Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1292/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 Soltan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(053)-70/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 47000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 231 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh dələduzluq yolu ilə aldığı 65000 manat məbləğində pul vəsaitinin qaytarılması barədə ərizəsinə baxılaraq CPM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərardan narazı olduğundan Neftçala Rayon Məhkəməsinə və Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bütün qərarlarda əsaslandırılmışdır ki, iş üzrə mülki məsuliyyət yaranmış, pul tələbi mülki mübahisədir və mülki qaydada məhkəməyə müraciət edilməlidir. Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh 65000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Göründüyü kimi, evlənmək niyyəti ilə bu qədər pulu mənimsəyən Cavabdeh əməli mülki xarakterli hesab edilmiş və müəyyən edilmişdir ki, bu şəxsin niyyəti pulu mənimsəmək olmuşdur. Çünki cavabdeh onun pulu ilə göründüyü kimi varlanmışdır. 70000 manata evini satdırıb bu hərəkəti edən mülki məsuliyyət daşımalıdır. Etibarlı münasibət də onu evlənəcəyi ilə aldatmağı olmuşdur. Eyni zamanda boşanmış olduğundan istifadə etməsi də onun üçün daha əlverişli olmuşdur. Kərim pulunu ona xərclǝyǝrkən ona verdiyi öhdəlik onunla evlənmək niyyətinin olması olmuşdur ki, bu qədər pulu heç kim ailə quracağı şəxsdən, yǝni evlənəcəyi adamdan əsirgəməzdi. Kərimin niyyətinin pulun mənimsənilməsi oluğunu anlamış olsaydı, ona bu qədər pulu heç vaxt verməzdi. Yəni Kərimin niyyəti pulunu mənimsədikdən sonra evlənmək öhdəliyindən boyun qaçırmaq olmuşdur. Burdan da belə çıxır ki, o, Cavabdeh könüllü olaraq evlənəcəyi vədinə inanmaqla bu qədər pulu vermiş və zərər çəkmişdir. Konkret faktlarla əsaslandırır ki, bu insanın niyyəti onu evlənəcəkləri ilə aldatmaqla pulunu mənimsəmək olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 saylı xx.xx.2023cü il tarixli qərarı, Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərarını və Neftçala rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilǝ Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh tərəfindən ondan qaytardığı 18000 manat çıxılmaqla 47000 manat hüquqdan istifadə etməklə ələ keçirdiyi öz təsdiqini tapmışdır. Bu qərarlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, tələb edilən pulu ələ keçirərək əsassız şəkildə onun pulu ilə varlanmışdır. Buna görə də, 47000 manat məbləğində pul vəsaiti və 231 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-70/2024 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) iddia qismən təmin edilərək Cavabdeh 19844 manat məbləğində pul vəsaitinin və 149 manat 53 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməklə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona evlənmək adı altında aldatmaqla ailə qurmaq hüququndan sui-istifadə etməklə 47000 manat məbləğində pulunu ələ keçirməklə özünə və təsərrüfatına xərcləmişdir. Ona vədlər verməsi təqdim edilmiş sübutlardan açıq-aşkar görünür. Bununla yanaşı, toplanmış materialdan görünür ki, tərəflər arasında sevgi münasibətləri yaranmış, cavabdeh iddiaçı ilə evlənəcəyini vəd etmiş, onlar müxtəlif vaxtlarda Neftçala rayonunun Qədimkənd kəndində, həmçinin ünvan 1 ünvanında görüşərək cinsi əlaqədə olmuş, daha sonra şikayətçi anasına məxsus olan və ünvan 1 ünvanında yerləşən evi Cavabdeh təklifinə əsasən 70000 manata sataraq Neftçala rayonunun Qədimkənd kəndində yaşamağa başlamışdır. Daha sonra Cavabdeh Neftçala rayonu ərazisində kirayə ev tutmuş və onlar həmin evdə yaşamışlar. İddiaçı Cavabdeh onunla evlənəcəyinə dair vədinə inanaraq təxminən 2 il davam etmiş faktiki ailə münasibətləri dövründə Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 65000 manat məbləğində pul vermişdir. Bu fakt öz təsdiqini tapdığı və iddia tam təmin edilməli olduğu halda qismən təmin edilmişdir. Sübuta yetirilmiş 65000 manat pulun mənbəyi göstərilmiş və bundan 18000 manat qaytarılmış 43000 manat qaldığı halda 19844 manat məbləğində pul təmin edilmişdir. 7000 manat Aydın Sadıqovun ifadəsinə əsasən təmin edilməmiş, 20-30 min manat isə diskdə olan səs yazısında etirafa baxmayaraq təmin edilməmişdir. Bu məbləğlər doğru hesablanmış olsaydı və təmin edilsəydi, 46000 manata yaxın pul olduğu və bunun da iddia tələbinin eynisini müəyyən etmək olardı. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə Cavabdeh Fatma Adınǝyevadan mütəmadi olaraq müxtəlif adlarda pul alması hallarını istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan Fatma ilə Cavabdeh arasında “Whatsapp”, telefon yazışmalarının qeydə alındığı diskdə olan sübutlarla, həmçinin iddiaçının cavabdehə pul verməsi barədə təqdim etdiyi əl qeydi kağızında da öz təsdiqini tapır. Amma buna baxmayaraq iddia qismən təmin olunmuş, bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh göstərir ki, Bununla bağlı Fatmadan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Cavabdeh 3 il bundan əvvəl qohumu Fatmadan qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5000 manat məbləğində borc istədiyini demişdir. Cavabdeh həmçinin bildirir ki, İddiaçı hazırda xatırlamadığı tarixdə 5000 manat pulu aldığını, lakin sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilmədiyini, bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələdiyini, o da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18000 manat məbləğində pul vəsaitini Bankdan kredit götürdüyünü, 7000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul alaraq və Aydının vasitəsilə həmin pulu Fatmaya verdiyini, Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirir. Daha sonra cavabdeh izahatında bildirir ki, Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tələb edilən məbləği iddiaçıdan almış və bütün təqdim edilən sübutlarla cavabdehin izahatı müqayisə edildikdə bu faktlar öz təsdiqini tapır. Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**-**, ***-***-**-** və 050-795-31 91 saylı mobil telefon nömrəni istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. Təqdim edilmiş bütün sübutların hamısı təsdiq edən hallar həmin nömrələr vasitəsilə aparılmış “Whatsapp” tətbiqi üzərindən olmuşdur. Həmçinin göstərir ki, ***-***-**-**, ***-***-**-** vǝ ***-***-**-** saylı mobil telefon nömrələrindən “WhatsApp” tətbiqi vasitəsilə “səni sevirəm”, “həyat yoldaşım”, “yaxşı ki varsan” məzmunlu sevgi SMS-ləri göndərməmiş, fotoşəkilləri isə onun tərəfindən iddiaçıya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. Fatma ilə aralarında heç vaxt sevgi münasibətləri olmamışdır. Amma faktiki olaraq Neftçala rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində bütün hallar sübuta yetirilmiş olsa belə məhkəmə tam olaraq deyil, qismən iddianı təmin etmişdir. Həmçinin cavabdeh deyir ki, ** CG *** olan, “VAZ 2107” markalı avtomobili özü bankdan kredit götürərək ilkin olaraq 3000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Amma məhkəmə araşdırması zamanı “Whatsapp” tətbiqi vasitəsilə maşını aldığını təsdiq edən yazışmanı sübut kimi məhkəmə nəzərə almasına baxmayaraq, digər göstərilən pulları iddiaçının ödəməsini danışıqlarda müəyyən etməmişdir. 7000 manat təmin edilməyən pul məbləğinin iddiaçıya qaytarılmasını üzərinə öhdəlik götürmüş X5 özü qaytaracağını məhkəmə iclasında bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə X2 iddiaçı tərəfindən verilmiş 7000 manat məbləğində pul cavabdehdən tələb oluna bilməz. Halbuki, bir hissədə 7000 manat təmin edilməli idi. Çünki fərqli ifadələr verən Sadıqov Aydın bilərəkdən yalan ifadə verərək həm prokurorluqda, həm də məhkəmədə yalan danışmışdır. Bu pulu iddiaçı deyil, cavabdeh Sadıqov aydından tələb edib almalı və iddia 7000 manata münasibətdə təmin olunmalıdır. “Disk”də olan PTT-20230116-WA0024 adlı cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam, 20-30 min pulu düzəldib gətirib verəcəyini” qeyd etməklə kifayətlənməmiş, həmin borcu nəyə sərf etdiyini və edəcəyini ayrı-ayrılıqda sadalamış, məhkəmə iclası zamanı etiraf etməsə də, İddiaçı sevgi mesajları göndərməklə ələ almış, ona vədlər vermiş, hansı müddətə qaytaracağını qeyd etməsə də, sonda isə borcu qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir. Halbuki, bu qeyd edilən 20-30 min manat məbləğində pulun cavabdeh tərəfindən alınması barədə etirafı hesab edilməli olduğu halda, məhkəmə bu qənaətə gəlmişdir ki, aşağıda qeyd olunan sübutlara, habelə iddiaçı tərəfindən cavabdehə və onun təqdim etdiyi kart hesablarına köçürmələrə, onlar arasında olan yazışmalara və iddiaçının məhkəməyə təqdim etdiyi əl qeydlərinə və diskdə olan sübutlara əsasən iddiaçı tərəfindən cavabdehə 19844 manat məbləğində pul verilmişdir. Səs yazısındakı 20-30 min manat pulun bu məbləğə aid olmadığı açıq aşkar görünür və bu hissədə də iddia tələbi təmin edilməli idi. Həmçinin “Mənə bilirsən nə maraqlıdı, mən demirəm e eləmirsən, eləyirsən, 5 mini kaşş verməzdim Elizbara, 5 mini də qaytarardım, 10 mini də geri qaytarardım, nə bilime bu günkü gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nə bilim nə deyim sənə mən sənə başqa bir söz deyə bilmirəm e, gör nə deyirəm e sağ ol. Mən bir də səni yığsam, bir də səndən pul istəsəm” deyən cavabdehin son günlərə qədər pul aldığını etiraf etməsi tələb edilən pulun ona verilməsini sübuta yetirir. Həmçinin göndərilən pul qəbzlərini baxdıqda bu vaxtdan sonrada pullar göndərildiyi sübuta yetirilmiş olsa da, məhkəmə iddianı qismən qəbul etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 Soltan oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini qismən təmin edərkən iddiaçının DİN-ə barəsində şikayət edəcəyi halda Neftçala rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindən azad ediləcəyindən ehtiyat edərək kart hesablarına köçürülmüş və ayrı-ayrı tarixlərdə az məbləğlərdə əlbəəl olaraq almış olduğu təxminən cəmi 3000-4000 manat məbləğində pulun əvəzinə 25000 manat məbləğində pul vəsaiti vermək məcburiyyətində olduğunu, qətnamə əsasında qismən təmin olunmuş iddia tələbi üzrə olan pul məbləğinin həmin ödənişə daxil olduğunu, iddiaçının DİN-ə olan şikayətindən sonra Neftçala rayon polis şöbəsinin rəisinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunduqdan sonra iddiaçıya təkrar pul vermədiyini nəzərə almamaqla əsaslı qənaətə gəlməmişdir. Belə ki, o iddiaçıdan ayrı-ayrı tarixlərdə təxminən 3000-4000 manat pul almışdır. Lakin münasibətləri pozulduqdan sonra iddiaçı ona 5000 manat pul verdiyini iddia etmişdir. İddiaçının ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin məbləğlə razılaşmışdır. Lakin iddiaçı sonradan fikrini dəyişərək ondan 5000 manat deyil, 25000 pul tələb edərək əks təqdirdə DİN-ə barəsində şikayət edəcəyini, onu işdən qovduracağını bildirmişdir. Bu səbədən də, məcburiyyət qarşısında qalaraq fərdi təsərrüfatında olan bir neçə baş mal-qaranı satmaqla və bankdan kredit götürməklə 25000 manat məbləğində pul vəsaiti toplayıb iddiaçıya vermişdir. İş materialları arasında olan sms qeydlərində iddiaçının təhdidlərindən sonra ona pul verəcəyinə söz verməyi təsdiq olunur. Belə ki, iş materialına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçıya “fsyo bitdi, 2000 düzəldim, 20 min düzəldim verim sene qutardiq, her şeylə” SMS-i və PTT-20230116- WA0024 adlı “Evimieşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam 20-30 min pulu düzəldib gətirib verəcəm sənə, ömürlük səni siləcəme bu hərəkətinə görə. Sən ki bu günki günü haram elədin ha mənə, nə günün olsa haram olsun sənə” məzmunlu SMS göndərmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində iddiaçını ona demiş olduğu sözləri məhkəmədə təkrar edərək, “Fatmaya cəmi 5000 manat borclu olduğumu, həmin məbləğin faiz borcu kimi hesablanılaraq 25000 manat olduğunu, mənimlə birlikdə Fatmagildə olarkən Fatmanın 25000 manat pulun verildiyi halda heç bir şikayət etməyəcəyini bildirdiyini“ qeyd etmişdir. Qətnamədən görünür ki, məhkəmə “VAZ 2107” markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verilmiş 4800 manat məbləğində pula dair iddia tələbini iddiaçının məhkəməyə təqdim etdiyi və özü tərəfindən yazılmış qeyd dəftərində olan əlyazmaya istinad etməklə təmin etmişdir. Məhkəmənin qeyd olunmuş əlyazmaya istinad etməsi əsassızdır. Həmin qeydlər istənilən vaxt yazıla bilər və bu barədə də məlumatı olmamışdır. Belə ki, həmin qeydin yuxarı hissəsində onun deyil, xalaoğlu olan Aydının adının yazılması pulun ona yox, Aydına verildiyini təsdiqləyir. Pul ona verildiyi halda əlyazma qeydində onun adı yazılmış olardı. Digər tərəfdən, iddiaçı vəkilinin “məhkəməyə sübut kimi təqdim olunmuş əlyazmanın yuxarı hissəsində hansı səbəbdən cavabdehin deyil, Aydının adını yazıbsız?” sualına cavab verərkən bildirdi ki, “ pulu Kərimə Aydınla göndərmişəm, ona görə də əlyazmada Aydının adı yazılmışdır” Qeyd olunmuş fakt doğru olsaydı, həmin fikri Aydın ifadəsində təsdiq edərdi. 7 dəfəyə verilmiş 4800 manat məbləğində pulun hər dəfə Aydın vasitəsi ilə ona göndərilməsi mümkün və inandırıcı deyil. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi əlyazma qeydi həmin əlyazmanın sonuncu sırasında qeyd olunmuş 150 manat istisna olmaqla 4800 manat pulun hissə-hissə qaytarıldığını, yalnız 150 manat borcun qaldığını göstərir. Eyni zamanda, əlyazmanın sonuncu sırasında göstərilmiş 150 manat məbləğinin qarşısındakı “qalıb” və “-” qeydi, diğər məbləğlərin qarşısındakı “verdim “və +” qeydlərindən elə görünür ki, sanki iddiaçı başqa şəxsə pul verməmiş, əksinə özü digər bir şəxsdən pul almış və həmin pulu qaytarmş, lakin 150 manat məbləğində pul qalmışdır. Əksinə, əgər hesab edilsə ki, əlyazma qeydinə əsasən iddiaçı başqa bir şəxsə pul vermişdir, o halda da, yenə 4800 manat pulun qaytarıldığı təsdiqlənir. Digər tərəfdən, qətnaməyə görə 4800 manat pul məbləği avtomobilin alınması üçün ilkin ödəniş kimi, yəni birdəfəlik ödəniş kimi verilmişdir. Lakin iddiaçı bildirir ki, həmin pulu uzun müddətdə, ayrı-ayrı tarixlərdə və hissə-hissə vermişdir. Digər tərəfdən iddiaçının qətnamədəki fərqli ifadəsinə görə isə “VAZ 2107” markalı avtomobili almaq adı ilə xx.xx.2022-ci ilədək hər ay 280 manat olmaqla, ümumilikdə 4200 manat məbləğdə pul vəsaitini iddiaçıdan yaşadığı evin qarşısında təklikdə almışdır. Digər tərəfdən bildirir ki, “VAZ 2107” markalı avtomobili bankdan kredit götürərək ilkin olaraq 3000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Onun heç vaxt “Hyundai Elantra” markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25000 manat pulu Fatmadan tələb etməmiş, o da həmin pulu ona verməmişdir. Avtomobilini təmir etdirmək üçün Fatmadan heç bir məbləğdə pul tələb etməmiş, eləcə də iddiaçı buna görə ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Həmin pulu iddiaçıdan almamış və həmin tələb iddiaçının təmin olunmayan, məhkəmədə yalan və qərəzli olması sübut olunan digər tələləblərindən biridir. Məhkəmənin “VAZ 2107” markalı avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla, cəmi 3920 manat məbləğində pulun qaytarılması barədə iddia tələbini təmin etməsi də əsassızdır. Belə ki, iddiaçı kredit ödənişi qəbzlərindən görünür ki, 14 ay ərzində olan bütün ödənişlər onun tərəfindən olunmuşdur. Əgər həmin ödənişlər iddiaçı tərəfindən olunmuşdursa, o halda hansı səbəbdən ödənişlər bir dəfə də olsun belə onun adı ilə olunmamışdır? Digər tərəfdən, 14 ay ərzində hər ay 280 manat olmaqla, cəmi 3920 manat məbləğində pulun avtomobilin aylıq kreditinin ödənişi olaraq iddiaçı tərəfindən ödənilməsi iş materiallarında heç bir sübutla təsdiqlənmir. Məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən yalnız iddiaçının əlyazma formasında olan qeydlərinə istinad etmişdir. Həmin qeydlər istənilən vaxt tərtib oluna bilər və bu barədə də məlumatı yoxdur. Digər tərəfdən, iddiaçı tərəfindən avtomobilin 3920 manat məbləğində kredit ödənişi olunduğu halda onun “Whatsapp” tətbiqindəki yazışmalarda etirafı, iddiaçıya təşəkkürü olardı. Lakin belə bir qeydlər olmamışdır. Məhkəmə iddia tələbini “1200 manat, 1000 manat, 1500 manat, 2500 manat,1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləği hissəsində təmin etməklə də əsaslı olmamışdır. Belə ki, mülki iş materiallarında qeyd olunmuş pul məbləğinin ona verilməsinə dair sübut mövcud deyildir. Çünki həmin pulun verilməsinin onun tərəfidən etiraf olunması, təsdiqlənməsi müəyyən olunmur. Məhkəmə qeyd olunmuş pul məbləğinin hansı tarixlərdə, hansı məqsədlə verilməsini də araşdırmamışdır. İnkar etmir ki, o iddiaçıdan bir neçə dəfə borca pul istəmiş, lakin o, əksər hallarda həmin pulu verməkdən imtina etmişdir. Təsadüfi deyil ki, o iddiaçıdan faizlə verilməklə pul istəmiş, lakin o, həmin pulu ona verməmişdir. Sual olunur: əgər o istədiyi vaxt iddiaçıdan pul ala bilirdisə, o halda hansı səbəbdən ondan faizlə pul istəmişdir? Qeyd olunmuş fakt iş materialında olan və iddiaçıya göndərdiyi “duxun çatmır ki, 10000 min verəsən ayda da 400 manat 2 illik kreditlə” məzmunlu SMS-lə təsdiq olunur. Eyni zamanda, məhkəmə iddiaçının ona göndərmiş olduğu SMS və səs yazılarının taixlərini nəzərə almamaqla da pozuntuya yol vermişdir. Çünki iddiaçı SMS və səs yazılarınının bir çoxunu onunla münasibəti pozulduğu, ondan şikayət etməyə hazırlaşdığı və şikayət etdiyi tarixlərdə göndərmişdir. Eyni zamanda məhkəmə nəzərə almamşıdır ki, iddiaçıdan pul istəməyi həmin pulun ona verilməsi demək deyil. İddiaçının ifadəsinə görə 2021-ci ilin əvvəllərində onların aralarında sevgi, 2022-ci ilin avqust ayında isə ər-arvad münasibəti yarandığından 21 noyabr 2022-ci ildə ünvan 1 ünvanında yerləşən anası Gülnaza məxsus fərdi yaşayış evini 70000 manata satdıqdan sonra həmin puldan sürücülük vəsiqəsi almaq adı ilə 2021-ci ilin sentyabr ayında 1800 manat pulu ona vermişdir. Göründüyü kimi, iddiaçı bir tərəfdən 2022-ci ilin avqust ayında ər-arvad münasibəti yarandığından 1800 manat pulu anası Gülnaza məxsus fərdi yaşayış evini satdıqdan sonra verdiyini, digər tərəfdən də həmin pul məbləğini 2021-ci ilin təxminən sentyabr ayında verdiyini qeyd etmiş və bununla da ifadəsində ziddiyyət yaratmışdır. Bundan başqa iddia ərizəsi ilə ona göndərmiş Pretenziya məktubu arasında ziddiyət vardır. Belə ki, Pretenziya məktubunda ona xx.xx.2021-ci il tarixdə maşın almaq üçün ilkin olaraq 10000 manat, 15 gün sonra isə 15000 manat, cəmi 25000 manat, polis şöbəsinin rəisinə vermək adı ilə 2000 manat, 100 manat, 2500 manat, 1000 manat, 6000 manat, 5000 manat olmaqla ümumilikdə, 16600 manat olmaqla, cəmi 41600 manat pul verildiyini, arada yaranan narazılıqdan sonra pulun 18000 manat hissəsinin 2023-cü ilin may ayında, 7000 manat hissəsinin isə həmin ilin may ayının 25dən sonra qaytarılması qeyd olunsa da, iddia tələbi üzrə fərqli məbləğlər göstərilmişdir. İddia tələbinə əsasən iddiaçı ona cəmi 65000 (altımış beş min) manat məbləğində pul vermişdir. (47000+18000=65000) Lakin iddiaçı vəkili Vəkil2 sualına cavab verərkən ona verilən pul məbləğlərini ayrı-ayrılqda bildirdikdən həmin məbləğin 65000 manat deyil, cəmi 78350 manat təşkil etmişdir. Vəkil2 həmin qeydləri A4 vərəqində qeyd edərək əlyazmanı məhkəməyə təqdim etmişdir. İddia tələbinə görə onun İddiaçı ilə münasibət qurmaqda məqsədi onunla evlənmək deyil, ondan külli miqdarda pulu ələ keçirməkdən ibarət olmuş, o bu niyyəti qabaqcadan düşünməklə planlı şəkildə həyata keçirərək məqsədinə nail olmuş və iddiaçının küllü miqdarda maddi vəsaitini əldə etmişdir. Qeyd olunmuş əsaslara görə dələduzluq əməli üzrə barəsində cinayət işi başlanılmış olardı. Çünki iddiaçının etibarından istifadə etməklə onun pulunu ələ keçirməyi CM-in 178-ci maddəsinə əsasən cinayət əməli hesab olunur. Qeyd olunmuş əsasla əlaqəli diqqətə çatdırır ki, Neftçala rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iş materiallarında olan səs yazılarından, “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh iddiaçıya cinayət işinin başlanmasının rədd edilməsi qərarında cavabdeh 20000-30000 manat məbləğində borcu olduğunu etiraf edir. Çünki cavabdeh iddiaçı ilə yazışmalarının birində deyir ki, “20-30 mini hardan tapıb sənə verəcəm” .Vəkil1 həmin qərarda olan Elzibarın etirafını oxuyub məhkəmənin diqqətinə çatdırır ki, Adınayeva Fatma cavabdehə 65000 manat məbləğində pul verib cavabdeh 18000 manat pulu qaytarıb 47000 manat borcu qalıb. Buna görə də, 47000 manatı iddia tələbi olan təmin olunmalıdır. O, bildirmişdir ki, məhkəmə rədd qərarında olan adı keçən cinayət işinin başlanması haqında qərarda etiraf edilən 20000-30000 manat pul məbləğini nəzərə almayıb. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehə verdiyi pulu tam həcmdə geri istəyir, ona görə ki, o pulları Kərimə verəndə demişdir ki, “bir-bir dəftərinə yaz, Aydına və.s digərlərinə bu qədər pul verilib”. Ondan pulları özü hissə-hissə alıb ki, dostlarına borcu var. Hətta, iddiaçıdan pul aldığı üçün peşman olduğunu da bildirmişdir. Sonra bildirmişdir ki, cavabdehin vəkilinin təqdim etdiyi yazılar ona məxsusdur. Həmçinin o, görmüşdür ki, “VAZ 2107” maşını başqası sürür. Kərimə bununla bağlı iradını bildirəndə ona deymişdir ki, “maşın mənimdir, kimə istəsəm verərəm.” Cavabdehin nümayəndəsi vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında sevgi münasibəti olmuşdur. Onların münasibətində problemlər yaranandan sonra onun pulunu qaytarması üçün İddiaçı iddia qaldırmışdır. Halbuki, cavabdeh vəkilinə İddiaçı 1574 manat məbləğində pul aldığını, faizlərlə birlikdə ümumi qalan borcunun isə 5000 manata qədər hissəsini qəbul edir. İddiaçıya olan borcunu qaytarmasa İddiaçı cavabdehi işdən çıxartdıracağı ilə hədələmiş, bundan sonra cavabdeh də işini itirmək istəmədiyi üçün məcbur olub onunla razılaşıb. Bu səbəbdən də cavabdeh işdən çıxarılmaqdan qorxduğu üçün deyib ki, 20000-30000 manat pul verməyə razılaşıb ki, işdən çıxarılmasın. Bundan əlavə qeyd edir ki, iş materiallarında olan pretenziyadan görünür ki, həmin puldan 25000 manatını qaytarıb. Yəni yazışmalarda olan 20000-30000 manat pul ümumi məbləğin içindədir. O da etiraf kimi qəbul oluna bilməz. Qətnamədə tutulan məbləğin iddiaçının əl yazısı ilə yazdığı qeydlər əsasında olduğunu demiş və həmin qeydləri göstərərək əlavə etmişdir ki, həmin qeydlərdə “150 manat qalıb” yazılıbsa, deməli digər məbləğləri cavabdeh həmin qeydlərdə olan digər məbləğləri də qaytarıb. Bundan əlavə pullar cavabdehə verilmişsə, həmin qeydlərdə Aydın adı yazıldığı diqqətə çatdırılmalıdır. İş materiallarında olan heç bir qəbzdə iddiaçının adı yoxdur ki, həqiqətən də həmin pulları Fatma verib. Habelə “Whatsapp” tətbiqindəki yazışmalarda öz əksini tapmış 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat,1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləğləri, eyni zamanda 25000 manat hissə qaytarılmışdır. Bu hal pretenziya məktubundan müəyyən edilir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)- 70/2024 saylı qətnaməsi ləğv olunaraq iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 2018-ci ilin mart ayında daxili işlər orqanlarına qəbul olmuş, həmin tarixdən indiki mübahisə ilə əlaqədar araşdırma aparılana kimi Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. Adınǝyeva Fatma Rafiq qızı onun atası Əlvanın xalası qızıdır. Onunla aralarında qohumluq münasibətləri olduğundan həmişə əlaqələri olmuş, eləcə də iddiaçı onunla qonşu evdə yaşayır. Belə ki, iddiaçı evlənərək Bakı şəhərinə köçmüş, boşandıqdan sonra isə atası və anasının yanına qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Fatma ilə aralarında yalnız qohumluq münasibətləri olmuş, bundan başqa hər hansı münasibət, eləcə də sevgi münasibətləri olmamışdır. 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**-**, ***-***-**-** və 050-795-31- 91 saylı mobil telefon nömrələrini istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. Adınǝyeva Fatma Rafiq qızının izahatında göstərdikləri tamamilə yalandır, şərdir, böhtandır, aralarında heç bir sevgi münasibətləri olmamış, eləcə də onunla heç vaxt cinsi əlaqədə olmamışdır. Fatma Adınǝyevanın məqsədi onu şərləməkdir. O heç vaxt Fatmaya istifadəsində olan ***-***-**- **, ***-***-**-** vǝ ***-***-**-** saylı mobil telefon nömrələrindən “Whatsapp” tətbiqi vasitəsilə “səni sevirəm”, “həyat yoldaşım”, “yaxşı ki varsan” məzmunlu sevgi SMS-ləri göndərməmiş, fotoşəkilləri isə onun tərəfindən iddiaçıya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. Fatma ilə aralarında heç vaxt sevgi münasibətləri olmamışdır. İddiaçı valideynlərinin Bakı şəhəri ərazisində dəqiq bilmədiyi ünvanlarda 3-4 ədəd mənzillərinin olduğunu bilmişdir. Təxminən 3 il bundan əvvəl Fatmanın anası Gülnazdan Bakıda olan evlərindən biri plana düşdüyü üçün satıldığını eşitmişdir. Lakin konkret olaraq həmin evin hansı ünvanda olmasından məlumatı yoxdur. O, heç vaxt Adınǝyeva Fatma Rafiq qızından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq valideynləri ilə birlikdə yaşamasını istəməmişdir. Onun ümumiyyətlə, həmin evin hansı ünvanda yerləşdiyini və hansı tarixdə hansı məbləğə satmasından məlumatı yoxdur. O heç vaxt Fatma ilə cinsi əlaqədə olmamış, eləcə bu məqsədlə icarəyə ev götürməmişdir. O, sürücülük vəsiqəsini 2021-ci ilin mart ayında qanuna müvafiq qaydada əldə etmişdir. Heç vaxt sürücülük vəsiqəsi almaq adı ilə İddiaçı 1800 manat pul tələb etməmişdir. Fatmanın izahatında göstərdikləri tamamilə yalandır. ** CG *** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobili özü bankdan kredit götürərək ilkin olaraq 3000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Bununla bağlı, Fatmadan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Fatma Adınǝyeva onunla qohum olduğuna, eləcə də onlarla qonşuluqda yaşadığına görə gündəlik olaraq yaşadığı evə gediş-gəliş etmiş, eləcə də evdə olan söhbətlərdən məlumatlı olmuşdur. Ola bilsin ki, avtomobil üçün olan aylıq ödənişlərin konkret olaraq məbləğini və tarixini də yaşadığı evə qonaq kimi gələrkən eşitmişdir. Fatmanın bildirdikləri tamamilə yalandır, o, iddiaçıdan yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə pul tələb etməmiş, eləcə də Fatma ona bununla bağlı heç bir məbləğdə pul verməmişdir. Onun heç vaxt “Hyundai Elantra” markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25000 manat pulu Fatmadan tələb etməmiş, o da həmin pulu ona verməmişdir. Avtomobilini təmir etdirmək üçün Fatmadan heç bir məbləğdə pul tələb etməmiş, eləcə də iddiaçı buna görə ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Fatmadan müxtəlif bəhanələrlə pul tələb edərək almamış, onunla qohum olduğuna görə təxminən 3 il bundan əvvəl qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5000 manat borc pul istəmişdir. Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini bildirmişdir. O da məcbur qalaraq razılaşmış və İddiaçı hazırda xatırlamadığı tarixdə 5000 manat pulu almışdır. Lakin sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilməmişdir. Bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələmişdir. O da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18000 manat pulu bankdan kredit götürmüş, 7000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul almış və Aydının vasitəsilə həmin pulu Fatmaya vermişdir. Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirmişdir. Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamır. Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul vermişdir, o da aldığı borc pulları qaytarmışdır. Hazırda Fatmaya heç bir məbləğdə borcu yoxdur. İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyir. Bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “Whatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm eləmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olmuş və bildirmişdir ki, həmin səsli ismarıc onun tərəfindən qeydə alınmışdır. Səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, yalandır, belə ki, o, heç vaxt Elizbardan pul almamış, eləcə də ona heç vaxt beş min verməmişdir. Fatma ondan pulunu istədiyi üçün ona yalandan elə demişdir. Eləmisən deyən zaman isə Fatmaya 5000 manat faizə borc pul verməsini nəzərdə tutmuşdur. Beş mini də qaytarardı, on mini də qaytarardı deyən zaman isə aldığı beş min manatın əlavə olaraq faiz borclarını qaytarmağını nəzərdə tutmuşdur. O, Fatma Adınǝyevadan yalnız 5000 manat faiz qarşılığında pul almış, bundan başqa sonuncudan heç bir məbləğdə pul almamışdır. Həmin pulu da faiz borcu ilə birlikdə 25000 manat olmaqla qaytarmışdır. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti ilə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, iddiaçı onun qızıdır. Cavabdeh tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh qohumu Aydınla birlikdə onlara olan borcundan 18000 manatı gətirib qaytarmışdır. Qalan borcunu isə hələ də verməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, Cavabdeh doğma xalası oğludur. 2023-cü ilin təxminən fevral ayında Fatma ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin 25000 manat pulunu aldığını bildirmiş, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etmişdir. O da Fatmaya məsələni aydınlaşdıracağını bildirmişdir. Bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Kərim də ona Fatmaya cəmi 5000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25000 manat olduğunu, şərlədiklərini bildirmişdir. O da bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olmalarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini bildirmişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18000 manat borc pul tapdığını bildirmişdir. O da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu Qədimkənd kəndində yerləşən evində 18000 manat pulu Fatmaya təhvil vermiş, Fatma da həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma da ona qalıq 7000 manat məbləğində pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını bildirmişdir. Bundan sonra o, 7000 manat məbləğində pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. Qeyd edir ki, Fatma ona xahişini nəzərə alaraq 7000 manat məbləğində pul vəsaiti vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb Fatmanın verdiyi 7000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7000 manat pul verməmişdir. Bundan sonra onun Fatma ilə Kərimin arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Kərim ona 18000 manat pulu haradan əldə etməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin bildiyi qədəri ilə Kərim həmin pulu tanışlarından borc almışdır. Cavabdeh Fatma Adınǝyevadan pul alması barədə onun heç bir məlumatı, bununla bağlı hər hansı marağı olmamış, eləcə də Cavabdeh heç vaxt ona heç bir məbləğdə pul verməmiş, o da Kərimdən pul istəməmişdir. Həmin 7000 manat pulu Kərimin işdən çıxmamasına, şikayət olmamasına görə iddiaçı ilə razılaşmışdır. İş materiallarında olan Neftçala rayon prokurorluğunun 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Neftçala rayonunun Qədimkənd kənd sakini Adınǝyeva Fatma Rafiq qızının Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Cavabdeh ona qarşı dələduzluq edərək 65000 manat məbləğində pulunu mənimsəməsi barədə müraciəti daxil olmuş, müraciət araşdırılaraq qəbul olunmuş qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokuroruna təqdim edilməsi və qərarın surətinin İddiaçı və nümayəndəsi Salyan rayon vəkil bürosunun vəkili Vəkil1 göndərilməsi və Fatma Adınǝyevayanın Cavabdeh 65000 manat məbləğində pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı Neftçala rayon prokurorluğunun 83-C/23 nömrəli materialı üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarı ilə bağlı şikayəti təmin edilməmiş, Neftçala rayon prokurorluğunun 83-C/23 nömrəli materialı üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Neftçala rayon prokurorluğunun 17 avqust 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının “müəyyən etdi” hissəsində qeyd edilmişdir ki, “Toplanmış materialdan görünür ki, Adınǝyeva Fatma Rafiq qızı ilə Cavabdeh arasında 2021-ci il əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılğa gəlmiş, İddiaçı da bu münasibətlərə əsasən müraciətində göstərdiyi müxtəlif məbləğlərdə pulları həmin vaxtdan Cavabdeh xahişlərinə əsasən özünə yeni avtomobil, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə təkər, özünə geyim, ərzaq məhsulları almaq, birlikdə intim münasibətində olduqları mənzilin kirayə pulunu ödəmək və sair məqsədlər üçün nağd şəkildə vermiş və ya kart hesablarına göndərmişdir”. İş materiallarında olan Neftçala rayon prokurorluğunda Cavabdeh izahatında bildirmişdir ki, 2018-ci ilin mart ayında daxili işlər orqanlarına qəbul olmuş, həmin tarixdən hazıradək Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. İddiaçı onun atası Əlvanın xalası qızıdır. Sonuncuyla aralarında qohumluq münasibətləri olduğundan həmişə əlaqələri olmuş, eləcə də sonuncu onunla qonşu evdə yaşayır. Belə ki, sonuncu evlənərək Bakı şəhərinə köçmüş, boşandıqdan sonra isə atası və anasının yanına qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Fatma ilə aralarında yalnız qohumluq münasibətləri olmuş, bundan başqa hər hansı münasibət, eləcə də sevgi münasibətləri olmamışdır. Həmçinin o, izahatında bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**- **, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. İddiaçı izahatında göstərdikləri tamamilə yalandır, şərdir, böhtandır, aralarında heç bir sevgi münasibətləri olmamış, eləcə sonuncuyla heç vaxt cinsi əlaqədə olmamışdır. Fatma Adınǝyevanın məqsədi onu şərləməkdir. O, heç vaxt Fatmaya istifadəsində olan ***-***-**-**, ***-***-**-** vǝ ***-***-**-** saylı mobil telefon nömrələrindən "vhatsapp" tətbiqi vasitəsilə "səni sevirəm", "həyat yoldaşım", "yaxşı ki varsan" məzmunlu sevgi smslər göndərməmiş, fotoşəkillər isə onun tərəfindən sonuncuya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. Fatma ilə aralarında heç vaxt sevgi münasibətləri olmamışdır. İddiaçı valideynlərinin Bakı şəhəri ərazisində, dəqiq bilmədiyi ünvanlarda 3-4 ədəd mənzillərinin olduğunu bilmişdir. Təxminən 3 il bundan əvvəl Fatmanın anası Gülnazdan Bakıda olan evlərindən biri plana düşdüyü üçün satıldığını eşitmişdir. Lakin konkret olaraq həmin evin hansı ünvanda olmasından məlumatı yoxdur. O, heç vaxt Adınǝyeva Fatma Rafiq qızından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq valideynləri ilə birlikdə yaşamasını deməmişdir. Onun ümumiyyətlə həmin evin hansı ünvanda yerləşdiyini və hansı tarixdə hansı məbləğə satmasından məlumatı yoxdur. O, heç vaxt Fatma ilə cinsi əlaqədə olmamış, eləcə bu məqsədlə icarəyə ev götürməmişdir. O, sürücülük vəsiqəsini 2021-ci ilin mart ayında qanuna müvafiq qaydada əldə etmişdir. Heç vaxt sürücülük vəsiqəsi almaq adı ilə Fatma Adınǝyevadan 1800 manat pul tələb etməmiş, eləcə də sonuncudan həmin məbləği tələb etməmişdir. Fatmanın izahatında göstərdikləri tamamilə yalandır. ** CG *** nömrəli “VAZ 2107” markalı avtomobili özü bankdan kredit götürərək ilkin olaraq 3000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Bununla bağlı Fatmadan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Fatma Adınǝyeva onunla qohum olduğuna, eləcə də onlarla qonşuluqda yaşadığına görə gündəlik olaraq yaşadığı evə gediş-gəliş etmiş, eləcə də evdə olan söhbətlərdən məlumatlı olmuşdur. Ola bilsin ki, avtomobil üçün olan aylıq ödənişlərin konkret olaraq məbləğini və tarixini də yaşadığı evə qonaq kimi gələrkən eşitmişdir. Fatmanın bildirdikləri tamamilə yalandır, o, sonuncudan yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə pul tələb etməmiş, eləcə də Fatma ona bununla bağlı heç bir məbləğdə pul verməmişdir. Onun heç vaxt “Hyundai Elantra” markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25000 manat pulu Fatmadan tələb etməmiş, sonuncu da həmin pulu ona verməmişdir. Avtomobilini təmir etdirmək üçün Fatmadan heç bir məbləğdə pul tələb etməmiş, eləcə də sonuncu buna görə ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Fatmadan müxtəlif bəhanələrlə pul tələb edərək almamış, sonuncu ilə qohum olduğuna görə təxminən 3 il bundan əvvəl qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5000 manat məbləğində borc pul istəmişdir. Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini bildirmişdir. O da məcbur qalaraq razılaşmış və sonuncudan hazırda xatırlamadığı tarixdə 5000 manat pulu almışdır. Lakin, sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilməmişdir. Bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələmişdir. O da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18000 manat pulu Bankdan kredit götürmüş, 7000 manat da xalası oğlu Aydın Sadıqovdan 7000 manat borc pul almış və Aydın vasitəsilə həmin pulu Fatmaya vermişdir. Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirmişdir. Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Watsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamır. Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul vermişdir, o da aldığı borc pulları qaytarmışdır. Hazırda Fatmaya heç bir məbləğdə borcu yoxdur. Sonuncu onu şərləyərək ondan artıq olaraq pul almaq istəyir. Bununla yanaşı, o, xx.xx.2023-cü il tarixli Adınǝyeva Fatma Rafiq qızının təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “Watsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm elərmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nəbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olaraq bildirmişdir ki, həmin səsli ismarıc onun tərəfindən qeydə alınmışdır. Səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, yalandır, belə ki, o, heç vaxt Elizbardan pul almamış, eləcə də sonuncuya heç vaxt beş min verməmişdir. Fatma ondan pulunu istədiyi üçün yalandan elə demişdir. Eləmisən deyən zaman isə Fatmaya 5000 manat faizə borc pul verməsini nəzərdə tutmuşdur. Beş mini də qaytarardı, on mini də qaytarardı deyən zaman isə aldığı beş min manatın əlavə olaraq faiz borclarını qaytarmağını nəzərdə tutmuşdur. O, Fatma Adınǝverdiyevadan yalnız 5000 manat faiz qarşılığında pul almış, bundan başqa sonuncudan heç bir məbləğdə pul almamışdır. Həmin pulu da faiz borcu ilə birlikdə 25000 manat olmaqla qaytarmışdır”. İş materiallarında olan Neftçala rayon prokurorluğunda X4 bildirmişdir ki, Kərimdən eşitdiyi qədəri ilə Fatma boşandıqdan sonra aralarında sevgi münasibətləri də olmuşdur. Cavabdeh “Hyundai Elantra” markalı avtomobil alması barədə heç bir məlumatı yoxdur, həmçinin o, heç vaxt Kərimin yerinə 15000 manat pul verməmişdir. Təxminən 4-5 ay bundan əvvəl Fatma Adınǝyevanın anası Gülnaz Adınǝyeva onu yaşadıqları Qədimkənd kəndində yerləşən evə çağıraraq Kərimin “Hyundai Elantra” markalı avtomobil almaq üçün ondan 15000 manat pul aldığını, həmin pulu qaytarmaq üçün qızı Fatmadan həmin məbləği tezliklə evləcəyini vəd edərək aldığını bildirmiş, o da həmin vaxt Gülnaza belə bir halın baş vermədiyini, heç vaxt Kərimə pul vermədiyini, həmçinin Kərimin ona pul qaytarmadığını bildirmişdir. Bundan sonra Gülnaz ona Kərimin qızını aldadaraq 60000 manat pulunu ələ keçirdiyini bildirmiş və ondan Kərimə pulunu qaytarmasını tələb etməsini xahiş etmişdir. O da bu barədə Kərimdən soruşmuş, Kərim isə belə bir halın baş vermədiyini şərlədiklərini bildirmişdir. Lakin o, Kərimə Fatmadan aldığı pulları geri qaytarmasını tələb edəndən sonra həmin puldan 18.000 manat məbləğində olan pulu geri qaytardığını eşitmişdir. O, hesab edir ki, Cavabdeh İddiaçı pul almaq üçün sonuncunu inandırmaq məqsədilə sonuncunun yerinə onun pul verdiyini, ona borclu olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin aprel ayında o, “Hyundai Elantra” markalı avtomobili Bakı şəhərindən bankdan əldə etdiyi kredit məbləği hesabına almışdır. Ola bilsin ki, Kərim də bunu əsas gətirərək belə bir yalan uydurmuşdur. O, heç vaxt Cavabdeh özünə, eləcə də əvəzinə heç kimə pul vəsaiti verməmiş, eləcə də heç vaxt Kərim ona hər hansı məbləğdə pul vəsaiti geri qaytarmamışdır”. İş materiallarında olan Neftçala rayon prokurorluğunda X6 bildirmişdir ki, 2021-ci il tarixdə Daxili İşlər orqanlarına qəbul olmuş, xx.xx.2023-cü il tarixdən hazıradək Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. "xxxx" ASCnin 4169-7385-7576-7706 saylı plastik kartı ona məxsusdur, onun adına debet kart olaraq rəsmiləşdirilmişdir. Belə ki, təxminən 2021-ci ilin noyabr ayında onunla birlikdə post-patrul xidmətində polis nəfəri işləyən, iş yoldaşı Cavabdeh ona müraciət edərək, pul köçürmələri üçün daha az komissiya ilə köçürmələri nağdlaşdırmaq üçün debet bank kartı lazım olduğunu, öz adına bank kartı açdıraraq sonuncuya istifadə etməsi üçün verməsini xahiş etmişdir. O da Cavabdeh ilə iş yoldaşı olduğu üçün, eləcə də sonuncunun polis əməkdaşı olduğuna görə heç bir tərəddüd etmədən "xxxx" ASC-dən adına 4169-7385-7576-7706 saylı plastik bank kartı rəsmiləşdirərək Cavabdeh vermişdir. Bundan sonra Cavabdeh həmin kart vasitəsilə hansı növ əməliyyatları icra etməsindən məlumatı olmamış, bu barədə də heç bir söz soruşmamışdır. Həmin bank kartından heç vaxt istifadə etməmiş, eləcə də həmin bankın mobil tətbiqi vasitəsi ilə heç vaxt kartın məlumatlarını görməmişdir. Həmçinin o, izahatında "xxxx" ASC-yə məxsus 4169-7385-7576-7706 saylı plastik bank kartına İddiaçı məxsus 676867*****0883 nömrəli kart hesabından ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul köçürmələrinin həyata keçirilməsi ilə bağlı bildirmişdir ki, Adınǝyeva Fatma Rafiq qızını ümumiyyətlə tanımır, həmçinin sonuncuya məxsus kart hesabından onun adına rəsmiləşdirilmiş bank kartına göndərilən pul vəsaitlərindən məlumatı olmamışdır. Qeyd edilən bank kartı onun adına rəsmiləşdirilsə də, faktiki olaraq Cavabdeh istifadəsində olmuşdur. Ola bilsin ki, həmin köçürmələr Cavabdeh göndərilmiş, sonuncu da kart vasitəsilə pulu nağdlaşdırmışdır. İş materiallarında olan Neftçala rayon prokurorluğunda X11 bildirmişdir ki, 2020-ci ilin iyun ayından Daxili İşlər orqanlarına qəbul olmuş, hazıradək Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. "xxxx" ASC-nin 4169-7388- 2225-5711 saylı plastik kartı ona məxsusdur, tərəfindən öz adına rəsmiləşdirilmişdir, debet kart olaraq 2023-cü ilin təxminən mart ayından hazıradək istifadə edir. Adınǝyeva Fatma Rafiq qızı adlı şəxsi ümumiyyətlə tanımır. Onunla birlikdə Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyən Cavabdeh ilə birlikdə Bakı şəhərində ezamiyyətə olan zaman sonuncu xərcləmək üçün ailə üzvlərinin pul atacağını bildirərək onun kartının rekvizitlərini tələb etmiş, o da iş yoldaşı olduğuna görə həmin bank kartının şəkilini çəkməsi üçün Kərimə vermiş, Kərim də kartın şəklini çəkmişdir. Bundan sonra Kərim ona ailə üzvlərinin həmin karta pul göndərdiklərini bildirmiş və ondan həmin kartı istəmişdir. O da kartı təqdim etmiş və Kərim kart hesabından bankomat vasitəsilə hazırda xatırlamadığı məbləği nağdlaşdırmışdır. Bu hadisə təxminən bir neçə dəfə baş vermişdir. Lakin o, Cavabdeh həmin pul vəsaitini kimdən istəməsi, eləcə də nə məqsədlə istəməsindən məlumatı olmamışdır. Lakin Kərim ona ailə üzvlərinin xərclik üçün pul atacaqlarını bildirdiyi üçün o da kartını şəkilini çəkməsi üçün vermişdir. İş materiallarında olan araşdırma materialına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, « “Kerim” olaraq qeyd edilmiş şəxsdən “fsyo bitdi, 2000 düzəl, 20 min düzəldim verim sene qutardiq, her şeylə” adlı sms gəldiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 21:08-dǝ 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 100 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsdən üzərində MR.ELDAR HAJİYEV sözləri yazılmış, 4169-7388-2225- 5711 nömrəli "xxxx" ASCə məxsus qara rəngli plastik kartın göndərildiyi, “Kerim” olaraq qeyd edilmiş şəxsə isə xx.xx.2023-cü il tarixdə, saat 21:50-də 676867*****0883 nömrəli kart hesabından 416973*****5711 nömrəli kart hesabına 30 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə “Ayib olsun sene eşşey bele gezdiyindi öz zibilindi sen nece adam imişen ki ehtiyacdan cixdinda işe girdin anuva telf bele adlin maşını behane etdin pulun mrnden aldin indide bizi eşey elemisen sene eşey nece olur gösterecem gelesem axri bura. 65 minden yeyenden sonra eledide eşey olariq yaninda qaldığın qehbe yeqin effektsizdi. Valla halaldi men cindiram döydün söydün qovdun başqasıyla yazışdın utanmaz kimi yene qayıtdım sene varimi yoxmu uşaqlarımın geleceyini sene verdim indide eşşey olduq. Sene yaxşılıq etməyə dəyməzmiş”, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsdən “Belədə sən mənim üçün almısan mən də ürəyim istəyəni edə bilərəm, gör nə deyirəm, maşını satıram, 2000 3000 na edr verirəm sənə sən canın da bəsdi tay … yemədik ki, səninlə iş gördük, nə böyük”, həmin şəxsə isə “çalış bir maskada gǝz, 5 minə almısan” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 15:37-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 40 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə saat 16:29-da 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 120 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən isə “mənə kontur at” sözlərinin yazıldığı, xx.xx.2023-cü il tarixdə saat 17:17-də 676867*****0883 nömrəli kart hesabından ***-***-**-** saylı nömrəyə 3 manat ödənildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə saat 11:20-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, həmin şəxsdən isə “mənə kontur at da sən canın, buna 20 manat at da de mənə” sözlərinin və üzərində MR.KAMRAN HUSEYNOV sözləri yazılmış, 4169-7388-0126-7618 nömrəli "xxxx" ASC-yə məxsus qara rəngli plastik kartın göndərildiyi, növbəti şəkildən “050- 795-31-81” olaraq qeyd edilmiş şəxsdən 4169-7414-2677-9599 nömrəli, ad yazılmış hissəsi yaşıl rəngli xətt vasitəsilə gizlədilmiş, "xxxx" ASC-yə məxsus göy rəngli plastik kartın göndərildiyi, pul yoxdu sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə saat 11:45-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat, xx.xx.2022-ci il tarixdə isə 30 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi və “kartda olan budu birazdan yenə ataram, o köçmüyüb təzədən atdım” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “necəsən, 700 manat borcum vare Seyrana senol mənim cin 30 manat atda seyidin kartına” sözlərinin yazıldığı, növbəti şəkildən “050- 795-31-81” olaraq qeyd edilmiş şəxsdən “1200 lazımdı” sözlərinin yazıldığı, həmin şəxsə isə “200 niyə” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “bir də bu gün evin pulunu atmaq lazımdır ata bilərsən” sözlərinin yazıldığı, üzərində MR.SAKİNA HÜSEYNLİ sözləri yazılmış, 4169-7385-6602-1071 nömrəli "xxxx" ASC-yə məxsus qara rəngli plastik kartın fotoşəkilinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “göndərərəm, sən mənim yox evinizdəki dayının pulunu götürürsən” sözlərinin yazıldığı, həmin şəxsdən isə “yəni mən o imkanda deyiləm də rayonda ev tutam” məzmunlu smsin göndərildiyi, növbəti şəkildən “050-795- 31-81” olaraq qeyd edilmiş şəxsə “Kül mənim başıma yaxşı Kərim, adama belə qiymət qoyursan da hansı qız kim kimə 25 mini gözü yumulu verər mən dedim verirəm də bu vaxtacan hansı dediyimi etmədim, görürsən adamı necə sındırırsan, hər şeyi gözümün önünə alıb evdən pulu götürüb sənə verirəm mənə qarşı etdiyin hərəkətə bax. Nəysə mən sənə belə etməzdim” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “sən deyirsən bu dəqiqə doğ, az pul deyil sayım götürüm, mən də vaxt etməliyəm gözlə də”, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən 4169- 7414-5689-3682 nömrəli, üzərində SAHİL HÜSEYNOV sözləri yazılmış, "xxxx" ASC-ǝ məxsus göy rəngli plastik kartın, “bura göndər” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə xx.xx.2022-ci il tarixdə saat 22:04-də 676867*****0883 nömrəli kart hesabından 416974******3682 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “dəli pul ver gedim maşın alım çıxaq gedək bir həftəlik gəzməyə” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə “mən səndən çox istəyirəm bərabər günümüzü keçirək” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “mənimçün 1000 düzəldin, apar ver bizə tez, yaxşı, telin hanı” məzmulu sms göndərildiyi, həmin şəxsə isə “yaşı apararam” məzmunlu sms yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “15000 min verǝrǝm, 5000 min də, maşın da 2000 min eliyir” məzmunlu sms, həmin şəxsə isə “Yaxşı hesabla, ayıb sənə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “nə böyük iş eləmisən, 2000 mində mən vermişəm, onu götürüb qalanını verəcəm sənə uzaqi, 4-5 aya, sənə 10000 də verəcəm, sən sağ mən salamat deyə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “balam uzanmışam e, sənin duxun çatmır ki, 10000 min verəsən ayda da 400 manat 2 illik kreditlə hə sənki qorxaq qız deyildin” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “duxumun nəyə çatır, nəyə çatmır ki, indiyecen bilməmisənsə tay özü işindi. Ağlıma qoyanı edən qızam” məzmunlu sms, həmin şəxsin isə “can kişi kimi de, nə vaxt alırsan mənimçün maşın” məzmunlu sms, cavab olaraq isə “it kimi qovmadın, yolu göstərmədin mənə düzdü, yazmamısan ömürlük gedirəm ta” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 11:07-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 100 manat, göndərilməsinə dair qəbzin şəkli, həmin şəxsdən isə “səni sevirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 10:44-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 50 manat, göndərilməsinə dair qəbzin şəkli, “bəsindi, 2 m mənə 50 m başa gəldi mənə” həmin şəxsdən isə “razvodayam çıxdım ürəyim necəsən” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “sən pulu görə bəhanə tutdun getdin, yığ məni” məzmunlu, həmin şəxsə isə “hə düz deyirsən 125 manat atan 1500 verən, 30 manat pula görə getdim. Pul gətirmişdim sənə verim nəysə fikrim dəyişdi, kimlə ələ salıb gülürdüne, o oğlanda çoxdu. get versin. Mən sənlə qurtardım sağol” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “050- 795-31-81” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 12:29-da 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 125 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 08:01-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 400 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “gəlirəm 400 zü ver mənə verim” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “050-795- 31-81” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 19:31-də 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 27 manat, göndərilməsinə dair qəbz və xx.xx.2022-ci il tarixdə, saat 21:08-də 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 30 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “qorxusundan olur, deyirlər də, buna nə deyirlər, razılaşır komandir, deyr də deyir ki, bidənə adamla işin olmasın vesiqəni alıblar qorxusundan” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə “yo 2000 istəsin də adam öldürmüsüz, de 2500 dünən vermişiy” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 18:04-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat, göndərilməsinə dair qəbz göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “fati senol 300 lazımdı boğuluram” məzmunlu sms, həmin şəxsə isə “ge no oldu, borcun qurtarmışdı, indi bogulursan” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən 4169-7385-7576-7706 nömrəli, üzərində SAİD GANBAROV sözləri yazılmış, "xxxx" ASC-ə məxsus plastik kartın şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “seni sevirəm səni mənim arvadımsan dakmitalni, andola Allaha” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə çoxlu sayda 100 və 200 manatlıq əskinasların fotoşəkili göndərildiyi həmin şəxsin isə “o mənim maşınımın puludu” məzmunlu sms yazdığı görünür, növbəti şəkildən “***-***- **-**” olaraq qeyd edilmiş şəxsin “can 13 14 min olsa almaq olar qalanını kreditlə” məzmunlu sms yazdığı görünür, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsin “hə götürdüm, verdim salona 27 minǝ 15şi verəcəklər” məzmunlu sms yazdığı görünür, həmin şəxsə isə “niə ucuz verdin bǝs, deyirdin ordan gələnlər burda daha baha gedir. Salam sabahın xeyir, sən indi nəsə verə biləsən mənə yoxsa yox, qız məni dirəyib, axşamın xeyir bacı vurmadılar serginin pulun” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsə “sənə dediyimi həll edə bildin, yoxsa yox, mən özüm də gedirəm burdan özümə də pul lazımdı” məzmunlu sms yazdığı, həmin şəxsin isə “yox sabah tezdən mənə 200 verərsən hə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsə “700 m hardan tapdın bəs 1200 m lazım deyildi” məzmunlu sms yazdığı, həmin şəxsin isə “hə deyrsən, yoxmdu, heç olmasa 500 ver 200 bulardan alım, axsam qaytararam neyliyim bəs” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Aygun ken” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 20:30-da 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 300 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 15:14-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, həmçinin “azdısa atım, 1500 m verə bilərsən rafiq çıxdı üstünə hamısın götürə bilmədim. Sabah da ya da biri gündə verə bilərsən 500 m da, gəlib götürərsən” məzmunlu sms, həmin şəxsin isə “Razılaşmaz Sahin də 3.500 düzəldim, yaxın durmurlar” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsin “gedirəm, gəl verə bilərsən mənə pulu” məzmunlu sms, həmin şəxsə isə “nə qədər” məzmunlu, cavabında isə “2 dənə, mən də aparım düzəltdirim, plniklər yenə səs” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin xx.xx.2023-cü il tarixdə “sən … yemisən selyana gedmisən, sabah tezdən sutdə ver mənə yumurtada 15 dene ver mene olmasa pulun ver gedim alım” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin “15000 lazımdı sənöl axşama düzüb qoşmalıyam sen də düşmüsən sözünə, səni sevirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin “Fati bəsdi, zaprafkaya gedə bilmirǝme, senöl 1200 lazımdı 150 ustaya” məzmunlu sms, həmin şəxsə isə “nə bəsdiye hə, bayaq yazıram qozuva qoymursane, 200 niyə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsə çoxlu sayda 100 manatlıq əskinasların fotoşəkili göndərildiyi, eləcə də “bax gördün pul var, sadəcə vaxt eləyib gerey götürüm sonra demə yoxlarıdı, məni fırladır, götürə bilmirəm birdən birə o məbləği” həmin şəxsin isə “ürəyim ancaq burda 7 min pul var” məzmunlu, cavabında isə “40 min 35 min pul var orda” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsə “iş yoldaşların hani bes, birindən al saba verərsən” həmin şəxsin isə “ölürlər acından olar. Sənöl sən varsan man kef edirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “050-795- 31-81” olaraq qeyd edilmiş şəxsə “düzəldi maşınınız?” məzmunlu sms, həmin şəxsin isə “maşınımız, yoxe canım mən elantra istəyirəm, can” məzmunlu sms göndərildiyi müəyyən edildi» İş materiallarında olan 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, həmçinin diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 3 ədəd səs yazısı vardır. PTT-20220923-WA0036 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “eşidirsən, piyan adam həmişə sözün düzünü deyər də, and olsun Allaha, ba Allaha and olsun, mən səni durub allatmayacam kişi kimi deyirəm, sənöl səni sevirəm, qurana and olsun, ta Səid də eşidir ha, səni sevirəm sən öl sən mənim ürəyimsən e, hǝr şeyimsən, nə qədər sən varsan mən də varam, sən olmasan mən də olmaram, öpürəm səni. Ölürəm sənin üçün” olduğu müəyyən edilmişdir. PTT-20230116-WA0023 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Mənə bilirsən nə maraqlıdı, mən demirəm e eləmirsən, eləyirsən, 5 mini kaşş verməzdim Elizbara, 5 mini də qaytarardım, 10 mini də geri qaytarardım, nə bilime bu günkü gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nə bilim nə deyim sənə mən sənə başqa bir söz deyə bilmirəm e, gör nə deyirəm e sağ ol. Mən bir də səni yığsam, bir də səndən pul istəsəm (söyüş söyür)”. PTT-20230116-WA0024 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam 20-30 min pulu düzəldib gətirib verəcəm sənə, ömürlük səni siləcəm e bu hərəkətinə görə. Sən ki bu günki günü haram elədin ha mənə, nə günün olsa haram olsun sənə” məzmunlu sms göndərildiyi müəyyən edilmişdir. İş materiallarında olan Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən Neftçala RPŞ-yǝ polisə ictimai dəstək əməkdaşı (mülki) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Neftçala rayon polis şöbəsinin post-patrul xidməti tağımının pois nəfəri, polis nəfəri sürücüsü vəzifəsinə təyin edilməklə, polis sıravisi xüsusi rütbəsi verilmiş, Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli əmri ilə Neftçala rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Cavabdeh “Azərbaycan Republikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Həmçinin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Fatma Adınǝyevanın təqdim etdiyi səs yazıları ilə bağlı 17 iyul 2023-cü il tarixli qərarla “Məhkəmə-fonoskopik” ekspertizası təyin edilmiş, “Məhkəmə-fonoskopik” ekspertizasının 3-16-16/2-4/1304 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD- R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda bir nəfər kişi cinsinə məxsus diktor iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh məxsusdur. Birinci instansiya məhkəməsində iş materiallarında olan 1 ədəd diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdeh 3 il bundan əvvəl qohumu Fatmadan qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5000 manat məbləğində borc istədiyini, Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini, o da məcbur qalaraq razılaşdığını və İddiaçı hazırda xatırlamadığı tarixdə 5000 manat pulu aldığını, lakin, sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilmədiyini, bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələdiyini, o da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18000 manat pulu Bankdan kredit götürdüyünü, 7000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul alaraq və Aydının vasitəsilə həmin pulu Fatmaya verdiyini, Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirdiyini, həmçinin Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, o da onun “vhatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərdiyini, hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamadığını, Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul verdiyini etiraf etmiş, lakin aldığı borc pulları qaytardığını, hazırda Fatmaya heç bir məbləğdə borcu olmadığını, İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyini, bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “vhatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm elərmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olduğunu və həmin səsli ismarıc onun tərəfindən qeydə alındığını, səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, sözünün yalan olduğunu, belə ki, o, heç vaxt Elizbardan pul almadığını, eləcə də ona heç vaxt beş min vermədiyini, Fatma ondan pulunu istədiyi üçün yalandan elə dediyini, eləmisən deyən zaman isə Fatmaya 5000 manat faizə borc pul verməsini nəzərdə tutduğunu işin məhkəmə baxışı zamanı bildirmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh həmin 5000 manat borc məbləğini faizlə aldığını, eləcə də digər vaxtlarda iddiaçıdan istədiyi və yuxarıda qeyd edilən kart hesablarına iddiaçı tərəfindən göndərilən pul məbləğlərinin qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokola və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”a qiymət verərək vurğulayır ki, həmin “disk”də olan PTT-20230116-WA0024 adlı cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam, 20-30 min pulu düzəldib gətirib verəcəyini” qeyd etməklə kifayətlənməmiş, həmin borcu nəyə sərf etdiyini və edəcəyini ayrı-ayrılıqda sadalamış, məhkəmə iclası zamanı etiraf etməsə də İddiaçı sevgi mesajları göndərməklə ələ almış, ona vədlər vermiş, hansı müddətə qaytaracağını qeyd etməsə də sonda isə borcu qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir. Məhkəmə Cavabdeh Fatma Adınǝyevadan mütəmadi olaraq müxtəlif adlarda pul alması hallarını istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan Fatma ilə Cavabdeh arasında “Whatsapp”, telefon yazışmalarının qeydə alındığı diskdə olan sübutlarla, həmçinin iddiaçının cavabdehə pul verməsi barədə təqdim etdiyi əl qeydi kağızında da öz təsdiqini tapır. Neftçala rayon prokurorluğunda verdiyi izahatında da Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, sonuncu da onun “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin - vasitəsilə göndərilən pulların da borc olaraq aldığını etiraf etmişdir. Məhkəmə bu halı və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin məhkəmədə real olaraq Fatmadan borc almadığını və ona borcu olmadığı barədə bildirdikləri qətiyyən ağlabatan saymır. Cavabdehin prokurorluğa verdiyi izahatında iddiaçı ilə aralarında heç bir sevgi münasibətinin olmaması, onun tərəfindən rayonda kirayə ev tutulmaması və aylıq kirayə pulunun Fatma tərəfindən ödənilməməsi, habelə 5000 manatdan başqa, Fatmadan pul almadığı barədə verdiyi izahat məhkəmə araşdırması zamanı, habelə tərəflər arasında olan yazışmalarla təkzib edilir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin vəsatəti ilə dindirilmiş şahidin, həmçinin cavabdehin və onun vəkilinin vəsatəti ilə dindirilmiş şahidin ifadələrini də nəzərə alaraq qeyd etmişdir ki, şahid X5 cavabdehə dəstək olmaq məqsədilə iddiaçı ilə razılığa gələrək 7000 manat məbləğində pulu ondan öz adından alıb cavabdehlə birgə Fatmagilə gedərək sonuncunun ailə üzvlərinin yanında ona vermişdir. Həmin pul məbləğinin iddiaçıya qaytaılmasını üzərinə öhdəlik götürmüş X5 özü qaytaracağını məhkəmə iclasında bildirmişdir. Buna görə də, hazırkı vəziyyətdə X2 iddiaçı tərəfindən verilmiş 7000 manat məbləğində pul cavabdehdən tələb oluna bilməz. iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 cavabdehə göndərdiyi Pretenziya məktubunda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 65000 manat pul verildiyini bildirmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə maşın almaq üçün iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 10000 manat, 15 gün sonra isə 15000 manat, cəmi 25000 manat pul verildiyini, arada yaranan narazılıqdan sonra pulun 18000 manat hissəsinin 2023-cü ilin may ayında, 7000 manat hissəsinin isə həmin ilin may ayının 25-dən sonra iddiaçıya qaytarılmasının etirafı qeyd olunan məktubda öz təsdiqini tapır. Məhkəmə bu qənaətə gəlmişdir ki, aşağıda qeyd olunan sübutlara, habelə iddiaçı tərəfindən cavabdehə və onun təqdim etdiyi kart hesablarına köçürmələrə, onlar arasında olan yazışmalara və iddiaçının məhkəməyə təqdim etdiyi əl qeydlərinə və diskdə olan sübutlara əsasən iddiaçı tərəfindən cavabdehə 19844 manat məbləğdə pul verilmişdir. Habelə diskə məhkəmədə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “cinayət işinin başlanmasının rədd olunması” haqqında qərarda və “diskə baxış keçirilməsi haqqında olan protokolda” iddiaçı tərəfindən cavabdehin göndərdiyi kart hesablarına köçürülmüş bəzi məbləğlər öz əksini tapmamış, məhkəmə isə həmin qeydləri (qəbzləri) müəyyən edərək sübut kimi dəyərləndirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə 100+20 manat, xx.xx.2023-də 30 manat, xx.xx.2023-də 40 manat, xx.xx.2023-də 120 manat, digər kart hesabına 3 manat, xx.xx.2023-də 20 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022- də 25 manat, xx.xx.2022-də 100 manat, xx.xx.2022-də 50 manat, xx.xx.2022-də 125 manat, xx.xx.2022-də 400 manat, digər kart hesablarına həmin tarixdə 2+15 manat, xx.xx.2022-də 27 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 300 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 12 manat, xx.xx.2023də 45 manat, xx.xx.2023-də 20 manat olmaqla, ümumilkdə 1574 manat məbləğində pul yuxarıda qeyd edilən kart hesablarına iddiçı tərəfindən köçürülmüşdür. Həmçinin Fatma ilə Kərim arasında “Whatsapp” tətbiqi vasitəsində yazışmalarda tarixi qeyd olunmayan şəkillərdən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat, 150 manat, habelə iddiaçının təqdim etdiyi qeyd dəftərində olan əlyazmasında olan qeydə əsasən “VAZ 2107” markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verdiyi 4800 manat, habelə həmin avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla ödədiyi 3920 manat, cəmi 19844 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və ya göndərilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Beləliklə, diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokol və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə iddiaçının təqdim etdiyi diskdə şəkilləri əks olunmuş qeyd dəftərində olan qeydlər, müəyyən tarixlərdə müxtəlif kart hesablarına köçürülmüş məbləğlər və tərəflər arasında olan yazışmalar hazırda iddiaçı və cavabdeh arasındakı 19844 manat məbləğində pula dair borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçı işin məhkəmə baxışı zamanı həqiqətən də 18000 manat məbləğində pulun ona cavabdeh tərəfindən 7000 manatın isə cavabdehin adından Aydın tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Lakin iddiaçı tərəf həmçinin bildirir ki, həmin məbləğin cavabdehin ona qaytarmalı olduğu 47000 manat borcla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının ümumilikdə 47000 manat məbləğində pulla bağlı bildirdiklərini ağlabatan saymamışdır. Habelə məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcunun məbləğinin hesablanması üçün cavabdeh tərəfindən qaytarılmış 25000 manat məbləğ 19844 manat borcun bir hissəsi hesab olunmamaqla tələb edilən borcdan çıxılmamalıdır. Çünki cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 18000 manat və cavabdehin xalası oğlu Aydın tərəfindən cavabdehin borcundan iddiaçıya ödənilmiş 7000 manat pulun cavabdehin iddiaçıdan özü üçün “Hunday-Elantra” markalı avtomobil alması üçün aldığı tərəflər arasında olan yazışmalarla müəyyən edilir. Müəyyən olunur ki, cavabdehin iddiaçıya olan borcu 19844 manatdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci madəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmini istiqamətində iddiaçı tərəfindən məhkəməyə müvafiq sübutlar (pulun alınmasını təsdiq edən yazışmalar və səsyazılar, polis orqanında araşdırma materialları və s.) təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi işdə olan mötəbər sübutları hərtərəfli şəkildə araşdırmamış və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün olaraq müəyyən etməmişdir. Göründüyü kimi, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)- 70/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh 19844 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Kollegiya diqqətə çatdırır ki, cavabdehdən tutulması qət edilən 19844 manat məbləğində pul vəsaitinin 1574 manat hissəsi diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir. Belə ki, xx.xx.2023-cü il tarixdə 100+20 manat, xx.xx.2023-də 30 manat, xx.xx.2023də 40 manat, xx.xx.2023-də 120 manat, digər kart hesabına 3 manat, xx.xx.2023-də 20 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022- də 25 manat, xx.xx.2022-də 100 manat, xx.xx.2022-də 50 manat, xx.xx.2022-də 125 manat, xx.xx.2022də 400 manat, digər kart hesablarına həmin tarixdə 2+15 manat, xx.xx.2022-də 27 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 300 manat, xx.xx.2022də 20 manat, xx.xx.2023-də 12 manat, xx.xx.2023-də 45 manat, xx.xx.2023-də 20 manat olmaqla, ümumilkdə 1574 manat məbləğində pul vəsaiti cavabdehin faktiki istifadəsinə verilmiş kart hesablarına iddiaçı tərəfindən köçürülmüşdür. Cavabdehin keçmiş iş yoldaşlarının araşdırma zamanı verdiyi izahatlarından da aydın olur ki, iddiaçı tərəfindən pul köçürülməsi həyata keçirilmiş həmin kartlar adıçəkilən şəxslərə məxsus olmuş və cavabdehin xahişi əsasında onun müvəqqəti istifadəsinə verilmişdir. Beləcə, işdəki sübutlarla 1574 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi təsdiqini tapmışdır. Ancaq iş materiallarından aşkar göründüyü kimi, cavabdeh iddiaçıdan hər hansı pul almağını və heç bir məbləğdə də pul qaytarmadığını bildirmişdir ki, bununla da cavabdeh həmin pulun qaytarılmadığı faktını özü etiraf etmişdir. Bundan başqa, tərəflər arasında “Whatsapp” tətbiqi vasitəsində yazışmalarda tarixi qeyd olunmayan şəkillərdən müəyyən edilən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləğdə pul vəsaitinin cavabdehə göndərilməsi faktı barədə kollegiya qeyd edir ki, Kərimov X8 rayon prokurorluğunda verdiyi və işdə olan digər izahatlarında göstərmişdir ki, iddiaçıdan ayrıayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Watsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. İş materiallarına əsasən cavabdeh iddiaçıya ümumiyyətlə, hər hansı pul vəsaiti ödəmədiyini bildirmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, cavabdeh Neftçala rayon prokurorluğunda verdiyi izahatında həmçinin bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda ***-***-**-**, ***-***-**-** və 050-795-31 91 saylı mobil telefon nömrəni istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. Kollegiya bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi qeyd dəftərində olan əlyazmasına əsasən “VAZ 2107” markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verdiyi 4800 manat, habelə həmin avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla ödədiyi 3920 manat məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi və ya göndərilməsi müəyyən edilmişdir. Həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Ancaq kollegiya “VAZ 2107” markalı avtomobilin alınması üçün verilmiş pulun əvəzi qimisndə ümumilikdə 3920 manat məbləğdə pul vəsaitinin tutulması ilə bağlı qeyd edir ki, işdə olan diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, tədqiq edilmiş fotoşəkillərdən birində “Kerim” olaraq qeyd edilmiş şəxsdən “Belədə sən mənim üçün almısan mən də ürəyim istəyəni edə bilərəm, gör nə deyirəm, maşını satıram, 2000 3000 na edr verirəm sənə sən canın da bəsdi tay … yemədik ki, səninlə iş gördük, nə böyük”, həmin şəxsə isə “çalış bir maskada gǝz, 5 minə almısan” sözləri yazılmışdır. Əvvəlki fotoşəkillərdə olan yazılardan və həmin mətndən aşkar görünür ki, tərəflər arasındakı mövzu həmin vaxt “VAZ 2107” markalı avtomobilin alınması üçün cavabdehə pulun verilməsindən və onun geri qaytarılmasından gedir (səh. 119). Beləcə, cavabdeh “VAZ 2107” markalı avtomobilin alınması üçün iddiaçı tərəfindən ona 5000 manat məbləğdə pul verilməsi və həmin məbləğdə vəsaiti qaytarmalı olması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qaytarılması halı iş materialları ilə təsdiqini tapmamışdır. Beləliklə, kollegiya işdə olan sübutlara əsasən cavabdehin faktiki istifadəsindəki kartlara iddiaçı tərəfindən köçürülmüş 1574 manat məbləğində, “Whatsapp” tətbiqi vasitəsində yazışmalarda şəkillərdə əksini tapmış və cavabdehə göndərilməsi faktı sonuncu tərəfindən etiraf edilən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat və 150 manat, ümumilikdə 9550 manat, habelə “VAZ 2107” markalı avtomobilin alınması üçün iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat, cəmi 16124 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi halı qanuni və əsaslıdır. Digər pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verilməsi yaxud qaytarılmaması faktı iş üzrə təsdiqini tapmır və ya cavabdeh tərəfindən etiraf edilmir. Belə ki, iddiaçının təqdim etdiyi əlyazma kağız qeyddəki məbləğlərin cavabdehə verilməsi onun tərəfindən qəbul (etiraf) edilmir. Habelə adıçəkilən qeyddə göstərilən məbləğlərin alınması yaxud hansısa hissəsinin qaytarılaraq ödənilməsi cavabdehin hər hansı xətti yaxud imzası ilə təsdiq edilmir. Buradakılar iddiaçının özü tərəfindən tərtib edilmiş və yazılmış yazılar və rəqəmlərdir ki, iş üzrə əhəmiyyət kəsb edən mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, bundan başqa, tərəflər arasında “Whatsapp” - telefon yazışmalarında 20-30 min manatla bağlı bildirilməlidir ki, bu yazının mətnindən cavabdehin iddiaçıdan həmin məbləği alması təsdiqini tapmır. Sadəcə, cavabdeh həmin məbləği maşını satmaqla qaytarmağını nəzərdə tutur ki, həmin məbləğ məhz 25000 manatın qaytarılmasını özündə ehtiva edir. Həmin məbləğin qaytarılması da işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı öz pretenziyasında həmin məbləğin qaytarıldığını göstərmişdir. Bu məbləğin məhz “Hunday-Elantra” markalı avtomobilin dəyəri olması da işin müəyyən edilmiş mübahisəsiz faktiki halıdır. Bütün bunlarla yanaşı, kollegiya diqqətə çatdırır ki, işdə olan Neftçala rayon prokurorluğunun 17 avqust 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və tərəflər arasındakı yazışmalarla müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci il əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılığa gəlmiş, iddiaçı da bu münasibətə əsaslanaraq müxtəlif məbləğlərdə pulları həmin vaxtdan etibarən fərqli tarixlərdə iddiaçının xahişinə əsasən müxtəlif məqsədlər üçün ona nağd şəkildə vermiş və ya sonuncu üçün onda olan kart hesablarına göndərmişdir. Qeyd edilməlidir ki, MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləcə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul vəsaitinin verilməsi onlar arasında gələcəkdə nikahın bağlanması, evlənərək ailə qurmaları ümidi ilə baş tutmuşdur. Ancaq iş materiallarından görünür ki, iddiaçı ilə aralarında olan bütün yazışmalar və səsyazıları ilə bu fakt təsdiqini tapsa da, cavabdeh onu inkar edərək belə bir niyyətinin olmadığını aşkar şəkildə bildirir. Bununla da, cavabdehin iddiaçıya məxsus əmlakı – pul vəsaitini əldə etməsi aradan qalxmış əsasa söykənir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-70/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən tələbi qismən təmin edilməli, 16124 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(053)-70/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 16124 (on altı min yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1292/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1292/2024
02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver