Məhkəmə qərarları › İş №2(106)-129/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-129/2023

29.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-129/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Z.Nəcəfovun iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən tikinti işlərinin aparılması üçün maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə Z.Nəcəfovun iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-171A, KOD 60700108 saylı şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 34,4kv.m həyətyanı torpaq sahəsindən çıxarılmaları, iş üzrə ekspertiza dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti vermişlər. İşinhalları Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli qərarı ilə X5 və onun ailə üzvlərinə Beyləqan rayonu Eyvazallar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən JN-171A nömrəli şəhadətnamə verilmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1998-ci il tarixli qərarı ilə Cavabdeh1 Beyləqan rayonu Eyvazallar kəndində 0.14 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onun adına mülkiyyət hüququnu təsdiq edən JN-172A nömrəli şəhadətnamə verilmişdir. X7 iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin 1.5 metr enində 15 metr uzunluğunda olan hissəsindən çıxarılmaları, daş hasar tikilməsi işlərinin aparılması üçün maneənin aradan qaldırılmaqla qeyri-qanuni müdaxilənin qadağan edilməsini xahiş etmişdir. İddiaçı sonra tələbini dəqiqləşdirmiş, mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 34,4 kv.m hissəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsini hasara almaq istəyir, lakin cavabdehlər ona hasar çəkməyə imkan vermirlər, torpağını zəbt etmişlər. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin 34.4 kv.m hissəsini zəbt etmişlər. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməmiş, izahatlarında iddiaçının torpaq sahəsini zəbt etmədiklərini göstərməklə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddianı təmin edərkən, iş materiallarına əlavə edilmiş sənədlərə əsaslanmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, ekspertizanın rəyi əsassızdır. Rəydə torpaq sahəsinin enindən və uzunluğundan, hansı cavabdeh tərəfindən neçə metr məsafənin zəbt olunması konkret olaraq müəyyən olunmamışdır. Mübahisənin əsas səbəbi odur ki, sənəddə iddiaçının evi ilə sərhəd nöqtəsi arasında məsafə görünür. Həqiqət isə odur ki, iddiaçının evi ilə sərhəd nöqtəsi naturada öz əksini tapmır. Çünki iddiaçı vaxtı ilə torpaq itkisinə yol verməmək üçün öz evinin həm də hasarı əvəz etməsinə nail olmuşdur. İndi isə sənəddən istifadə etmək məqsədini qarşısına qoymuşdur. Bu hala isə ekspert rəyində ümumiyyətlə toxunulmamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinin dəlillərini etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan hissəsindən cavabdehlərin çıxarılmasını tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının qanuni mülkiyyətində (istifadəsinə) olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsində “X3” MMC-nin 05 may 2022-ci il tarixli, 66 saylı rəyi alınmışdır. Həmin rəyə görə, X4 mülkiyyətində olan Beyləqan rayonu Eyvazalılar kəndini kompleks Yer Quruluşu layihəsi əsasında kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində Beyləqan rayonu Eyvazalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın torpağın mülkiyyətə verilməsinə dair JN-171A, KOD 60700108 saylı olan şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Naturada və eləcə də kameral şəraitdə DWG məlumatları əsasında aparılan tədiqiqat nəticəsində JN-171A şəhadətnaməsinin və həmçinin JN-172A şəhadətnaməsinin planına uyğun olaraq Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın torpağın mülkiyyətə verilməsinə dair JN-171A, KOD 60700108 saylı olan şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin qərb tərəfində yerləşən fərdi yaşayış evinin arxa hissəsindən 34.4 m2 hissəsinin cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsi ilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Apellyasiya baxışında iş üzrə müvafiq mütəxəssis rəyi alınmış, məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/3167 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi alınmış, Beyləqan rayonu Eyvazallar kəndi ərazisində X4 və ailə üzvlərinin mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin koordinatları və Cavabdeh1 mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Rəyə görə, X4 və ailə üzvlərinin mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsinin koordinatları sənəd üzrə üst-üstə düşmür. Cavabdeh1 tərəfindən iddiaçıya məxsus 0.15 ha torpaq sahəsinin 61.88 kv.m hissəsi istifadə olunur. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. İddiaçı tələbində qanuni mülkiyyətində olan həyətyanı sahənin 34,4 kv.m hissəsindən cavabdehlərin çıxarılmasını tələb etmişdir. Kollegiya hesab edir ki, iddia, iddiaçının tələbi həcmində təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək, qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(020)-16/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar