Məhkəmə qərarları › İş №2(106)-1260/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1260/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1260/2023 24.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(072)-117/2023 saylı qətnaməsindən (hakim T.Nüsrətov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 2007-ci ilədək Azərbaycan Respublikası Daxili Nazirliyinin müvafiq orqanlarında işləmişdir. Cavabdeh onun qardaşıdır. 2003-cü il tarixdə Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Həmin vaxt İmişli rayonunda işlədiyi üçün tanışlarının vasitəsilə X1 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzilin satması barədə məlumat almışdır. O, "Əliqardaş” adlı şəxs ilə mənzilin qiymətini 7000 (yeddi min) ABŞ dolları məbləğinə razılaşmışdır. "Əliqardaş” adlı şəxs ona pulun yarı hissəsinin əvvəlcədən ödənilməsini bildirmişdir. O, həmin ilin avqust ayında özünə toy etməli olduğu üçün təmir işlərinin aparılması üçün mənzil boşaldılmalı idi. Belə ki, o, 3000 (üç min) ABŞ dolları məbləğində pulu əvvəlcədən "Əliqardaş” adlı şəxsə vermişdir. Mənzil boşaldılan zaman da pulun qalıq hissəsini ona vermişdir. Azərbaycan Respublikası Daxili Nazirliyinin müvafiq orqanlarında işlədiyi üçün həmin mənzilin öz adına sənədləşdirilməməyi məsləhət görülmüşdür. Bu səbəbdən də, o, həmin mənzili Cavabdeh adına sənədləşdirmişdir. Ümumiyyətlə, mübahisə predmeti olan həmin mənzilə dair onun ilə Cavabdeh arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzilin dəyəri olan 75000 (yetmiş beş min) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi, eləcə də özünün və həyat yoldaşı X2 uşaqları ilə birlikdə həmin mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamənin qəbul edilməsi, onun Cavabdeh qarşı "pul” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh ona və X4 qarşı "mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilərək, onun və həyat yoldaşı X2 uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6486/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti rədd edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Eyni zamanda bildirmişdir ki, mübahisə predmeti olan həmin mənzildə ona məxsus ev və digər əşyalar qalmışdır. Artıq bir neçə ildir ki, Cavabdeh həmin ev və digər əşyalardan istifadə edir. Hal-hazırda Cavabdeh, yəni xüsusi mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildə ev və digər əşyalar-1 (bir) ədəd şifonyer - 150 (yüz əlli) manat, 1 (bir) ədəd taxt - 100 (yüz) manat, 2 (iki) ədəd divar saatı - 80 (səksən) manat, 2 (iki) ədəd tül pərdə -100 (yüz) manat, 1 (bir) ədəd böyük elektrik soba - 80 (səksən) manat, 1 (bir) ədəd kiçik elektrik soba - 10 (on) manat, 2 (iki) ədəd çılçıaraq - 350 (üç yüz əlli) manat, 1 (bir) ədəd çuqun vedrə - 15 (on beş) manat, 4 (dörd) ədəd aluminium vedrə - 24 (iyirmi dörd) manat, 1 (bir) ədəd böyük aluminium qazan - 50 (əlli) manat, 2 (iki) ədəd kiçik aluminium qazan - 20 (iyirmi) manat, 1 (bir) ədəd böyük çuqun ləyən - 40 (qırx) manat, 1 (bir) ədəd servant qabı - 50 (əlli) manat, 1 (bir) ədəd ətçəkən maşın - 50 (əlli) manat, 2 (iki) ədəd ləpə qabı - 20 (iyirmi) manat, 2 (iki) ədəd büllur konfet qabı - 20 (iyirmi) manat, 1 (bir) çaydəsti - 50 (əlli) manat, 1 (bir) ədəd çuqun çaydan - 20 (iyirmi) manat, 1 (bir) ədəd "Bakı” istehsalı kondisioner -150 (yüz əlli) manat, 1 (bir) ədəd qaz sobası (dörd gözlü) -150 (yüz əlli) manat, 1 (bir) ədəd "Moser” markalı başqırxan maşın - 38 (otuz səkkiz) manat, 2 (iki) ədəd qış gödəkçəsi - 100 (yüz) manat, 3 (üç) dəst kostyum - 240 (iki yüz qırx) manat, 2 (iki) ədəd böyük aş boşqabı - 20 (iyirmi) manat, 10 (on) ədəd mürəbbə balonu - 100 (yüz) manat, 10 (on) ədəd kompot balonu - 40 (qırx) manat, 10 (on) ədəd kiçik bankada mürəbbə - 30 (otuz) manat, 1 (bir) ədəd klaviatura - 15 (on beş) manat, 1 (bir) ədəd kompyuter üçün qulaqlıq - 10 (on) manat, 1 (bir) ədəd səsucaldan - 10 (on) manat, 1 (bir) ədəd ailəvi portret - 50 (əlli) manat, iynə və saplar -10 (on) manat, 100-vərəqli A4, 5 (beş) bülleten - 25 (iyirmi beş) manat, 40 (qırx) metr kabel - 40 (qırx) manat, 3 (üç) top elektrik naqili - 105 (yüz beş) manat, 1 (bir) ədəd makina - 50 (əlli) manat, 2 (iki) ədəd qaynaq aparatı - 400 (dörd yüz) manat, 6 (altı) dəstə elektrod - 72 (yetmiş iki) manat, 1 (bir) ədəd laqunda Q-230 - 80 (səksən) manat, 1 (bir) ədəd laqunda Q-125 - 50 (əlli) manat, 1 (bir) ədəd perforator - 120 (yüz iyirmi) manat, 1 (bir) ədəd yerqazan perforator - 180 (yüz səksən) manat, 2 (iki) ədəd betondeşən sverlo Q-20 - 40 (qırx) manat, 2 (iki) ədəd betondeşən sverlo Q-25 - 50 (əlli) manat, 1 (bir) ədəd betondeşən sverlo "Bosch" Q-20 - 45 (qırx beş) manat, 1 (bir) diplomat açar - 80 (səksən) manat, 100 (yüz) ədəd Q-20, 25 ölçüdə plastik turba başlığı - 50 (əlli) manat, 20 (iyirmi) ədəd vintil plastik - 60 (altmış) manat, 30 (otuz) metr plastik turba Q-20 -18 (on səkkiz) manat, 2 (iki) ədəd balta -12 (on iki) manat, 4 (dörd) ədəd bel - 20 (iyirmi) manat, 2 (iki) ədəd lom -10 (on) manat, 30 (otuz) metr armatur - 30 (otuz) manat, 50 (əlli) ədəd laqunda daşı Q-230 -120 (yüz iyirmi) manat, 1 (bir) ədəd stul - 20 (iyirmi) manat, 1 (bir) ədəd velosiped Q-28 - 75 (yetmiş beş) manat, 1 (bir) ədəd velosiped Q-16 - 50 (əlli) manat, 1 (bir) ədəd 3-təkərli velosiped - 30 (otuz) manat, 1 (bir) ədəd yuxa yayan taxta - 20 (iyirmi) manat, 1 (bir) ədəd kabab üçün tor - 10 (on) manat əşyaları qalmışdır. Bundan başqa, o, mübahisə predmeti olan həmin mənzilin təmirinə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində pul xərcləmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh qeyd edilən ev və digər əşyaların alınaraq, özünə geri qaytarılması və mənzilin təmirinə xərclənmiş 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qardaşıdır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Mübahisə predmeti olan həmin mənzilə dair İddiaçı ilə aralarında məhkəmə mübahisələri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarlarına əsasən İddiaçı ona qarşı "pul” tələbinə dair iddiasının rədd edilməsi, özünün İddiaçı və X4 qarşı "mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilərək, İddiaçı və həyat yoldaşı X3 uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildən çıxarılaraq, boşaldılması qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı guya "mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında hüquqi qiymət verilmişdir. Hesab edir ki, İddiaçı ona qarşı yenidən "mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbini irəli sürə bilməz. Bundan başqa, qeyd edir ki, hal-hazırda ona məxsus və onun yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildə iddia edilən ev və digər əşyalar yoxdur. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə ki, İddiaçı ona qarşı şərböhtan atmaqla, ondan əsassız olaraq pul və əmlak tələb etmək fikrindədir. Əgər iddia edilən həmin ev və digər əşyalar ona məxsus mənzildədirsə, niyə İddiaçı bu günədək ona qarşı "əmlak” tələbinə dair iddia irəli sürməmişdir?! Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı "əmlak və pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-117/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "əmlak və pul” tələbinə dair iddianın “evin təmirinə çəkilmiş xərcin ödənilməsi-pul” tələbinə dair hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün icraata xitam verilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-117/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "əmlak və pul” tələbinə dair iddiasının “əmlak” tələbinə dair hissəsi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə qanunsuz və əsassızdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin məzmununa oxşar məzmunda izahat verdi və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, təxminən 2017-ci ildə özü və ailəsi qeyd edilən mübahisəli evdən çıxmışdır. Evdən çıxdıqdan bir müddət sonra “166” xidmətinə zəng edərək yük avtomobili çağırmış və gedib mübahisəli evdən əşyalarını götürmüşdür. Hətta yük avtomobilində televizor əşyasına yer olmadığından televizoru başqa avtomobillə evinə aparmışdır. Hazırda tələb etdiyi əşyalar isə 5-6 il əvvəl götürüb apara bilmədiyi əşyalardır. Məhkəmədə Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı təxminən 2017-ci ildə özü və ailəsi ilə birlikdə qeyd edilən mübahisəli evdən çıxmışdır. Evdən çıxdıqdan bir müddət sonra “166” xidmətindən yük avtomobili tutaraq gəlib əşyalarının hamısını aparmışdır. Üstündən 6-7 il keçəndən sonra iddiaçının hansı əşyalarını tələb etməsini anlamır. Evində iddiaçıya məxsus hər hansı əşya qalmamışdır. İddiaçının iddia ərizəsində göstərdikləri şər-böhtandır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin dəyəri olan 75000 (yetmiş beş min) AZN məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiasının rədd olunması, Cavabdeh iddiasının təmin olunması, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6486/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra Şöbəsinin 17/95-35/8 saylı, 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi 13 fevral 2019-cu il tarixdə Qaradağ Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və 29 may 2019-cu il tarixdə icra məmuru tərəfindən "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarımışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi əsasında icra işi şöbənin arxivində aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən müəyyən edilir ki, iddianın qiyməti cəmi 4054 manatdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(072)-117/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar