Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-128/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X4 ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və cavabdehlərin vəkili, eləcə də Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və maneələrin aradan qaldırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətlərində olan 2,99 hektar və 2,934 hektar torpaq sahəsinin 2,5 hektar hissəsindən çıxarılmaları, torpağın iddiaçılara təhvil verilməsi və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, İddiaçı2 İddiaçı1 qardaşı oğludur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla 5,22 ha və 1,79 ha torpaq sahəsi mülkiyyətlərindədir. Lakin həmin torpaqları cavabdehlər zəbt edərək istifadə edirlər. Cavabdehlər iddiaçılara öz torpaqlarından istifadə etməyə imkan vermirlər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 2,99 ha və 2,934 ha torpaq sahəsinin 2,5 ha hissəsindən çıxarılmaları, həmin torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 300 manat məbləğində pulun müştərək qaydada cavabdeh X5 alınıb iddiaçı X7 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsinə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməsinə baxmayaraq, məhkəməyə mütəxəssis rəyi daxil olmuş, ekspertiza rəyi daxil olmadan, qətnamə qəbul etmişdir. Cavabdehlər həmin qətnamə ilə razı deyillər. Belə ki, onlar həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edirlər, həmin torpaq sahəsi onlara ölçülərək təhvil verilmiş, onlar da həmin torpaq sahələrini maneəsiz istifadə etmişlər. İddiaçılar başqa rayonun sakinləri olmaqla, onlar qaçqın hesab edilir və onlara pay torpaq sahəsi verilə bilməzdi. Belə ki, “Torpaq islahatı haqqında” Qanuna əsasən qaçqınlar və məcburi köçkünlər yaşadıqları ərazidə islahata gedən ərazilərdə pay torpağı almaq hüququ olan subyektlərin sırasına daxil ola bilməzdilər, onlar sonradan hansısa yolla həmin sahəyə sənəd alaraq yerləşmişlər və indiyədək torpaqlarının az olmasını bilməli olaraq, onlara qarşı iddia qaldırmalı idilər. Cavabdehlər iddiaçıların torpaq sahəsini zəbt etməmişlər. Beyləqan Rayon Məhkəməsi mütəxəssis rəyinin natamam, kifayət qədər aydın olmamasına baxmayaraq, həmin rəyə mötəbər sübut kimi qiymət verərək, iddianı təmin etmişdir ki, bu da mülki qanunvericiliyin tələblərinin pozulması deməkdir. Beyləqan Rayon Məhkəməsi “Torpaq islahatı haqqında” Qanunla cavabdehlərə verilmiş torpaq sahəsi barəsində düzgün nəticəyə gəlməməklə onların öz torpağından sərbəst istifadə etmək hüququnu pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlər heç kimin torpaq sahəsini zəbt etməmişlər, onlar uzun müddətdir, islahat zamanı onlara verilmiş torpaq sahəsini istifadə edirlər, heç kim həmin torpaq sahəsinə görə onlara etiraz etməyibdir. Bu ona dəlalət edir ki, onlar həqiqətən də öz torpaqlarında olmuşdur. Beyləqan Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sənədləri mötəbər qəbul edərək, Sarısu bələdiyyəsini işə cəlb etməmişdir. Eyni zamanda, cavabdehlərə verilmiş torpaq sahəsinin əsasında duran kəndli-fermer təsərrüfatının istifadəsində olan torpaq sahəsinə dair Dövlət aktını DƏDRX-dən tələb etməmişdir. Bu işin obyektiv araşdırılması anlamına gələ bilməz. Cavabdeh istinad edəcəyi sübutu əldə edə bilmədiyini bildirərək, DƏDRX-ə sorğu verilməsini xahiş etsə də, məhkəmə həmin vəsatətə heç bir münasibət bildirməmişdir. İddiaçı mübahisənin islahat zamanından yaranmasını bildirsə də, məhkəmədə islahatdan keçən bu müddət ərzində niyə tələb və etiraz irəli sürmədiyini əsaslandırmamış, məhkəmə indiki zamanda baş verən mübahisə kimi hazırda qüvvədə olan maddi hüquq normalarını tətbiq etmişdir. Beyləqan Rayon Məhkəməsi mülki iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspertiza təyin etsə də, nəticədə ekspertizanın rəyini gözləmədən mütəxəssis rəyinə ekspert rəyi kimi istinad etmişdir. Ekspertiza rəyi işdə olmadığı halda, məhkəmənin gəldiyi nəticənin sübut olunması mübahisə doğurur. Beyləqan Rayon Məhkəməsinin gəldiyi nəticə işin hallarına ona görə uyğun deyil ki, bir ailənin iki ayrı-ayrı sənədlərinin olması ona dəlalət edir ki, həqiqətən iddiaçıların torpaqları fermer kimi cavabdehə püşkdən kənar verilmiş torpaqların sağ və sol tərəfində olmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o və ailə üzvləri heç kəsin torpaq sahəsini zəbt etməmişlər, torpaq islahatı zamanı onlara göstərilərək təhvil verilən torpaq sahəsini istifadə etmişlər. İndiyədək həmin torpaq sahəsindən istifadə etmələrinə heç kəs etiraz etməmişdir. Onun torpaq sahəsinin qonşuluğunda qardaşlarının torpaq sahəsi yerləşir. Onun qardaşları da başqasının torpaq sahəsini zəbt etmədiklərindən o da heç kəsin torpaq sahəsini tutmamışdır. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni deyil. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehlərin vəkili, eləcə də, Cavabdeh1 nümayəndəsi Vəkil Cavabdeh1lə eyni məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ona məxsus olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı2, cavabdehlər Cavabdeh3 və Cavabdeh2, eləcə də, üçüncü şəxslər X19 və X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, ekspert rəyinin alınmasının təmin edilməməsinə istinad edərək, qətnamənin tamamilə ləğv edilməsini xahiş etdiklərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, iş üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanının mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin verilməsini təmin etməmiş, mötəbər olmayan mütəxəssis rəyini əldə etmiş, iş üzrə ekspertiza təyin etsə də, ekspert rəyinin alınmasını ümumiyyətlə təmin etməmiş, gəldiyi nəticəni “X9” MMC-nin rəyinə istinad etməklə əsaslandırmağa çalışsa da, nəticə ilə qeyd edilən rəy bir-birindən fərqli olmuş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Sarısu kəndində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə X2, X11, X12, X13 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin Beyləqan Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixində AA000354 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Sarısu kəndində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X18, X16 və İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin Beyləqan Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixində AA000700 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə Beyləqan rayonunun Sarısu kəndində yerləşən 8,33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X17, X6, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. İşdəki “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu, Sarısu kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış nömrəsi ******* olan çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 1,790905 ha torpaq sahəsinin sərhədləri Kompleks Yerquruluşu Layihəsi-DWG-si əsasında müəyyən edilmişdir və cavabdehlər tərəfindən həmin torpaq sahəsinin 0,8093 ha hissəsinin zəbt olunması müəyyən edilmişdir. Beyləqan rayonu, Sarısu kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış nömrəsi ******* olan çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 5,220586 ha torpaq sahəsinin sərhədləri Kompleks Yerquruluşu Layihəsi DWG-si əsasında müəyyən edilmişdir və cavabdehlər tərəfindən həmin torpaq sahəsinin 2,4598 ha hissəsinin zəbt olunması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. 300 manat İddiaçı2 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilir: 1)Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 2) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 3) Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 4) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. 5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. 6) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. 7) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. Mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh1 tərəfindən 240 manat məbləğində xidmət haqqı ödənilmişdir. 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: 1)Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 2) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 3) Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin koordinatları naturada müəyyən edilmişdir. 4) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. 5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0017, 60714028 kodlu Dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 8,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. 6) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. 7) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onların mülkiyyətində olan torpaq sahələrinin 2,5 hektar hissəsindən çıxarılmalarını, torpağın onlara təhvil verilməsini və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasını xahiş etmişlər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinə istinad edərək əsaslandırmağa çalışmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertiza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssislərinin iştirakı ilə və onlar tərəfindən müvafiq rəy tərtib edilməklə keçirilməmiş, ekspert rəyinin alınması isə ümumiyyətlə təmin olunmamışdır. Əvəzinə, “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyi alınmış, məhkəmə həmin rəyi ekspertiza rəyi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli rəyi mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin MMC-nin bu cür mübahisələr üzrə rəy verməsi əsaslı olmamaqla yanaşı, onun torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti də müəyyən edilmir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, bununla da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyi alınmışdır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsinin, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən X8 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsinin Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunmasına dair 19 iyun 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri olan oğulları Cavabdeh3 və Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsinə, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədiklərini nəzərə alaraq, cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsini, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsini zəbt etməsi və bu sahələrin onların qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Odur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək iddiaçılara təhvil verilməli, həmin torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırda mübahisəli torpaq sahələrinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək iddiaçılara təhvil verilməsi ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə biləcəyi ilə bağlı Mülki Məcəllənin 213.6-cı maddəsinin tələbinə uyğun olaraq həmin torpaq sahələrinin onların bütün mülkiyyətçilərinə təhvil verilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsinin, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsinin cavabdehlər Cavabdeh1 və ailə üzvləri Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadəsində olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi, eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək iddiaçılara təhvil verilməli, həmin torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, apellyasiya şikayətində qeyd edilən iddiaçıların qaçqın olması səbəbindən mübahisəli ərazidə pay torpağı almasının qanunsuz olmasına dair dəlilin araşdırılması hazırkı məhkəmə baxışının predmetinə aid deyil. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərdən başqa, həmçinin müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsində məhkəmə xərcləri düzgün bölüşdürülməmiş, iş üzrə ekspertiza dəyərini təşkil edən 300 manat məbləğində pulun müştərək qaydada cavabdeh X5 alınıb iddiaçı X7 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmə öz qətnaməsində yanlışlığa yol verərək məhkəmə xərclərini hazırkı işlə əlaqəsi olmayan şəxslər arasında bölüşdürmüşdür. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və İddiaçı2 tərəfindən ödənilmiş 300 manatın yarısı – 150 manat hissəsi onun özünə aid edilməli, digər yarısı – 150 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı2 ödənilməli, 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin yarısı – 25 manat hissəsi iddiaçılardan müştərək qaydada, digər yarısı – 25 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, DƏDKR publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 240 manat xidmət haqqının yarısı – 120 manat hissəsi onun özünə aid edilməli, digər yarısı – 120 manat hissəsi iddiaçılardan müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək İddiaçı2 təhvil verilsin və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılsın. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək İddiaçı1 təhvil verilsin və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və İddiaçı2 tərəfindən ödənilmiş 300 manatın yarısı – 150 manat hissəsi İddiaçı2 özünə aid edilsin. “X9” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və İddiaçı2 tərəfindən ödənilmiş 300 manatın digər yarısı – 150 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı2 ödənilsin. 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manatın 25 manat hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, qalan 25 manat hissəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 240 manat məbləğində xidmət haqqının 120 manat hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 240 manat məbləğində xidmət haqqının qalan 120 manat hissəsi Cavabdeh1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-128/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-128/2023
04.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver