116697,21 (yüz on altı min altı yüz doxsan yeddi dollar, iyirmi bir sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması; -tələbin Astara rayonu Ərçivan kəndində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə; -"xxxx" MMC-nin mülkiyyətində olan Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasına; - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə yönəldilməsi; -Həmin əmlakların açıq hərracdan satılması və 116697,21 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; -Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutulması; -Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; -Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 299.5 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; -Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borclu "xxxx" MMC kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 oktyabr 2017-ci il tarixdən banka qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, bankdan götürdükləri kreditin əsas hissəsini qaytarmış, sonradan maliyyə vəziyyətləri zəiflədiyi üçün bank qarşısında borcları yaranmışdır. Bankın tələb etdiyi faiz borcları həddən artıq çoxdur, eyni zamanda bank onlardan həddən artıq cərimə pulu tələb edir. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətləri düzgün müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində digər cavabdehlər iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 448.1, 460.1, 462.1, 467, 472.1, 467-ci maddələrinə , “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 37, 39.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

Apellyasiyaşikayətinindəlilləri İddiaçı "xxxx" QSC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə çıxarılmışdır. Cavabdeh6 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın ona paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, kredit razılaşması üzrə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır.

İ z a h a t l a r, p r o s e s s u a l m ə s ə l ə l ə r Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X7 iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, eləcə də Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, iddiaçının nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh6 apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən– “Cavabdeh6 əsas borc üzrə 41.351, 38 ABŞ dolları, faiz borcu üzrə 8.504.41 Abş dolları və cərimə borcu olaraq 1000 Abş dolları pulun tutlması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilmısinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəicələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi hissələrində ləğv olunmuş, həmin hissələrdə yenidən baxılması üçün qaytarılmışdır. Kollegiya işə qətnamənin mübahisələndirilən hissəsində, Ali Məhkəmənin qətnaməni ləğv edib yeni baxışa qaytardığı hissədə baxır. İddiaçı Bank kredit müqaviləsi üzrə borcunu və həmin borcun ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Mübahisələndirilən hissədə məhkəmə baxışının predmetini borcun zamin Cavabdeh6 tutulması və Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi, 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68.000 (altmış səkkiz min) manat müəyyən edilməsi təşkil edir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, kredit razılaşması üzrə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələbinə görə, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə qərar gəlmişdir ki: - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. X4 Məhkəməsi kredit müqaviləsinə edilmiş sonrakı dəyişikliyə ipoteka qoyanın razılığının alınmaması ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Müəyyən edilir ki, 28 sentyabr 2012-ci il tarixli razılaşmaya edilmiş sonrakı dəyişikliklərə zamin, eyni zamanda ipoteka qoyan Cavabdeh6 razılığı alınmamışdır. 28 sentyabr 2012-ci il tarixli razılaşmaya edilmiş sonrakı dəyişikliklər zamin Cavabdeh6 məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Ona görə də həmin zaminə münasibətdə zaminliyə xitam verilmiş hesab edilməli, onunla bağlanmış ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir. Odur ki, Cavabdeh6 apellyasiya şikayəti təmin edilməli, həmin hissədə qətnamə ləğv edilməli və Cavabdeh6 qarşı iddia təmin edilməməlidir. Cavabdeh6 apellyasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən hissədə "xxxx" QSC-nin apellyasiya şikayətinin təmin edilməsini aradan qaldırır. Beləliklə, Kollegiya hesab edir ki, "xxxx" QSC-nin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Cavabdeh6 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən- Cavabdeh6 aid hissədə, yəni “Cavabdeh6 əsas borc, faiz borcu və cərimə borcunun, eləcə də məhkəmə xərclərinin tutulması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilmısinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boaldılaraq hərracın nəicələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

"xxxx" QSC-nin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Cavabdeh6 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsi “Cavabdeh6 əsas borc, faiz borcu və cərimə borcunun, eləcə də məhkəmə xərcləri qismində dövlət rüsumunun və xidmət haqqının tutulması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi- 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilmısinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X6 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boaldılaraq hərracın nəicələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar