Məhkəmə qərarları › İş №2(106)-1267/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1267/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1267/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlunun və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə” Salyan Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(057)- 56/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil Madər oğlu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh üzərinə, iddiaçıya məxsus 2 ədəd mənzili təmir etmək öhdəliyi götürmüş və tərəflər arasında razılaşma olmuşdur. Hazırda iddiaçı iddia edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, təmir etdiyi mənzilləri tikinti-texniki normalarına uyğun olmayan qaydada təmir etmiş və nəticədə ona maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10.370 manat, mənəvi ziyana görə 50.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2050 manat, zəhmət haqqı kimi ödənilmiş 20.000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat, cəmi 82.763 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəməyə verdiyi digər ərizəsində cavabdehdən təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 15700 manat, mənəvi ziyana görə 20.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 2050 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manatpulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 56043 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil məhkəməyə verdiyi digər ərizəsində cavabdehdən təmirlə bağlı dəymiş maddi ziyanın əvəzi olaraq 10436 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilməmiş avadanlıqların pulu kimi 6499 manat, zəhmət haqqı kimi ödənilmiş 20000 manat pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 312 manat, iddianın verilməsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 42478 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 2 mənzili təmir etdirməküçün tanışı usta Cavabdeh ilə razılaşmışlar və evlərin təmiri üçün cavabdehə 20000 manat pul verməli, cavabdeh də hər iki mənzili təmir edərək təhvil verməli idi. Onun qohumu malı usta ilə birlikdə bəyənərək almış və cavabdehə təhvil vermişdir. Təmir işləri təqribən il yarm davam etmiş, lakin təmir keyfiyyətsiz olmuşdur. Təmir işindən sonra cavabdehə 7300 manat pul dəyərində 300000 rus rublu göndərmiş və cavabdeh həmin pula ev üçün avadanlıqlar almalı olmuşdur. Cavabeh həmin pula evə kombi, qabyuyan və sair avadanlıqlar almış, lakin alınmış malların keyfiyyətsiz olduğunu gördüyü üçün qaytarılmasını xahiş etmişdir. Ona görə də cavabdeh qeyd olunan əşyaları qaytarmış və aldığı puldan 801 manatı qaytarmış, qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirmişdir ki, təmiri mübahisələndirilən evdə qüsur olduğu üçün hazırda orada heç kim yaşamır, cavabdehlə usta özü bütün qüsurlara baxıb onları aradan qaldıracağı barədə razılığa gəlmişlər, lakin usta təmir işlərinə baxdıqdan sonra söküntü işlərini görmədən onu edə bilməyəcəyini bildirmişdir. Söküntü apardıqdan sonra xərcin çox çıxacağını bildirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Elşad 2017-ci ildə evlərini ona təmir etdirmək istəmiş və bu barədə aralarında danışıq olmuş və razılığa gəlmişlər. Təmir işləri iki il davam etmiş və təmir işlərini qurtardıqdan sonra Elşad ona 300000 rus rublu göndərmiş və həmin pula iddiaçı üçün hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd “Sparta” markalı 24 kv-q kombi, hər birinin dəyəri 260 manat olmaqla 2 ospirator, hər birinin dəyəri 800 manat olmaqla 2 ədəd qaz sobası, 880 manat dəyərində qabyuyan alıb quraşdırmış, lakin sonradan iddiaçının oğlu həmin əşyaları bəyənməmiş və həmin səbəbdən qaytarmağa məcbur olmuşdur. Aldığı pullardan 800 manat, 1700 manat, 800 manat qaytarmış və daha sonra 2400 manat pulu Elşadın deməsinə görə Çingizə vermişdir. 1500 manat pulu isə mətbəx mebelinə görə Zaur adlı ustaya beh kimi vermişdir. 500 manat da Cavid adlı taksi sürücüsünə Elşadın tapşırığı ilə vermişdir. 400 manat pulu isə aldığı avadanlıqların quraşdırılması üçün ustaya vermişdir. Ona qarşı verilmiş iddianı qəbul etmir, məbləğlər şişirdilmişdir və həmin səbəbdən rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, təmiri mübahisələndirilən ev 4 il əvvəl təmir edilmiş, bu gün evin təmirində heç bir qüsur yoxdur. Evintəmiri üçün 20.000 manat almış, evin qapıları istisna olmaqla otaqları tam təmir olunmuş vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı kabellərin 2,5 mm diametrli naqlillə çəkildiyini göstərsə də, əslində 4 mm kabellə çəkilmişdir. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir, ödənilmiş avadanlıqların pulu kimi 2050 manat tələb gəldikdə iddiaçının şahidi Səxavət Abbasovun təqdim etdiyi “LİSTERİNE” yazısı olan vərəqənin arxasındakı əlyazma onun tərəfindən icra olunmuş, iddiaçı ona 300.000 rus rublu göndərmiş və onu azərbaycan manatına çevirdikdə 7320 manata bərabər tutulur. Həmin məbləğdən iddiaçı üçün 6519 manat məbləğində müxtəlif növ avadanlıqlar almış, yerdə qalan 801 manat pulu isə iddiaçının tapşırığını yerinə yetirən Səxavətə vermişdir. Aldığı avadanlıqları iddiaçı bəyənmədiyi üçün mağazaya qatyarmış və aldığı puldan hissəhissə iddiaçının vəkili Çingizə 2400 manat, qalanını isə Səxavətə vermiş, lakin həmin pulların bir qismini Çingizə qaytarmağını iddiaçı ondan tələb etməmiş, həmin pulların onlara verilməsinə dair sübutu yoxdur. Aldığı avadanlıqların pulunu qaytardığı üçün iddiaçıya heç bir borcu qalmamışdır. Şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq bildirir ki, iddiaçı cavabdehə avadanlıqların alınması üçün 7320 manat pul vermiş və həmin pula cavabdeh 2 “Sparta” markalı kombi, 1 ədəd “Javel” markalı qabyuyan, 2 nikel materialdan olan qab yumaq üçün yer, 2 soba, 2 sorucu almış və həmin materialların alınması üçün ona 7320 manat pul verilmişdir. “Javel” markalı qabyuyanın qiyməti 467 manat olduğu halda 800 manat,sorucunun qiyməti 130 manat olduğu alda 260 manat, ”moykalar”ı isə 75 manat olduğu halda hər birini 140 manat kimi qeyd etmişdir. Alınan malları iddiaçı tərəf bəyənmədiyi üçün qaytarılmış və qaytarılmış malların pulundan cavabdeh 801 manat qaytarmış, qalan pulları isə qaytarmamışdır. Elşad Eldara pulu kiməsə, başqa şəxsə verməsi barədə heç birsöz deməmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən X1 bildirmişdir ki, iddiaçı yeznələridir. Cavabdehə qarşı ədavət və düşmənçiliyi yoxdur. Yeznələri ona bildirmişdir ki, evlərinitəmir etdirmək lazımdır. O, yeznəsinə cavabdehi məsləhət görmüşdür. Bundan sonra cavabdehlə görüşmüş, ona bildirmişdir ki, təmir edilməli iki ev vardır. Cavabdeh həmin evlərə baxdıqdan sonra zəhmət haqqı kimi 20000 manat istəyərək hər iki evi tam təmir olunmuş vəziyyətdə təhvil verəcəyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, onun işi mal-material alınması üçün ona pul verməkdən ibarət olacaqdır. Buna görə də ilkin ödəniş olaraq cavabdehə 1000 manat pul verib bu barədə qeydi dəftərə etlməklə imzalanmışdır. Günlərin birində təmir işinə baş çəkmək üçün getdikdə görmüşdür ki, cavabdeh döşəmənin altına atdığı atmaları bir xətlə atmamış, ona bildirmişdir ki, laminatlar ayaq altda “oynayırlar”. Bundan əlavə divarın bir başında divar kağızında gül naxışı göründüyü halda, digər başında gül naxışı “yoxa çıxmışdır”. Kabellər vurulanda otaqların diaqonallarına fikir verilməmişdir. 2017-2020-ci illərdə ümumilikdə materiala 28000 manat pul sərf edilmişdir. Bu barədə olan qaimələri məhkəməyə təqdim etmişdir. İlk dəfə yeznəsi evin təmirinə baxıb onu bəyənməmiş, bunu görən cavabdeh bildirmişdir ki, onu bəyənəcəyi səviyyəyə gətirəcəkdir, lakin 2020-ci ildə yeznəsi təkrar olaraq təmir işinə baxdıqda görmüşdür ki, təmir işləri əvvəlkindən də pis aparılmışdır. Bunun səbəbini cavabdehdən soruşduqda, sonuncu bildirmişdir ki, “bacardığım budur”. Onu da qeyd edir ki, cavabdehə avadanlıq almaq üçün 7000 manat pul verilmiş, cavabdeh aldığı avadanlıqların qiymətlərini yüksək göstərməklə pulun qalan hissəsini mənimsəmişdir. Sonradan yeznəsi həmin avadanlıqları qəbul etməkdən imtina etmiş və cavabdehdən verdiyi pulu geri tələb etmişdir. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən mütəxəssis qismində dindirilmiş ekspert X2 göstərmişdir ki, təmiri mübahisələndirilən evin təmirində qüsurlar vardır. Həmin qüsurlar işlədilmiş materiallardan, məsələn divar kağızından və s. asılıdır. Digər qüsurları bir sıra söküntü işləri, məsələn döşəmənin söküntüsü apardıqdan sonra müəyyən etmək mümkündür. Həmin işləri görmədən ziyanı hesablamaq mümkün deyildir. Otaqlar tam təmir edilsə də, döşəmədə silkələnmə var, bunu ustanın özünə də göstərmişdir. Döşəmə iki halda silkələnə bilər: altına atılmış reykalar arasında normadan artıq ara məsafəsi qoyulduqda və ya laminat nazik olduqda. Həmin silkələnməni aradan qaldırmaq üşün laminat sökülməlidir. Söküləcəyi halda müvafiq rəyin verilməsi mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(057)-56/2023 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 65-də yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazarqiymətlərinə uyğun olaraq ümumi dəyəri 10436 manat, ödənilmiş avadanlıqların pulu kimi 6499 manat, hüquqi xidmətə görə çəkilən xərcin əvəzi olaraq 312 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 12 manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2və 3 otaqlı mənzilləri təmir etmək öhdəliyini üzərinə götürmüş və tərəflər aralarında razılaşma olmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, təmir etdiyi mənzilləri tikinti-texniki normalarına uyğun olmayan qaydada təmir etmiş və nəticədə iddiaçı maddi zərər çəkmişdir. Buna görə də iddiaçı haqlı olaraq məhkəmədə iddia qaldırmaqla cavabdehə qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış və sifarişçi üzərinə düşən öhdəliyi icra etmiş, podratçı isə tam icra etməmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıya məxsus olan mənzilləri lazımi qaydada təmin etməmiş və nəticədə iddiaçıya 10436 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 7300 manat ekvivalentində 300.000 rus rublu göndərmiş və cavabdeh həmin pula iddiaçı üçün ev lavazimatları almış, lakin iddiaçı alınmış əşyaları bəyənmədiyi üçün cavabdeh həmin əmlakları geri qaytarmış, lakin qaytarılmış əmlakın pullardan 801 manat istisna olmaqla qalan pulları iddiaçıya verməmişdir. Cavabdeh ev üçün alınmış avadanlıqlara görə aldığı pulları, yəni 7300 manatı etiraf etmiş, lakin 801 manat istisna olmaqla digər pulların qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı da cavabdehin dedikləri ilə razılaşmamışdır. Bu halda qanunvericilik sübut etmə vəzifənin cavabdehin üzərinə düşdüyünü qeyd etdiyi üçün məhkəmə 801manat istsna olmaqla qalan məbləğin cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi hüquqi xidmətə görə 312 manat pul tələbi ilə bağlı məhkəmə qeydedir ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi üçün vəkilə rəsmi qaydada 312 manat ödənişetmiş və iş üzrə kifayət qədər araşdırma aparılmış və müdafiəçi hüquqi yardıma görə xeyli vaxt sərf etmişdir. Ona görə də məhkəmə həmin məbləğin cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi mənəvi ziyanın nədən ibarət olması barədə və həmçinin həmin tələbintəmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, qarşı tərəf isə iddianı həmin hissədə etiraf etməmişdir.Ona görə də iddia həmin hissədə rədd olunmalıdır. İddiaçının tələb etdiyi zəhmət haqqı kimi ödənilmiş 20000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlı deyil. Belə ki, cavabdehinhərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər 10436 manat olduğu üçün və həmin məbləğ məhkəmə tərəfindən təmin edildiyindən iddianın 20000 manat tələbinə dair hissədə təmin olunmasımümkün deyildir. Cavabdehin gördüyü işlərin bir qismi yararlı olmuş, keyfiyyətsiz təmir və mal-materiallar üçün ekspert 10436 manat müəyyən etmişdir.Ona görə də məhkəmə haqlı olaraq10436 manat məbləği təmin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 385.2, 752.2-752.3, 762.1-762.4, 764.1-764.2, 768, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 765-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, evin təmirinə ilk dəfə baxdıqda qüsurlarına görə bəyənmədiyi üçün cavabdehdən təmiri bəyənəcəyi vəziyyətə gətirilməsini tələb etmişdir, lakin cavabdeh qüsurları aradan qaldırmamış, əksinə təmir işləri əvvəlkindən də pis aparılmışdır. Odur ki, cavabdeh ona ödədiyi 20.000 manat zəhmət haqqının əvəzini də ödəməyə borcludur. Mülki Məcəllənin 1091.1-1091.2-ci və 1093.1-ci maddələrinin tələbləri pozulmuş – cavabdeh apardığı və öhdəsinə götürdüyü təmir işlərini vicdanla yerinə yetirməmişdir. Cavabdeh təmir zamanı etməli və görməli olduğu işləri yerinə yetirməmişdir ki, bu da onun əsassız varlamasına gətirib çıxamışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbi pozulmuş, müqavilədə zərərəin əvəzinin daha az miqdarda ödənilməsinə dair müddəa nəzərdə tutulmadığı üçün iddiaçı cavabdehə ödədiyi 20.000 manat zəhmət haqqının əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır və bu məbləğ iddiaçıya tam məbləğdə ödənilməlidir. Apellyasiya şikayətində MPM-nin 77.1, 88, 106.1, 175.1, 217-ci maddələrinin tələblərinin pozulduğu qeyd olunsa da bu pozuntunun nədən ibarət olması sadalanmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi AR Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin tələblərini pozaraq işin hallarını araşdırmaq üçün prosessual qanunvericiliyin imkanlarından istifadə etməmiş, məhkəməyə təqdim etdiyi sübutları qiymətləndirməməklə bərabər sanki iddiaçının vəkili kimi çıxış edərək iddiasını təmin etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinin tələbləri pozulmuş – evin təmiri üçün ödənilən pul ona 2017-ci ildə ödənilmişdir, iddiaçının tələbi iddia müddəti buraxılmaqla irəli sürülmüşdür. Zərərin əvəzinin ödənilməsi, eyni zamanda pul tələbinə dair iddia müddəti 3 il müddətində irəli sürülə bilər. MPM-nin 9.1-ci maddəsinin tələbi pozularaq onun təqdim etdiyi sübutlara əhəmiyyət verilməmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbi pozularaq məhkəmə sanki iddiaçının əsassız tələbini qəbul edərək qətnamə çıxarmışdır. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq sübutları qiymətləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflər bir-birilərinin apellyasiya şikayətinə etiraz təqdim etməmişlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Madər oğlu onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə qəbul etməyərək, Salyan Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(057)-56/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək Salyan Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(057)-56/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 762. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 764. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 768. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanması təşkil edir. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddətinin buraxıldığını göstərərək məhkəmənin düzgün nəticəyə gəlmədiyini göstərmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun 8 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Onu da nəzərə almaq vacibdir ki, apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). Yeni məhkəmə icraatının qaydalarını müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi). Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İş materiallarından görünür ki, Cavabdeh vəkili X7 ilə birlikdə birinci instansiya məhkəməsində iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi hissəsində apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı tərəf apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsinin əsassız olaraq iddia tələbinin cavabdehə zəhmət haqqına görə ödənilmiş 20000 (iyirmi min) manat pul hissəsində təmin edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 10/7378 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı, müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10436,0 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, təmir tikinti işlərinin aparılmasına görə 10436,0 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəf təmir-tikinti işlərinin aparılmasına görə cavabdehə 20000 (iyirmi min) manat ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və həmçinin nəzərə alır ki, apellyasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil Madər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(057)-56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar