Məhkəmə qərarları › İş №2(106)-129/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-129/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-129/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 və digər nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70.000 (yetmiş min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 300 (üç yüz) manatın, cəmi 70.300 (yetmiş min üç yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən 15-20 ildir ki, tanıyır, əvvələr münasibətləri həmişə yaxşı olmuşdur. Sübhan mebel satışı ilə məşğul olur. Sübhan dəfələrlə ondan borca pul alıb qaytarmışdır. 2021-ci ilin may ayında idarə etdiyi oğlu Davud Orucovun adına olan “Mersedes” markalı yük avtomobilini yeni yük avtomobili almaqdan ötrü 60.000 manata satmış, Almaniya Respublikasından 3 ay sonra gələcək “Mersedes” markalı təzə model yük avtomobilini almağı planlaşdırmışdır. Bu barədə məlumatı olan Sübhan ondan xahiş etmişdir ki, həmin pulu üç ay müddətinə, yəni yeni avtomobil gələnə kimi ona versin. O, həmin 60.000 manatı öz ticarət dövriyyəsinə əlavə edib 3 ay ərzində xeyli miqdarda gəlir əldə edəcəyini, bunun müqabilində ona hər ay 3.000 manat verəcəyini bildirmişdir. O da Sübhanın bu xahişi yerinə yetirib, 60.000 manat pulu 2 dəfəyə olmaqla ona nağd qaydada vermişdir. Sübhan pulu alandan sonra ilk üç ay ərzində qazancdan hər ay ona 3.000 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayında şifahi razılaşdıqları kimi o, Cavabdeh ona verdiyi 60.000 manatı tələb etmişdir. Sübhan ona sentyabr ayının sonunda pulu verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə oktyabr ayının sonunadək pulunu ona verməmişdir. 2021-ci il oktyabr ayının sonunda Sübhan ona bildirmişdir ki, bankdan kredit götürmüşdür, ödəməkdə gecikməsi olduğu üçün ona yeni kredit verilməyəcəkdir. Ona görə də ona bildirmişdir ki, ona 10.000 manat pul tapıb versə o, həmin pulu banka ödəyəcək və adına olan kreditdə problem yaranmayacağı üçün ona ayrılmış kredit xətti üzrə bankdan əlavə 150.000 (yüz əlli min) manat da kredit götürə biləcək və götürəcəyi həmin kreditdən ona olan 60.000 manat əvvəlki borcu və verəcəyi əlavə 10.000 manat da olmaqla cəmi 70.000 manat pulu 2021-ci il dekabr ayının sonunda verəcəkdir. O, əlacsız qalıb bu təkliflə razılaşmış, 2021-ci ilin noyabr ayında 10.000 manat pulu tanışı X1 yanında Cavabdeh vermişdir ki, aparıb bankdakı məsələsini həll etsin və dekabr ayında götürəcəyi 150.000 manat kredit pulundan ona olan 70.000 manat borcu ödəsin. Sübhan 10.000 manat pulu ondan alandan sonra mağazadakı dəftərdə öz xətti ilə qeyd etmişdir ki, ona 70.000 manat borcu vardır. Dekabr ayının sonunda o, Cavabdehlə əlaqə saxlayıb borcunu qaytarmasını tələb etmiş, Sübhan isə ona bildirmişdir ki, bankdan götürdüyü əvvəlki kreditə görə gecikmə olduğu üçün ona yeni kredit verməkdən imtina etmişlər. O, o zaman Sübhandan tələb etmişdir ki, sonuncu dəfə verdiyi 10.000 manatı və əvvəlki verdiyi 60.000 manatın heç olmasa yarısını ona qaytarsın. Sübhan isə ona cəmi 1.000 (bir min) manat pul verib dedi ki, bu ay onun qazancından ona düşən hissədir. Sübhan 70.000 manat borcu imkan daxilində qısa müddət ərzində qaytarmağa söz vermişdir. Amma hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldadıb bu günə kimi pulunu qaytarmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, Sübhandan ona olan borcunu tələb etdiyi zamanlarda Sübhan ona "İrşad Electronic”-in ona vermiş olduğu icra haqqının köçürülməsi ilə bağlı kartı verib bildirmişdir ki, bu karta hər ay 5500 manat pul köçürülür, hər ay həmin vəsaiti oradan çıxaracaqsan, mən də əlavə hər ay 10000 manat sənə verəcəm, bu yolla borcu bağlayaq. O, Sübhanla bu barədə razılaşdıqdan sonra növbəti ay kartdan pulu çəkmək istədikdə kartda pul olmadığını görüb Sübhana müraciət etmiş, Sübhan ona pulun yəqin vergi tərəfindən tutulmasını, gələn ay çıxara biləcəyini bildirmişdir. Növbəti ay yenə pul çıxara bilməmiş, Sübhanın geci çıxarmasını, pulu bankın çəkməsini bildirmişdir. Sonradan maraqlanmış, məlum olmuşdur ki, Sübhan kartı bloklayıb. O, kartdan ilk əvvəllərdə bir dəfə Sübhanın oğlu vasitəsi ilə 3500 manat pul çıxarılmış, Sübhan həmin puldan ona 1000 manat vermiş, qalan 2500 manat pulu isə banka olan borcu ilə əlaqələndirib özü götürmüşdür. Hazırda həmin kartı məhkəməyə təqdim edir. Dəfələrlə pulunu Sübhandan istədikdə Sübhan hələ gözləməsini, pulu olan kimi borcunu verəcəyini bildirmişdir. Hətta bu barədə səs yazıları da vardır. Həmin yazıları CD diskə köçürüb məhkəməyə təqdim etmişdir. Səs yazıları bu ilin yanvar ayına aiddir. Səs yazıları yazılanda Sübhana ondan şikayət etmək istəmədiyini bildirmiş, pulunu qaytarmasını tələb etmişdir. Sübhan isə ilk vaxtlarda gözləməsini, daha sonra isə hara istəyirsə müraciət edə biləcəyini bildirmişdir. Səs yazısında həmçinin o, Sübhana 2023-cü ilin yanvar ayına kimi ona 21000 manat pul ödədiyini bildirmişdir. Həmin pul da Sübhanın borc alarkən ona qazancından verəcəyi ilə bağlı verdiyi vədlə əlaqədar qazancdan etdiyi ödənişlər olmuş, borca heç bir aidiyyəti olmamışdır. Sübhan borcu ödəməkdən imtina etdikdən sonra o, ortaq tanışları olan Sabirabad RPŞ-də rəis müavini işləyən Aqşinə müraciət etmiş, Aqşin Sübhanla bu barədə söhbət etmiş, Sübhan mart ayına kimi borcunu bağlayacağını bildirmişdir. Bundan sonra o, Mart ayına kimi gözləmiş, Sübhan vədinə əməl etmədiyi, onu yenə də aldatdığı üçün məhkəməyə müraciət etmişdir. Sübhan Aqşinə də ona 70000 manat borcu olmasını etiraf etmişdir. Hətta o, fevral ayında polis şöbəsinə ərizə ilə müraciət etdiyi zaman izahatı alınarkən də ondan borc almasını etiraf etmiş, guya ona 68000 manat qaytarmasını bildirmişdir. Lakin o, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Tələb etdiyi 70000 manatdan əlavə o, cavabdehə onunla şərik işləyən Seyiddürrə adlı xanımın xahişi əsasında 8000 manat pulu digər bir şəxsdən alıb cavabdehə borca vermiş, cavabdeh həmin vəsaitin digər şəxsdən götürüldüyünü bildiyi üçün həmin borcu ödəmişdir. Cavabdehin istinad etdiyi ödənişlər də həmin borcla bağlı olmuşdur. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiaçının izahatının məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, Sakiti uzun illərdir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. O, əvvəllər də iddiaçıdan borc pul almış və qaytarmışdır. xx.xx.2016-cı ildə o, iddiaçıdan 1000 manat pulu faizlə almış, pulu verərkən iddiaçı 600 manatı faizə çıxıb ona 9400 manat pul vermişdir. Bundan sonra 2020-ci ildə o, iki dəfə olmaqla yenə iddiaçıdan 10000 manat faizlə pul götürmüş, hər həfəsində iddiaçı puldan 600 manat faiz pulu olaraq götürüb ona 9400 manat pul vermişdir. Pul götürdükdən sonra o, cavabdehə 4 dəfə hər ay 3500 manatdan olmaqla faiz qismində pul ödəyib. Sonradan iddiaçı ondan onu işinə şərik qoşmasını tələb etmiş, o, razılaşmamış, bundan sonra iddiaçı faizi qaldırmışdır. O, 30000 manat pulu tam qaytara bilmədiyi üçün hər ay 3500 manat ödəyib. Sonradan imkanı olmadığı üçün hər ay 3000 manatdan ödəniş etmiş, 10 dəfəyə iddiaçıya 30000 manat pul vermişdir. Bundan əlavə isə, iddiaçıya 1 dəfə 2000 manat, 1 dəfə isə 1500 manat ödəniş etmişdir. O. bu barədə dəftərində də qeydiyyat aparmışdır. Həmin dəftəri tədqiq edilməsi üçün məhkəməyə təqdim edir. Pandemiya zamanı ödəniş edə bilmədiyi üçün iddiaçı ondan “İrşad”-a məxsus icarə haqqı kartını istəmiş, o, kartını iddiaçıya vermişdir. Kartı verməmişdən əvvəl o, iddiaçıya vergi və bank borcu olması ilə əlaqədar pulun kartdan silinməsini bildirmişdir. Karta bir dəfə 5500 manat pul köçmüş, iddiaçı onun oğlu Röyalla gedib həmin vəsaiti çıxarmış, 2000 manatını iddiaçıya vermiş, 3500 manatı isə özü götürmüşdür. Onun tələb edilən məbləğdə iddiaçıya borcu yoxdur. Bu günə kimi o, təxminən iddiaçıya 50000 manat pul ödəmişdir. Onun olsa-olsa iddiaçıya 18000-20000 manat borcu qala bilər. İddiaçı ilə aralarında olan borcla bağlı onda da səs yazıları vardır. Orada da iddiaçı ondan 21000 manat almasını etiraf etmişdir. Təklifi odur ki, iddiaçı ona edilmiş ödənişləri hesablasın, hesabladığı məbləği verdiyi borcdan çıxsın və yerdə qalan məbləği o, ödəsin. Ona görə də o, iddianın qismən, yəni 18000-20000 manat civarında təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 Cavabdeh ilə eyni məzmunlu izahat verərək, cavabdehin əslində iddiaçıya heç bir məbləğdə borcu qalmadığını, faizlə verilmiş pulun artıqlaması ilə iddiaçıya qaytarıldığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 70.000 (yetmiş min) manat borc və dövlət rüsumu kimi ödədiyi 300(üç yüz) manat olmaqla, cəmi 70.300 (yetmiş min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 3 dəfə olmaqla 10.000 manat almışdır və hər dəfə aldığı zaman 600 manat faiz götürərək cəmi 9.400 manat pul vermişdir. Bundan əlavə 2.000 min manat pulu övladı Röyal öz kart hesabından çıxardaraq iddiaçıya ödəmişdir. İddiaçı guya ki, Dürrə adlı bir xanımın xahişi ilə ona verdiyini bildirmişdir. Lakin Dürrə xanım məhkəmə zalında dindirilmiş və belə bir şey olmadığını və Sübhanı tanımadığını söyləmişdir. Sabirabad Rayon Polis Şöbəsinin 05.02.23-cü il tarixli qərarından da görünür ki, Cavabdeh iddiaçıdan 28.200 manat pul almışdır. Bu borcun əvəzi və faizi olaraq iddiaçıya 68.500 pul qaytarmışdır. Bundan başqa məhkəmədə iddiaçının verdiyi sübut kimi iş materiallarına əlavə olunan diskə qulaq asdıqda məhkəmədə uca səslə eşidilir ki, iddiaçı bu borcdan 21.000 qaytarıldığını etiraf edir. Məhkəmədə cavabdehin nümayəndəsi kimi o, çıxış edərək iddiaçıya bu sualı yönləndirmiş və dəfələrlə 21.000 manatı iddiaçı Sübhandan aldığını qeyd etmişdir. Bundan başqa cavabdehin oğlu Röyal məhkəmə zalında şahid kimi dinlənilmiş və bildirmişdir ki, kartdan 2000 manat pulu çıxardıb iddiaçıya verib iddiaçıda bu pulu aldığını qeyd etmişdir. Bildirmək istəyir ki, Sabirabad Rayon Məhkəməsinin çıxardığı qətnamə əsassızdır, belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sübutda 21.000 manatı iddiaçıya geri qaytardığını etiraf etmişdir. Qətnamədən eyni zamanda cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birincisi ona görə ki, Sabirabad rayon Polis şöbəsinin 05 fevral 2023-cü il tarixli, HK- 1/261 nömrəli toplanmış material üzrə qərardan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt İddiaçı izahatında göstərmişdir ki, Sabirbad rayon sakini Cavabdeh uzun illərdir tanıyır. Sübhanla əvvəllər münasibətləri yaxşı olmuş, əvvəlki illərdə Sübhanın mebel dükanına şəxsi yük avtomobili ilə Bakı şəhərindən mebel gətirmişdir. Onun Mercedes markalı avtomobili olmuş, 2021-ci ilin may iyun ayında avtomobili satıb, Almaniya Respublikasından əlavə yük avtomobili almaq istəmişdir. Həmin vaxt onun 60.000 manat pulu olmuş və avtomobili almağa sifariş vermişdir. Həmin ərəfədə Sübhan onu çağırtdırmış, mebel dükanının binasını böyütmək üçün puldan ehtiyacı olduğunu demişdir. O, da Sübhana avtomobil sifariş verdiyini 3 ay ərzində ona yük avtomobili gələcəyini bildirmiş, lakin Sübhan avtomobilin pulunu istəmiş və qazancından hər ay 3000 manat pul verəcəyini dediyinə görə Sübhana inanmışdır. İlk dəfə 10.000, sonra 30.000, 20.000 manat Sübhana pul vermişdir. Həmin ildə Sübhan ona qazanc kimi 1000, 2000, 3000 və sair manat pul verməklə, təxminən 15.000 manat pul vermişdir. 2021ci ilin oktyabr ayında Sübhandan pulu geri istəmiş, lakin Sübhan dekabr ayında bankdan 150.000 manat kredit götürüb qaytaracağını söz vermiş və əlavə 10.000 manat pul alaraq köhnə krediti bağlatdırmaq fikirində olmuşdur. Lakin, Sübhan bankdan kredit götürə bilməmiş, 70.000 manatı qaytarmaqla əlaqədar ona İrşadkoma məxsus kart vermiş, kartdan hər ay 5500 manat pul çıxaracağını, hər dəfəkartı bankomata salaraq pulu çıxarmaq istəsə də, kartda pul olmamışdır. Sübhan ona vergi, yaxud da kreditə çıxıldığını demişdir. Buna baxmayaraq o, Sübhana verdiyi əvvəlki 70.000 manatı, sonrakı 10.000 manatı geri ala bilmədiyinə görə məcbur olub polis şöbəsinə müraciət etmişdir. O, Sübhana faizlə pul verməmiş, sadəcə olaraq Sübhan ona müraciət etmişdir. O, Sübhana faizlə pul verməmiş, sadəcə olaraq Sübhan ona qazancından əldə etdiyi pulları vermişdir. İkincisi ona görə ki, Sabirabad rayon Polis şöbəsinin 05 fevral 2023-cüil tarixli, HK1/261 nömrəli toplanmış material üzrə qərardan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Cavabdeh və şahid kimi dindirilmiş X3 izahat vermişlər. Beləliklə torplanmış materialla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 20 il münasibətləri yaxşı olmuş, bu münasibətlə aralarında pul alış-verişi hətta əvvəlki illərdə aralarında borc pul məsələsi də olmuşdur. 2021-ci ildə İddiaçı Cavabdeh 70.000 manat borcmüqabilində pul versə də, təhqiqat zamanı müəyyən edilmişdir ki, SübhanƏliyev 2020-ci ilin yanvar ayında İddiaçı 50.000 manata faizlə pul götürmüş, həmin ayda və sonrakı aylarda eyni zamanda 2021- 2022-ci ildə Cavabdeh İddiaçı hər ay 3000 manat pul qaytarmışdır. Üçüncüsü, iş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi audiyo səs yazısı qanunsuz olaraq əldə edilmiş səs yazısıdır. Belə ki, həmin səs yazısından iş üzrə Cavabdeh məlumatı olmadığı açıq aşkar bilinir. Belə ki, xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehi səsləmiş, gəlmiş, salamlamışlar, iddiaçı ayın 8-ni deməsini xatırlatmış, cavabdeh ona dünən dostunun qardaşlığının gəlməsini demiş, iddiaçı niyə gəlməsini soruşmuş, cavabdeh “sən yollamışdın” deyə cavab vermiş, iddiaçı allaha and içərək inkar etmiş, cavabdehə “demişdin 8-i gəl, ver də pulu” demiş, cavabdeh müsbət cavab vermədiyi üçün iddiaçı “sənə demişdim də yalan deyirsən 8-i olacaq 15-i, 15-i olacaq 20si, 20-si olacaq 30-u. Demişdim də belə davam edəcək 2021-ci ilin sentyabr ayında bu belə davam edir”, cavabdeh imkanı olmadığını, televizor alanın gəlin pulunu istədiyini, malları nisyə buraxdığını bildirmiş, iddiaçı bunların ona maraqlı olmadığını, əli ilə ona 70000 manat verdiyini, pulunun dalınca gəldiyini, cavabdeh ona 50000 borcu olduğunu bildirmiş, iddiaçı niyə 50000 olduğunu, il yarımdır əsir qaldığını, 20000-in hara getdiyini soruşmuş, o pulun ona haram ola biləcəyini, həmin pulun ailəsinin qazancı olduğunu bildirmiş, həmin pulu alarkən ona işləyib qazancından da pul verəcəyini deyib-demədiyini soruşmuş, cavabdeh “demişdim, ama sən də mənə ziyan vurdun” deyə cavab vermiş, iddiaçı ona nə ziyan vurduğunu, nə qədər ziyan vurduğunu, vurduğu ziyanı deməsini, vurmuşdursa ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh “sən özün bilmədin” deyə sual etmiş, iddiaçı allaha and içərək bilmədiyini bildirmiş, dalınca bu fırıldağın işləməyəcəyini, əli ilə ona 70000 pul verdiyini, aralarında dəftər olduğunu, ora yazıldığını bildirmiş, cavabdeh isə ona 50000-60000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş, cavabdeh isə 30000-40000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu qeyd etdiyini bildirmiş, iddiaçı ondan dəftərini açmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinə razılıq ifadə etməmiş, iddiaçı onun pulunu kimsənin yeyə bilməyəcəyini bildirdikdən sonra cavabdeh yeyə biləcəyini, kimə istəyirsə şikayət edə biləcəyini iddiaçıya bildirmişdir. İşdən görünür ki, məhkəmə Sabirabad rayon Polis şöbəsinin 05 fevral 2023-cüil tarixli, HK-1/261 nömrəli toplanmışmaterialın tədqiq edilməsi üçün iş üzrə cavabdeh, onun nümayəndəsi və vəkili tərəfindən Sabirbad rayon PŞ-dən gətirilməsini tələb etsədə, məhkəmə qərəzli olaraq həmin materialın gətirilməsində maraqlı olmamışdır. Halbuki, həmin material işin tam, obyektiv və hərtərəfli baxılmasının əhəmiyyəti vardır. Qeyd edir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktın ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). İş materiallarından görünür ki, məhkəmə tərəfindən qanunsuz yolla əldə edilmiş səs yazısını qanuni yolla əldə edilməsi qənaətinə gəlsədə, bunu əsaslandıra bilməmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qeyd edir ki, əgər məhkəmə həmin səs yazısını qanuni və əsaslı hesab edirdisə, o zaman həmin səs yazısında iş üzrə İddiaçı ilə Cavabdeh arasında olan səs yazısında ......cavabdeh isə ona 50000-60000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş və sair...... olan səs yazına heç bir münasibət və hüquqi qiymət verməmişdir. Yuxarıda göstərilən işin faktiki hallar və sübutlar əsasında yenidən araşdırılmalı, onlara hüquqi qiymət verilərək Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)- 708/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və digər nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə onun arasında pul haqq-hesabı olmuşdur. O, iddiaçıdan pulları faizə götürmüş və artıqlaması ilə ödəmişdir. Sabirabad RPŞ-də olmuş, orada izahat vermişdir. Polis şöbəsində ona təzyiq edilərək izahatı alınmışdır. Polis şöbəsində 50000 manat borcunun olması barədə izahat vermiş və həmin izahatın onun sözləri ilə yazıldığını təsdiq etmiş və imzalamışdır. Polis tərəfindən çıxarılan qərardan şikayət etməmişdir. Həmçinin göstərmişdir ki, işdə olan CD diskdə olan xx.xx.2023-cü il tarixdə olan danışıq onunla Sakit arasında olmuşdur. Bu danışıqların Sakitlə onun arasında baş tutmasını təsdiq edir. Həmin danışıqlarda Sakitə hörmət edib artıqlaması ilə 50000 manat borcunun olmasını demişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehlə şərik olmuşdur. Diskdəki səs yazısında cavabdehin ona 21000 manat pul verməsini demişdir. Həmin pul ümumi qazancdan ona çatası pul olmuşdur. Cavabdehin oğlu Röyalın kartdan pul çıxararaq ona verdiyi 2000 manat da 21000 manatın içində olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndələri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdirlər. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutlara əsasən iddia tələbini təmin etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, habelə mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh 70000 manat borc verməsi ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərarda olan Cavabdeh izahatının məzmunundan görünür ki, o, İddiaçı 20 ildir tanıyır. O, Sakitdən 2020-ci ildə faizlə pul almış, Sakitə 68500 manat pul qaytarmışdır. Sakit ona inanmadığı üçün “İrşad”ın kartını Sakitə vermişdir. - Məhkəməyə iddiaçı tərəfindən tərəflər arasında danışığı əks etdirən CD-disk təqdim edilmiş, həmin disk tərəflərin, nümayəndə və vəkillərinin iştirakı ilə tədqiq edilmiş, tədqiq edilərkən xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehdən ona pul veribverməyəcəyini soruşmuş, cavabdeh ayın 8-i gəlməsini bildirmiş, iddiaçı ayın 8-i nə dəyişəcəyini soruşmuş, cavabdeh olacağını bildirmiş, iddiaçı ona “krupnı” pul verdiyini, keçən ay 20000 verəcəyini dediyini, vermədiyini, xəstəsi olduğunu, pula ehtiyacı olduğunu bildirmiş, neçə vaxtdır ona pul verdiyi, ala bilmədiyini, ona məhkəməyə düşübdüşməmələrini sual etmiş, cavabdeh “düşək də” deyə cavab vermiş, daha sonra “70000 sənə əlimlə pul vermişəm, uje polisə düşürəm” deyə bildirmişdir. - xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehi səsləmiş, gəlmiş, salamlamışlar, iddiaçı ayın 8-ni deməsini xatırlatmış, cavabdeh ona dünən dostunun qardaşlığının gəlməsini demiş, iddiaçı niyə gəlməsini soruşmuş, cavabdeh “sən yollamışdın” deyə cavab vermiş, iddiaçı allaha and içərək inkar etmiş, cavabdehə “demişdin 8-i gəl, ver də pulu” demiş, cavabdeh müsbət cavab vermədiyi üçün iddiaçı “sənə demişdim də yalan deyirsən 8-i olacaq 15-i, 15-i olacaq 20-si, 20-si olacaq 30-u. Demişdim də belə davam edəcək 2021 -ci ilin sentyabr ayında bu belə davam edir”, cavabdeh imkanı olmadığını, televizor alanın gəlin pulunu istədiyini, malları nisyə buraxdığını bildirmiş, iddiaçı bunların ona maraqlı olmadığını, əli ilə ona 70000 manat verdiyini, pulunun dalınca gəldiyini, cavabdeh ona 50000 borcu olduğunu bildirmiş, iddiaçı niyə 50000 olduğunu, il yarımdır əsir qaldığını, 20000-in hara getdiyini soruşmuş, o pulun ona haram ola biləcəyini, həmin pulun ailəsinin qazancı olduğunu bildirmiş, həmin pulu alarkən ona işləyib qazancından da pul verəcəyini deyib-demədiyini soruşmuş, cavabdeh “demişdim, ama sən də mənə ziyan vurdun” deyə cavab vermiş, iddiaçı ona nə ziyan vurduğunu, nə qədər ziyan vurduğunu, vurduğu ziyanı deməsini, vurmuşdursa ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh “sən özün bilmədin” deyə sual etmiş, iddiaçı allaha and içərək bilmədiyini bildirmiş, dalınca bu fırıldağın işləməyəcəyini, əli ilə ona 70000 pul verdiyini, aralarında dəftər olduğunu, ora yazıldığını bildirmiş, cavabdeh isə ona 50000- 60000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş, cavabdeh isə 30000- 40000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu qeyd etdiyini bildirmiş, iddiaçı ondan dəftərini açmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinə razılıq ifadə etməmiş, iddiaçı onun pulunu kimsənin yeyə bilməyəcəyini bildirdikdən sonra cavabdeh yeyə biləcəyini, kimə istəyirsə şikayət edə biləcəyini iddiaçıya bildirmişdir. Apellyasiya baxışında Sabirabad Rayon Polis Şöbəsindən sorğu əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə materiallar əldə edilmişdir. Sabirabad rayonu, Qasımbəyli kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materiallara əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Cavabdeh izahatında qeyd edilmişdir ki, İddiaçıla aralarında pul söhbəti olub, Sakit ona əvvəlki illərdə pulu faizlə verib faizlə də qaytarmışdır. 2020-ci ilin yanvar ayının 2-də Sakitdən 10.000 manat faizlə pul iştəmiş, ona 10.000 manat versə də, 600 manat faizini götürüb 9400 manat nağd şəkildə pul vermişdir. xx.xx.2020-ci ildə yenə 10.000 manat pul verib 600 manat faizini götürüb 9400 manat nağd şəkildə vermişdir. Beləliklə xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də ayrı-ayrılıqda 10.000 manat pul verib faizini götürüb konkret olaraq Sakit ona 2020-ci ilin yanvar ayında 50.000 manat pul verib, amma verdiyi pulların qabaqcadan faizini götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə, qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda, onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud münasibətləri düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Qeyd edilməlidir ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə, müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında 70 000 manat məbləğdə pul vəsaiti ilə əlaqədar məhkəmə mübahisəsinə hüquqi qiymət verərkən həmin tələbin əsasında duran əsl münasibəti müəyyən etmək və daha sonra müvafiq dəyərləndirmə aparmaq lazımdır. Nəzərə alınmalıdır ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında pulun verilməsi ilə bağlı münasibətlər 2020-ci ilin əvvəllərində baş vermişdir. Buna görə də, adıçəkilən dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə, tərəflər arasında “borc” adlandırılan və tələb olunan 70 000 manat məbləğ üzrə diqqətə çatdırır ki, mübahisəli hüquq münasibəti 2020ci ilin sonlarında yaranmışdır. Həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd edilən normaların tələbindən də aşkar görünür ki, əqdlərin etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması tələb olunur. Ancaq İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə riayət etmədən vermişdir. Bu səbəbdən də, hazırkı iddia tələbinin MM-in 739-cu və 740-cı maddələrinə əsasən təmin edilməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verilməsi deməkdir. Apellyasiya baxışında tərəflərin izahatı və iş üzrə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 50 000 manat pul almasını etiraf edir. Belə ki, cavabdeh işə əlavə edilmiş xx.xx.2023-cü il tarixinə aid səs yazısında, həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda iddiaçıya 50 000 manat borcunun olmasını qeyd etmişdir. Cavabdeh həmin borc məbləğini artıqlaması ilə iddiaçıya qaytardığını bildirir. Lakin cavabdeh həmin borc məbləğinin tamamilə iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı özü də cavabdehə 70 000 manat məbləğində borc verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixinə aid cavabdehlə onun arasında baş tutmuş səs yazısında qeyd etmişdir ki, cavabdeh ona 21000 manat pul qaytarmış, 70000 manat borcu isə hələ də qalmaqdaqdır. Göründüyü kimi iddiaçı cavabdehə 70000 manat borc verməsini, cavabdeh isə iddiaçıdan almış olduğu 50000 manat pulu iddiaçıya geri qaytarmasını sübut edə bilməmişlər. Buna görə də kollegiya tərəflər arasında olan pul münasibətinə onların yuxarıda qeyd olunan sübutlardakı etirafedici izahatlarına əsasən hüquqi qiymət vermişdir. Beləliklə də kollegiya hesab edir ki, cavabdeh iddiaçıya 29000 manat (cavabdeh tərəfindən etiraf edilən 50000-iddiaçı tərəfindən qəbul edilən cavabdehin ona qaytardığı 21000 manat = 29000) məbləğində pul verməlidir. Şərh edildiyi kimi İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə 739-cu və 740-cı maddələrinə riayət etmədən vermişdir. Buna görə də kollegiya hesab edir ki, yuxarıda şərh edilənlərə əsasən cavabdeh iddiaçının hesabına qanuni və hüquqi əsas olmadan varlanmışdır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, Cavabdeh öz apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd” olunması haqqında qərarını sübut kimi qiymətləndirmişdir ki, həmin qərarda öz əksini tapmış onun imzalamış olduğu izahatla həmin vaxt tanış olmamış və izahatı ona təzyiq olunaraq imzalatdırmışlar. Bununla əlaqədar, kollegiya nəzərə çatırır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, həmçinin nümayəndə (vəkillə) təmsil olunmuşdur. Lakin apellyasiya baxışında özünün də qeyd etdiyi kimi Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd” olunması haqqında qərarını bu və ya digər şəkildə mübahisələndirməmişdir. Göründüyü kimi qeyd edilən Qərar nəticə etibarı ilə birinci instansiya məhkəməsində araşdırma predmetinə çevrilməmişdir. Halbuki, onun imza etdiyi izahat iş materiallarına əlavə edilmiş və həmin izahatın ondan hər hansı təzyiq altında (məcburiyyət əsasında) alınmasına dair isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni zamanda, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehin nümayəndələri və vəkilləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 29 000 (iyirmi doqquz min) manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 (bir yüz səksən altı manat, qırx iki qəpik) manat pul vəsaiti, cəmi 29.186,42 (iyirmi doqquz min yüz səksən altı manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çoxdur. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 29 000 (iyirmi doqquz min) manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 (bir yüz səksən altı manat, qırx iki qəpik) manat pul vəsaiti, cəmi 29.186,42 (iyirmi doqquz min yüz səksən altı manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar