Məhkəmə qərarları › İş №2(106)-1241/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1241/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1241/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Lənkəran Regional X4n cavabdeh X3 qarşı «363.40 manat həcmində vurulmuş ziyan» tələbinə dair mülki iş üzrə qəbul olunmuş Astara Rayon Məhkəməsinin 2(018)-741/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran Regional X5 cavabdeh X3 qarşı «363.40 manat həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-741/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı (hakim M.Məmmədov) ilə, iddiaçı Lənkəran Regional X4n cavabdeh X3 qarşı «363.40 manat həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qubul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Lənkəran Regional X5 şikayət vermişdir. Astara Rayon Məhkəməsinin 2(018)-741/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadı ilə, Astara Rayon Məhkəməsinin 2(018)741/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd edilməsi və şikayət materialla birlikdə baxılması üçün 07 (yeddi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3-cü maddəsinəşikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini iddia tələbinin yolverilməzliyi ilə əlaqələndirmişdir. İddiaçı şikayət onunla əsaslandırılmışdır ki, birinci instasniya məhkəməsi hazırki nəticəyə gələrkən işin hallarını düzgün araşdırmamışdır. Belə ki, məhkəmə Lənkəran Regional X4 inzibati orqan kimi nəzərə almış, lakin, AR Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli qərarı ilə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmişdir ki, həmin siyahıda Lənkəran RMTM büdcədən maliyələşdirilən qurum kimi göstərilmişdir. Ödur ki, göstərilənləri nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə birinici instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası”nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.3-cü bəndinə əsasən Meşələrin inkişafı departamenti və onun yerli qurumları inzibati orqandır. Sadalanan xüsusata əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, X7 X1 Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Azərbaycab Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti mövcuddur. Odur ki, iddiaçı Azərbaycab Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon İcra bölməsinə göndərməlidir. Buna görə də, iddiaçı Lənkəran Regional X4n cavabdehə qarşı «363.40 manat həcmində vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qubul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən kollegiya yekun nəticəyə gələrək hesab edir ki, Lənkəran Regional X4nin şikayəti əsassız olduğundan təmin edilməməsi qənaəti əsaslıdır və Astara Rayon Məhkəməsinin 2(018)741/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı faktlar nöqteyi nəzərdən qanuni və əsaslı olduğundan və şikayət formal mülahizələrdən ibarət olduğundan təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Lənkəran Regional X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)741/2021 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cahid İmanov Hakimlər: Tale Kərimov Pərviz Əhmədov Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür, Sədrlik edən Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar