Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-126/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin cavabdeh "xxxx" MMC-nə qarşı “əkin sahəsinə gedən yolun açılması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(049)-1388/2022 saylı qətnaməsindən (hakim R.Məmmədov) iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsi cavabdeh "xxxx" MMC-nə qarşı “əkin sahəsinə gedən yolun açılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vətandaşın payı bəlli əkin sahəsinə gedən zəbt olunmuş yolun cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Separadi kənd ərazisində yaşayan vətəndaşların payi bəlli əkin sahələrinə gedən yollardan biri, vətəndaş X4 payı bəlli əkin sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilib çəpərə alınaraq, X17 Nadir oglunun həmin sahəyə gediş-gəlişinin qarşısı alınmış və vətəndaşın hüquqları pozulmusdur. Bununla baglı vətəndaş X20 oglu bələdiyyəyə şikayət etdiyindən və kənd bələdiyyəsi kənd ərazisində yolların istifadəsinə cavabdeh oldugundan, "xxxx" MMC-nin həmin ərazidən çıxarılmasi, yolun açılmasi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 09 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş aktla gorunür ki, vətəndaş X20 oglunun payı bəlli torpaq sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilmişdir. Separadi kəndinin baş planindan gorünür ki, cavabdeh tərəfindən əkin sahəsinə gedən yol zəbt edilmişdir. X17 Nadir oglunun torpaq sahəsinin plan ölçülərindən də görunür ki, onun torpaq sahəsinə gedən yol cavabdehin zəbt etdiyi ərazidən keçir. Azərbaycan Respublikası Konstitutsiyasi ilə vətəndaşlarin xususi mülkiyyəti və bələdiyyə mulkiyyəti qorunur, mulkiyyət toxunulmazdir. Məhkəmənin qərarı alınmadan məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd olunanlardan göründülyü kimi "xxxx" MMC tərəfindən vətəndaşın payı bəlli əkin sahəsinə gedən yolun zəbt edilməsi haqlı olaraq vətəndaşın narahatçılığına səbəb olduğundan, həmin zəbt olunmuş yol məhkəmə qaydasında açılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Lənkəran rayon Separadi bələdiyyəsinin sədri X5 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X8 iddianın əsaslı olduğunu bildirib, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, təmin olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(049)-1388/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, X4 mübahisəli torpaq sahəsinə servitut hüququ (yəni cavabdehin istifadəsində olan torpaq sahəsindən yol kimi yararlana bilər ki) ola bilər ki, onun payıbəlli torpaq sahəsinə gedən alternativ yol olmasın. Lakin ekspert rəyindən görünür ki, Valeh Məmmədzadənin təsərrüfatında olan payıbəlli torpaq sahəsinə gedən alternativ yol mövcuddur. Bunun əskini təsdiq edən sübutlar isə iddiaçı tərfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Separadi kəndində yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.55 hektar təknd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə onlara verilmiş Torpağa mülkiyyət hüququna dair JN 597 KOD ********* №-li Dövlət Aktından da görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən kənd təsərufatı təyinatlı 0.55 hektar torpaq sahəsi X9, X10, X11, X12 və onun, yəni X6 (qeyd etmək istəyir ki, dövlət aktında adı və soyadı səhv göstərilmişdir. Belə ki, soyadı Məmmədzadə, adı isə Valehdir.) ümumi birgə mülkiyyətindədir. Bundan başqa soyadı iddia ərizəsində və eləcə də məhkəmə qətnaməsində səhvən Məmmədov kimi qeyd edilmişdir, faktiki olaraq isə soyadı Məmmədzadədir və bu barədə mülki iş materiallarında şəxsiyyətini təsdiq edən sənəd də vardır. Daha sonra 23 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onlara bu barədə çıxarış verilmişdir. Onlar uzun illər həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuş, halal zəhmətləri ilə ailələrini dolandırmışlar. Sonradan, yəni 2019-cu il tarixindən başlayaraq cavabdeh "xxxx" MMC tərəfindən kənddə müəyyən torpaq sahələri alınmış və bununla da onlaırn payı bəlli torpaq sahəsinə gedən yol onlar tərəfindən bağlanılmışdır. Bu barədə ilk olaraq aidiyyəti üzrə Separadi bələdiyyəsinə müraciət etmiş və bələdiyyə rəhbərliyi gəlib həmin torpaq sahəsinə baxış keçirərək müəyyən etmişdir ki, həqiqətən də onların müraciəti əsaslıdır və kəndin xəritəsində də yol olduğu göstərilən torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hətta bu barədə 09 oktyabr 2020ci il tarixdə tərtib edilmiş aktdan da gorunür ki, vətəndaş Məmmədov (Məmmədzadə) Valeh Nadir oğlunun, yəni onun payı bəlli torpaq sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilmişdir. Eləcə də Separadi kəndinin baş planindan da gorunür ki, "xxxx" MMC tərəfindən əkin sahəsində gedən yol zəbt edilmişdir. Daha sonra Lənkəran rayon Separadi bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vətəndaşın payı bəlli əkin sahəsinə gedən, zəbt olunmuş yolun cavabdeh tərəfindən açılmasını xahiş etmişdir. Həmin üş üzrə mənafeyinə toxunulduğundan müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitutsiyası ilə vətəndaşların xususi mülkiyyəti və bələdiyyə mülkiyyəti qorunur. Bu mülkiyyət toxunulmazdir. Məhkəmənin qərarı alınmadan məhdudlaşdirila bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC tərəfindən onun və ailə üzvlərinin payı bəlli əkin sahəsinə gedən yolun zəbt edilməsi, haqlı olaraq vətəndaş kimi narahatçılıqlarına səbəb olduğundan, həmin zəbt olunmuş yol məhkəmə qaydasında açılmalı idi. Lakin məhkəmə hər dəfə məhkəmə iclaslarında ona narahat olmamasını, işdə olan sənədlərə əsasən torpağına gedən yolun cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, sonuncu məhkəmə iclasında hər şey dəyişdi və məhkəmənin qəbul etdiyi qətnamə onları şoka saldı. İlk olaraq iş üzrə təyin edilmiş ekspertiza və ekspertin verdiyi yarımçıq, müəmmalı, əksər hissəsi cavabdeh şirkət tərəfindən ona məxsus olmayan və uzun illər onların tərəfindən istifadə olunan yolun zəbt edilməsini təsdiq edən, daha sonra isə cavabdeh tərəfin mənafeyinə xidmət etməsi ilə nəticələnən və məhkəmə tərəfindən də həmin yarımçıq rəyə əsaslanan rəyi nəzərə çatdırmaq istəyir. 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəsis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2816 nömrəlii 20 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilərkən aydın olur ki, Lənkəran rayon Separadi kənd ərazisində yerləşən, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi faktiki olaraq cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir və cavabdehin istifadəsində olan torpaq sahəsi hər tərəfdən məftillə hasarlanmışdır. Faktiki olaraq cavabdeh "xxxx" MMC həmin mübahisələndirilən torpaq sahəsindən öz istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edir. Aparılan müşahidələr əsasında aydın oldu ki, əvvəllər, yəni mübahisəli torpaq sahəsinin "xxxx" MMC tərəfindən istifadəsinə qədər həmin torpaq sahəsindən sakinlər gediş-gəliş yolu kimi istifadə etmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi mövcud baza məlumatlarına əsasən yol kimi deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaqları arasındakı eni təxminən 9-12 metr olan (faktiki isə bu məsafə 4-5 m. təşkil edir) torpaq sahəsidir. Eyni zamanda baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi cavabdeh "xxxx" MMC-in də qanuni istifadəsində oaln torpaq sahəsi deyildir, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq cavabdeh "xxxx" MMC tərəfindən məftil hasara alınmışdır və mübahisəli torpaq sahəsindən hasar daxil olaraq özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edir. Göründüyü kimi, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən və cavabdeh tərəfindəni faktiki olaraq özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilən torpaq sahəsi hasarlandığından, həmin yolun davamı olaraq, yəni hasarın xaricindəki torpaq mülkiyyətçiləri və istifadəçiləri, o cümlədən mülki işin qərardadında adı çəkilən X13 və qeyriləri həmin yoldan istifadə edə bilmirlər. İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi mövcud baza məlumatlarına əsasən yol kimi deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaqları arasındakı torpaq sahəsidir. Həmin mübahisəli torpaq sahəsini "xxxx" MMC hasara alaraq yalnız özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edir. Buna görə də, digər torpaq mülkiyyətçiləri o yoldan istifadə edə bilmir. Həmin çevrədə digər torpaq mülkiyyətçiləri və istifadəçiləri Xanbulan magistral su kanalının kənarındakı mövcud alternativ yoldan istifadə edirlər. Eyni zamanda həmin rəyə istinad edərək məhkəmə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7, yəni onun iddianın təmin edilməli olması barədə izahatı ilə əlaqədar qeyd etmişdir ki, o halda X7 mübahisəli torpaq sahəsinə servitut hüququ (yəni cavabdehin istifadəsində olan torpaq sahəsindən yol kimi yararlana bilər ki) ola bilər ki, onun payıbəlli torpaq sahəsinə gedən alternativ yol olmasın. Həmin fikirlərlə və eləcə də ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə ekspert qarşısında suallar qoyarkən onun və ailə üzvlərinin payı bəlli torpaq sahəsinin hansı səmtdən olması, ekspert rəyində alternativ yol kimi yazılan torpaq sahəsinin yol olub-olmamasını aydınlaşdırmamış, mübahisəli torpaq sahəsinə yerli baxış keçirməmiş, həqiqəti öz gözləri ilə görməmiş, yalnız yarımçıq ekspert rəyinə inanmış və ona istinad etmişdir. Həmin xüsusatla əlaqədar bildirmək istəyir ki, onlar 10 il ərzində iddia ərizəsində qeyd edilmiş yoldan istifadə etmişlər. Həmin yol, torpaq sahəsinin cavabdeh "xxxx" MMC-nin aldığı və hazırda mülkiyyətində olan torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Ekspert və mütəxəsislər də rəylərində həmin halı özləri də təsdiq etmiş, həmin torpaq sahəsinin, yolun faktiki olaraq cavabdeh "xxxx" MMC tərəfindən zəbt edildiyini göstərmişlər. Ancaq ekspert rəyində o da göstərilmişdir ki, Xanbulan magistral su kanalının kənarındakı mövcuc alternatif yoldan istifadə edilməsini müəyyən etmişlər. Həmin xüsusatla əlaqədar olaraq bildirmək istəyir ki, alternativ yol kimi göstərilən həmin torpaq sahəsi yol deyil, kanaldır. Həmin kanalın ətrafından gedib gəlmək, xüsusən də yağışlı havalarda mümkün deyildir. Belə ki, kanal mütəmadi olaraq təmizlənilir və kanal ətrafına boşaldılır ki, belə bir vəziyyətdə oradan keçilməsi mümkün deyildir. Fakt odur ki, cavabdehlər onlara aidiyyəti olmayan torpaq sahəsini, yolu zəbt etmiş və hasara salmışlar. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir ki, həmin maddə əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Vindikasiya iddiası dedikdə, öz əşya üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Ey zamanda qeyd olunan hüquq normasının dispozisiya şərtlərinə istinad edilmişdir. Həmin şərtlərdə göstərilənlərin əksinə olaraq o, və ailə üzvləri həmin yolu torpaq sahəsinin sahibi, mülkiyyətçisi olmasalar da, həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla ümumi yoldur. Qeyd edilən maddənin şərtlərindən biri də odur ki, özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalıdır. Hansı ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavebdeh "xxxx" MMC-nə aidiyyəti yoxdur, onun mülkiyyətində deyil, qanunsuz olaraq hasara alınaraq zəbt edilmişdir. Bu da o deməkdir ki, özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuzdur, yəni illərdir istifadə etdikləri yola cavabdeh tərəf qanunsuz olaraq sahib olmuş və bununla da onu və ailə üzvlərinin, eləcə də digər sakinlərinin mənafeyinə toxunulmuş, yolu qanunsuz olaraq zəbt edilmişdir. Hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin hakimi torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş və ekspert rəyi əsasında daha doğrusu yarımçıq olan rəy əsasında iddia tələbi üzrə işə baxaraq iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclası zamanı ekspert rəyi elan olunandan sonra, elə həmin məhkəmə iclasında ekspert rəyinin yarımçıq olması və həmin iş üzrə təkrar və əlavə ekspertizaların təyin edilməsi barədə şifahi olaraq vəsatət verməsinə baxmayaraq, hakim vəsatəti təmin etməmiş, verilmiş ekspert rəyinin iddia tələbinnin rədd edilməsi üçün əsas olduğunu dilə gətirərək, müşavirə otağına getməmişdən əvvəl hansı qərarı qəbul edəcəyini də məhkəmə iclas zalında bir növ elan etmişdir. Eyni zamanda məhkəmə qətnaməsini aldıqdan sonra onunla tanış olmuş və məlum olmuşdur ki, hakim qətnamədə izahatını qeyd etməmiş, yalnız iddianın təmin edilməsini bildirdiyini göstərmiş, izahatında göstərdiyi xüsusatları yazmamış, məhkəmə iclasında yeni açılmış faktlarla bağlı verilmiş izahatlara, həmin izahatların iddianın əsaslılığını göstərən hallara da münasibət bildirməmişdir. Eləcə də cavabdeh tərəfindən faktiki olaraq torpaq sahəsinin zəbt edilərək hasara alınması barədə ekspert rəyi olmasına baxmayaraq, məhkəmə tərəfindən həmin hal araşdırılmamış, halbuki həmin halın araşdırılması iddia tələbinin təmin edilməsi əsaslarından biridir. Hakim burada sadalanan halları araşdırmadan tez-tələsik cavabdehin xeyrinə işi yekunlaşdırmışdır. Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən tərtib edilmiş 09 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, X13 və ailə üzvlərinə məxsus JN- 597 nömrəli 0.055 ha əkin sahəsinə baxış keçirərkən həmin payı bəlli əkin sahəsinə gedən yolun "xxxx" MMC tərəfindən zəbt edilməsi müəyyən edilmiş, X13 və ailə üzvlərinə məxsus payı bəlli torpaq sahəsinə gedən yol bağlanaraq çəpərə alınmışdır. Həmin təkzib edilməz hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan, mötəbər sübutlara istinad etmədən, əlavə ekspert rəyi tələb olunduğu halda, əlavə ekspert rəyi almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh "xxxx" MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(049)-1388/2022 saylı qətnaməsi ilə iddiaçı Lənkəran rayon Separadi Bələdiyyəsinin cavabdeh "xxxx" MMC-in direktoruna qarşı “vətəndaşın payı bəlli əkin sahəsinə gedən zəbt olunmuş yolun cavabdeh tərəfindən açılması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 tərəfindən apellyasiya şikayəti verilmişdir. Aşağıdakı əsaslara görə apellyasiya şikayətini əsassız hesab edirik və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirik. Belə ki, V.Məmmədov apellyasiya şikayətini bir neçə halla əsaslandırmışdır. İlkin olaraq V.Məmmədov şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 157.5-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normalarının pozulduğunu, onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmalı olduğunu, mülkiyyətin qanunsuz sahiblikdə olması ilə bağlı pozulmuş hüquqların bərpa edilməli olduğunu göstərmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, adıçəkilən maddi hüquq normalarının tələbləri mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. İş materialları ilə təsdiq edilir ki, V.Məmmədovun iddia edilən torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iddia edilən torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedən alternativ yollardan biri kimi istifadə etmək niyyətindədir. Yəni, iddiada qeyd edilən torpaq sahəsi V.Məmmədovun hər hansı hüquqları ilə yüklü deyildir. Şikayətin digər dəlillərindən biri kimi, V.Məmmədov iş üzrə keçirilmiş ekspertiza rəyinin tam olmadığını, lakin buna baxmayaraq məhkəmə tərəfindən həmin rəyin əsas götürülərək iddianın rədd edildiyini göstərmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırırıq ki, iş üzrə Azərbaycan Respyblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2816 saylı, 20 iyun 2022-ci il tarixli rəyi və 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, gediş-gəliş kimi iddia olunan torpaq sahəsi baza məlumatlarına əsasən yol deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşlara məxsus torpaq sahələri arasındakı torpaq sahəsidir. Ekspertiza rəyləri ilə o da müəyyən edilib ki, iddia edilən ərazidə mülkiyyətçilər su kanalının kənarındakı mövcud alternativ yoldan istifadə edirlər. Məhkəmənin diqqətinə çatdırırılır ki, iş üzrə keçirilmiş ekspertiza rəyini təkzib edən hər hansı sübut mövcud deyildir. V.Məmmədovun ekspertiza rəylərini yarımçıq hesab etməsinin yeganə səbəbi rəylərin həqiqəti əks etdirməsi, V.Məmmədovun mövqeyini əks etdirməməsidir. Mülki prosessual qanunvericiliyə əsasən ekspertiza rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar uzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərdən də göründüyü ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş digər sübutlarla yanaşı ekspertiza rəylərinə də istinad etmiş, müvafiq olaraq iddianın əsassızlığı ortaya çıxmışdır. V.Məmmədovun şikayətdə iddia edilən daha bir hal “məhkəməyə təqdim etdiyi sübutların qətnamədə qeyd edilməməsi, məhkəmənin iclasda tədqiq edilmiş sübutlar əsasında işə baxmaması”dır. Şikayətdə qeyd edilən bu mülahizəni də əsassız hesab edirlər. Belə ki, məhkəmə araşdırması zamanı istər iddiaçı tərəf, istərsə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə iş müəyyən edilmiş halların əksini təsdiq edən hər hansı maddi sübut təqdim etməmişlər. Buna görə də hesab edirlər ki, V.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti yalnız formal mülahizələrdən ibarətdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunbu bildirib, apellyasiya şikayətinə qarşı təqdim olunmuş yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı nümayəyəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin vəkili və eyni zamanda nümayəndəsinin, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 597 KOD ********* №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Lənkəran rayonu, Separadi kənd sakinləri X9, X10, X11, X12 və X6 ümumi birgə mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 0.55 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş makteriallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2019-cu ilin noyabr ayı ərzində verilmiş 42 ədəd çıxarışdan görünür ki, mübahisəsi aparılan ərazidə cavabdehin mülkiyyətində müxtəlif ölçülərdə torpaq sahələri mövcuddur. İş materiallarında olan Lənkəran rayon Separadi bələdiyyəsinin sədri Ceyhun Cəfərov, Separadi kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi-baş mühasibi Famil Babayev, Separadi bələdiyyəsinin üzvü Nəcməddin Məmmədov, X13 tərəfindən tərtib olunaraq bələdiyyənin möhürü ilə təsdiq edilmiş 09 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, X13 və ailə üzvləriə məxsus JN-597 №-li, 0.55 ha əkin sahəsinə baxış keçirərkən həmin payı bəlli əkin sahəsinə gedən yolun «Lenkfruit» firması tərəfindən zəbt edilməsi müəyyən edilmiş, X13 və ailə üzvlərinə məxsus payı bəlli torpaq sahəsinə gedən yol bağlanaraq çəpərə alınmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Separadi Bələdiyyəsinin 09 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş X7 əkin sahəsinə gedən zəbt edilmiş yolun açılması ilə bağlı aidiyyəti məhkəməyə iddia verilməsi qərara alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2816 nömrəli 20 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəsis rəyinə əsasən, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi, cavabdehin istifadəsində olan torpaq sahəsinin hər tərəfdən məftillə hasarlandığı, yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol kimi deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaqları arasındakı eni təxminən 9-12 m olan (faktiki isə bu məsafə 4-5 m təşkil edir) torpaq sahəsi olduğu və baza məlumatlarına əsasən həmin torpaq sahəsinin Cavabdeh MMC-nin qanuni istifadəsində olan torpaq sahəsi olmadığı müəyyən edilmişdir. İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh MMC tərəfindən məftil hasar alındığına, Cavabdeh MMC mübahisəli torpaq sahəsindən hasar daxili olaraq özünəməxsus torpaq sahəsində gediş-gəliş yolu kimi istifadə etdiyinə görə, həmin yolun davamı olaraq, yəni hasarın xaricindəki torpaq mülkiyyətçilərinin və istifadəçilərinin o cümlədən mülki işin qərardadında adı çəkilən X7 və qeyrilərinin həmin yoldan istifadə edə bilmədikləri müəyyən olunur. İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh MMC tərəfindən məftil hasara alındığına, "xxxx" MMC mübahisəli torpaq sahəsindən hasar daxil olaraq özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə etdiyinə görə, həmin çevrədə digər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin faktiki olaraq Xanbulan magistral su kanalın kənarındakı mövcud alternativ yoldan istifadə etdikləri müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki işin apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur; 1) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 may 2021-ci ildə verilmiş **********60 reyestr, ********** qeydjiyyat nömrəli çıxarışa əsasən X15 və digərlərinin ümumi birgə mülkiyyətində olmaqla, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0.546 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 2) Lənkəran rayonunun Separadi kəndinin kompleks yerquruluşu liyihəsində qeyd olunan torpaq sahəsinə (çıxarışın JN-597, Kod 80220018 Dövlət aktı əsasında verildiyi nəzərə alınmaqla) gediş-gəliş yolunun haradan nəzərdə tutulduğu, həmin yoldan torpaq mülkiyyətçisinin sərbəst istifadə etmək imkanının olub-olmaması müəyyən edilsin? 3) İddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli ərazinin bələdiyyə mülkiyyətinə aid, yoxsa Xanbulan magistral su kanalının mühafizə zolağı olub-olmaması müəyyən edilsin? 4) İddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli ərazinin ətrafdakı torpaq sahələri mülkiyyətçiləri, o cümlədən üçüncü şəxs X13 tərəfindən faktiki olaraq yol kimi istifadə edilib-edilməməsi, həmin ərazinin hansı hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi və bunun nəticəsində X7 həmin yoldan istifadəsinin çətinləşməsi, mümkünsüz olub-olmaması (kanalda təmizləmə işləri aparılan zaman zibillərin həmin sahəyə yığılması, yağışlı hava şəraiti nəzərə alınmaqla) müəyyən edilsin. 5) Rəy verilərkən iş üzrə əvvəl verilmiş rəylə ziddiyyət yaranarsa, həmin ziddiyyətə aydınlıq gətirilsin? 6) Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8430 nömrəli 28 mart 2023-cü il tarixli ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Qərardadın birinci sualı üzrə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyun 2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmaqla, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0.5456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edimiş və həmin torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Lənkəran rayonunun Separadi kəndinin torpaq islahatına dair kompleks yerquruluşu liyihəsində sözügedən torpaq sahəsinin iki tərəfdənpay torpaq sahəsi ilə, digər iki tərəfdən kanal (su arxı) ilə sərhəd olması müəyyən edilmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, sözügedən torpaq sahəsinin iki tərəfi digər mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə, digər iki tərəfi isə su obyekti (faktiki vəziyyətdə də kanal (su arxı) mövcuddur) ilə sərhəd olunduğundan, yol mövcud deyildir və yaxud da yol kimi sərbəst istifadə olunması qeyri-mümkündür. Başqa sözlə sözügedən torpaq sahəsinə kompleks yerquruluşu layihəsinə əsasən konkret olaraq yol nəzərdə tutulmamışdır (islahat zamanı torpaq sahəsinə gediş-gəliş yolu yəqin ki, sözügedən kanal (su arxı) tərəfdən nəzərdə tutulması ehtimal olunur). Qərardadın üçüncü sualı üzrə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli torpaq sahəsinin mövcud baza məlumatlanrıda bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı Separadi Bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli ərazinin ətrafındakı torpaq sahələrinin mülkiyyətçiləri, o cümlədən üçüncü şəxs X13 zəbtdən azad olunması tələb eidlən yerdən əvəllər, yəni mübahisəli torpaq sahəsinin "xxxx" MMC tərəfindən istifadəsinə qədər gediş-gəliş yolu kimi istifadə etmişdirlər və hal-hazırda həmin yerdən yol kimi istifadə edə bilməmeləri müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı Sepanadi bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən faktiki olaraq cavabdeh tərəfindən özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilməsi müəyyən edildi. İddia edilən yer cavabdeh tərəfindən hasarlandığından, hasann xaricindəki torpaq mülkiyyətçiləri və istifadəçiləri, o cümlədən üçüncü şəxs X13 cavabdehin istifadəsində həmin yoldan (cavabdehin istifadəsində olan həmin yolun davamı olaraq) istifadə edə bilmirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsasdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsi : Maddə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri ;
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları;
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması ;
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.1.-170.4. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4 Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. O da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunan faktiki hallarına əsasən iddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi yol bələdiyyə mülkiyyətinə aid, vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsidir. Həmin ərazidə islahat aparılan zaman torpaq sahələri kənd camaatına paylanaraq mülkiyyətə verilmiş, mübahisəsi aparılan yoldan isə həmin torpaq mülkiyyətçiləri uzun müddət ərzində ümumi yol kimi istifadə etmişlər. 2019-cu ilin noyabr ayında cavabdeh "xxxx" MMC mübahisəli ərazidə torpaq sahələrini alaraq mülkiyyətinə keçirmiş və bundan sonra almış olduğu torpaq sahələrinə olan həmin gediş-gəliş yolunu hasara alaraq yalnız özü istifadə etməyə başlamış, ərazidə yerləşən digər torpaq mülkiyyətçiləri yolun davamı olan hissədəçn istifadə etmək imkanından məhrum edilmişlər. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyinə əsasən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Valeh Məmmədzadə və ailə üzvlərinə məxsus torpaq sahəsinin iki tərəfi digər mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə, digər iki tərəfi isə su obyekti (faktiki vəziyyətdə də kanal (su arxı) mövcuddur) ilə sərhəd olunduğundan, yol mövcud deyildir və yaxud da yol kimi sərbəst istifadə olunması qeyrimümkündür. Başqa sözlə sözügedən torpaq sahəsinə kompleks yerquruluşu layihəsinə əsasən konkret olaraq yol nəzərdə tutulmamışdır (islahat zamanı torpaq sahəsinə gediş-gəliş yolu yəqin ki, sözügedən kanal (su arxı) tərəfdən nəzərdə tutulması ehtimal olunur). Sepanadi bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən faktiki olaraq cavabdeh "xxxx" MMC özünəməxsus torpaq sahələrinə gediş-gəliş yolu kimi istifadə etdiyi halda, yolun davamında yerləşən digər torpaq sahələrinin mülkiyyətçilərinin heç-bir hüquqi əsas olmadan yoldan istifadələrinin məhdudlaşdırılması qadağan olunan özbaşınalıqır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı bələdiyyə mülkiyyət hüququ ilə ona məxsus olmaqla vətəndaşların ümumi istifadəsində olan mübahisəli yolun zəbtdən azad edilməsini tələb etməkdə tam haqlı olmuşdur. Aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiada cavabdeh qismində "xxxx" MMC-in direktoru X16 qeyd edilsə də, mübahisə məhz "xxxx" MMC-in qanunsuz fəaliyyətindən yaranmış, həm birinci instansiya məhkəməsində, həm apellyasiya instansiyasında cavabdeh qismində "xxxx" MMC çıxış etmiş, nümayəndələri vasitəsilə təmsil olunmuş, bələdiyyə üzvlərinin ümumi yığıncağının 09 oktyabr 2020-ci il tarixli qərarında da məhz həmin şirkətə qarşı iddia qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(049)-1388/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Lənkəran rayonu Separadi kəndi ərazisində vətəndaşların, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 və ailə üzvlərinin payı bəlli əkin sahələrinə gedən, cavabdeh "xxxx" MMC tərəfindən zəbt olunaraq hasara alınmış yol cavabdeh tərəfindən açılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.