Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1281/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehdən avtomobilin tələb edilməsinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-225/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan ''X11 CDİ'' markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan "X11 CDİ” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin fevral ayında mərhum əri X7 tərəfindən Beyləqan rayon sakini Cavabdeh gündəlik icarəyə verilmişdir. Həmin avtomobilin icarə haqqı gündəlik cavabdeh tərəfindən X6 ödənilmişdir. Daha sonra X7 vəfat etmiş, cavabdeh tərəfindən icarə haqqının ödənilməsi həmin vaxtdan etibarən dayandırılmışdır. Dəfələrlə avtomobili cavabdehdən tələb etməyinə baxmayaraq o, avtomobili təhvil verməkdən yayınmışdır. Bu barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 2022-ci ilin avqust ayında cavabdeh ona qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsində guya avtomobilin alqı-satqı əsasında həyat yoldaşı Rəşid İmanovdan 54000 manat ödəməklə əldə etdiyini göstərmiş, avtomobilin onun mülkiyyətinə keçirilməsi üçün müqavilə öhdəliklərinə əməl etməyi ilə bağlı məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə baxılaraq xx.xx.2022-ci il tarixli 2(009)-1386/2022 saylı qətnamə ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Cavabdehtərəfindən göstərilən halların həqiqətə uyğun olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli 2(103)7045 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)7045 saylı qətnaməsindən kassasiya sikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan "X11 CDİ" markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsindədir. Dəfələrlə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq avtomobili tələb etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-225/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək, Cavabdeh ''X11 CDİ'' markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)- 225/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02 fevral 2018-ci il tarixdə İddiaçı mülkiyyətində olan, iddiaçının əri - mərhum X4 baş etibarnamə ilə idarə etdiyi 2007-ci il buraxılışlı ’’X11 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili 31800 ABŞ dolları ekvivalentində 54000 manata 4 il müddətinə hər ay aym14-ü günü 600 ABŞ dolları ekvivalentində 1020 manat pulu X6 ödəməyi razılaşıb həmin avtomobili etibarnamə ilə almışdır. Bu barədə həmin tarixdə satıcı mərhum X7 ilə razılaşma müqaviləsi də tərtib edərək, hər iki tərəf imzalamışdır. Bundan sonra mərhum X4 təklifi ilə mənə məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili 11500 manata razılaşaraq kreditlə aldığı ”X11CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtommobilin ilkin ödənişi kimi baş etibarnamə ilə X6 vermişdir. Daha sonra X7 ilə 13 iyun 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda həmin ’’X11 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili sonradan asan sənədləşdirmək məqsədiilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit borc müqaviləsi imzalamışlar. Həmin kredit müqaviləsinə əsasən hər ay 600 ABŞ dolları məbləğində pulu X6 ödəcəyini öz öhdəsinə götürmüş və həmin öhdəliyə tam əməl etmişdir. O, İddiaçı əri, mərhum X3 kreditlə aldığı “X11 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri kimi 12 ay 1020 manatdan 12.240 manat 36 ay 850 manatdan 30600 manat nağd şəkildə X6 pul ödəmiş, 11500 manat pulun əvəzinə isə özünə məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E 220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili iddiaçının əri X6 ilkin ödəniş əvəzinə vermişdir. Beləliklə də, onun və iddiaçının əri X7 ilə aralarında bağlanmış razılaşma müqaviləsinə əsasən və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə tam əməl edilməsi nəticəsində o, faktiki olaraq 54340 manat məbləğində pul ödəmişdir. Müqavilə şərtlərinə uyğun olaraq o, 1 il 6 ay ərzində aylıq ödəniş pulunu şəxsən mərhum X4 özünə vermişdir. Sonradan aylıq ödəniş pulunu X4 özünün tapşırığına əsasən onun dostu Bakı şəhərində yaşayan Çingiz adlı şəxsə hər ay vaxtında ödəmişdir. Çingiz adlı şəxs təxminən 2021-ci ilin sentyabr ayında vəfat etmişdir. Bu zaman X7 ona zəng edərək aylıq ödəniş pulunu dostu Zeynala verməyini tapşırmışdır. O, bundan sonra 5 ay aylıq ödəniş pulu olan 850 manat pulu hər ay Zeynal adlı şəxsə ödəmişdir.O, axırıncı dəfə 2022-ci ilin fevral ayında olan axırıncı ödənişi olan 850 manat pulu İddiaçı özünə dayısı X1 və iddiaçının kürəkəni özünü polis əməkdaşı kimi təqdim edən Ceyhun adlı şəxsin iştirakları ilə vermiş və iddiaçıya bildirmişdir ki, avtomobilin dəyərini müqavilədə göstərilən qaydada və müddətdə tam olaraq ödəmişdir. İddiaçı əri X7 ilə aralarında bağlanmış 2018-ci il tarixli razılaşma müqaviləsinin “satıcının hüquq və vəzifələri”nin 1-ci bəndinə əsasən satıcı ’’X11 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili və müqavilə şərtləri ilə müqavilə müddəti bitdikdən sonra alıcıya satmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı hüquqi varisi olduğu əri X4 vəfat etdiyini 5 ay ərzində ondan gizlətmiş, ərinin ölümündən sui-istifadə edərək əsassız varlanmaq məqsədi ilə ilkin ödəniş kimi ona məxsus olan 2002-ci il buraxılışlı “Mercedes BENZ E 220 CDİ” markalı AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobilini 11500 manat pul əvəzinə razılaşıb X6 xx.xx.2018-ci il tarixdə rəsmi olaraq baş etibarnamə ilə verdiyini nəzərə almaqdan imtina edir, əsassız varlanmaq məqsədi ilə qanunsuz və əsassız olaraq əlavə 9500 ABŞ dolları məbləğində pul tələb edir. O, müqavilənin şərtlərinə əsasən ’’X11 CDİ” markalı AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyərini vaxtında və tam ödəsə də, İddiaçı həmin avtomobilin onun adına rəsmiləşdirilməsini təmin etməməklə müqavilə öhdəliklərini pozmuş və lazımi qaydada icra etməmişdir. Halbuki o, İddiaçı əri, mərhum X7 ilə 02 fevral 2018-ci il tarixdə bağlanmış müqavilənin və 13 iyun 2018-ci il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunda ’’X11 CDİ” markalı AZ ** ZV *** nömrə nişanlı avtomobili sənədləşdirmək məqsədiilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin şərtlərinə vaxtında və tam əməl edərək müqavilə şərtlərində göstərilmiş 54060 manat əvəzinə X6 faktiki olaraq 54340 manat məbləğində, yəni müqavilədə nəzərdə tutulan məbləğdən 280 manat artıq pul ödəmiş və aylıq ödənişlə əlaqədar onların aramsında bir dəfə də olsun narazılıq və gecikmə halı olmamışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə də məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(020)-225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1386/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7045 saylı qətnamələrindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı ''müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair'' iddiası təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Səbail Rayon Məhkəməsinin adıçəkilnə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 182.2-ci maddəsinin tələbinə görə daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğlurlanmışsa və ya iradəsinə zidd olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə görə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün ipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2-ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır, bu səbəbdən həmin əmlakla bağlı alğı-satqı və həmin nəqliyyat vasitələri üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Ona görə də əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət olunması vacib şərtdir. MM-in 650-ci maddəsinin tələbinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb olunan daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyini nəticəni qanunauyğun hesab edərək aşağıdakıları qeyd edir. İşin müəyyən edilmuiş faktiki halları bundan ibarətdir ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ''X11 CDİ'' markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olmuş, iddiaçı mübahisəli avtomobili cavabdehdən tələb etmiş, cavabdeh isə avtomobili iddiaçıya təhvil verməmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsində İddiaçı qarşı ''müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair'' iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1386/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilməmiş, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7045 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş və Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(103)-7045 saylı qətnaməsində mövqeyini onunla əsaslandırmışdır ki, “X11 CDİ” markalı ** ZV *** nömrə nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir və avtomobil mülkiyyətçi tərəfindən Cavabdeh istifadə etmək üçün verilmişdir. İş materiallarında olan X7 ilə Cavabdeh arasında bağlanmış 2018-ci il tarixli müqaviləyə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilə dəqiq müəyyən edilmiş tarix göstərilməməklə bağlanılmış və müqavilənin şərtlərinə əsasən Cavabdeh aylıq 600 ABŞ dolları ödəməklə “X11 CDİ” markalı ** ZV *** nömrə nişanlı avtomobili əldə etmək barədə X7 ilə razılaşmışdır. Sözügedən müqavilə notarial qaydada bağlanmamış və müqavilənin bağlanma tarixi tam qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, “X11 CDİ” markalı ** ZV *** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında X6 deyil, İddiaçı məxsus olmuşdur. Buna görə də, X4 ona məxsus olmayan əmlakın alqı-satqısı barəsində bir başqa şəxslə hər hansı bir razılıq əldə edə bilməsi mümkün deyildir. Belə ki, iş materiallarında X4 belə bir hüquqa malik olmasını təsdiq edə biləcək hər hansı bir sübuta rast gəlinmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında plenum izah edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki dəlillərinə münasibət bildirirək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7045 saylı qətnaməsində göstərilmişdir ki, “iddiaçı ərizəsində qarşı tərəf ilə razılaşdırılmış məbləği tam ödədiyini göstərsə də, bu məqamı təsdiq edə biləcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir”. Yəni bu hal mövcud qətnamə ilə öz əksini tapmışdır və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadən bildirir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Yuxarıdakıları ümumiləşdirirək məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınar əmlakı cavabdeh alqı-satqı müqaviləsi ilə özününküləşdirdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə də, belə bir müqavilənin mövcudluğu, həqiqiliyi öz təsdiqini tapmamışdır. Həmin qətnamə preyudusial əhəmiyyətə malikdir və orada müəyyən edilən hallar artıq mübahisələndirilmir və yenidən araşdırılmır. Mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir və cavabdeh həmin avtomobili qanunsuz şəkildə ələ keçirməklə iddiaçını öz əmlakına sahib olmaqdan məhrum etmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və həmin şikayət formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)- 225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(020)-225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1281/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1281/2024
02.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver