Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1263/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5797 manat pulun və tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun, cəmi 5875 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərində xırda ticarətlə məşğul olur. Cavabdeh onunla çox yaxın münasibətdə olan X6 və Qurbanǝliyev Bayramǝli Cavad oğluna görə tanımışdır. xx.xx.2022-ci il tarixdə Nicat və Bayramǝli Cavabdehla Mingəçevir şəhərinə gələrək onlara yaxın olan Cavabdeh 10.000 manat pul lazım olduğunu və bir həftəyə kimi qaytarmaq şərti ilə lazım olduğunu bildirdilər. Onlara pulun həddindən artıq çox məbləğ olduğunu və həmin şəxsi yaxından heç tanımadığını bildirərək etiraz etdi. xx.xx.2022-ci il tarixdə yenidən Nicat Bayramov və Elnur gecə saat 22:30 radələrində Mingəçevir şəhərində 1941-1945 adlanan parkda onunla görüşərək və bu gecə 10.000 manatın cavabdeh Elnura təcili lazım olduğun bildirdilər. Onunla çox yaxın münasibətdə olan Nicat və Bayraməlidən cavabdeh Elnura borc pulu verməkdə şahid, vasitəçi (vacib) niyə bu qədər çalışdıqlarını soruşduqda, onlar Cavabdeh həyat yoldaşının müalicə və əməliyyat olunmasını bildirdilər. Məqsədləri isə bir hərbiçi yoldaşına, yəni Elnura kömək və dəstək olmaq üçündür. Cavabdeh da onların yanında ona alacağı olan 10.000 manatın müəyyən qismini banka olan kredit borcunu bağlayıb uzağı bir həftəyə qədər yenidən başqa bankdan yüksək məbləğdə kredit götürəcək, ona olan borcunu tam olaraq ödeyəcəyini bildirdi. Cavabdeh Elnura bildirdi ki, səhər Asan Xidmət Mərkəzində aralarında borc müqaviləsi bağlayaraq verəcəyini dedi. Lakin onlar cavabdeh Elnurun bu gecə Bakı şəhərinə gedəcəyini və səhər tezdən əməliyyat üçün dərman alacağını bildirdilər. Həm də cavabdeh Elnurun hal-hazırda çətin maddi vəziyyətdə olmasını. və əlavə olaraq Asan Xidmət Mərkəzinə rüsum olaraq 250 manata yaxın pul ödəmək üçün pul lazım olduğunu bildirdilər. Beləliklə, Nicat İsmayılov və Bayraməli Qurbanəliyevin vasitəçiliyi, şahidliyi ilə Cavabdeh ilə əlyazma şəklində borc müqaviləsi bağladılar. Cavabdeh özünə məxsus olan 6768 6771 7826 8482 saylı “Kapital Bank” kartını ona verǝrǝk asan olsun deyə pulu ordan çıxarıb götürsün deyə razılaşdılar. Cavabdeh ona olan 10.000 manat borcunu bir ay müddətinə qədər tam ödəməsə də, verdiyi kartdan hissə-hissə 4.203 manat pul çıxartmışdır. xx.xx.2023- cü il tarixdə Mingəçevir şəhərində cavabdeh onunla görüşərək iş yoldaşı X5 şahidliyi ilə borcunun qalan hissəsini, yəni 5797 manat pulu iki aya qədər qaytaracağını bildirdi. Lakin, xx.xx.2023-cü ildən Elnura telefon yazışmalarında əlaqə yaratsa da o, müəyyən bəhanələrlə borcdan yayınır. Halhazırda cavabdeh telefon nömrəsini dəyişib və onunla heç bir əlaqəsi yoxdur. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının qardaşıdır. Cavabdehi qardaşının dostları vasitəsi ilə tanımışdır. Cavabdehin həyat yoldaşı Bakıda xəstəxanada əməliyyat olunması üçün dostları vasitəsi ilə qardaşından borc pul almışdır. Pulun bir hissəsini qaytarmış, qalan hissəsini isə 2 ay ərzində qaytaracağını demişdir. Qardaşı ona 10.000 manat pul vermişdir. Qəbzləri şahidlər yazmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Pulun verilməsi ilə əlaqədar əlavə hansı sübutlara malik olması və məhkəməyə təqdim edə biləcəyi ilə əlaqədar məhkəmənin təklifinə mövcud sübutlarını yalnız iddia ərizəsinə əlavə etməsi ilə kifayətlənməsini bildirmişdir. Sonrakı məhkəmə prosesləri zamanı isə İddiaçı hazırki məhkəmə iclasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan işin baxılması mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi (Hakim: Səidə Məmmədova) ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, iddiaçı Əliyev X8 Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə iclasınlarında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş poçt bildirişlərindən, sms bildirişlərdən və arayışdan görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, məhkəmə iclasında iştirak edəcəyi barədə telefon vasitəsi ilə məlumat versə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı nümayəndəsi Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Kollegiya iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 244-cü maddəsinə əsasən qiyabi qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. 252-ci maddəsinə əsasən qiyabi qətnamə bu məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355- 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçı tərəfindən təqdim edilən qəbzin tələbin əsasını təsdiq edən sübut növü kimi qəbul edilə bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan iddiaçı Əliyev X8 Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə qeyd olunmuşdur: xx.xx.2022-ci il tarixdə, saat 21:39-da İddiaçı borc şəklində aldığı 10.000 manat məbləğində pulu 1 ay müddətinə qaytaracağına dair söz vermişdir. X1 tərəfindən yazılması və imzalanması kimi göstərilmiş ərizədə yazılmışdır ki, bir yerdə xidmət etdikləri B/G-r Cavabdeh xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində yaşayan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 10.000 manat borc şəklində pul aldı. Cavabdeh pulu almaqda məqsədi dediyinə görə “Kapital Bank”-a olan kredit borcunu bağlayıb, yenidən digər bankdan yüksək məbləğdə kredit götürməkdir. Cavabdeh ilə birlikdə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə ilə tanış olmuş və hal şahidi olaraq iştirak etmişdir. X3 tərəfindən yazılması və imzalanması kimi göstərilmiş ərizədə yazılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanan müqaviləyə əsasən 10.000 manat borcdan 5797 manat hissəsini 2 ay müddətinə qədər verilməsinə Cavabdeh razılaşmışlar. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh onunla çox yaxın münasibətdə olan X6 və Qurbanǝliyev Bayramǝli Cavad oğluna görə tanımışdır. xx.xx.2022-ci il tarixdə Nicat və Bayramǝli Cavabdehla Mingəçevir şəhərinə gələrək onlara yaxın olan Cavabdeh 10.000 manat pul lazım olduğunu və bir həftəyə kimi qaytarmaq şərti ilə lazım olduğunu bildirdilər. Onlara pulun həddindən artıq çox məbləğ olduğunu və həmin şəxsi yaxından heç tanımadığını bildirərək etiraz etdi. xx.xx.2022-ci il tarixdə yenidən Nicat Bayramov və Elnur gecə saat 22:30 radələrində Mingəçevir şəhərində 1941-1945 adlanan parkda onunla görüşərək və bu gecə 10.000 manatın cavabdeh Elnura təcili lazım olduğun bildirdilər. Onunla çox yaxın münasibətdə olan Nicat və Bayraməlidən cavabdeh Elnura borc pulu verməkdə şahid, vasitəçi (vacib) niyə bu qədər çalışdıqlarını soruşduqda, onlar Cavabdeh həyat yoldaşının müalicə və əməliyyat olunmasını bildirdilər. Məqsədləri isə bir hərbiçi yoldaşına, yəni Elnura kömək və dəstək olmaq üçündür. Cavabdeh da onların yanında ona alacağı olan 10.000 manatın müəyyən qismini banka olan kredit borcunu bağlayıb uzağı bir həftəyə qədər yenidən başqa bankdan yüksək məbləğdə kredit götürəcək, ona olan borcunu tam olaraq ödəyəcəyini bildirdi. Cavabdeh Elnura bildirdi ki, səhər Asan Xidmət Mərkəzində aralarında borc müqaviləsi bağlayaraq verəcəyini dedi. Lakin onlar cavabdeh Elnurun bu gecə Bakı şəhərinə gedəcəyini və səhər tezdən əməliyyat üçün dərman alacağını bildirdilər. Həm də cavabdeh Elnurun hal-hazırda çətin maddi vəziyyətdə olmasını. və əlavə olaraq Asan Xidmət Mərkəzinə rüsum olaraq 250 manata yaxın pul ödəmək üçün pul lazım olduğunu bildirdilər. Beləliklə, Nicat İsmayılov və Bayraməli Qurbanəliyevin vasitəçiliyi, şahidliyi ilə Cavabdeh ilə əlyazma şəklində borc müqaviləsi bağladılar. Cavabdeh özünə məxsus olan 6768 6771 7826 8482 saylı “Kapital Bank” kartını ona verǝrǝk asan olsun deyə pulu ordan çıxarıb götürsün deyə razılaşdılar. Cavabdeh ona olan 10.000 manat borcunu bir ay müddətinə qədər tam ödəməsə də, verdiyi kartdan hissə-hissə 4.203 manat pul çıxartmışdır. xx.xx.2023- cü il tarixdə Mingəçevir şəhərində cavabdeh onunla görüşərək iş yoldaşı X5 şahidliyi ilə borcunun qalan hissəsini, yəni 5797 manat pulu iki aya qədər qaytaracağını bildirdi. Lakin, xx.xx.2023-cü ildən Elnura telefon yazışmalarında əlaqə yaratsa da o, müəyyən bəhanələrlə borcdan yayınır. Halhazırda cavabdeh telefon nömrəsini dəyişib və onunla heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş qəbzdə Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 21:39-da İddiaçı borc şəklində aldığı 10.000 manat məbləğində pulu 1 ay müddətinə qaytaracağına dair söz vermişdir. İddiaçının bildirdiyi kimi, Cavabdeh ona olan 10.000 manat borcunu bir ay müddətinə qədər tam ödəməsə də, verdiyi kartdan hissə-hissə 4.203 manat pul çıxartmışdır. Hal-hazırda cavabdehin ona 5797 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarını təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Yəni iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş qəbz və ərizələrin mənsubiyyət və mötəbərlik baxımından məhkəmə qaydasında obyektiv qaydada qiymətləndirilməsi mümkün olmamış, iddiaçı tələbində haqlı olmasını sübuta yetirməmişdir.. Kollegiya birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə, saat 21:39-da Cavabdeh İddiaçı borc şəklində aldığı 10.000 manat məbləğində pulu 1 ay müddətinə qaytarmasına dair qəbz mövcuddur. İddiaçı həmin qəbzi sübut növü kimi təqdim edərək, cavabdehin həmin qəbzə imza etməklə ondan pul aldığını və həmin pulu da qaytaracağı barədə vəd verməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. Apellyasiya icraatı zamanı cavabdehlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirak edərək iddiaya münasibət bildirməsi tələb edilmiş, lakin cavabdeh üzürsüz səbəblərdən məhkəmə icraatından yayınaraq iddiaya qarşı hər hansı münasibət bildirməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək və iddiaya münasibət bildirməyərək 10000 manat iddiaçıdan borc pul alınması, həmin puldan hansı məbləğin qaytarılmasını sübut edə bilmir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edil bilməz. Çünki cavabdeh artıq məlumatlı olduğu iddia tələbi üzrə məhkəmə icraatından boyun qaçırmaqla iddiaya qarşı öz müdafiəsini həyata keçirməkdən imtina edir, belə olan halda sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıdan alıb-almaması və ya almışdırsa hansı hissəsinin qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya instansiyası məhkəməsində iştirak etməməklə belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 5797 (beş min yeddi yüz doxsan yeddi) manat pul və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-220/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin Cavabdeh 5797 (beş min yeddi yüz doxsan yeddi) manat pul və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1263/2024
Şirvan Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(106)-1263/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver