Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1295/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 05 mart 2010-cu il tarixli, K-475/SLN saylı kredit müqaviləsi üzrə 5237,70 ABŞ dolları faiz borcunun və 3148,26 ABŞ dolları artırılmış faiz borcu-cəmi 8385,96 ABŞ dolları borc pulun, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat xidmət haqqının və sənədlərin təsdiqi üçün ödənilmiş 8 manat, cəmi 39 manat pulun AGBank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsi (hakim Ziya Əliyev) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh X1 5237,70 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları artırılmış faiz borcunun, cəmi 5437,70 ABŞ dollarının manat hesabı ilə və 30 manat dövlət rüsumunun, 1 manat xidmət haqqının və 8 manat notariat xərcinin alınaraq AGBank” ASC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 31 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1295/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 avqust 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsi 03 oktyabr 2016-cı il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. Cavabdeh X3 (apellyasiya şikayətinə əlavə edilmiş Şivan Şəhər Qeydiyyat Şöbəsinin 17 aprel 2019-cu il atrixli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, cavabdeh X3 ad və soyadını müvafiq olaraq Cavabdeh dəyişdirmişdir.) qətnaməni xx.xx.2016-cı il tarixdə xəbərnaməyə imza çəkməklə rəsmi qaydada almışdır. Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsi 05 dekabr 2016cı il tarixdə icra edilməsi üçün Şirvan şəhəri İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elvin İsgəndərovun 20 dekabr 2016-cı il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 21 dekabr 2016-cı il tarixdə cavabdehə könüllü icra haqqında bildiriş göndərilmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırki işdə Cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə, yəni qətnamənin qanuni qüvvəyə minməsindən 9 ilə yaxın müddət keçdikdən sonra verilmiş, birinci instansiya məhkəməsi isə apelyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində müddətin buraxılmasının səbəbi kimi iş materiallarında olan xəbərnamənin onun tərəfindən imzalanmadığını, qətnamədən bu günə qədər məlumatlı olmadığını, xx.xx.2025-ci il tarixdə yeznəsi vasitəsi ilə 800 manat kredit borcunun ödənilməsi üçün İcra şöbəsinə gedən zaman, icra məmuru yeznəsinə Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı icra vərəqəsini təqdim edilmiş, bundan sonra o, yeznəsi vasitəsi ilə icra vərəqəsindən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, qanuni qüvvə minmiş və icraya yönləndirilmiş məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Məhkəmə əvvəla müddətin hansı səbəbdən buraxılmasını, bununla bağlı tərəfin təqsirinin olub-olmamasını müəyyən etməlidir. Belə ki, cavabdeh apelyasiya şikayətinin dəlillərində xəbərnaməyə onun tərəfindən imza çəkilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı ilk növbədə imzanın həqiqiliyini müəyyən etmək üçün ekspertiza təyin etməli, daha sonra icra işini tələb etməklə ümumiyyətlə cavabdehin icra işindən məlumatlı olub-olmasını, bu günə qədər icra vərəqəsinin hansı səbəbdən icrasız qalmasını araşdırmamışdır. Hazırki vəziyyətdə qeyd edilən hallar araşdırılmadan müddət buraxılmaqla verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatının keçirilməsi prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasına gətirib çıxarar. Birinci instansiya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(032)2552/2016 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1295/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1295/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver