Məhkəmə qərarları › İş №2(106)-1259/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1259/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1259/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kiçik iddia ərizəsi üzrə sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X1 672,49 manat əsas borc, 874,64 manat faiz borcu, 50 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 94,77 manat faiz borcu olmaqla, cəmi 1.691,90 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,69 manat pul vəsaitinin tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2600 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 verilmiş kreditin təminatı olaraq, İddiaçı ASC ilə X4 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əlavə bağlanmış 13 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı Kredit öhdəliyinin əsas qalığı 1313,52 USD konvertasiya edilməklə (1 USD=1,40 AZN) 1838,93 manat təşkil edir. Sazişə görə, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Hazırki tələbində Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X1 672,49 manat əsas borc, 874,64 manat faiz borcu, 826,36 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94,77 manat faiz borcu olmaqla, cəmi 2468,26 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,69 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliyini yerinə yetirməmişlər. Birinci instansiya məhkəməsində cavabdehlərə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdeh tərəfin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı icraat qaydasında baxmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 467, 739.1, 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, hesablanmış faiz və cərimənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iddiaçının tələb etdiyi məbləğdə faiz və cərimə borcunun olduğunu aydınlaşdırmamışdır. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 01 avqust 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müvafiq qaydada borclu Cavabdeh2 öhdəliklərinin icrasına zamin durmuşdur. 13 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı Kredit öhdəliyinin əsas qalığı 1313,52 USD konvertasiya edilməklə (1 USD=1,40 AZN) 1838,93 manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, faiz dərəcəsi də dəyişdirilmiş, illik 20 faiz müəyyən edilmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehlərdən kredit borcunu, faizləri və dəbbə pulunu tələb etmişdir. Kollegiya hesab edir ki, iddia özlüyündə aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddiaçının tələb etdiyi məbləğdə faiz və cərimə borcunun olduğunu aydınlaşdırmadığını bildirmişdir. Bununla yanaşı, müəyyən edilir ki, Cavabdeh2a verilən kredit məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının portalından çıxarışdan görünür ki, Cavabdeh2 adına (əsas borca görə), 672.49 manat borc hesablanmışdır. Kollegiya hesab edir ki, əsas borca görə 672.49 manat cavabdehlərdən tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qisməncavabdehlər Cavabdeh2 və X1 874,64 manat faiz borcu, 50 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 94,77 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə cavabdehlərdən 672,49 manat əsas borcun tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia qismən təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.2, 385, 392, 393 və 394-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2(036)-1308/2022 saylı qətnaməsi qismən- cavabdehlər Cavabdeh2 və X1 874,64 manat faiz borcu, 50 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 94,77 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə cavabdehlərdən 672,49 manat əsas borcun tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar