Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1239/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı ASCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(018)-695/2023 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1115 (bir min yüz on beş) manat, 92 (doxsan iki) qəpik, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat, 18 (on səkkiz) qəpik və borca illik 5%-lə hesablanmış 102 (bir yüz iki ) manat, 29 (iyirmi doqquz) qəpik əldən çıxarmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir, iddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2021 tarixində “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh Banka cəmi 1115,92 (min yüz on beş manat, 92 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən iddia verilən tarixə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə etmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Buna əsasən də, o, illik 5 faiz mələbğində hesablanma əldə çıxmış faydanı ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İşə birinci instansiya məhkəməsində sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Astara Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(018)-695/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kiçik iddiasının əsassız olmasına görə rədd edilməsi qət edilmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və idddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia verilən zaman müqavilənin əlavə edilməməsinə səbəb hazırkı iddianın kredit borcu tələbinin olmamasıdır. İddia verilən zaman xx.xx.2021-ci il tarixi mexaniki olaraq səhv qeyd edilmişdir. Əslində kart hesabından çıxarışa nəzər yetirilərsə, oradan da məlum olur ki, müştəri qeyd edilən məbləği xx.xx.2021-ci il tarixdə çıxarmışdır. Məhkəmənin Cavabdeh tərəfindən 16 iyun 2021-ci il tarixli, və 17 iyun 2021-ci il tarixlərdə ödənişlər edilmiş hissəsinə dair bildirirlər ki, əksinə həmin tarixlərdə müştəri kartdan pullar çıxarmışdır. Kart hesabında qeyd etdikləri öz əksini tapmışdır. Əsassız varlanma təbəbi olduğuğundan iddiaya müqavilə əlavə edilməmişdir. Müqavilə məhkəmə tərəfindən nə yazılı, nə də şifahi tələb edilməmişdir. Hər bir halda müqavilənin təqdim edilməməsi, iddianın rədd edilməsi deyil, baxılmamış saxlanılması üçün əsas ola bilər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərardadına əsasən Astara Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(018)-695/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında, məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaları sənədlərə əlavə etdikləri çıxarışla tam sübut olunur və orada göstərilənlərlə cavabdeh tərəfindən həmin məbləğin istifadə edilməsi öz təsdiqini tapmışdır. Kartı üzrə çıxarışdan məlum olur ki, Cavabdeh tərəfindən 16 iyun 2021-cü il və 17 iyun 2021-ci il tarixlərdə bir neçə əməliyyatlar aparılmışdır. Buna dair bildirirlər ki, tərəflərindən iddia verilən zaman müqavilənin əlavə edilməməsinə səbəb hazırkı iddianın kredit borcu tələbinin olmamasıdır. İddia verilən zaman xx.xx.2021-ci il tarix mexaniki olaraq səhv qeyd edilmişdir. Əslində kart hesabından çıxarışa nəzər yetirilərsə oradan da məlum olur ki, müştəri qeyd edilən məbləği xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi kəndi Sevimli ticarət mərkəzində yerləşən ATM-dən çıxarmışdır. Məhkəmənin Cavabdeh tərəfindən 16 iyun 2021-ci il və 17 iyun 2021-ci il tarixlərdə ödənişlər edilmişdir mövqeyinə dair hissəsi barədə bildirirlər ki, qeyd edilən tarixlərdə heç bir ödəniş həyata keçirilməmiş, əksinə həmin tarixlərdə cavabdeh ATM vasitəsi ilə kartdan pulları məxaric etmişdir. Kart hesabında qeyd etdikləri öz əksini tapmışdır. Bir daha qeyd etmək istəyirlər ki, iddia əsassız varlanma tələbi olduğundan müqavilə əlavə edilməmişdir. Hər bir halda müqavilənin təqdim edilməməsi, iddianın rədd edilməsi üçün deyil baxılmamış saxlanılması üçün əsas ola bilər. Məhkəmə qətnamə qəbul edərkən işə düzgün qiymət verməmişdir. Belə ki, bankla cavabdeh arasında hesab və ödəniş kartına dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən hesaba yalnış daxil olma olduqda, Müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən aksepsiz qaydada Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. Bundan başqa həmin müqavilənin 4.2-ci maddəsində müştərinin hüquq və vəzifələri qeyd edilib, 4.2.2-ci bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olmuş pul vəsaitlərini istifadə etmir, dərhal banka geri qaytarır. Buradan da sübut olunur ki, tərəflər arasında hesab və ödəniş kartına dair bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, qanunsuz istifadə etdiyi məbləği geri qaytarmamışdır. Bundan başqa tərəflərdən məhkəməyə təqdim edilmiş kart hesabından çıxarışdan görünür ki, həmin kart Cavabdeh məxsusdur. Kartın cavabdeh və ya başqa şəxsin tərəfindən istifadə edilməsində birbaşa məsuliyyət cavabdehin üzərindədir. Bu müqavilədə öz əksini tapmışdır. Hörmətli məhkəmə kart hesabından çıxarışa nəzər yetirilsə məlum olur ki, xx.xx.2021ci il tarixdə cavabdehin balansında 1.134,28 manat pulu olduğu halda həmin tarixdə ATM vasitəsi ilə 2000 manat pul çıxarmışdır. Bu vəsaiti çıxardıqdan sonra kartda 865,72 manat mənfi yaranmışdır. Sonra bunu bilən müştəri yenidən eyni tarixdə 20 manat, 250 manat və 2.50 manat istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə müştəri kartdan 30 manat istifadə etmiş və kartda artıq 1.168,22 manat mənfi yaranmışdır. Bir neçə ay sonra yəni xx.xx.2022-ci il tarixdə karta 52,30 manat mədaxil edilmişdir. Bu əməliyyatdan sonra müştərinin kartında 1.115,92 manat mənfi yaranmışdır. Onuda qeyd etmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə borcla bağlı cavabdehə bildiriş göndərilmişdir. Cavabdehin özü yaxşı bilir ki, ona aid olmayan vəsaitdən istifadə edib. Əgər cavadehin banka heç bir borcu olmamışdırsa onda nə üçün sonuncu dəfə yəni xx.xx.2022-ci il tarixdə kartına mədaxil edilmiş 52,30 manatı tələb etməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllnin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətilərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Hesab və ödəniş kartına dair müqavilədən görünür ki, bankla Cavabdeh arasında hesab və ödəniş kartına dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ona məxsus kart hesabından (№********************) 16 iyun 2021-cü il və 17 iyun 2021-ci il tarixlərdə cəmi 1.115,92 manat çıxarmışdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 18 (on səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, doğru qənaətə gəlməmişdir. İddiaçı tərəf əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini və əldən çıxmış faydanı tələb etmişdir. İddia ərizəsinə ödəniş kartı üzrə hesabdan çıxarışı əlavə etmişdir. İddiaçı tərəf şikayətinin dəlillərinə də, əsassız varlanma nəticəsində pul tələb edilməsinə baxmayaraq, məhkəmənin əsassız olaraq iddianı təmin etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh əsassız varlanan şəxsdir, qanunvericiliyə əsasən də, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda iddiaçı tərəf əldən çıxmış faydanı da tələb etməkdə haqlı olmuşdur, cavabdeh pul vəsaitinin onun kart hesabında olduğunu görmüş və həmin kartdan çıxarışlar etmiş, karta vəsaitlər ödəmişdir. Cavabdeh həmin vəsaiti iddiaçı tərəfə geri qaytarmamış və bununla da, əsassız varlanmışdır. Əsassız varlanma nəticəsində iddiaçı tərəfə zərər dəymişdir və iddiaçı tərəf qanunvericiliyə uyğun olaraq əldən çıxmış fayda olaraq illik 5 faiz borc məbləğinə əlavə vəsait tələb etmişdir. Belə ki, kart hesabından çıxarışa nəzər yetirildikdə məlum olur ki, xx.xx.2021-ci il tarixdə cavabdehin balansında 1.134,28 manat pulu olduğu halda həmin tarixdə ATM vasitəsi ilə 2000 manat pul çıxarmışdır. Bu vəsaiti çıxardıqdan sonra kartda 865,72 manat mənfi qalıq yaranmışdır. Daha sonra bunu bilən müştəri yenidən eyni tarixdə 20 manat, 250 manat və 2.50 manat kartdan ona məxsus olmayan pul vəsaitini çıxarmaqla istifadə etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə cavabdeh kartdan 30 manat istifadə etmiş və kartda artıq 1.168,22 manat mənfi yaranmışdır. Bir neçə ay sonra yəni xx.xx.2022-ci il tarixdə karta 52,30 manat mədaxil edilmişdir. Bu əməliyyatdan sonra müştərinin kartında 1.115,92 manat mənfi yaranmışdır. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(018)-695/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1115,92 (bir min yüz on beş manat doxsan iki qəpik) manat, borca illik 5%-lə hesablanmış 102, 29 (bir yüz iki manat iyirmi doqquz qəpik) manat qəpik əldən çıxmış fayda, cəmi 1218,21 (bir min iki yüz on səkkiz manat iyirmi bir qəpik) manat Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 48,27 (qırx səkkiz manat iyirmi yeddi qəpik) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1239/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1239/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver