Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1231/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 54.17 (əlli dörd manat on yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə qarşılıqlı iddia verərək, İddiaçı QSC-nin ona qarşı 3417.00 manat kredit borcunun tutulması barədə iddia tələbinin rədd edilməsinə və kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxlmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs «X6» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 02 oktyabr 2017-ci il tarixli, S-FK-İB-İO saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 3417,90 manat (əsas borc 2748,64 manat; faiz borcu 669,26 manat) məbləğində «Vakala» borcu olmuşdur. Təhvil verilən sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 201/14 saylı «Vakala» borc müqaviləsinə əsasən Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 faiz olmaqla 3065 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə ona qarşı "xxxx" ASC tərəfindən Cəlilabad Rayon Məhkəməsində iddia qaldırılmış və bu barədə Cəlilabad Rayon Məhkəməsi tərəfindən 31 mart 2016-cı il tarixli, 2(073)-4519/2016 saylı məhkəmə əmri çıxarılmışdır. Həmin məkhəkəmə əmrinə əsasən xx.xx.1968-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh cəmi 3417.90 manat (əsas borc 2748.64 manat, faiz borcu 669.26 manat) məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qərarı icra olunmamışdır. İddiaçı təşkilata təhvil verilmiş sənədlərdə cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 2 Cavabdeh sonradan yaşayış ünvanını dəyişsə də, İddiaçı QSC-i bu barədə məlumatlandırmamışdır. Daha sonra İddiaçı QSC-yə məlum olmuşdur ki, Cavabdeh tərəfindən cavabdehlər İddiaçı QSC-yə və «X6» MMC-yə qarşı «istehlakçının hüquqlarının müdafiəsi, kredit müqaviləsinin ləğv edilməsi» tələbi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində iddia qaldırılmış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin təmin edilməsinə dair xx.xx.2022-ci il tarixli 2(008)-4889/2022 saylı qiyabi qətnamə qəbul edilmişdir. İddiaçı QSC həmin qətnaməni aldıqdan sonra onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə Sabunçu rayon Məhkəməsinə ərizə vermiş və həmin ərizə əsasında sözügedən qətnamə ləğv edilmişdir. Verilmiş iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanmışdır. Cavabdeh bundan sonra cavabdehlər İddiaçı QSC-yə və «X6» MMC-yə qarşı kredit borcunun silinməsi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən Cavabdeh iddia ərizəsinə baxılaraq həmin iddianın rədd edilməsinə dair xx.xx.2022- ci il tarixli, 2(004)-6092/2022 sayl qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh 2023-cü ildə Cəlilabad rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cəlilabad rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinə etiraz vermiş və Cəlilabad rayon Məhkəməsinin sözügedən məhkəmə əmri ləğv edilmiş və məhkəmə iddia icraatına keçmişdir. İddia icraatına keçdikdən sonra tərəflərin məhkəməyə gəlməməsini əsas tutaraq həmin iş baxılmamış saxlanılmış və bu barədə qərardad qəbul edilmişdir. Borc ödənmədiyindən və cavabdehin borcu ödəmək niyyəti olmadığından İddiaçı QSC tərəfindən iddia ərizəsi ilə yenidən məhkəmyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, «X6» MMC ilə aralarında bağlanmış 19 aprel 2014-cü il tarixli müqaviləyə əsasən “KİRBY” firmasının istehsalı olan «Sentria» modelli, ********** seriya nömrəli avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları almışdır. Həmin əmlak ona 19 aprel 2014-cü il tarixli «Əmlakın təhvil-təslim aktı» ilə təhvil verilmişdir. Müqaviləyə əsasən əmlakın qiyməti 3900 manat, ilkin olaraq 156 manat, qalan 3744 manat məbləğin isə 24 ay müddətinə hər ay 156 manat olmaqla ödənilməsi müəyyən edilmiş və ödənişlərini "xxxx" ASC-yə etmişdir. Təxminən 1 ilə yaxın ödəniş etdikdən sonra yaranmış maddi problemlərlə əlaqədar ödənişlər edə bilməmişdir. Ona görə də «X6» MMC-dən aldığım «KİRBY» firmasının istehsalı olan «Sentria» modelli, ********** seriya nömrəli avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları «X6» MMC-yə qaytarmışdır. Əmlakm qaytarılması ilə əlaqədar «X6» MMC ilə 25 mart 2015-ci il tarixdə «Əmakın təhvil-təslim aktı» və 25 mart 2015-ci il tarixil «Müqavilənin ləğv edilməsi haqqmda razılaşma» tərtib edilmişdir. Beləliklə, o ödəniş edə bilmədiyinə görə aldığı aparat razılıq əsasında satıcıya qaytarılmışdır. Lakin həmin aparata görə ödənilməli olan kredit onun adında qalmışdır. Halbuki, aldığı əmlak ondan götürülmüşdür. "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 201/14 saylı «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsait ona (cavabdehə) verilməmiş, birbaşa «X6» MMC-in hesabına ödənilmişdir. Həmin müqavilə üzrə yaranmış borc ondan deyil «X6» MMC-dən tələb edilməlidir. Qeyd edilənlərə görə hesab edir ki, «X6» MMC-dən aldığı avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları rəsmi şəkildə həmin firmaya qaytardığına görə onun adına olan kredit müqaviləsi də ləğv olunmalıdır. O, ünvan 3 ünvanında qeydiyyatda olsa da ünvan 4nda yaşayır. Ona görə də məhkəmə bildirişini və iddiaçının iddia ərizəsini almamışdır. Məhkəmə barəsində təsadüfən öyrənmişdir. Bundan sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, hesab edir ki, iddiaçı təşkilat iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ilk iddanın əsassız olduğundan təmin edilməməsinə, qarşlıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Qalib Paşayev), ilk iddianın təmin edilməsi, cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borc və 54.17 (əlli dörd manat on yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-nin hesabına ödənilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Yuyucu aparatı “X6” MMC tərəfindən ondan geri alınsa da, kredit borcu adında qalmışdır. Beynəlxalq Bankın borcları "xxxx" QSC-yə keçdiyinə görə hazırda "xxxx" QSC ondan “KİRBY” firmasının istehsalı olan təmizlik aparatının alınması üçün Beynəlxalq Bankdan “X6” MMC-yə köçürülmüş pulu tələb edir. Hesab edir ki, bu tamamilə qanunsuzluq və özbaşınalıqdır. Aldığım aparatı “X6” MMC-nin rəhbər işçiləri Aqil Həsənov və Şənlik Həsənov rəsmi şəkildə ondan götürmüşlər. Bildirir ki, o, Beynəlxalq Bankdan bir manat belə pul almamış, sadəcə onların təqdim etdiyi sənədləri imzalamışdır. Beynəlxalq Bankın zəmanətçi təşkilat “X6” MMC olduğundan pulun niyə ondan tələb etməsinə, "xxxx" MMC-nin müqaviləni ləğv etməsi və təhvil-təslim aktı tərtib etməsinə baxmayaraq aldığı pulu niyə qaytarmadığına və aparatı ondan geri almalarına baxmayaraq kreditin niyə onun adında qalmasına aydınlıq gətirilməli və hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh (qarşılıqlı iddiaçı) İbişov X1 Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSCnin iddia tələbinin rədd edilməsi və tərəfindən verilmiş İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-nin iddia tələbinin rədd edilməsi və tərəfindən verilmiş İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsindən görünür ki, Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 olmaqla 3065 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 201/14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 156 manat ödəməklə, cəmi 3743.89 manat vəsaiti "xxxx" ASC İslam Bankçılığı Departamentinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti "xxxx" ASC-nin Abşeron filialından almışdır. İşdə olan «X6» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmanın surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixlli alqısatqı müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli əmlakın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən bir ədəd yuyucu taxma, bir ədəd Zippbraş taxması və bir ədəd turbo taxması «X6» MMC-yə təhvil verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016- cı il tarixli, 2(073)- 1519/2016 saylı əmrindən görünür ki, xx.xx.1968-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadından görünür ki, ərizə təmin edilərək borclu Cavabdeh borcun alınmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)- 1519/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və "xxxx" ASCnin borclu Cavabdeh borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadından görünür ki, İddiaçı QSC BOKT-ın cavbdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan İddiaçı SKT cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görürünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı oğlundan 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu miqdarında tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-İB nömrəli AKT ilə İddiaçı QSC BOKT-a güzəşt edildiyindən "xxxx" ASC-də müvafiq kredit ilə bağlı sənədlər qalmamışdır. Cavabdeh aid ******************** nömrəli hesabdan çıxarışa əsasən bəlli olur ki, təqdim edilən kredit məbləği hesabdan məxaric edilmiş, kreditin verildiyi tarixdən etibarən müştəri tərəfindən cəmi 3 dəfə ödəniş həyata keçirilmiş (156 AZN, 170 AZN, 170 AZN), ümumi ödəniş məbləği 496 AZN təşkil etmiş və qeyd edilən kredit ilə bağlı istər müştəri, istərsə də onun xeyrinə üçüncü şəxslər tərəfindən hər-hansısa digər ödənişlər həyata keçirilməmiş, nəticədə yuxarıda qeyd edilmiş miqdarda qalıq əsas borc və faiz borcu üzrə tələb hüququ güzəşt edilmişdir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsinə əsasən Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 olmaqla 3065 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 156 manat ödəməklə, cəmi 3743.89 manat vəsaiti "xxxx" ASC İslam Bankçılığı Departamentinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Abşeron filialından almışdır. Bundan sonra Cavabdeh xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» müqavəlisinin şərtlərinə əməl edərək, «X6» MMC-dən «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlıq (avtomatik yuyucunun) almış, lakin sonradan ödənişləri edə bilmədiyinə görə «X6» MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmaya əsasən bir ədəd yuyucu taxma, bir ədəd Zippbraş taxması və bir ədəd turbo taxmasını «X6» MMC-yə qaytarmışdır. Lakin Cavabdeh "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, buna görə Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)-1519/2016 saylı əmrinə əsasən Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 02 oktyabr 2017-ci il tarixli, S- FK-İB-İO saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadı ilə ərizə təmin edilərək borclu Cavabdeh borcun alınmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və "xxxx" ASC-nin borclu Cavabdeh borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmış həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadına əsasən İddiaçı QSC BOKT-ın cavbdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra da, cavabdeh borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Bundan sonra İddiaçı QSC BOKT Cavabdeh qarşı borc tələbinə dair iddia irəli sürmüş, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh da eyni zamanda kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı qarşılıqlı iddia irəli sürmüşdür. İddiaçı QSC BOKT-un ilk iddiası təmin edilsə də Cavabdeh qarşılıqlı iddiası təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-nin iddia tələbinin rədd edilməsi və tərəfindən verilmiş İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaya münasibətindən və qarşılıqlı iddiasından məlum olur ki, Yuyucu aparatı “X6” MMC tərəfindən ondan geri alınsa da, kredit borcu adında qalmışdır. Beynəlxalq Bankın borcları "xxxx" QSC-yə keçdiyinə görə hazırda "xxxx" QSC ondan “KİRBY” firmasının istehsalı olan təmizlik aparatının alınması üçün Beynəlxalq Bankdan “X6” MMC-yə köçürülmüş pulu tələb edir. Hesab edir ki, bu tamamilə qanunsuzluq və özbaşınalıqdır. Aldığı aparatı “X6” MMC-nin rəhbər işçiləri Aqil Həsənov və Şənlik Həsənov rəsmi şəkildə ondan götürmüşlər. Bildirir ki, o, Beynəlxalq Bankdan bir manat belə pul almamış, sadəcə onların təqdim etdiyi sənədləri imzalamışdır. Beynəlxalq Bankın zəmanətçi təşkilat “X6” MMC olduğundan pulun niyə ondan tələb etməsinə, "xxxx" MMC-nin müqaviləni ləğv etməsi və təhviltəslim aktı tərtib etməsinə baxmayaraq aldığı pulu niyə qaytarmadığına və aparatı ondan geri almalarına baxmayaraq kreditin niyə onun adında qalmasına aydınlıq gətirilməli və hüquqi qiymət verməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya cavabdehin apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh X2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materillarında olan xx.xx.2014-cü il tarixli məxaric orderindən müəyyən edilir ki, Cavabdeh «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti həmin tarixdə "xxxx" ASC-nin Abşeron filialından almışdır. Cavabdeh (qarşılıqlı iddaçı) Cavabdeh isə «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaitin ona verilmədiyini, "xxxx" ASC tərəfindən «X4» MMC-nin hesabına ödənildiyini göstərsə də, kollegiya qeyd edir ki, həmin hal cavabdehin kreditor qarşısında olan öhədliyini istisna edən hal kimi qəbul edilə bilməz. Cavabdeh özü də izahatlarında həmin pul vəsaitinin Beynəlxalq Bank tərəfindən bir başa «X4» MMC-nin hesabına köçürüldüyünü, yəni həmin götürdüyü pulun hansı qaydada göndərilməsindən məlumatlı olduğunu bildirmişdir. Göründüyü kimi Cavabdeh ilə "xxxx" ASC arasında müstəqil olaraq «Vakala» borc müqaviləsi bağlanmış və Cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq aldığı borcu və ona hesablanmış faizləri "xxxx" ASC-in hesabına ödəməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh «X6» MMC-dən aldığı avadanlıqları sonradan həmin cəmiyyətə qaytarması isə onu "xxxx" ASC ilə aralarında bağlanmış «Vakala» borc müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bundan başqa kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabedin ləğvini tələb etdiyi müqavilinin müddəti xx.xx.2016-cı il tarixdə bitdiyindən yenidən həmin müqavilənin ləğvi üçün əsaslar da aradan qalxmış olur. Çünki, müqavilənin ləğvi və ya dəyişdirilməsi müqavilənin qüvvədə olduğu müddətdə mübahisənin predmeti ola bilər. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin “ilk iddia əsaslı olduğundan təmin edilməsinə, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır.” qənaətinə gəlməsi mövqeyi ilə, razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-87/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1231/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1231/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver