Məhkəmə qərarları › İş №2(106)-1306/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1306/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1306/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-72/2015 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: Yardımlı Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(038)-72/2015 saylı məhkəmə əmri ilə borclu xx.xx.1979-cu ildə Yardımlı rayonu Bozayran kəndinə doğulmuş və həmin ünvanda yaşayan X2 və xx xxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 3 ünvanında yaşayan Borclu2 15 fevral 2014-cü il tarixli, Z- CC0287322U/14U nömrəli kredit müqaviləs üzrə yaranmış 5192,15 ABŞ dolları əsas borc, 786,51 ABŞ dolları faiz borcu, cəmi 5978,66 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq Kreditor ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu X1 Rayon Məhkəməsinə etiraz göndərərək Yardımlı Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(038)-72/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmənin 18 aprel 2023-cü il tarixli qərardadı ilə borclu Adıgözəlov İlyas Mehdiqulu oğlunun etirazı təmin edilməmiş, etiraz və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan borclu X5 məhkəmənin 18 aprel 2023-cü il tarixli, 2(038)- 72/2015 saylı qərardadından şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, məhkəmə əmri çıxarılarkən borclu X5 məhkəməyə çağırılmamış və məhkəmə prosesində iştirak etməmişdir. Həmçinin onun məhkəmə əmri üzrə olan borcunun bir hissəsi silinmiş, bir hissəsini isə ödəmişdir. Hesab edir ki, iş düzgün araşdırılmamış və işə onun iştirakı ilə baxılmalıdır. Ona görə də iş üzrə məhkəmənin 18 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(038)-72/2015 nömrəli qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-72/2015 saylı qərardadından verilmiş şikayətə baxılaraq, şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə əmri poçt xidməti vasitəsi ilə borclu X4 göndərilmiş və məhkəmə əmri 07 mart 2015-ci il tarixdə poçt şöbəsi tərəfindən ünvan sahibinə çatdırılmış və bu barədə xəbərnamə məhkəməyə qaytarılmışdır. 02 mart 2015-ci il tarixdə isə məhkəmə əmri icrası üçün Yardımlı rayon İcra və Probasiya şöbəsinə verilmişdir. X3 məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında iddia icraatına keçirilməsi barəsində etirazı 18 aprel 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, borclu X5 üçün Yardımlı Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(038)-72/2015 saylı əmrindən etiraz etmək hüququ keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)-72/2015 saylı qərardadı qanuni və əsaslı olmaqla borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, borclu X5 tərəfindən verilmiş şikayət təmin edilmədən, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-72/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-72/2015 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar