Məhkəmə qərarları › İş №2(106)-1271/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1271/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1271/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia qismən təmin edilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətini baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (MPM-in 366.2-ci maddəsi). “AZE Məhkəmə İnformasiya Sistemi”ndə olan sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamədən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən də apellyasiya şikayəti verilmiş, lakin iddiaçı tərəfindən şikayət vermə müddəti gözlənilmədən və verilmiş şikayətə hər hansı hüquqi qiymət verilmədən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya şikayəti iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya, həmin qətnamədən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayətinin də bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməsi halını yoxlamaq üçün qeyri-mümkün hesab edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiyanın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar