Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-125/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(072)-44/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cavadova X1 Rəşad Cəfər oğluna qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsi ilə Ə.Əlizadə küçəsinin kəsişməsində X5 etibarnamə ilə idarə etdiyi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus “MERCEDES- BENZ G63” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə hərəkət edərkən, Cavabdeh təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “MERCEDES-BENZ G 63” markalı ** VN *** dövlət avtomobil əzilmiş və ona maddi zərər dəymişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 50/2-22627 saylı 14 avqust 2023-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları baradə” arayışına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “MERCEDES-BENZ V 230” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və sürücüsü Cavabdehdur. Bakı şəhəri Nərimanov Rayon Dövlət X7 TP ******* saylı 08 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Rüstəmov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. “MERCEDES-BENZ Daimler AG”-nin Azərbaycanda rəsmi dileri “X4” MMC-nin verdiyi qüsur aktına əsasən “MERCEDES-BENZ G 63” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sifariş olunmuş işlərinin görülməsi və sifariş olunmuş ehtiyat hissələrinin alınması üçün ümumilikdə 16896,68 manat məbləğində pul vasaiti tələb olunur. Hadisədən sonra avtomobilinin icbari qaydada sığortasını həyata keçirən "xxxx" ASC tərəfindən bu barədə iddiaçıya verilmiş göstərişinə əsasən avtomobil “MERCEDES-BENZ Daimler AG”nin Azərbaycanda rəsmi dileri “X4” MMC tərəfindən müayinədən keçirilmişdir. Avtomobil icbari qaydada sığortalandığına görə iddiaçıya ayrılan sığorta məbləği 5000 manat təşkil edir və həmin sığorta məbləğ "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Qeyd edir ki, avtomobilin təmirinə görə sığorta ödənişindən sonra 11896,68 manat məbləğində əlavə xərc tələb olunur. Qüsur aktından göründüyü kimi “MERCEDES-BENZ G 63” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində iddiaçıya 16896,68 manat məbləğində zərər dəymişdir. Avtomobili satın alındığı günədək heç bir qəza hadisənin iştirakçısı olmamış, üzərində olan bütün detallar istehsalçı zavod tərəfindən istehsal olunan zavod detalları olmuşdur. Lakin yolnəqliyyat hadisəsidən sonra avtomobil üzərində “qəzalı maşın” statusu qalmışdır. Məlumdur ki, bu gün avtomobil bazarında “udar, zərbə görmüş avtomobil” və “rəng və zədə görməmiş, el arasında desək bezkraska” anlayışları mövcuddur. Buna görə də, həmin anlayış avtomobilin satış qiymətinə və alıcı potensialına da ciddi təsir göstərir. Belə ki, avtomobilinin hazırda bazar dəyəri normadan əlavə 10 faiz civarında dəyərini itirmişdir. Aparılmış araşdırılmalara əsasən iddiaçı “MERCEDES-BENZ G 63” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avomobilinin itirdiyi dəyəri minimum 47300 manat məbləği həddində qiymətləndirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 59196,68 manat məbləğdə maddi zərər dəymişdir. İddiaçı dəymiş maddi zərərin bir hissəsinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 11896,68 manat məbləğində pulun, avtomobilin bazar dəyərini itirdiyinə görə 47300 manat məbləğdə fərqin əvəzinin, ümumilikdə 59196,68 manat məbləğdə pulun və iddia qaldırılması üçün ödənilmiş 267,59 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi xahiş edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: “MERCEDES-BENZ Daimler AG”-nin Azərbaycanda rəsmi dileri “X4” MMC-nin 02 avqust 2023-cü il tarixli Qiymətləndirmə aktının surətindən görünür ki, İddiaçı 16896,68 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov RPİ DYPİ-nin TP ******* saylı 08 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Rüstəmov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. ********** saylı 11 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 267,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 16 yanvar 2024-cü il tarixli 9/9669 №-li ekspert rəyindən görünür ki; 1. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “MERCEDES-BENZ Daimler AG”-nin Azərbaycanda rəsmi dileri “X4” MMC-nin 02 avqust 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2023-cü il buraxılışlı “MERCEDES-BENZ G 63 AMG” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 14210,64 manat məbləği müəyyən edilir. 2. “MERCEDES-BENZ G 63 AMG” markalı 2023cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 490000 manat məbləği müəyyən edilir. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5 faiz - 24500 manat məbləğindən (490000 manat x 5 faiz) aşağı olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəriNərimanov Rayon Dövlət X7 TP ******* saylı 08 avqust 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3352/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün hazırkı tələbin yaranmasına əsas olan halın, yəni Cavabdeh təqsirli hüquqazidd əməli aradan qalxdığına istinad etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilmişdir və həmin şikayət kifayət qədər əsaslıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ləğv ediləcəyi təqdirdə, Cəbrayıl Rayon Məhkəməsinin iddianın rədd edilməsinə istinad etdiyi hal da aradan qalxmış olacaqdır. Cavabdeh barəsində tərtib edilmiş İXP ******* saylı protokol üzrə 40 manat cəriməni xx.xx.2023-cü il tarixdə ödəmişdir. Beləcə, Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olduğunu qəbul etmiş və bu səbəbdən də cəriməni ödəmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, halhazırda təqdim olunmuş iş materiallarında olan mütəxəssis rəyindən göründüyü kimi avtomobil təmir olunmuşdur. Avtomobilin hansı tarixdə təmir olunması, hansı xərclərin çəkilməsi barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər 2025-ci ili əhatə edir. Həmçinin ekspert nəqliyyat vasitəsinin təmir olunduğunu qeyd etmiş və daha sonra mütəxəssislər tərəfindən tərtib olunan qüsur aktına istinad etmişdir. Lakin həmin qüsur aktı hüquqmüəyyənedici sənəd deyildir. Hesab edir ki, işin içərisində sadalanan qiymətlər şişirdilmiş qiymətlərdir. Ekspertin qeyd etdiyinə görə nəqliyyat vasitəsinin zədələnən hissələri tərtib edilmiş qüsur aktının bir hissəsi ilə uyğunluq təşkil etsə də, bir hissəsi ilə uyğunluq təşkil etmir. Bununla belə hansı hissələrin uyğun olub-olmaması ekspert tərəfindən aydınlaşdırılmamış, qüsur aktında heç bir dəyişiklik etmədən sadəcə qiymətləri artırmışdır. "xxxx" MMC-nin ekspert rəyində 1 və 2 ci suallar üzrə qeyd edilən cavabları ilə razı deyildir. Avtomobilin real bazar dəyərinin düşməsi ilə bağlı hər hansı maddi hüquq norması əsaslandırmır ki, nəqliyyat vasitəsinin köhnə dəyərinə uyğun xərc ödənilsin. Yol-nəqliyyat hadisəsi 2024-cü ildə baş vermişdir. İddiaçı tərəf usta xərcləri və alınan ehtiyyat hissələri ilə bağlı məhkəməyə heç bir qəbz də təqdim etməmişdir. Rəy kifayət qədər əsaslı deyil, çünki qəza nəticəsində avtomobilin radiatoruna, yağ soyuducusuna və bu hissələrlə bağlı olan ehtiyyat hissələrinə zərər dəyməsi mümkün deyildir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmadığı, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, bununla yanaşı cavabdeh tərəfin etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün İddiaçı Cavabdeh qarşı iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini, iş materiallarını tam, hərtərəfli, obyektiv araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Bakı Şəhəri Nərimanov RPİ DYPİ-nin TP ******* saylı 08 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, şikayət təmin edilmiş, Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Cavabdeh və vəkili Vəkil2 şikayət ərizəsi təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Habelə "xxxx" MM-nin 19 sentyabr 2025-ci il tarixli 0312 №-li hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Mercedes-Benz G63 AMG” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 14882 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 11896 (on bir min səkkiz yüz doxsan altı) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Qeyd edilməlidir ki, "xxxx" MM-nin 19 sentyabr 2025-ci il tarixli 0312 №-li hesabatına əsasən “Mercedes-Benz G63 AMG” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 14882 manat məbləğdə müəyyən olunsa da, iddia tələbində vurulmuş zərərin əvəzi olaraq 11896 manat 68 qəpik məbləğində pul vəsaiti tələb olunduğundan iddianın tələb həddində qət edilməsi mümkün olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi avtomobilin bazar dəyərini itirdiyinə görə 47300 manat məbləğində fərqin ödənilməsi tələbi əsassızdır. Belə ki, iş materiallarından avtomobilin qəzadan əvvəlki və sonrakı real bazar dəyərləri müəyyən edilməmiş, bu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair qeyd edirik, Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 267 (iki yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 133 (yüz otuz üç) manat 80 (səksən) qəpik məbləğlərində pul vəsaiti tutularaq İddiaçı verilməli, digər məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 391, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(072)-44/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 11896 (on bir min səkkiz yüz doxsan altı) manat 68 (altmış səkkiz) qəpik, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 267 (iki yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 133 (yüz otuz üç) manat 80 (səksən) qəpik, cəmi 12298 (on iki min iki yüz doxsan səkkiz) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-125/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-125/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver