Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1286/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasına gəlmədiyindən, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi X3 ərizə ilə müraciət edərək iş üzrə baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə mülki iş üzrə baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə iddiaçının nümayəndəsi X2 ərizəsi təmin edilməmişdir. Qeyd edilən qərardaddan narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu şikayət verərək Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadının ləğv edilməsini və mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1085/2020 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1085/2020 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, İddiaçı ASC, tərəfindən vermiş olduğu şikayətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadının alınma tarixini “xx.xx.2024-cü il” kimi göstərmiş, həmin qərardaddadan şikayəti isə xx.xx.2025-ci il tarixdə, təxminən 5 ay sonra elektron kabinet vasitəsilə verilmişdir. Yəni İddiaçı ASC sözügedən qərardaddan şikayəti şikayət vermə müddətini ötürməklə vermişdir. Azərbaycan Respublikası MPM-nin: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş şikayət şikayət vermə müddəti ötürüldüyündən qeyri-mümkün hesab edilməli, MPM-nin 357-363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268, 400- 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1085/2020 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialı şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1286/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1286/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver